Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə8/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   4   5   6   7   8   9   10   11   ...   211

Optik ölçmə 

 

14 


 

ibarətdir  ki,  onlar  hissəyə  toxunmadan  qısa 

zamanda  aparılırlar.  Buna  görə  də,  bu  üsullar  

istehsal  prosesində  bir  başa  keyfiyyət  gös-

təriciləri  üçün  vacib  olan  parametrləri  ölç-

məklə  keyfiyyətin  təmin  olunmasında  əhə-

miyyətli rol oynayırlar. 

 

(alm.  die  optische  Messtechnik,  ingl.    Optical  mea-



surement technology

 

Opimal  yeyilmə  kriteriyası  kobud  və  təmiz 

emal üçün tətbiq olunan kəsici alətlərin tədqiqi 

zamanı  müəyyən  olunur.  Ondan  həmçinin  

kütləvi  məmul  istehsalı  və  baha  başa  gələn, 

mürəkkəb  emal  növləri  üçün  tətbiq  olunan  

alətlərin  tətbiqini  optimallaşdırmada  istifadə 

olunur.  

Optimal yeyilməni təyin etmək üçün yeyilmə 

kriteriyasından istifadə edilir : 

1.  Vizual  kriteriyalar  –  alətin  dal  üzü  üzrə 

yeyilməsi  zamanı  sürtünmə  artır  və  kəsilmiş 

səthlərdə  parıldayan    izlər  qalır  və  yaxud  da 

səthdə  qaramtıl  ləkələr  əmələ  gəlir,  emal 

zamanı  səciyyəvi  səslər  çıxır.  Bu  kriteriyanın 

istehsalatda  geniş  tətbiq  olunmasına  bax-

mayaraq o, çox subyektivdir və böyük istehsal 

təcrübəsi tələb edir.  

2. Yeyilmə sahəsinin və çuxurunun dərinliyini 

ölçməklə  alətin  tətbiqini  dayandırmalı.  İstiyə 

davamlı,  titan  və  çətin  əriyən  xəlitələrin 

emalında  buraxılabilən  yeyilmənin  qiyməti  h

y

 



=0,3..0,5 

mm, 


poladların 

emalında 

isə 

hy=0,8


÷

-1 mm həddində buraxılır. 

3.    Yeyilmənin  texnoloji  kriteriyası  yeyilmə-

nin elə qiymətinə deyilir ki, onu keçdikdə emal 

olunan  səthin  təmizliyi  və  hissənin  ölçü 

dəqiqliyi  qoyulan tələblərə cavab vermir. 

Bu  və  ya  digər  kriteriyanın  seçilməsi  emal 

olunan  hissəyə  qoyulan  texnoloji  tələblər  

əsasında aparılır. 

 

(alm. die Verschleißkriterien, ingl. Wear criteria



 

Optimallaşdırma  hər  hansı  bir  məsələnin 

həllində  verilmiş  kriteriyaya  cavab  verən  ən 

yaxşı  (optimal)    həllin  (parametr)  tapılması 

prosesidir.  Obyekti  analiz  etdikdə,  bütün 

tələbləri  ödəyən  yeganə  kriteriyanın  seçilməsi 

çətindir.  Digər  tərəfdən  məsələnin  hər  tərəfli 

həllinə  çalışmaq  və  çoxlu  sayda  kriteriyaların 

təyin edilməsi məsələni mürəkkəbləşdirir. Ona 

görə də,  kriteriyaların  sayı  fərqli  ola  bilər.  Bir 

kriteriyalı  optimallaşdırma  məsələsi  çox  vaxt 



skalyar, çoxkriteriyalı isə vektorial optimallaş-

dırma adlanır.  

Optimallaşdırılan  obyekti  xarakterizə  edən 

parametrlərin  sayı  da,  həmçinin  müxtəlif  ola 

bilir, burada parametrlər fasiləsiz və ya diskret 

dəyişənlərə bölünürlər.   

Optimallaşdırma  məsələləri  maşınqayırmada 

yüksək  effektivlik  tələb  olunan  texnoloji 

proseslərin  və  yüksək  istismar  göstəriciləri  tə-

ləb  olunan  maşınların  layihələndirilməsində 

geniş  tətbiq  olunur.  Məsələn,  maşın  hissə-

lərinin  hazırlanması  zamanı  onların  qısa  za-

manda  və  kiçik  maya  dəyərində  əldə  olun-

masına  çalışırlar.  Bu,  texnoloqlar  qarşısına 

aşağıdakı vəzifələri qoyur: 

 

Prosesi analiz etməli, 



 

Optimallaşdırılan parametrin təyini, 

 

Parametrlərin  həllər  oblastını,  yəni  para-



metrlərə  qoyulan  məhdudiyyətləri  müəyyən-

ləşdirməli, 

 

Prosesə  təsir  edən  kənar  faktorların  seçil-



məsi və qiymətləndirilməsi, 

 

→Optimallılıq kriteriyasının seçilməsi, 



 

Seçilmiş  kriteriyaya  uyğun  qiymətləri  ve-

rən məqsəd funksiyasının seçilməsi, 

 

Optimallaşdırma üsulunun seçilməsi, 



 

Hesabatın  aparılması  və  əldə  olunmuş 

qiymətlərin 

kriteriya 

əsasında  qiymət-

ləndirilməsi, 

 

Qərarın qəbul edilməsi. 



Onu  da  qeyd  etmək  lazımdır  ki,  optimal-

laşdırma,  variantları  sadəcə  müqayisə  et-

məkdən  fərqli  olaraq  parametrin  həllər 

oblastına  düşən  bütün  mümkün  qiymətlərini 

araşdırır.  Axtarış  prosesində  bütün  həllər 

nəzərdən  keçilirilməzsə,  onda  əldə  olunan 

nəticə rasional adlanır. 

 

(alm. die Optimierung, ingl.



 

Optimization ) 

 

Optimallılıq  kriteriyası  məsələlərin  həllində 

əldə  olunan  nəticənin  optimallılığını  qiymət-

ləndirmək  üçün  istifadə  olunan  səciyyəvi 

göstəricidir. Bir məsələdə bir neçə optimallılıq 

kriteriyası qoyula bilər. 

→Optimallaşdırma məsələsinin qoyuluşunda 

əsas  problem  məqsəd  funksiyasının  müəyyən 




Optimallılıq kriteriyası 

 

15 


 

 

olunmasından 



ibarətdir. 

Bütün 


çıxış 

parametrləri  daxili  parametrlərin  funksiyasıdır 

və  uyğun  olaraq  bir-birindən  asılı  olmayaraq 

dəyişə  bilməzlər.  Bu  parametrlər  arasında 

həmişə 

eləsini 


tapmaq 

olar 


ki, 

onun 


dəyişilməsi  digərinin  pisləşməsinə  aparıb 

çıxarır.  Belə  parametrlər  konflikt  parametrlər 

adlanır.  Əgər  çıxış  parametrləri  arasında 

obyektin  xassələrini  daha  yaxşı  xarakterizə 

edən  vacib  birisi  varsa,  onda  onu  məqsəd 

funksiyası  kimi  qəbul  edirlər.  Bu  məxsusi 

kriteriyadır.  Məxsusi  kriteriyalarda    məqsəd 

funksiyası  rolunu  çıxış  parametrlərdən  biri 

oynayır, yerdə qalanlarını isə sərhəd şərti kimi 

həllər  sahəsinin  məhdudlaşdırılmasında  istifa-

də edirlər. 

Çox  kriteriyalı  optimallaşdırma  məsələsində 

ən  yaxşı  həlli  tapmaq  çətin  olur,  çünki  bir 

variantdan  digərinə  keçdikdə  bir  qayda  olaraq 

bir  kriteriyanın  qiyməti  yaxşılaşsa  da,  digər-

lərinin  qiymətləri  pisləşir.  Belə  kriteriyaların 

tərkibi  ziddiyətli  adlanırlar  və  sonuncu  seçil-

miş  həll  həmişə  kompromis  əsasında  tapılır. 

Kompromis bu və ya digər məhdudiyyətlər da-

xil  etməklə  və  ya  subyektiv  təkliflər  əsasında 

qəbul  edilir.  Ona  görə  də,  belə  həll  obyektiv 

sayıla  bilməz.  Çox  zaman  çoxkriteriyalı  mə-

sələ, onları kompleks kriteriyada cəmləşdirərək 

bir kriteriyalı məsələyə gətirilir. 

 Texnoloji proseslərin optimallaşdırılmasında 

kriteriya  kimi  iqtisadi  gəstəricilər  əsas  gö-

türülür. Burada emala sərf olunan vaxt və xərc-

lərə  üstünlük  verilir.  Əsas  iqtisadi  kriteriyalar 

aşağıdakılardan ibarətdir: 

 

Məmulun maya dəyəri, 



 

Məmulun hazırlanmasına sərf olunan vaxt, 

 

Vaxt və maya dəyəri arasında kompromis, 



 

Qazanc. 


Prosesin  modelləşdirilməsi  zamanı  işlənən 

məqsəd  funksiyası  seçilmiş  optimallılıq  krite-

riyasının  parametrlərini  özündə  əks  etdir-

məlidir. Kriteriyada emal parametrlərinin daxil 

olması  zəruridir,  çünki  ekstrem  qiymətlərin 

axtarışı zamanı düsturda olan sabitlər nəzərdən 

atılır.  Optimallaşdırmanın  nəticəsi  bir  başa 

emal  parametrlərindən  asılı  olur,  sabitlər  isə 

yalnız  mütləq  qiymətlərin  dəyişməsinə  gətirib 

çıxarır.  Çox  vaxt  optimallaşdırma  üçün 

məmulun  maya  dəyəri  əsas  götürülür,  çünki 

onun  bir  hissəsi  hazırlamaya  sərf  olunan 

vaxtdan asılı olur.  

  

(alm.  das  Optimalitätskriterium,  ingl.



 

Optimality 

criterion ) 

 

O

turma maye  və  ya bərk halda olan material-

ların  soyuma  zamanı  məruz  qaldıqları  həcmi 

dəyişməyə deyilir. Demək olar ki, bütüm mate-

rialların  sıxlığı    maye  halda  bərk  haldakından 

aşağıdır.  Bunun  nəticəsində  soyuma  zamanı 

materialın  daxilində  likvidus  temperaturuna 

qədər  sıxlaşma  baş  verir  və  həcmi  kiçilmə 

əmələ  gəlir.  Sonrakı  bərkimə  mərhələsində 

sıçrayışla  baş  verən  həcmi  kiçilmə  yaranır. 

Üçüncü  mərhələ  bərkimiş  qızmar  halda  olan 

materialın  otaq  temperaturunda  soyuması 

zamanı  baş  verir.  İkinci  mərhələdə  baş  verən 

oturma  həm  də  materialın  daxilində  xətaların 

yaranmasına  səbəb  ola  bilir.  Məsələn,    maye 

metalın  qəlibdə  soyuması  zamanı  likvidiusa 

qədər  baş  verən  oturma  elə  də  qorxulu  deyil, 

burada  həcmi  dəyişmə  maye  metal  tərəfindən 

tarazlaşdırılır.  Yəni metalın həcmi  azaldıqca  o 

qəlibin  içində  yenidən  paylanır.  İkinci  mər-

hələdə, likvidius və solidius temperaturları ara-

sında  metal strukturunun formalaşması baş ve-

rir.  Bu  arada  yaranan  həcm  defisiti  →lun-

kerlərin  və  boşluqların  əmələ  gəlməsini  şərt-

ləndirir.  Metalların  otaq  temperaturunda  soyu-

ması  solidusdan  çox  aşağıda  baş  verdiyindən 

onun  tərkibində  heç  bir  dəyişiklik  yaranmır.  

Metal  hissələrin  tökülməsinin  layihələndiril-

məsi  zamanı  oturmanın  qiyməti  və  onun 

əlverişli idarə olunması nəzərə alınmalıdır.  

 

(alm. die Schwindung, ingl. Shrinkage)    



 

Oturma  koğuşu  metal  ərintilərinin  bərkiməsi 

zamanı  töküyün  daxilində  yaranan  boşluqdur. 

Maye  haldan  bərk  hala  keçdikdə  metalda 

həcmi  kiçilmə  baş  verir,  metalın  daxilində 

yaranan  material  defisiti  nəticəsində  boşluq 

əmələ  gəlir.  Bu  əsasən  sonuncu  bərkiyən 

zonada  daha  aydın  özünü  büruzə  verir.  Buna 

görə  də,  töküklərin  layihələndirilməsi  zamanı 

oturma  koğuşunu  töküyün  daxilində  yox, 

ondan  kənarda,  bunun  üçün  nəzərdə  tutulmuş 

qidalandırıcılarda  baş  verməsinə  çalışılır. 

Qidalandırıcılar  elə  layihələdirilir  ki,  bərkimə 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə