Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə4/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   146

18

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

kömək  haqqında  öz  minnətdarlığımı  bildirdim.  Eyni  zamanda  biz  bundan  sonra 

görüləsi işlər haqqında danışıqlar apardıq. Avropa Birliyinin bu sahədə böyük im-

kanları  vardır.  Birlik  bir  neçə  istiqamətdə  fəaliyyət  göstərir,  keçmiş  sovet  ittifa-

qının  tərkibində  olmuş  respublikalara  yardım  edir. Təəssüf  ki,  biz Avropa  Birli-

yinin  bu  imkanlarından  yalnız  son  vaxtlarda  istifadə  etməyə  çalışmışıq.  Bu  im-

kanlar əvvəllər ya respublikamıza məlum olmayıb, yaxud passiv mövqe tutması 

nəticəsində  Azərbaycan  bu  istiqamətdə  lazımi  əlaqə  qura  bilməyib.  Amma  son 

vaxtlar - təxminən 1994-cü ilin ikinci yarısından və 1995-ci ilin əvvəlindən Avropa 

Birliyi ilə bizim əməkdaşlığımız sürətlənmişdir. Nazirlər Kabineti bu sahədə son 

vaxtlar çox işlər görüb. Mən bu işləri müsbət qiymətləndirirəm. Məhz görülən bu 

işlər nəticəsində Avropa Birliyinin ölkəmizə iqtisadi yardımı güclənmişdir. 

Məsələn,  Avropa  Birliyinin  respublikamıza  300  min  tona  qədər  taxıl  və  un 

göndərilməsi qərara alınacaqdır. Bundan başqa əvəzsiz olaraq 2 min ton ət, 2 min 

ton yağ verilib. Bildiyiniz kimi, Avropa Birliyi vaxtilə Azərbaycana 66 milyon ekyü 

məbləğində kredit ayırıb. Bu kreditin bir hissəsindən istifadə olunub. Amma qalan 

hissəsindən istifadə olunması yolları müəyyənləşdirildi. 

Avropa  Birliyinin  bir  sıra  digər  proqramları  da  var.  Məsələn,  EKHO  proqra-

mı  əsasında  Avropa  Birliyi  Azərbaycandakı  aztəminatlı  adamlara,  qaçqınlara, 

çətin vəziyyətdə yaşayanlara humanitar yardım göstərir. Belə yardım keçən il də 

göstərilib. Amma həmin yardım bundan da artıq ola bilər. Biz bu yardımın daha 

səmərəli, mütəşəkkil olması haqqında da Brüsseldə danışıqlar apardıq. 

Avropa  Birliyinin  TASIS  proqramı  da  var.  Bu,  çox  geniş  bir  proqramdır. 

Azərbaycan  bu  proqram  əsasında  çox  müvəffəqiyyətli  müştərək  iş  görə  bilər. 

Amma təəssüf ki, bu işlərin hamısına nəzarət edilməyib. Respublikadakı bir sıra 

təşkilatların  fəaliyyətsizliyi,  bir  çox  sahələrdəki  bürokratizm  nəticəsində  bəzi 

təşəbbüslər sönüb. TASIS  proqramı haqqında mən indi geniş məlumat aldım və 

belə fikirləşirəm ki, bu proqramın çox sahələrində əməkdaşlıq edə bilərik. Biz bu 

barədə Avropa Birliyi komissiyasında razılığa gəldik. 

Bundan əlavə, 1993-cü ilin ikinci yarısında və 1996-cı ildə Azərbaycana əvəzsiz 

ərzaq yardımı göndərilməsi barədə razılıq əldə olundu. Biz öz tələbatımızı Avropa 

Komissiyasına bildirdik və bunların ödənilməsi üçün razılıq verildi. 

Avropa Birliyinin bütün bunlardan başqa çox güzəştli krediti var. Biz bu krediti 

almaq istəyirik. Mən bu barədə də danışıqlar apardım. Əgər bu mümkün olsa, Avro-

pa Birliyinin nümayəndə heyəti may ayında Azərbaycana gələcək, respublikamızda 

bu istiqamətdə aparılan işlərə, iqtisadi islahatların həyata keçirilməsi vəziyyətinə 

baxacaq, demokratik proseslərin gedişi ilə tanış olacaqdır. Onlar sadəcə olaraq bun-

ları öyrənmək istəyirlər. 

Avropa  Birliyində  respublikadakı  vəziyyətlə  tanışdırlar.  Onlar  mənim  verdi-

yim məlumatlardan razı qaldılar. Bizim danışıqlarımız çox səmərəli, əhəmiyyətli 




19

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

keçdi.  Birliyin  nümayəndə  heyəti  respublikamızda  olandan  sonra  mayın  axı-

rında  bu  məsələlər Avropa  Şurasında  müzakirə  ediləcək,  sonra  dövlət  başçıları-

nın  müzakirəsinə  veriləcəkdir.  Bundan  sonra  həmin  yardımların  respublikamıza 

göndərilməsinə başlanacaqdır. 

Mən belə hesab edirəm ki, bütün bunlar respublikamız üçün geniş perspektivlər 

açır  və  apardığımız  danışıqlarda  yaxşı  əsaslar  qoya  bilmişik.  Güman  edirəm  ki, 

danışıqlarımızın nəticəsi təkcə bunlardan ibarət deyil. Əsas budur ki, Avropa Birli-

yinin rəhbərliyi ilə Azərbaycan prezidenti arasında bilavasitə münasibətlər yarandı 

və bu da bizim gələcək işlərimizə çox kömək edəcəkdir. Əminəm ki, Avropa Birliyi 

ilə əməkdaşlığımız daha da genişlənəcəkdir. 

Mən indicə burada müşavirə keçirdim, məni bu səfərdə müşayiət edən şəxslərlə 

söhbət  apardım,  gördüyümüz  işlərin  nəticələri  ilə  bağlı  onlara  göstərişlər  ver-

dim.  Fikrim  bundan  ibarətdir  ki,  bu  işi  daha  mütəşəkkil  aparmaqdan  ötrü  hər 

sahə üçün məsul qruplar yaradılmalı və onlar hamısı bir yerdə mərkəzləşməlidir. 

Mərkəzdə həmin işlərə həm nəzarət edilməli, həm də bu işlərin təşkilinə xüsusi fikir 

verilməlidir. 

Bir  sözlə,  Avropa  Birliyindəki  görüşlərimdən,  apardığım  danışıqlardan  çox 

məmnunam, razıyam. Hesab edirəm ki, bunlar Avropa Birliyi ilə əməkdaşlıq üçün 

yaxşı əsas yaradacaqdır. 

Sual: Cənab prezident əlbəttə, respublikamızın vəziyyəti ağırdır, humanitar yar-

dımlar lazımdır. Lakin respublikamızın büdcə kəsirini heç olmasa indiki səviyyədə 

saxlamaq, inflyasiyanın dərinləşməsinin qarşısını almaq üçün Avropa Birliyindən 

alacağımız kredit kifayət edəcək, yoxsa əlavə tədbirlər lazımdır? 



Cavab: Bilirsiniz, bu bizim öz işimizdir. Avropa Birliyindən də, başqa yerlərdən 

də aldığımız kreditlər, gəlirlər hesabına yəqin ki, büdcənin kəsirini müəyyən qədər 

ödəyəcəyik. Ancaq büdcənin kəsirini təkcə bunlarla ödəmək mümkün deyil. Büdcəni 

normal vəziyyətdə saxlamaq, normal maliyyə fəaliyyəti göstərmək üçün gərək is-

tehsal  inkişaf  etsin  və  bunun  üçün  lazımi  tədbirlər  görülsün.  Bilirsiniz  ki,  aqrar 

sahədə istehsalı qaydaya salmaq üçün bir tərəfdən islahatlar aparılır, digər tərəfdən 

cari işlərin sürətləndirilməsi üçün mən bu yaxınlarda böyük bir müşavirə keçirdim. 

Orada konkret vəzifələr həyata keçiriləcək. Güman edirəm ki, islahatlarla yanaşı, 

bunlar öz nəticəsini verəcəkdir. Sənaye sahəsində də istehsalı artırmaq üçün əlavə 

tədbirlər görülməlidir. Birincisi, mən hesab edirəm ki, bizim sənaye müəssisələrinin 

mövcud  imkanlarından  lazımi  səviyyədə  istifadə  olunmur.  Mənə  belə  gəlir  ki, 

sənaye sahəsindəki strukturlara rəhbərlik edənlər, zavodların, fabriklərin başçıları 

səhlənkarlıq edirlər. Bu yaxınlarda mən bu işə də diqqəti artıracağam, səhlənkarlıq 

edən adamların hamısı ciddi tənbeh olunacaq, cəzalandırılacaqdır. Onların bəziləri 

bəlkə də vəzifələrindən azad olunacaqlar. 

Məsələn,  bu  yaxınlarda  mən  “Metallurgiya”  Dövlət  Şirkətinin  rəhbərini 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə