Hörmətli tələbə!



Yüklə 50,5 Kb.
tarix17.11.2018
ölçüsü50,5 Kb.
#80881

Hörmətli tələbə!

İxtisas profili üzrə istehsalat təcrübəsi Sizdə ümumi və professional səriştələrin formalaşmasına, texniki professional fəaliyyət növü üzrə praktiki təcrübənin qazanılmasına yönəlmişdir.

Təcrübənin keçilməsi Sizin professional hazırlığınızın keyfiyyətini artırır, qazanılmış nəzəri bilikləri möhkəmləndirməyə imkan verir.

Aşağıdakıları diqqətinizə çatdırırıq:



  • istehsalat təcübəsinin keçilməsi təhsilin məcburi şərtidir;

  • üzürlü səbəbə görə təcrübə keçməyən tələbələr, professional modul üzrə (ixtisas vermə) imtahanlarına buraxılmırlar və dərsdən kənar vaxtlarda ikinci dəfə təkrar təcrübəyə göndərilirlər;

  • təcrübənin hesabatı müvafiq şöbənin komissiya üzvləri qarşısında müdafiə edilir;

  • təcrübəni müvəffəqiyyətlə keçmiş tələbələr, verilən hesabatın nəticələrinə və müəssisə tərəfindən təcrübə rəhbərinin verdiyi qiymətə (attestasiya xasiyyətnamə-səhifəsi) görə yekun qiymət alırlar və imtahanlara buraxılırlar.

Hazırkı metodiki tövsiyələr təcrübənin məqsəd və vəzifələrini, təcrübə üzrə tapşırıqların konkret məzmununu, istehsalat təcrübəsinin təşkilinin xüsusiyyətlərini və ardıcıllığını təyin edir, və həmçinin onun tərkibinə təcrübə üzrə hesabatın hazırlanmasına olan tələblər və onun müxtəlif bölmələrinin tərtibat nümunələri daxildir. Sizin diqqətinizə çatdırırıq ki, tövsiyələrin diqqətlə öyrənilməsi və kollecdən olan təcrübə rəhbəri ilə məsləhətləşmələr Sizə təcrübədən heç bir problem olmadan qiymət almağa kömək edəcək.

Təcrübə üzrə məsləhət saatları sizin rəhbəriniz tərəfindən qrupun təşkilat yığıncağında qəbul edilmiş qrafik üzrə aparılır. Bu məsləhət saatlarında iştirak etmək sizə hesabatı daha yaxşı hazırlamağa imkan verəcək.


Sizə uğurlar arzu edirik!

  1. Təcrübənin məqsəd və vəzifələri

İstehsalat təcrübəsi təhsil prosesinin tərkib hissəsidir və professional fəaliyyət növünün formalaşmasında mühüm əhəmiyyətə malikdir. İstehsalat təcrübəsi səriştənin formalaşdırılmasının həlledici mərhələsidir. O həm professional funksiyaları yerinə yetirmək üzrə, həm də əmək münasibətlərinə daxil olmağın təcrübəsini almağı və analiz etməyi təmin edir.

Təcrübə aşağıdakılara yönəlib:



    • təşkilatın fəaliyyətində praktiki iştirak əsasında alınmış nəzəri biliklərin möhkəmləndirilməsi;

  • professional fəaliyyət və sərbəst işləmə təcrübəsinin qazanılması;

  • təcrübə hesabat materiallarının hazırlanması üçün materialların yığılması, analizi və ümumiləşdirilməsi.

Praktik tapşırıqların yerinə yetirilməsi ümumi və professional səriştələrin formalaşması prosesinin aparıcı tərkib hissəsidir.

  1. Təcrübənin məzmunu

Təcrübə tapşırıqlarının məzmunu Sizə professional fəaliyyət növü üzrə professional səriştələrin formalaşmasına imkan verəcək və ümumi və professional səriştələrin formalaşmasına kömək edəcək.

Təcrübə keçirilən yerə gəldikdə Siz kuratorla birlikdə ixtisas profilli təcrübənin təqvim planını tərtib edirsiz. Planı tərtib edərkən təcrübə üzrə tapşırıqları nəzərə almalısınız.

Təcrübənin keçmə müddətində tələbənin əsas vəzifələri:

Siz təcrübə başlamazdan əvvəl:



  • tapşırığı almalı;

  • tapşırığı öyrənməli və təcrübənin keçirilməsini planlaşdırmalı;

  • təcrübə rəhbəri ilə özünüzün fərdi təcrübə keçmə planınızı razılaşdırmalı.

Siz təcrübə keçmə prosesində:

  • əmək intizamına, təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizliyinə, sanitar qaydalarına əməl etməli, daxili nizam-intizam qaydalarının tələblərini yerinə yetirməlisiniz;

  • hər gün təcrübə rəhbəri ilə işin tərkibini və həcmini razılaşdırmalısınız;

  • fərdi plana uyğun gündəlikdə qeydlər aparmalısız;

  • təhsil müəssisəsi tərəfindən təcrübə rəhbəri ilə qrup və ya məsləhət saatlarında iştirak etməli və fərdi plana uyğun tapşırıqların yerinə yetirilmə nəticələrini təqdim etməlisiniz

Siz təcrübəni yekunlaşdırdıqda:

  • attestasiya xasiyyətnamə səhifəsini almalı;

  • təcrübə rəhbərinə hesabatı təqdim etməli.

  1. Təcrübə üzrə qiymətin alınması üçün materiallar komplektinə olan tələblər

Tələbə istehsalat təcrübəsindən qiymət almaq üçün təcrübə rəhbərinə aşağıdakılardan ibarət materiallar komplektini təqdim edir: Təcrübənin nəticələri üzrə hesabat, təcrübənin gündəliyi, attestasiya xasiyyətnamə-səhifəsi.

Hesabatın strukturu:



  • titul səhifəsi (müəssisədə tərcübə keçənlər üçün-əlavə 1; kollecdə təcrübə keçənlər üçün-əlavə2);

  • mündəricat (səhifələri göstərməklə hesabatın bölmələrinin siyahısı);

  • giriş (təcrübənin məqsəd və vəzifələri);

  • məzmun hissəsi (təcrübə tapşırığına uyğun olaraq);

  • Nəticə (təqdim olunmuş materiala əsasən hesabatın əsas hissəsində təcrübənin yekunları çıxarılır, məqsədin yerinə yetirilməsi, qarşıya qoyulan tapşırıqlara nail olunması, yeni biliklərin, bacarıqların, praktiki təcrübənin alınması, təcrübənin keçirilməsi üzrə arzu və təkliflər müəssisədə öyrənilmiş təcrübə mövzusunun təkmilləşdirilməsi üzrə təkliflər qeyd olunur);

  • istifadə olunmuş ədəbiyyatın siyahısı (normativ sənədlər, metodik göstərişlər daxil olmaqla, elmi cihazların istifadə qaydalarına uyğun tərtib olunmalıdır);

  • Əlavələr (hesabatı yazan zaman tələbəni seçdiyi və öyrəndiyi müvafiq sənədlər: formalar, blanklar, sxemlər, qrafiklər və s). Bu materiallar hesabat qovluğuna daxil deyil.

Hesabatın bütün bölmələri arasında məntiqi əlaqə olmalıdır.

Hesabatın ümumi həcmi təxminən

10-15 çap vərəqi sayında olmalıdır.

Hesabat mətn sənədlərinin tərtibatı qaydalarına uyğun tərtib olunmalıdır.

Təcrüb üzrə yığılmış bütün lazımi materialları tələbə qovluqda toplayır.

Hesabatın mətninin tərtibatına olan tələblər.



  1. Hesabat aşağıdakı kimi yazılır:

    • birinci şəxs tərəfindən;

    • kompüterdə Times New Roman şrifti ilə tərtib olunur;

    • sənədin ölçüləri: yuxarı-2, aşağı-2, sol-3, sağ-1,5;

    • birinci sətrin sürüşməsi-1sm;

    • şriftin ölçüsü-14;

    • sətirlərarası məsafə-1,5;

    • səhifələrin nömrəsinin yerləşdirilməsi-aşağı mərkəz;

    • birinci (titul) səhifənin nömrəsi yazılmır;

    • yuxarı kolontitulda SAA, qrupun №-si, kurs, hesabatın hazırlanma tarixi göstərilir.



  1. Hər bir hesabat fərdi olaraq yerinə yetirilir.

  2. Hesabatın məzmunu qovluqda toplanır.


Azərbaycan Respublikası Təhsil Nazirliyi

BAKI IDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ

İSTEHSALAT/DİPLOM QABAĞI TƏCRÜBƏ ÜZRƏ

HESABAT

000000 İxtisasın adı

Mövzu:

Tələbə qr.______________________________________



______________________________________________

(soyadı, adı, atasının adı)

Müəssisə: _____________________________________

______________________________________________

(təcrübə keçirilən yerin adı)

Təcrübə rəhbəri: ________________________________

______________________________________________

(soyadı, adı, atasının adı)



Qiymət: _______________________

BAKI - 2017
Yüklə 50,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə