Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


Universitet müəllimlərinin inqilab və İslam xəttində olmalarının zəruriliyi



Yüklə 270,05 Kb.
səhifə5/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
1   2   3   4   5   6   7   8

Universitet müəllimlərinin inqilab və İslam xəttində olmalarının zəruriliyi


Universitetlərdə müəllimin böyük rolu var. Müəllim tələbədən fərqli dinə və məsləkə malik olsa da, dərs deyə bilər, amma bu şərtlə ki, universitetdə inqilab və İslam ab-havasını dəyişdirməyə qalxmasın. Sözünün əvvəlində “Bismillahir-Rəhmanir-Rəhim” deyən tələbəyə qeyzlənən, İslam hicabından istifadə edən tələbə qıza hörmətsizlik edən müəllimə universitetdə yer yoxdur. O müəllimin bu universitetə verəcəyi elm ölkənin xidmətində duran və bu fədakar xalq üçün ideal dəyərlərin istiqamətində işlənən elm deyil.

"Şahid" məktəblərinin nümunəvi şagirdləri, müəllim və direktorları, Pedaqoji universitetin müəllim və tələbələri ilə görüşdə çıxışından: 1991.

İmamın hicab məsələsində güzəştə getməməsi

İmamın İrana qayıtdığı zaman mübarizə hərəkatının ən azı bəzi səviyyələrində dırnaqarası ziyalı ideyaları hakim idi. Bu ziyalıpərəstliyin qızışmasında hətta ruhanilərin və bizim kimilərin də rolu olmuşdu. Amma imam bunların hamısını götürüb kənara qoydu. Mən imamın hava limanındakı birinci çıxışı zamanı keçirdiyim hissləri xatırlayıram. Həqiqətən təəccübləndim ki, imam bizdən fərqli olaraq heç nədən çəkinmir. O həmin çıxışda əvvəlcə ruhanilərin adını çəkdi. Əgər onun yerinə biz olsaydıq, bunu etməzdik. Əgər o zaman biz çıxış etməli olsaydıq, ruhanilərdən başlamazdıq, amma imam bunu əsla nəzərə almadı.

Qələbənin ilk aylarında imam hicab və hicabsızlıq məsələsini qətiyyətlə ortaya qoydu. O zaman biz İnqilab şurasının üzvü kimi Dövlət şurasının bəzi iclaslarında iştirak edirdik. Dövlət şurasının dindar qüvvələrindən olan bəzi şəxslər deyirdilər ki, imam nə üçün belə etdi. İmam heç nədən çəkinmirdi. Buna görə, nəyisə mülahizə edib çəkinməməliyik. Bu, universitetdəki bəlli boşluğu dolduracaq.

Hövzə jurnalının təsisçisi, baş redaktoru və redaksiya heyətinin üzvləri ilə görüşdə çıxışından: 1992.


İnqilabın qadınların inkişafında bayraqdarlığı


Satqın və mənfur şah rejimində qadın həqiqətən və bütün cəhətlərdən məzlum idi. Əgər qadın elmlə məşğul olmaq istəsəydi, gərək dindən, təqvadan və iffətdən vaz keçəydi. Məgər müsəlman bir qadın universitetlərdə, təhsil ocaqlarında, elm və mədəniyyət mərkəzlərində asanlıqla öz hicabını, mətanətini və vüqarını qoruya bilərdi?! Məgər bu mümkün idi?! Məgər müsəlman bir qadın Tehranın və ya başqa bəzi şəhərlərin küçələrində İslam vüqarı ilə, yaxud hətta yarımçıq hicabla yol yeriyə, Qərbin sovqatı olan fəsad və pozğunluğa alışan avaraların söz və hərəkətlərindən qoruna bilərdi?! Elə bir vəziyyət yaratmışdılar ki, bu məmələkətdə əksər qadınlara elm öyrənmək imkansız olmuşdu. Bəzi müstəsna hallarla işim yoxdur. Əksəriyyət etibarilə qadınların elmlə məşğul olması mümkün deyildi; gərək hicabı açaydılar, təqva və İslam vüqarından imtina edəydilər.

Siyasətdə və ictimai fəaliyyətlərdə də belə idi. Əgər şah dövrünün İranında bir qadın ictimai-siyasi bir vəzifəyə yüksəlmək istəsəydi, hicabını, iffətini, müsəlman qadının vüqar və mətanətini kənara qoymalı idi. Əlbəttə, bu, qadının özündən və istedadından asılı idi. Əgər çox zəif olsaydı, sona qədər sürüşəcəkdi. Əgər bir qədər özünü qoruyan olsaydı, müəyyən həddə özünü saxlayacaqdı, amma daim ictimai mühit tərəfindən günbəgün artan təzyiqlərlə üz-üzə qalacaqdı. Bizim cəmiyyətimiz belə idi. İslam, inqilab və imam gəlib bu ölkədə qadını siyasi fəaliyyətlərin mərkəzinə qoşdu, inqilab bayrağını qadınlara tapşırdı. Və qadın həmin halda öz hicabını, vüqarını, İslam mətanətini, iffətini, dinini və təqvasını da qoruya bildi. İranlı və müsəlman qadının boynunda heç kimin bundan böyük haqqı yoxdur.



Tehran, Təbriz, İsfahan, Kerman, Qum, Qəzvin, Yəzd, Kərəc şəhərlərinin, Çahar-Mahal və Bəxtiyari və Mazandaran vilayətlərinin qadınları ilə görüşdə çıxışından: 1990.

Qadınlar - İslam dəyərlərinin keşikçiləri

Bu gün siz qadınlar Qərb dünyasının cahil ənənələri qarşısında İslam dəyərləri səngərinin keşikçilərisiniz. İslam mədəniyyətinin bu möhkəm qalasını qoruyan sizlərsiniz. Qadın elmdə, mədəniyyətdə, siyasətdə, hər bir yerdə İslama uyğun yetişməli, ictimai, iqtisadi, siyasi və digər sahələrdə öncül olmalıdır, lakin ehtiraslı və cinsi məsələlərdə onun-bunun oyuncağına çevrilməməlidir. Bizim sözümüz budur.

İslam məktəbində qadın və kişi arasında bir qoruyucu və hicab vardır. Bunun mənası o deyil ki, qadınların kişilərdən fərqli bir aləmləri var. Xeyr! Onlar cəmiyyətdə birgə yaşayırlar, iş yerində, hər yerdə birgədirlər. İctimai problemləri qadın və kişilər birgə həll edirlər. Müharibəni qadın və kişilər birgə edirlər və etdilər. Ailəni qadın və kişi birgə idarə edir və övlad böyüdürlər. Lakin bütün bunlarla yanaşı, ev və ailədən bayırdakı pərdə və hicab mütləq qorunur. İslam örnəyində əsas məsələ budur. Əgər bu məsələyə riayət olunmasa, bu gün Qərbin düçar olduğu pozğunluq yaranacaq, qadın müsəlman İrandakı xüsusiyyətindən, yəni dəyərlərə sarı hərəkətdə öncüllükdən məhrum olacaq. Qərblilər hər bir yerdə bir yolla var gücləri ilə buna çalışırlar.

Həzrət Zeynəbin (ə) doğum günü münasibəti ilə şəfqət bacıları ilə görüşdə çıxışından: 1991.

İranın müsəlman qadınları ilə fəxr etmək

Mühüm olan budur ki, siz müsəlman qadınlar, xüsusən də gənclər, tələbə qızlar, elmi, ictimai və siyasi fəaliyyətlərlə məşğul olan xanımlar İslamın bu üsulunu ciddi və kamil şəkildə davam etdirəsiniz. İslamçı və inqilabçı müsəlman qadın yetişdirmək İslam Respublikasının fəxridir. Biz öz müsəlman qadınlarımızla fəxr edirik. Bu yürüşlərdə kameralar övladlarını qucaqlarında tutaraq çətin şəraitdə kamil hicabla yürüşə gələn, yaxud siyasi mövqe bildirmək üçün meydana çıxan, yaxud cümə namazında iştirak edən və yaxud ibadət-siyasət əməli kimi seçki məntəqələrinə yollanan qadınları göstərəndə biz fəxr edirik. Bizim qadınlarımız universitetlərdə elm öyrənərkən yüksək dərəcələr əldə etdikdə, yaxud ümumrespublika konkurslarında müxtəlif fənlərdə birinci və ikinci yerləri tutduqda İslam Respublikası başıuca olur və fəxr edir. Bu, nurlu İslam hökmləri üçün fəxrdir ki, bu dövrdə belə quruculuqla məşğul olur və hər tərəfdən yayındırıcı, səhv təbliğatların aşıb-daşdığı bir dünyada müsəlman qadın bu şücaətlə və fikir azadlığı ilə özünü göstərə bilir. Bunlar İslamın faydalarındandır.



Böyük Rəhbərinin həzrət Zəhranın (ə) doğum günü münasibətilə ölkə qadınları ilə görüşdə çıxışından: 1992.

Universitetlərdə İslam mədəniyyətinin təbliği

Universitetlər çox mühüm mərkəzlərdir. Tələbə və müəllim xanımlar universitetlərdə İslam ruhiyyəsini və mədəniyyətini yaymağa çalışmalıdırlar. Kimlərinsə ölkə universitetlərində İslam hicabına, müsəlman qadın və qızlara hörmətsizlik etmələrinə, öz çürük düşüncələrini yaymalarına imkan verməyin. Universitet İslam mərkəzi, İslamı seçmiş və örnəyi Fatimə (ə) olan insanın inkişaf yeri olmalıdır. Bu, ölkənin gələcəyi üçün olduqca əhəmiyyətlidir.



Böyük Rəhbərinin həzrət Zəhranın (ə) doğum günü münasibətilə ölkə qadınları ilə görüşdə çıxışından: 1992.


Çadra iranlı geyimidir!

Burada qadın və kişi arasında sərhəd vardır. Sərhədin mənası bu deyil ki, qadın və kişilər bir yerdə təhsil almasınlar, bir yerdə ibadət etməsinlər, bir yerdə işləməsinlər, bir yerdə alış-veriş etməsinlər. Belə hallar çoxdur. Əslində mənası odur ki, öz əxlaq və rəftarlarında hədd-hüdud tanısınlar və bu çox yaxşı haldır. Qadın belə yerdə öz hicabını qoruya bilər. Bizim xalqımız çadranı seçmişdir. Əlbəttə, biz heç zaman deməmişik ki, mütləq çadra olsun və başqa bir şey olmasın. Demişik ki, çadra digər hicablardan yaxşıdır. Amma bizim qadınlarımız öz hicablarını qorumaq istəyirlər, çadranı da sevirlər. Çadra bizim milli geyimimizdir. Çadra İslam hicabı olmazdan öncə İran hicabı olmuşdur. Bu bizim xalqımıza məxsusdur və bizim milli geyimimizdir.

Böyük Rəhbərin həzrət Zeynəbin (ə) doğum günü münasibəti ilə şəfqət bacıları ilə görüşündəki çıxışından: 1994.



Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə