NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR
NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ 26 may 2015-ci il.№3(12)
HEYDƏR ƏLİYEV
Ümumrespublika
Olimpiadasında NDU-
nun komandası finala
vəsiqə qazanıb
Ümummilli Lider
Heydər Əliyev və
Azərbaycan Ədəbiyyatı
Klassikləri
Kənd təsərrüfatının
inkişaf perspektivlərinə
həsr olunmuş konfrans
Müasir arıçılığın
problemləri və inkişaf
xüsusiyyətləri
səhifə-4-də
səhifə-3-də
səhifə-3-də
səhifə-5-də
Naxçıvan və Şərqi
Anadolu abidələri
mövzusunda beynəlxalq
simpozium
səhifə-4-də
Ölkəmizdə yüksəkixtisaslı kadrların ha-
zırlanmasında mühüm xidmətləri olan Naxçıvan
Dövlət Universitetində müasir tədris imkanla-
rı yaradılmışdır. Son illər universitet şəhərciyində
aparılan yenidənqurma işləri, tikilən müasir
binalar və yaradılan elektron tədris sistemi
təhsilin səviyyəsini xeyli yüksəltmişdir. Bu
işlərin davamı olaraq universitet xəstəxanası və
baytarlıq təbabəti ixtisası üçün yeni binalar inşa
olunmuşdur.
Mayın 21-də Naxçıvan Dövlət Univer -
siteti xəstəxanasının yeni binası istifadəyə ve-
rilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində
iştirak etmişdir.
Tədbirdə universitetin rektoru, Azərbay -
can Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Saleh Məhərrəmov çıxış edərək de-
mişdir ki, son illər universitet şəhərciyində ən
müasir texnoloji avadanlıqlarla təmin olunmuş
yeni tədris korpusları, elektron kitabxana, id-
man kompleksi istifadəyə verilmiş, yeni ixti-
saslar açılmışdır. Həyata keçirilən tədbirlər ali
təhsil ocağında təhsilin səviyyəsini
yüksəltmişdir. Xəstəxana və baytarlıq ixtisası
üçün müasir binaların istifadəyə verilməsi də
göstərilən qayğının davamıdır. Saleh
Məhərrəmov yaradılan müasir tədris şəraitinə
görə universitetin kollektivi adından
minnətdarlıq etmiş, tədrisin səviyyəsini daha da
yüksəldəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov müəllim və
tələbələri Tibb fakültəsinin yeni xəstəxana bi-
nasının istifadəyə verilməsi münasibətilə təbrik
edərək demişdir: “Ölkəmizdə gənclərin təhsil
alması üçün lazım olan bütün şərait yaradılır.
Naxçıvan Dövlət Universitetində də müasir
tədris şəraiti yaradılmış, lazımi avadanlıqlarla
təchiz olunmuş tədris korpusları tikilib istifadəyə
verilmişdir. Həmçinin universitetlərarası təcrübə
mübadiləsi də həyata keçirilir, burada təhsil alan
gənclərin qabaqcıl təcrübəyə yiyələnmələri
təmin edilir. Bütün bunlar ölkəmizin gələcəyi
üçündür.
Hər bir həkim insan sağlamlığının qo-
runmasına cavabdehdir. Buna görə də tələbələrin
bu peşəni yaxşı mənimsəməsi üçün lazımi
tədbirlər görülür. Bu gün istifadəyə verilən
xəstəxana binası da bu istiqamətdə həyata
keçirilən tədbirlərin tərkib hissəsidir. Naxçıvanın
blokada şəraitində olması nəzərə alınaraq tib-
bi kadrlara olan tələbatı ödəmək üçün 1999-cu
ildə Naxçıvan Dövlət Universitetində Tibb
fakültəsi yaradıldı. O dövrdə bir ixtisasla
fəaliyyətə başlayan fakültə ötən dövr ərzində
inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə
həkim hazırlığını həyata keçirir. Bu günədək
fakültənin nəzdində 1 ixtisas üzrə xəstəxana
fəaliyyət göstərirdisə, bu gün 5 ixtisası əhatə
edən xəstəxana şəraiti yaradılmışdır. Həmçinin
Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərən bütün xəstəxanalarda tələbələrin
təcrübə keçməsi üçün lazımi şərait yaradılmış,
auditoriyalar qurulmuşdur. Bütün bunlar bilikli
və təcrübəli gənclərin yetişdirilməsində
əhəmiyyətli rol oynayacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Bu gün
muxtar respublikada həkim hazırlığı işi pilləli
təhsil sistemi üzrə həyata keçirilir. Kiçik tibb
işçilərinin hazırlanması üçün Naxçıvan Tibb
Kolleci fəaliyyət göstərir. Naxçıvan Dövlət Uni-
versitetində isə həm bakalavr, həm də
rezidentura təhsili üzrə həkimlərin hazırlanması
həyata keçirilir. Xəstəxana binasında yaradılan
şərait gənclərin ilkin tibbi vərdişlərə
yiyələnməsinə xidmət edəcəkdir. Bu sahədə
təhsil alanların tam ixtisaslaşması üçün isə mux-
tar respublikanın xəstəxanalarında yaradılan im-
kanlardan səmərəli istifadə edilməlidir. Bu
gün bu sahədə yaradılan şərait ölkəmizin
gələcəyi və muxtar respublika əhalisinin sağ-
lamlığının qorunması üçündür. Əgər hər hansı
bir ölkənin insanları sağlamdırsa, onun iqtisa-
diyyatı da davamlı inkişaf edəcək, ailələri də
sağlam təməllər üzərində qurulacaqdır. Buna
görə də ölkəmizdə bu sahənin inkişafına xüsusi
diqqət və qayğı göstərilir. Bu isə insan amilinə
göstərilən qayğı deməkdir. Buna görə də bu
sahədə kadr hazırlığına xüsusi diqqət ayrılma-
lıdır ki, yaxşı həkim peşəsinə yiyələnən gənclər
yetişsin, insanlara nümunəvi tibbi xidmət
göstərilsin”.
Ali Məclisin Sədri yaradılan şəraitdən
səmərəli istifadə olunacağına, tələbələrin ilkin
peşə vərdişlərinə yiyələnəcəklərinə, universitetin
6 minə yaxın tələbə-müəllim heyətinə nümunəvi
tibbi xidmət göstərəcəklərinə əminliyini bil-
dirmiş, kollektivi bir daha yeni xəstəxana bi-
nasının istifadəyə verilməsi münasibətilə təbrik
etmiş, onlara tədrisdə və gələcək işlərində
uğurlar arzulamışdır.
Ali Məclisin Sədri açılışı bildirən lenti
kəsmiş və yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, hazırda univer-
sitetin Tibb fakültəsində pediatriya, tibbi pro-
filaktika, müalicə işi, stomatologiya və əczaçılıq
ixtisasları üzrə 326 tələbə təhsil alır. Xəstəxanada
tələbələrin seçdikləri ixtisaslar üzrə hərtərəfli
bilik və təcrübə qazanması üçün lazımi şərait
yaradılmışdır. Üç mərtəbədən ibarət olan binanın
birinci mərtəbəsində cərrahiyyə bloku və
klinika bölməsi fəaliyyət göstərir. Burada 2 pa-
latadan ibarət reanimasiya şöbəsi, rentgen
kabinəsi, kliniki laboratoriya, aptek və həkim
otağı vardır. Stasionar bölmə üçün ayrılan
ikinci mərtəbədə həkim və tibb bacıları üçün iş
otaqları, ultrasəslə müayinə və EKQ kabinələri,
pediatriya palatası, oftalmoloji kabinə, 2 pala-
ta, sarğı otağı, auditoriya və bufet yerləşir.
Binanın üçüncü mərtəbəsində isə sto-
matoloji kabinə, sterilizasiya otağı, fizioterapiya
kabinəsi, 2 stomatoloji və 2 əczaçılıq labora-
toriyası, terapevt otağı və auditoriyalar vardır.
Mərtəbələrin hər birində müasir iş və tədris
şəraiti yaradılmış, otaq və kabinələr ən yeni tib-
bi avadanlıqlar və inventarlarla təchiz edilmiş,
lift quraşdırılmışdır.
Xəstəxanada professor-müəllim heyəti
üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək
bilik və bacarıqlara yiyələnmək imkanı möv-
cuddur. Burada çalışan həkim və tibb işçiləri
peşəkar tibbi kadrların hazırlanması işinə öz
töhfələrini verməklə yanaşı, həm də insanların
sağlamlığının qayğısına qalacaqlar. Müasir
xəstəxana binası tələbələrin nəzəri və praktik
biliklərinin təkmilləşdirilməsində müstəsna
əhəmiyyətə malikdir. Tələbələr laborator
məşğələlərdə, diaqnostika, müayinə və müalicə
əməliyyatlarında iştirak etməklə tibbi biliklərini
daha da möhkəmləndirəcəklər.
Xəstəxana ilə tanışlıqdan sonra kollektivlə
görüşən Ali Məclisin Sədri demişdir ki, həkim-
müəllimlərin qarşısında insan sağlamlığının
qorunması ilə yanaşı, gələcəyin kadrlarının
yetişdirilməsi kimi mühüm vəzifələr dayanır.
Bunun üçün Naxçıvan Dövlət Universitetində
müasir tədris şəraiti yaradılmış, tələbələrin il-
kin tibbi biliklər üzrə təcrübə əldə etməsi üçün
müasir xəstəxana binası istifadəyə verilmişdir.
Bu gün Naxçıvan Dövlət Universitetinin
dünyanın 100-ə yaxın universiteti ilə əlaqələri
mövcuddur, tələbə-müəllim mübadiləsi həyata
keçirilir.
Ardı 2-ci səhifədə
Naxçıvan Dövlət Universitetinin xəstəxanası və baytarlıq təbabəti
ixtisası üçün yeni bina istifadəyə verilmişdir