Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında



Yüklə 224,62 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix29.10.2017
ölçüsü224,62 Kb.
#7544
1   2   3   4   5   6   7   8   9

8.2.  Dövlət  qeydiyyatına  alınması  üçün  ərizə  və  ona  əlavə  edilməli  olan  sənədlər 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul 

edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna 

və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna 

hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 

günə qədər artırıla bilər.  

8.3.  Təqdim  edilmiş  sənədlərdə  dövlət  qeydiyyatına  alınması  üçün  imtinaya  səbəb 

olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanı  həmin  sənədləri  müraciət  etmiş  şəxsə  qaytarmaqla,  bu  çatışmazlıqların  aradan 

qaldırılması  üçün  əlavə  olaraq  20  gün  müddət  təyin  edir.  İmtinaya  səbəb  olmayan  bütün 

çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim 

edilməlidir. 

20

 

8.4.  Təqdim  edilmiş  sənədlər  yoxlanıldıqdan  və  ya  həmin  sənədlərdə  aşkar  edilmiş 



çatışmazlıqlar  aradan  qaldırıldıqdan  sonra  10  gündən  gec  olmayaraq  müraciət  edənə 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  dövlət  qeydiyyatı 

haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin 

imtinaya  səbəb  olmuş  müddəaları  göstərilməklə  və  izah  edilməklə)  barədə  yazılı  məlumat 

verilir.  

8.5.  Bu  maddədə  müəyyən edilmiş  müddətdə  dövlət  qeydiyyatına  alınmasından  imtina 

barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  10  gündən  gec  olmayaraq 

müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir. 

21

 



8.6. (Çıxarılıb) 

22

 



 

M a d d ə   9 .   Təsis  sənədlərində  edilmiş  dəyişikliklərin  və  qeydə  alınmış  faktların 



sonrakı dəyişikliyinin qeydiyyata alınması  

 

9.1.  Hüquqi  şəxslərin,  xarici  hüquqi  şəxsin  nümayəndəlik  və  ya  filiallarının  təsis 



sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi 

qeydiyyata alınmalıdır.  

9.2.  Dəyişikliyin  qeydiyyata  alınması  üçün  həmin  dəyişikliyin  baş  verdiyi  andan  40 

gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə 

müraciət  edilməlidir.  Ərizədə,  baş  vermiş  dəyişiklik  göstərilməli  və  həmin  dəyişikliyi  təsdiq 

edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd 

olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.  

M a d d ə   1 0 . (Çıxarılıb)

23

  



 

M a d d ə   1 1 .  Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı  

 

11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa 



hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi 

şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə 

daxil  edilməsindən,  eləcə  də  dövlət  reyestrində  dəyişikliklər  edilməsindən  imtinaya  yol 

verilmir.  




11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və 

ya  filialının,  habelə  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına  alınmış  hüquqi  şəxsin 

nümayəndəlik  və  ya  filialının  yaradılmasının  məqsədəuyğun  olmaması  mülahizələrinə  görə 

onların  müvafiq  olaraq  dövlət  qeydiyyatına  alınmasından  və  dövlət  reyestrinə  daxil 

edilməsindən imtinaya yol verilmir.  

11.3.  Hüquqi  şəxs  statusu  almaq  istəyən  qurumun,  habelə  xarici  hüquqi  şəxsin 

nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında 

dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil 

edilməsindən,  habelə  təsis  sənədlərində  edilmiş  dəyişikliklərin  və  reyestrdə  qeydə  alınmış 

faktların  sonrakı  dəyişikliyinin  dövlət  qeydiyyatına  alınmasından  yalnız  aşağıdakı  hallarda 

imtina edilə bilər:  

11.3.1.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  olunmuş 

sənədlər  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  bu  Qanuna  və  digər  qanunvericilik 

aktlarına zidd olduqda;  

11.3.1-1.  ərizədə  göstərilən  məlumatlar  və  (və  ya)  ona  əlavə  edilən  sənədlər  yanlış 

olduqda;


24

 

11.3.2. hüquqi  şəxs  statusu  almaq  istəyən qurumların  məqsədləri,  vəzifələri  və fəaliyyət 



formaları qanunvericiliyə zidd olduqda;  

11.3.2-1.  Qeyri-hökumət  təşkilatlarının  nizamnamələrində  dövlət  və  yerli  özünüidarə 

orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları 

nəzərdə tutulduqda;

25

 

11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya 



eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının 

adında  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının  adlarından,  habelə  Azərbaycanın 

görkəmli  şəxsiyyətlərinin  adlarından  (onların  yaxın  qohumlarının  və  ya  vərəsələrinin  icazəsi 

olmadan) istifadə edildikdə; 

26

 

11.3.4.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsis 



sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş 

müddət ərzində aradan qaldırılmadıqda.  

11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və 

ya  filialının,  habelə  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına  alınmış  hüquqi  şəxsin 

nümayəndəliyinin  və  ya  filialının  müvafiq  olaraq  dövlət  qeydiyyatına  alınması  və  dövlət 

reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə 

alınmış  faktların  sonrakı  dəyişikliyinin  dövlət  qeydiyyatına  alınması  üçün  bu  Qanunda 

göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim 

edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun.  

11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və 

ya  filialının,  habelə  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına  alınmış  hüquqi  şəxsin 

nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət 

reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə 

qeydə  alınmış  faktların  sonrakı  dəyişikliyinin  dövlət  qeydiyyatına  alınmasından  qanunsuz 

imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.  

 



Yüklə 224,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə