Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


İslamda qadın-kişi arasında sərhəd



Yüklə 270,05 Kb.
səhifə6/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
1   2   3   4   5   6   7   8

İslamda qadın-kişi arasında sərhəd


İslama görə hər yerdə - küçədə, idarədə, bazarda qadın və kişi arasında bir sərhəd olmalıdır. Müsəlman qadın və kişi arasında hicab və sərhəd müəyyən olunmuşdur. Qadın və kişilərin qarışması kişilərin kişilərlə və qadınların qadınlarla qarışması kimi deyil. Buna riayət etmək lazımdır; həm kişi riyaət etməlidir, həm də qadın. Əgər İslamın kişi və qadınların münasibətlərinə və qarışmasına dair həssaslığı nəzərə alınsa, kişilərin gördüyü bütün ictimai işləri fiziki qüvvəsi, həvəsi və fürsəti olan qadınlar da görə bilərlər.

Xuzistan qadınlarının toplantısında çıxışdan: 1997.

Hicab təhlükəsizlik vasitələrindəndir!

Qeyd etdiyim qarışmanın baş verməməsi və əxlaq hədlərinin qorunması üçün İslam qadına hicabı vacib etmişdir. Bu hicabın özü təhlükəsizlik vasitələrindən biridir. Hicab təhlükəsizlik vasitələrindən biridir. Müsəlman qadın hicablı olduqda həm onun özü təhlükəsiz olur, həm də müsəlman kişilər. Hicabın qadınlardan alındığı və qadının çılpaqlığa yaxınlaşdırıldığı yerdə ilk növbədə qadının özünün, sonra isə kişilərin və gənclərin təhlükəsizliyi pozulmuş olur. İslam mühitin sağlam və təhlükəsiz olması, qadının cəmiyyətdə öz işini görməsi, kişinin də öz vəzifələrini yerinə yetirməsi üçün hicabı müəyyən etmişdir. İslamın dəyərli hökmlərindən olan hicabın faydalarından biri qeyd etdiyim bu məsələdir.



Xuzistan qadınlarının toplantısında çıxışdan: 1997.

Hicab - qadınları müdafiənin əsas şərti


Qadını müdafiə adı altında görülən hər bir işdə əsas şərt qadının iffətini qorumaq olmalıdır. Qeyd etdiyim kimi, Qərbdə buna diqqət yetirilmədi. Yəni qadın iffəti məsələsi diqqətdən kənarda qaldı, ona etinasızlıq göstərildi və bu səbəbdən cinsi özbaşınalıqlar qarşıya çıxdı. Qadın şəxsiyyətinin ən mühüm elementi olan iffətin diqqətdən kənarda qalmasına imkan verilməməlidir. Qadın iffəti digərlərinin, hətta şəhvətpərəst və pozğun kişilərin gözündə də qadının şəxsiyyətini, ucalığını və möhtərəmliyini göstərir. Qadının iffəti onun hörmətinə və şəxsiyyətinə bais olur. Hicab məsələsi, məhrəm və naməhrəmlik, baxmaq və baxmamaq məsələləri iffətin sağlam qalmasından ötrüdür. İslam dini qadının iffətinə əhəmiyyətli yanaşır. Əlbəttə, kişinin iffəti də əhəmiyyətlidir. İffət təkcə qadınlara məxsus deyil, kişilər də iffətli olmalıdırlar. Lakin cəmiyyətdə kişi öz fiziki gücünə arxalanıb qadına zülm edə, onu öz iradəsinə məcbur edə bildiyindən, qadın iffəti üzərində daha artıq təkid göstərilmişdir.

Böyük Rəhbərin "Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışından: 1997.

Qadınların ictimai fəaliyyətinin dindarlıqla ziddiyyət təşkil etməməsi

Erkən İslam çağında qadın döyüş meydanında yaralıların yarasını bağlamaqdan əlavə (bu iş daha çox qadınların öhdəsinə düşürdü), hətta bəzən niqabla döyüşə girib o dövrün ağır vuruşmalarında qılınc çalırdılar. Eyni zamanda evin daxilində öz övladlarını ağuşlarına alır, İslam tərbiyəsi verir və öz hicablarını qoruyurdular da. Çünki bunların bir-biri ilə ziddiyyəti yoxdur. Əgər insan yaxşı diqqət yetirsə, ziddiyyətin olmadığını görər. Bəziləri ifrat edirlər, bəziləri təfrit; bəziləri deyirlər ki, ictimai fəaliyyət evlə, ərlə və övladla maraqlanmağa imkan vermədiyinə görə bunu etməməliyik, bəziləri də deyirlər ki, ev, ər və övlad ictimai fəaliyyətə imkan vermədiyinə görə onları buraxmalıyıq. Bunların hər ikisi səhvdir və birinə görə o birini əldən vermək olmaz.



Xuzistan qadınlarının toplantısında çıxışdan: 1997.

Qərbin hicab məsələsinə dair ajiotajı

Yaşadığımız dövrdə Amerikanın və Avropanın bütün dünyaya qarşı yeni müstəmləkəsinə zəmin yaradan təfəkkürlər vardır. Məqsəd Qərb modelli demokratik cəmiyyətlər yaratmaqdır və siz dünyanın bu məsələ üzərində həssas olduğunu bilirsiniz. Əgər hicab təbliğatı zamanı bu cəmiyyətlərin geyim formasına azca toxunulsa, bütün dünyanı səs-küy bürüyər. Lakin hicabın açılması istiqamətində kiminsə geyim formasına toxunanda onun yüzdə biri qədər səs çıxmır. Bu reallıqdır. Bu gün hegemon dünyanın səssizcə bütün dünyaya hakim etməyə çalışdığı yeni sivilizasiya və quruluşun əlamətlərindən biri budur.



Fəqih rəhbərin ölkə universitetlərindəki nümayəndəliklərinin Mərkəzi şurasının üzvləri və nümayəndəliklərin başçıları ilə görüşdə çıxışından: 1990.

Qadınların hicaba dair düşüncələrinin inkişafına çalışmaq

Qadınların mənəvi və əxlaqi baxımdan inkişafı fikri qadınların arasında geniş yayılmalıdır. Qadınların özləri bu məsələ barədə daha çox düşünməlidirlər. Onların özləri elmə, biliyə, maariflənməyə və həyatın əsaslı məsələlərinə üz tutmalıdırlar. Tağut hakimiyyəti dövründə Qərbin səhv tərbiyəsi bu ölkədə qadınların bərbəzəyə, dəbdəbəçiliyə, əbəs zinətlərə və bəzənib özlərini göstərməyə meyl salmalarına bais oldu və bu, kişi dominantlığının əlamətlərindəndir. Qərblilərin kişi dominantlığının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın kişinin ləzzət alması üçün bəzənməlidir. Bu, kişinin dominantlığıdır. Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Onlar kişinin azad olmasını istəyirlər. Hətta kişinin gözünün ləzzət alması üçün qadını onun qarşısında hicabsızlığa və bəzənməyə həvəsləndirirlər. Əlbəttə, qədim dövrlərdə dinsiz cəmiyyətlərin çoxlu kişilərində də bu növ eqoizm mövcud olub və indi də var. Qərblilər də bunun ən bariz nümünələri olmuşlar. Deməli, qadının mütaliəyə, elmə və tədqiqata sarı hərəkət etməsi və digər bu kimi şüarlar yalnız qadınların arasında ciddi sayılmalıdır.



"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışından: 1997.

Məntiq - hicabı təbliğ etməyin ən yaxşı yolu

Hicabı təbliğ etməyin ən yaxşı yolu məntiqdir. Əlbəttə, dövlətin qanunu pozanlara qarşı tədbir görməsi üçün bir qanun ola bilər və şübhəsiz ki, tədbir görər. Eyni zamanda, köklü şəkildə lazım olan və hamısından çox əhəmiyyət kəsb edən budur ki, siz bu gənc qızı, yaxud gənc xanımı hicabın əhəmiyyəti ilə tanış edəsiniz. Yəni ona başa salın ki, hicab həm şəriət baxımından, həm də məntiqi baxımdan yaxşıdır. Hicaba riayət etməyin düzgün səbəbini onun zehnində möhkəmləndirin. Ümidvarıq vəziyyət inşallah günbəgün yaxşılaşacaq. Əlbəttə, buna mənfi təsir göstərən amillərdən biri də Qərb adamının həyat tərzini nümayiş etdirən bəzi filmlərdir. Bunlar xalqın hicab məsələsinə dair inancına mənfi təsir göstərir. Odur ki, bu filmlərin yayımının dayandırılmasına dair tövsiyələr də verilməlidir.



Tələbə nəşriyyələrinin baş redaktorları və məsul şəxsləri ilə sual-cavab toplantısındakı söhbətlərdən: 1999.
Hicab - qadınların ictimai fəaliyyət geyimi

Bu gün özünü insan hüquqlarının müdafiəçisi sayan sivil dünyada müsəlman tələbə qızların həmişə problemlə üzləşdiyini və təhsildən məhrum olduğunu görürük. Həmçinin işləyən müsəlman qadınlar hicablarına görə işlərindən məhrum olurlar. Onlar hicaba qarşı belə kəskin mübarizə aparır və həmişə deyirlər ki, hicab maneə yaradır, çətinlik törədir, müxtəlif ictimai işlərdə hicabla çalışmaq mümkün deyil. Halbuki biz hər halda tələbə qızlarıq, müxtəlif yerlərdə - dərsdə, işdə çalışırıq və bunun bizim üçün problem yaratdığını görmürük. Biz ümumiyyətlə hicabı qadınların ictimai fəaliyyət geyimi bilirik. Əgər bu olmasa, cəmiyyətdə bizə problem yaranar, lakin hicabın heç zaman bizim üçün çətinlik və problem yaratdığını hiss etməmişik. Biz hicabla özümüzü olduqca çox rahat hiss edirik.



Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə qadınlarla xüsusi görüşündəki söhbətlərdən: 1998.



Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə