Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında



Yüklə 224,62 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix29.10.2017
ölçüsü224,62 Kb.
#7544
1   2   3   4   5   6   7   8   9

14.2.2.  məhdud  məsuliyyətli  cəmiyyətdə  və  ya  səhmdar  cəmiyyətində  -  nizamnamə 

kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) 

yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;

36

  

14.2.3.  qeyri-kommersiya  təşkilatlarında  -  fəaliyyət  predmeti  və  məqsədləri,  fəaliyyət 



ərazisi,  fondlarda  -  himayəçilər  şurasının  üzvləri,  fondun  nizamnamə  kapitalı  və  təsisçilərin 

əmlak paylarının həcmi haqqında məlumatlar.  

 

M a d d ə   1 5 .  Dövlət reyestrindən çıxarışlar  



 

15.1.  Dövlət  qeydiyyatına  alınmış  hər  bir  hüquqi  şəxs,  habelə  xarici  hüquqi  şəxslərin 

nümayəndəlik  və  ya  filialı  və  Azərbaycan  Respublikasının  ərazisində  qeydiyyata  alınmış 

hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra 

dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər 

arxivə verilir.  

15.2.  Dövlət  qeydiyyatına  və  (və  ya)  dövlət  reyestrinə  daxil  edilmiş  hər  bir  quruma 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  onun  dövlət 

qeydiyyatına  alındığı  və  ya  dövlət  reyestrinə  daxil  edildiyi  vaxt  dövlət  reyestrindən  çıxarış 

verilməlidir.



37

  

15.3.  Təsis  sənədlərində  edilmiş  dəyişikliklərin  və  reyestrdə  qeydə  alınmış  faktların 



sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət 

etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir.  

15.4.  Dövlət  reyestrindən  çıxarışda  göstərilən  məlumatların  həcmi  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

15.5. Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq 

aşkar  etdikdə,  çıxarışın  verildiyi  vaxtdan  3  həftə  müddətində  bu  barədə  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat  verməlidir.  Müvafiq  icra 

hakimiyyəti  orqanı  həmin  yanlışlığın  aşkar  edilməsi  barədə  məlumatı  yoxlamalı  və  dövlət 

reyestrində müvafiq düzəlişlər aparmalıdır.  

15.6.  Dövlət  reyestrindən  çıxarışdakı  hər  hansı  yanlışlıq  barədə  bu  Qanunun  15.  5-ci 

maddəsində  göstərilmiş  müddətdə  məlumat  verilmədikdə,  dövlət  reyestrindəki  yazı 

(kommersiya  hüquqi  şəxslərin  təsisçiləri  (iştirakçıları)  və  onların  nizamnamə  kapitalındakı 

payları barədə məlumatlar istisna olmaqla) Azərbaycan Respublikasının rəsmi qəzetində dərc 

edilir.  

15.7. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) 

və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında 

üçüncü şəxslərə də verilir.  

15.8. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) 

və  onların  nizamnamə  kapitalındakı  payları  barədə  məlumatlar  istisna  olmaqla)  sənədlərin 

surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, 

digər şəxslərə rüsum ödənilməklə verilir.  

15.9. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə 

kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir:

38

  

15.9.1.  qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada  məhkəmə,  istintaq  və 



təhqiqat orqanlarına; 


15.9.2.  “Əməliyyat-axtarış  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  və  qaydada  əməliyyat-axtarış  fəaliyyətinin 

subyektlərinə;  

15.9.3.  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə 

monitorinqi orqanına;  

15.9.4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 

hallarda və qaydada məcburi icra orqanına; 

15.9.5.  “Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə;  

15.9.6. həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına);  

15.9.7.  barəsində  dövlət  reyestrindən  məlumatların  verilməsi  tələb  olunan  şəxsin 

razılığı ilə üçüncü şəxslərə. 

 

M a d d ə   1 6 .   Hüquqi  şəxsin,  xarici  hüquqi  şəxsin  nümayəndəlik  və  ya  filialının 



reyestrdən çıxarılması  

 

16.1.  Hüquqi  şəxs,  xarici  hüquqi  şəxsin  nümayəndəlik  və  ya  filialı  qanunvericiliklə 



müəyyən  edilmiş  hallarda  və  qaydada  ləğv  edildikdə  və  ləğvetmə  tədbirləri  həyata 

keçirildikdən sonra onların reyestrdən çıxarılması barədə Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.  

16.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:  

16.2.1. ləğvetmə qərarı;  

16.2.2.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qəbul 

edilməsi təsdiq olunmuş balans və ya vergi bəyannaməsi;  

16.2.3.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  son  vergi 

yoxlamasının nəticələri barədə məlumat;  

16.2.4.  qurumun  dövlət  qeydiyyatı  haqqında  şəhadətnaməsinin  və  nizamnaməsinin 

(əsasnaməsinin) əsli və möhürü;  

16.2.5. qurumun ləğvi barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd;  

16.2.6. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16. 2. 2 və 16. 2. 

3-cü maddələrində nəzərdə tutulmuş sənədlər istisna olmaqla, müvafiq olaraq təhvil aktı və ya 

balansının surəti;  

16. 2. 7. qanunvericilikdə nəzərdə tutulduğu hallarda, digər sənədlər.  

16.3.  Ərizə  təsisçilər,  yaxud  ləğvetmə  komissiyasının  səlahiyyətli  üzvləri  tərəfindən 

imzalanır və təqdim edilir.  

16.4.  Ərizə  surəti  ilə  birlikdə  təqdim  edilir.  Ərizənin  əsli  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq 

icra  hakimiyyəti  orqanı  tərəfindən  ərizənin  əslinin  qəbul  edilməsi  vaxtını  göstərən  qeydlə 

müraciət  etmiş  şəxsə  qaytarılır.  Ərizənin  qəbul  edilməsi  hər  hansı  digər  formada  da  təsdiq 

oluna bilər.  



Yüklə 224,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə