Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə4/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   2   3   4   5   6   7   8   9   ...   211

Nəzarət kartı 

 

 



 

1.  Nəzarət  kartı                keyfiyyət  göstəricisinin 

orta  ədədi  qiymətinin  və  R  kartı  onun 

səpələnməsinin  dəyişməsinə  nəzarət  üçün 

tətbiq olunur (məsələn: uzunluq ölçüləri, kütlə, 

diametr,  möhkəmlik  həddi,  və  s.) .  Ondan 

seriyalı və kütləvi istehsalda, dəqiqlik ehtiyatı  

 

 



 

 

olan,  dəqiqlik  əmsalı  0,75÷0,85  arasında 



yerləşən  və  keyfiyyət  göstəricisi  Qaus  və  ya 

Maksvell  qanununa  əsasən  paylanan  texnoloji 

proseslərin araşdırılmasında istifadə olunur.  

Nəzarət  kartların  dəqiqliyə  yüksək  tələbat 

qoyulmuş  proseslərdə,  təhlükəsizlik  üçün  mə-

sul  olan  hissələrdə  (aviasyada,  avtomobilqa-

yırmada),  ölçmədə,  idaretmə  sistemlərində  və 

s.  istifadə  olunan  məmullarda  tətbiq  olunması 

məsləhət görülür.  

 

 2.          -  R-də  1-ci  halda  olduğu  kimi  tətbiq 



olunur, ancaq daha dəqiq proseslərdə. 

  

3.  P  nəzarət  kartı  texnoloji  proseslərin  zay 



məmullarının  sayı  əsasında  nəzarət  və  idarə 

olunmasında  istifadə  olunur.  Zay  məmulun 

payını  hesablamaq  üçün  onların  sayı  yoxlama 

üçün götürülən məmulların sayına bölünür.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bundan 



əlavə, 

bu 


kart 

məmul 


buraxmanın intensivliyinin  yoxlanmasında  da 

yararlıdır. 

 

4.  pn  nəzarət  kartı  sabit  həcmli  (n)  seçmədə 



zay məmulların sayına nəzarət tələb olunduqda 

istifadə  olunur.  Bu  P  kartına  uyğun  gəlir,  fərq 

yalnız n sabitindədir.  

 

Nəzarət  kartlarının  tətbiqi  müəyyən  hazır-



lıqlar  tələb  edir.  İlkin  olaraq  hissələrin  həcmi, 

seçimin  aparılma  tezliyi,  nəzarət  sərhədləri 

təyin  olunur  və  prosesin  dayanıqlığı  analiz 

edilir.  Bundan  sonra  proses  statistik  idra-

əolunan  hala  gətirilir,  analiz  nəticəsində  pro-

sesə təsir edən məlum sistematik təsirlər əlavə 

tədbirlərin  köməyi  ilə  aradan  qaldırılır. 

Məsələn,  əgər  material  xassələrinin  meyillən-

məsi  prosesə  ciddi  təsir  göstərirsə,  onda  mate-

rialın hazırlığına əlavə tələblər qoyulur. 

 Nəzarət 

kartlarının 

qurulmasında 

orta 


hissədə  çəkilən  üfüqi  xətt  orta  ədədi  qiyməti 

göstərir  (şəkil  1).  Yuxarı  və  aşağı hissədə  ona 

paralel  uzanan  xətlər  isə  uyğun  olaraq  yuxarı 

və  aşağı  sərhədlərdir.  Ordinat  oxunda  ölçünün 

qiymətləri,  absis  oxunda  isə  hissənin  nömrəsi 

və ya onun götürüldüyü vaxt yer alır.  

Nəzarət kartlarının qiymətləndirilməsi sayə- 

 

 



X

T

K

T

σ

6



=

Şəkil 1. Nəzarət kartı

 



Nəzarət kartı  

 

 



sində  sistematik  və  təsadüfi  xətalar  aşkarlanır. 

Sistematik  meyillənmələr  müəyyən  qanunauy-

ğunluqlara  malikdir.  Nəzarət  kartında  ölçmə 

qiymətlərinin  gedişindən  bu  qanunauyğunluğu 

görmək mümkündür. Məsələn, əgər ölçmə qiy-

mətləri  sərhədə  doğru  xətti  yaxınlaşırsa,  onda 

emal  zamanı  alət  yeyilməsini  güman  etmək 

olar.  Orta  xətt  ətrafında  periodik  meyillənən 

əyrilərdə  prosesin  orta  xəttinin  sürüşməsi 

nəzərə  çarpır.  Səbəb  kimi  alətin  tilinin  zə-

dələnməsini  göstərmək  olar.  Potensial  prob-

lemlərin  analizində  təkcə  sərhəd  şərtləri  deyil, 

həm  də  ölçmə  qiymətlərinin  diaqramdakı  və-

ziyyəti  müəyyən  rol  oynayır.  Ölçülən  para-

metrin  90%-i  mərkəzi  sahənin  üçdə  birində 

yerləşdikdə və ya onların 40%-dən azı bu sahə-

yə  düşdükdə  sistematik  təsirin  mümkünlüyü 

ehtimal olunur.   

  

 

(alm. die Kontrollkarte,  ingl. Control Card)  



 

Nəzarətin  planlanması  istehsal  prosesində 

hazırlanan  məhsulun  keyfiyyətinin  təmin 

olunması üçün məhsulun vacib göstəricilərinin 

müəyyən  olunması  və  onların  nəzarəti  tez-

liyini,  bunun  üçün  lazım  olan  ölçmə  vasi-

tələrinin  və  nəzarətçilərin  təyinini  əhatə  edən 

tədbirlər  toplusudur.  Nəzarətin  uğurlu  plan-

lanması  üçün  istehsal  prosesində  iştirak  edən 

bütün  sahələrin  (konstruksiyaetmə,  istehsalın 

hazırlığı,  istehsal  prosesi  və  keyfiyyətə  nə-

zarət)  nəzərə  alınması  zəruridir.  Nəzarət  planı 

mükəmməl  aparıldıqda  məhsulun  keyfiyyətini 

tam təmin etmək mümkündür.  

Nəzarəti  planlaşdıran  şəxs  konstruksiya  sə-

nədləri  əsasında  öncə  keyfiyyətə  təsir  amilləri 

müəyyənləşir və bunun əsasında nəzarət göstə-

ricilərini  təyin  edir.  Bu  göstəricilər  konstruk-

torla razılaşdırılır.     

Keyfiyyət  göstəriciləri  material  daxilindən 

başlayan  məhsulun  yaranması  prosesindən  

tutmuş    yığma  prosesinə  qədər  istehsalı  əhatə 

edən bütün zəncir boyu yoxlanılır. Nəzarətlərin 

sayını  minimallaşdırmaq,  amma  bununla  key-

fiyyət  göstəricilərinin  verilmiş  qiymətdən 

meyillənməsini  vaxtında  aşkar  etmək  üçün 

nəzarət prosesinin planlanması lazımdır. 

 Nəzarət  planı  tərtib  edildikdən  sonra hər  bir 

mərhələ üçün uyğun nəzarət/ölçmə vasitəsi  

təyin olunur. Bu mərhələdə ölçmənin dəqiqliyi, 

ölçmə  vasitələrinin  tətbiq  olunduğu  sahədə 

ətraf  mühit  və  onların  səmərəli  istifadəsi 

nəzərə alınmalıdır.  Nəzarət/ölçmə  əməliyyatı-

nın incəlikləri  də  (məsələn: köməkçi  vasitələr, 

ölçmə obyektinin yuyulması və s.)  əvvəlcədən 

planda göstərilir.   

Bu informasiya əsasında hər bir maşın hissəsi 

və  nəzarət  prosesi  üçün  nəzarət  planı  və 

göstərişi  işlənilir.  Sonda  nəzarətin  nəticələri 

sənədləşdirilir.  

 

(alm. die Prüfplanung, ingl. Inspection Planning



 

Nəzarətli  dağılma  yeri  maşın  hissələrində 

konstruktiv,  mexaniki  və  ya  fiziki  tədbirlər 

üçün nəzərdə tutulan konstruksiya elementidir. 

Qəza və ya həddən artıq yükləmədə bu element 

məqsədli  olaraq  sıradan  çıxır  və  hissədə  nə-

zarətli  dağılma  baş  verir.  Bu  tədbirlə  bütün 

maşına dəyəbiləcək zədənin qarşısı alınır və ya 

xüsusi  funksiya  əldə  edilir.  Nəzərdə  tutulmuş 

dağılma  yerində  çox  vaxt  kərtik  kəsilir.  Kər-

tiyin  təsirindən  burada  konsentrasiya  olunmuş 

gərginlik  yığılır  və  hissənin  en  kəsiyi 

zəiflədilir.   

Bəzi  hallarda  maşınlarda  həddən  artıq  yük-

ləmədə  sıradan  çıxan  elementdən  istifadə 

edilir. Məsələn, muftalarda kəsilən çiviləri bu-

na  misal  göstərmək  olar.  Bu  elementlərin  en 

kəsiyinin  ölçüləri  bütün  düyümə  nisbətən  zəif 

seçilir ki, həddən artıq yükləmədə yalnız orada 

sınma baş versin.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.  Nəzarətli  dağılma  yerinə  malik  bərkidici 



element 

 

(alm. die Sollbruchstelle, ingl. Breaking point




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə