Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə5/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   146

20

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

vəzifəsindən azad etdim. Çünki bir tərəfdən işlər pis gedirdi, həmin şirkətdə olan 

imkanlardan  lazımınca  istifadə  olunmurdu,  digər  tərəfdən  də  o,  vəzifəsindən 

istifadə edərək cinayət edirdi və bu cinayətə görə də məsuliyyət daşımalıdır. Başqa-

ları da bundan ibrət götürməlidirlər. Axı bəzi insanlar bu cinayət yolu ilə nə qədər 

yaşayacaqlar, vəzifələrindən nə qədər sui-istifadə edəcəklər. Bax, bütün bunların 

nəticəsində respublika iqtisadiyyatında gərgin vəziyyət yaranmışdır. Doğrudur, yol-

lar bağlıdır, iqtisadi əlaqələr qırılıb, başqa obyektiv səbəblər də var. Amma eyni 

zamanda  respublikamızda  mövcud  potensialdan  səmərəli  istifadə  olunmur.  Ona 

görə də nazirlər, şirkət, müəssisə rəhbərləri özləri üçün nəticə çıxarmalı, sənaye 

müəssisələri işləməlidir. 

Əgər mövcud imkanlardan səmərəli istifadə olunsa, istehsalın səviyyəsi yuxa-

rı  qalxar,  bu  da  büdcənin  sağlamlaşdırılmasına  şərait  yaradar. Yenə  də  deyirəm, 

büdcənin sağlamlaşdırılması məsələsinin təkcə kreditlər vasitəsilə həll etmək ol-

maz. Biz gərək respublikamızdakı potensialı hərəkətə gətirək. Güman edirəm ki, 

biz bunu edəcəyik. 



Sual: Cənab prezident, soydaşlarımızla görüşdə deyildiyi kimi, Azərbaycan pre-

zidenti hər gün təxminən 19-20 saat işləyir, onun ətrafındakılar isə yox. Bu yaxın-

larda keçirdiyiniz müşavirədə də siz bu məsələyə toxundunuz və dediniz ki, belə 

davam edə bilməz. Biz çox vaxt demokratiya ilə anarxiyanı qarışıq salırıq. Buna yol 

verməmək üçün Heydər Əliyevin dəmir əlinin qalxmasına ciddi ehtiyac olduğunu 

söyləyirlər. Bu belədirmi? 



Cavab: Bilirsiniz, həqiqət bundadır ki, demokratiyanı heç anlamayan adamlar 

“demokratiya” deyə-deyə respublikada anarxiya yaradıblar. Demokratiya bərqərar 

olmalıdır, iqtisadiyyat inkişaf etməlidir. Söhbət sağlam, həqiqi demokratiyadan ge-

dir. Bizim cəmiyyətdə demokratiya pərdəsi altında çirkin işlər görənlərə yer olma-

malıdır.  Biz  bu  istiqamətdə  iş  aparmalıyıq.  “Demokratiya”  deyib  qışqıra-qışqıra 

cinayət edənlərə, dövlətimizin əleyhinə gedənlərə cəmiyyətdə yer verilməməlidir. 

Bundan sonra belə hal olmayacaq, onlar öz cəzalarını alacaqlar. Bu son hadisələr 

göstərdi ki, heç bir şey cəzasız qalmır və qalmayacaqdır. 

Ancaq  eyni  zamanda  vəzifəli  şəxslərin  çoxu  son  illər  məsuliyyətsizliyə 

öyrənibdir.  Bəziləri  məsuliyyətsizlik,  vəzifəsindən  sui-istifadə  və  cinayət  edərək 

vəzifəsində  qaldığına  görə  elə  hesab  edirlər  ki,  belə  yaşamaq  olar.  Onlar  bizim 

cəmiyyətə nə qədər zərər vururlar. Bir tərəfdə kasıb kütlə, o biri tərəfdə qeyri-qanu-

ni, cinayət yolu ilə zənginləşmiş ayrı-ayrı vəzifəli şəxslər - bu ədalətsizlikdir. Mən 

bu  ədalətsizliyə  dözə  bilmirəm  və  xalq  da  dözə  bilmir,  dözməyəcəkdir.  Mən  də 

dözməyəcəyəm, xəbərdarlıq da etmişəm.

Güman edirəm, bu söhbətimiz televiziya vasitəsilə hamıya çatacaq, ona görə də 

bir daha deyirəm ki, mən bütün bunlara dözməyəcəyəm. Kim xalqına sədaqətlə, na-

musla, saf ürəklə, mənəviyyatla xidmət edəcəksə, onlar bizimlə bərabər işləyəcəklər. 




21

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Cinayətkar  yolla,  vəzifəsindən  sui-istifadə  edərək  rüşvət  alanlar,  cürbəcür  pis 

əməllər törədərək varlananlar elə hesab edirlərsə ki, bu varla yaşayacaqlar, - səhv 

edirlər.  Yaşamayacaqlar!  Bizim  cəmiyyət  onları  kənara  atacaq,  sağlamlaşacaq, 

mənəviyyat yüksələcək və orada belə adamlara yer olmayacaqdır. Nə qədər gec 

deyil, qoy o adamlar düzgün yol tutsunlar. 

Sual: Cənab prezident, sizə və sizin siyasətinizə qarşı ən qatı müxalifətdə duran-

lar da beynəlxalq aləmdəki müvəffəqiyyətlərinizi inkar etmək imkanında deyillər, 

lakin daxili siyasətinizi tənqid edirlər. Bu məsələyə münasibətiniz necədir? 

Cavab: Bilirsiniz, onlar nədən danışdıqlarını heç bilmirlər. Əslində isə danış-

mağa söz tapmırlar. Görəsən onlar anlayırlarmı ki, daxili siyasət nədir? Anlamırlar. 

Məgər  iqtisadi  islahatlar  haqqında  qanunların  qəbul  edilməsi  asan  məsələdirmi? 

Görəsən, bu iqtisadi islahatları aparmağa onlara kim imkan vermirdi? Axı indi ba-

ğıran o adamların əlində hakimiyyət var idi, bəs nə üçün onlar bu islahatları apar-

madılar? Aparmadılar, hakimiyyətdən gedəndən sonra isə istədiklərini danışırlar. 

O, tərəfdən, bu tərəfdən olan bir-birinə zidd çıxan adamlar indi, necə deyərlər, eyni 

havanı çalırlar, eyni səslə bağırırlar ki, o yoxdur, bu yoxdur. 

Azərbaycanda iqtisadi islahatlar, demokratiya prosesi gedir və gedəcəkdir. Orda 

-burda qışqırırlar ki, seçki nə vaxt olacaqdır. Fevral ayında parlamentin səlahiyyəti 

qurtarır. Indidən qışqırmağın nə əhəmiyyəti var? Ora-bura getdilər ki, guya res-

publikada seçki keçirmək istəmirlər. Necə ola bilər ki, seçki aparılmasın? Seçki 

keçiriləcəkdir. Indi seçki qanunu hazırlanır. Seçkinin vaxtı üç ay qabaq elan olu-

nacaqdır. Amma bu adamların ağzını yummaq üçün bir daha deyirəm ki, seçkilər 

oktyabr ayında keçiriləcəkdir. Qərarı mən qəbul etmirəm. Ancaq yəqin ki, mənim 

də fikrim müəyyən qədər nəzərə alınacaqdır. 

Məlumdur ki, daxili həyatımız o qədər də asan deyil. Azərbaycanda il yarım 

ərzində üç dəfə dövlət çevrilişi cəhdi olub. Hansı ölkədə belə şey ola bilər? 1993-cü 

ilin iyununda biz Azərbaycanı böyük bir faciədən xilas etdik. O vaxt Azərbaycan 

dağılmışdı, parçalanmışdı. Azərbaycanı belə faciəli hala salan adamlar nəticə çı-

xarmaq əvəzinə, üzərlərindən təhlükə götürülən kimi özlərini yenə də köhnə əhval-

ruhiyyə ilə aparmağa başladılar. 

Yaxud, o vaxt vəzifə alan adamlar. Məgər bu vəzifə onlar üçün bəs deyilmi? Yox, 

onlara daha böyük vəzifələr lazım imiş. Keçən ilin oktyabrında yeni bir çevriliş 

hazırladılar. Çevriliş edənlərin bir hissəsini dağıtdıq, bir hissəsini bağışladıq ki, res-

publikamızda əmin-amanlıq olsun. Lakin əmin-amanlıq olmadı. Bütün o müxalifət 

qüvvələri Xüsusi Təyinatlı Polis Dəstəsinin başına toplaşdılar. Doğrudur, XTPD-də 

olanların da ağlı yox idi. Bir də deyirəm, bir-birinə zidd olan qüvvələr həmin bu 

XTPD-dən hərəsi öz məqsədləri üçün istifadə etməyə çalışdılar. Dəstənin başında 

duranlar da belə fikirləşdilər ki, XTPD dövləti devirə bilər. Gəlib qan tökdülər. Bu 

çevrilişin də qarşısı alındı. Bayaq dediyim kimi, Azərbaycan il yarım içərisində üç 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə