Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


Qərb dünyasında qadın problemləri



Yüklə 270,05 Kb.
səhifə4/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
1   2   3   4   5   6   7   8

Qərb dünyasında qadın problemləri


Siz bu gün də görürsünüz ki, Qərb dünyasında, xüsusən Amerika Birləşmiş Ştatlarında qadın problemlərindən biri kişilərin öz güclərinə güvənərək qadınların iffətinə təcavüz etməsidir. Mən Amerikanın rəsmi orqanları tərəfindən nəşr olunan statistikaları gördüm. Onlardan biri Amerikanın Ədliyyə nazirliyinə, digəri isə başqa bir rəsmi quruma aid idi. Rəqəmlər doğrudan da dəhşətli idi. Amerikada hər altı saniyədə bir zorlama hadisəsi baş verir. Görün iffət məsələsi nə qədər əhəmiyyətlidir və etinasızlıq etdikdə nəticəsi nə olur. Hər altı saniyədə bir zorlama! Qadının istəyinin əksinə olaraq, quldur, zalım, pozğun və həyasız bir kişi onun həyasına təcavüz edir. İslam bunları nəzərə alır. İslamın bu qədər diqqət mərkəzində olan hicab məsələsi bunlardan ötrüdür. Deməli, iffəti qorumaq, hicaba və iffətə əhəmiyyətli yanaşmaq məsələsi də başqa bir məsələdir.

Böyük Rəhbərin "Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışından: 1997.

Modernizm dalğası, yaxud modernizmin çirkab suyu

Dırnaqarası modernizm dalğasını bu bölgəyə daxil edəndə, əslində modernizmin çirkab sularını buraya göndərdilər. Əlcəzair, Misir, İraq və müstəmləkə altında olan digər region ölkələrinə elmi yaradıcılığı, yeni ixtiraları, düşüncə inkişafını və qabaqcıl universitetləri gətirmədilər. Gətirdikləri birinci şey pozğunluq, hicabsızlıq və yararsız məhsullar idi. Ən çoxu budur ki, öz orta təhsil sistemlərinin sıradan çıxmış ikinci və üçüncü dərəcəli formalarını gətirdilər. Yəni xalqı hər cəhətdən təhqir etdilər.



İslam İnqilabının Böyük Rəhbərinin İsfahan vilayətinin gəncləri ilə görüşdə çıxışından: 2001.


İkinci fəsil: Hicab İslam və inqilabın baxışında


Hicabı qorumaqda qadının əzəməti

Fəsad dolu Qərb dünyası qadın cinsini təhqir edən səhv və sapqın qadın şəxsiyyətini zorla dünyanın beyninə soxmaq istədi: Qadın öz şəxsiyyətini göstərməkdən ötrü kişilər üçün gözoxşayan olmalıdır. Hicabı və iffəti kənara tullayıb kişilərin xoşuna gəlməkdən ötrü özünü göstərməsi qadın üçün şəxsiyyətdir?! Bu, qadına hörmətdir, yoxsa təhqir? Hər yerdən xəbərsiz olan bu məst və dəli Qərb sionistlərin təsiri ilə bunu qadına hörmət adı altında bayraq etdi, bəzi adamlar da inandılar. Qadının əzəməti kişilərin gözünü və ehtirasını cəlb etməsində deyil. Bu bir qadın üçün fəxr deyil. Bu, qadına hörmət deyil, onu təhqir etməkdir. Qadının əzəməti Allah-Taalanın ona əmanət verdiyi həya və iffətini qoruya bilməsindədir. O bunu mömin izzəti ilə, vəzifə və məsuliyyət hissi ilə qarışdırıb zərifliyi öz yerində, iti və kəsərli imanı da öz yerində işlətməlidir. Bu zərif kompozisiya yalnız qadınlara məxsusdur. Zərifliyin və kəsərliliyin bu sintezi qadınlara məxsusdur. Bu, Allah-Taalanın qadına verdiyi bir üstünlükdür. Buna görə Quranda yalnız qadın üçün yox, bütün bəşər üçün, qadın və kişi üçün iki qadının imanını misal çəkir: "Allah iman gətirənlərə Fironun xanımını misal çəkdi. Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmran qızı Məryəmi də misal çəkdi". Biri Fironun arvadı, biri də həzrət Məryəmdir (ə). Bunlar İslamın məntiqini göstərən işarə və əlamətlərdir.



Ölkənin nümunəvi şəfqət bacıları ilə görüşdə çıxışından: 2010.


İslam və qadınların bütün sahələrdə inkişafı


Dünyada mövcud olan müxtəlif təfəkkürlər arasında İslamın görüşünə nəzər saldıqda aydın şəkildə başa düşürəm ki, bəşəriyyət yalnız İslamın baxışlarını azaldıb-artırmadan, ifrat və təfritə varmadan dərk etdikdə qadın məsələsinə, qadın-kişi münasibətlərinə dair sağlam və ideal yolu tapacaq. Bu, bizim qadın məsələlərinə dair iddiamızdır. Biz bu gün maddi sivilizasiyalarda qadına qarşı mövcud olan fikirləri əsla qəbul etmirik, onları qadının və cəmiyyətin xeyrinə saymırıq.

İslam istəyir ki, qadınların elmi, ictimai, siyasi və düşüncə inkişafı, ilk növbədə fəzilət və mənəviyyatı uca səviyyəyə çatsın, cəmiyyətin və bəşər ailəsinin bir üzvü kimi ona maksimum faydalı və səmərəli olsunlar. İslamın bütün təlimləri, o cümlədən hicab məsələsi bundan ötrüdür. Hicab qadını təcrid etmək deyil. Əgər kimsə belə düşünsə, çox yanlış düşünüb. Hicab cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Çünki belə bir vəziyyət həm cəmiyyət üçün zərərlidir, həm də kişi və qadın üçün. Bu, xüsusən qadının ziyanınadır.

Hicab siyasi, ictimai və elmi fəaliyyətlərə əsla maneə və əngəl törətmir. Bunun canlı sübutu sizlərsiniz. Bəlkə də bəziləri təəccüb edirdilər və hələ də təəccüb edirlər ki, hər bir fəndə özünü İslam təlimləri, o cümlədən hicab məsələsi ilə uyğunlaşdıran yüksək elmi səviyyəli bir xanım olsun. Bu bəziləri üçün inanılmaz idi, təsəvvür edə bilmirdilər.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışından: 1990.

Tibb sahəsi - qadınların peşə seçimində prioritet məsələ

Mən burada deyim ki, tibb fənni xanımlar üçün prioritet fəndir. Biz ictimai münasibətlərdə qadın və kişi arasında bir məsafənin olmasını vacib sayırıqsa, qadın və kişinin qeyd-şərtsiz qarışmamasını istəyiriksə, sözün həqiqi və tam mənasında hicabı lazım biliriksə, həkimlik məsələsinə laqeyd yanaşa bilmərik. Yəni kişi həkimlər qədər qadın həkimlər də lazımdır. Qoy qadınlar öz tibbi işlərində qadın həkimə müraciət etsinlər. Bizim bu fasiləni götürməməyimizə heç bir lüzum yoxdur. Gərək elə bir iş görək ki, qadınlar heç bir problemlə üzləşmədən həkimə müraciət edə bilsinlər və o həkim qadın olsun.



Ölkənin qadın həkimləri ilə görüşdə çıxışından: 1990.

Radio və televiziyada qadın simasının bərpası

Radio və televiziyanın keçmiş proqramlarında qadın sahəsində iki əsaslı eyib mövcud idi: biri bu idi ki, hicabın dəyəri itmişdi, bundan daha böyük olan ikincisi bu idi ki, qadına alçaldıcı rollar verilirdi. Birinci eyibdə hicabdan ibarət olan bir dəyər sual altına düşür və tapdanır. İkinci eyibdə isə bəzən qadın üçün nəzərdə tutulan bütün bəşəri dəyərlər sual altına düşür. Romantik bir dastanda qadın hər halda, sionist və imperialistlərin bəyəndiyi rola sahibdir, amma çox zaman yaxşı bir ana, yaxşı bir həyat yoldaşı və işgüzar bir insan surətində təqdim olunmur.

Bu iki eyib aradan qaldırılmalıdır. Biz gərək qadını həm hicablı göstərək, həm də İslamın və inqilabın onun üçün nəzərdə tutduğu dəyərlərlə - yəni nəcibliklə və qadın iffəti ilə. Ən mühüm məsələ qadının iffət gövhəri, ailənin əsas elementi və əsas sütunu olması, cəmiyyətin əsas üzvü və dayağı olması, cəmiyyətin və kişilərin inkişafında, bizim keçmiş hadisələrimizdə, o cümlədən inqilabda, müharibədə və digər hadisələrdə təsiridir.

Radio və televiziyanın Siyasi şurasının üzvləri ilə görüşdə çıxışından: 1991.



Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə