Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə3/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   146

14

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

hazırlıq  işləri  çərçivəsində  etnik  münasibətlərin  normallaşması  üçün  səyləri  ar-

tırmağa  çağırmışdır.  Qətnamədə  Ermənistandan  silahlı  qüvvələrini  işğal  etdiyi 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı rayonlardan dərhal 

çıxarması tələb edilmiş, münaqişənin beynəlxalq prinsiplər və dövlətlərin ərazi bü-

tövlüyü  çərçivəsində  həllinin  vacibliyi  vurğulanmış  və  Dağlıq  Qarabağın  yekun 

statusu müəyyənləşdirilənədək ona müvəqqəti status verilməsi qeyd olunmuşdur. 

Bildirilmişdir ki, bu, bölgənin azərbaycanlı və erməni əhalisinin dinc yanaşı yaşa-

masına və əməkdaşlığına töhfə verəcəkdir.

Azərbaycan  hazırda Avropa  Ittifaqı  ilə  həm  də  “Şərq  Tərəfdaşlığı”  proqramı 

çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı”nda məqsəd proqramı əhatə edən 

dövlətləri Avropa Ittifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və 

iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan 

hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi 

ümumi dəyərlərə əsaslanır.

Bu  ilin  yanvarında  Avropa  Komissiyasının  sədri  Joze  Manuel  Borrozonun 

Azərbaycana səfəri əməkdaşlığın inkişafında yeni üfüqlər açmışdır. Cənab Borro-

zo səfər dövründə Avropa Ittifaqının Prezident Ilham Əliyevin rəhbərliyi altında 

Azərbaycanda həyata keçirilən islahatları dəstəklədiyini bəyan etdi.

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin qeyd etdiyi kimi: “Bu 

gün, nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli 

məkanda yerləşən Azərbaycan əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropa-

nın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa  Azərbaycanın 

böyük tərəfdaşıdır.”

Hazırda Azərbaycan Avropa  Ittifaqı  ilə  bir  sıra  sahələrdə  faydalı  əməkdaşlıq 

edir. Avropa Ittifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faizi təşkil 

edərək, ölkəmizin  əsas ticarət tərəfdaşıdır. Bu əlaqələrin genişləndirilməsində və 

inkişaf etdirilməsində isə 15 il əvvəl imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 

möhkəm bünövrədir.

Buna  görə  də  hesab  edirəm  ki,  Heydər  Əliyev  Irsini  Araşdırma  Mərkəzinin 

növbəti nəşri olan “Bakı-Brüssel (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)” kita-

bı bu münasibətlərlə maraqlananlar üçün dəyərli mənbə olacaqdır. Azərbaycan və 

ingilis dillərində nəşr olunan kitaba mövzu ilə bağlı Azərbaycan xalqının ümum-

milli  lideri  Heydər  Əliyevin  və  Azərbaycan  Respublikasının  Prezidenti  Ilham 

Əliyevin çıxışları, məktubları və görüşlərinin mətni, rəsmi sənədlər, tarixi arayışlar 

və məlumat-soraq materialları daxil edilmişdir.



Əli Hüseynli,

Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti 

və dövlət quruculuğu komitəsinin sədri


15

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Avropa Birliyi Komissiyasının sədri 

zati-aliləri Jak Santer cənablarına 

1 avqust 1994-cü il

Hörmətli cənab Jak Santer!

Avropa  Birliyi  Komissiyasının  sədri  seçilməyiniz  münasibətilə  Sizi  ürəkdən 

təbrik edir, Sizə möhkəm cansağlığı, səadət, Avropa xalqlarının tərəqqisi naminə 

yorulmadan  göstərdiyiniz  fəaliyyətdə  müvəffəqiyyətlər  arzulayıram.  Ümidvaram 

ki, regionda sülhün və əmin-amanlığın bərqərar olması, iqtisadi dirçəlişin təmin 

edilməsi ucun səylərinizi əsirgəməyəcəksiniz.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti



16

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Avropa Birliyi rəhbərləri ilə görüşmək üçün Belçikaya yola 

düşərkən Binə Hava Limanında jurnalistlərə müsahibəsi 

17 aprel 1995-ci il

Azərbaycanın Avropa Birliyinə qoşulması respublikamız üçün çox böyük im-

kanlar  verir.  Ümumiyyətlə,  indi  qitədə  və  dünyada Avropa  Birliyinin  fəaliyyəti 

bütün sahələrdə - həm iqtisadi, həm də siyasi sahədə çox genişdir. Ona görə də 

indi Avropa Birliyi ilə əlaqələrimizin inkişaf etməsi respublikamız üçün hərtərəfli 

mənfəətlidir. 

Bu  birlik  və  onun  iqtisadi  komissiyası  Azərbaycana  xeyli  kömək-humanitar 

yardım  edib,  respublikamıza  xüsusən  taxıl  məhsulları  və  başqa  ərzaq  malları 

göndəribdir. Onlar ölkəmizin böhran vəziyyətindən çıxmasına kömək edirlər. Bu 

yardımın indən sonra da davam etdirilməsi üçün onların geniş bir proqramı var. 

Ona görə də Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin daha da 

möhkəmləndirilməsi və qarşımızda duran bütün məsələlərin, siyasi məsələlərin, o 

cümlədən Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması və Avropa 

Birliyinin,  onun  iqtisadi  komissiyasının  ölkəmizə  köməyinin  daha  da  artırılması 

üçün bu səfər çox əhəmiyyətlidir.




17

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Prezidenti Heydər Əliyevin Brüsseldən 

Vətənə dönərkən təyyarədə müsahibəsi 

18 aprel 1995-cı il 



Heydər  Əliyev:  Avropa  Birliyi  beynəlxalq  aləmdə  çox  böyük  nüfuzlu  bir 

təşkilatdır. Onun böyük imkanları vardır. Bu birliyə inkişaf etmiş 15 ölkə daxildir. 

Avropa Birliyi öz fəaliyyətini həyata keçirmək üçün bu ölkələrin imkanlarından 

istifadə edir. 

Avropa  Birliyinin  fəaliyyətinin  dünya  siyasətinə,  iqtisadiyyatına,  beynəlxalq 

aləmdə gedən proseslərə çox böyük təsiri var. Ona görə də bilavasitə Avropa Birliyi 

ilə Azərbaycan arasında əlaqələr yaranması bütün cəhətlərə görə lazımdır, zəruridir 

və mənfəətlidir. Mənim Brüsseldə səfərimin əsas məqsədi də bundan ibarət idi ki, 

Azərbaycan Avropa Birliyi ilə daha sıx əlaqə yaratmaq imkanı qazansın. 

Avropa  Birliyinə  hər  altı  ayda  bir  ölkə  rəhbərlik  edir.  Onun  daimi  fəaliyyət 

göstərən strukturlarının rəhbərləri isə beş ildən bir seçilir. Cənab Santer də Avro-

pa Birliyi komissiyasının prezidentliyinə beş il müddətinə seçilib. Bu komissiya 

ilə bizim sıx əməkdaşlığımız üçün şəxsi münasibətlər yaratmaq, Azərbaycanla Av-

ropa  Birliyi  arasındakı  əlaqələri  nizama  salmaq  çox  vacibdir.  Mən  bu  səfərimin 

nəticələrindən çox razıyam. 

Səfər  zamanı  cənab  Santerlə,  cənab  Bruk  və  başqaları  ilə  çox  səmərəli  danı-

şıqlar,  söhbətlər,  müzakirələr  apardıq.  Respublikamızın  iqtisadi,  sosial  vəziyyəti 

ölkəmizdə gedən proseslər, Ermənistanla müharibə nəticəsində Azərbaycanın düş-

düyü vəziyyət, torpaqlarımızın bir hissəsinin işğal altında olması bir milyondan çox 

qaçqının çətin şəraitdə yaşaması haqqında mən orada geniş məlumat verdim, bu 

sahədə ölkəmizdə aparılan işlərdən söhbət açdım. Mən respublikamızdakı demok-

ratik dəyişikliklər, proseslər, dövlət quruculuğu, iqtisadiyyat, siyasət sahəsində apa-

rılan işlər haqqında, o cümlədən iqtisadi islahatların həyata keçirilməsi, demokratik 

prinsiplərin bərqərar olunması haqqında, siyasi plüralizm, insan azadlığı, söz azad-

lığı, insan hüquqlarının qorunması məsələləri haqqında da ətraflı məlumat verdim. 

Bu  ilin  oktyabrında  respublikamızda  parlament  seçkiləri  keçirilməsi  nəzərdə 

tutulur.  Seçkilərin  demokratik  şəraitdə  aparılması  haqqında  mən  orada  söhbət 

açarkən Avropa Birliyini də bu seçkilərdə müşahidəçi kimi iştirak etməyə dəvət 

etdim. Biz bu il yeni demokratik Konstitusiya hazırlığı və qəbul etməyi nəzərdə tu-

turuq. Mən bu barədə də Avropa Birliyinə məlumat verdim. Bunlar çox əhəmiyyətli 

məsələlərdir. Avropa Birliyi demokratik dəyişikliklərin, islahatların aparılmasında 

çox maraqlıdır və respublikamıza da bununla əlaqədar öz münasibətini, köməyini 

göstərir. 

Bunlarla  yanaşı,  Avropa  Birliyinin  respublikamıza  indiyədək  etdiyi  yardım, 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə