6
bölünməsi və ayrı-ayrı qanunların bir-birinə nəzarət etməsi barədə tam
əsaslandırılmış təlim yaradıldı.
Con Lokkun sələfi Tomas Hobbs (1588-1679-cu illər) dövlətin «Bizim öz
dincliyimiz və müdafiəmiz üçün borclu olduğumuz böyük Leviafan» (Leviafan –
Bibliya mifologiyasında nəhəng dəniz əjdahasıdır) adlandırır. Bu dövlətdə
hökmdar icra, qanunvericilik orqanları və hakim kimi çıxış edir. Mütləq
hökmdar nəhayətsiz hakimiyyətə malik olur. Hobbsa görə təbəələr üsyan edə
bilməzlər, bunu etdikdə onlar əzilməlidirlər.
Con Lokk siyasi hakimiyyətə Hobbsdan tam fərqli qaydada baxırdı və bir
adamın mütləq hökmranlığına qarşı çıxırdı. O, İngiltərədəki Şanlı inqilab vaxtı
yazdığı «Dövlətin idarə olunması barədə iki traktat» əsərində özündən əvvəlki
müəllif kimi insanların sosial cəhətdən təşkil olunmağa başladığı təbiət şəraitini
yada salır. Lakin Hobbsdan fərqli olaraq bu cəhəti qeyd edirdi ki, insanlar o vaxt
müharibə şəraitində deyil, bərabərlik və azadlıq şəraitində yaşayırdılar. Təbiət
qoynunda yaşayan insanlar onların əlindən alına bilinməyən müəyyən təbii
hüquqlara - həyat, azadlıq və mülkiyyət hüquqlarına malik idilər. Beləliklə, onlar
qarşılıqlı qaydada müqavilə bağlayırdılar ki, öz hüquqlarının müdafiəsinə
arxayın olmaq üçün hökumət yaratsınlar. Bu müqavilə qarşılıqlı vəzifələr
qoyurdu: hökumət xalqın hüquqlarını himayə edəcək, bu vaxt xalq isə hökumətə
qarşı ağıllı qaydada hərəkət edəcəkdir. Lakin əgər hökumət bu müqaviləni
pozsa, misal üçün, əgər monarx adamların hüquqlarını qorumaq barədəki
vəzifəsini yerinə yetirməkdə uğursuzluğa uğrasa və ya mütləq hakimiyyətə
iddia etsə, icmanın razılığı olmadan qanunlar qəbul etsə – xalq özünə yeni
hökumət formalaşdırmalıdır.
Lokka görə xalq iclası, ancaq əvvəlcədən torpaq sahibləri olan və
parlamentdə təmsil olunan aristokratiya idi, heç də torpaqsız kütlə deyildi. Ona
görə də Lokk çətinliklə siyasi demokratiyanın tərəfdapı hesab oluna bilərdi, lakin
onun ideyaları XVIII əsrdə həm Amerika, həm da Fransa inqilabları üçün
mühüm rol oynadı və onun konstitusional hökumət, qanunun idarəçiliyi,
hüquqların müdafiəsi barədəki tələbləri dəstəklənərək, tətbiq edilmək üçün
istifadə edildi.
Lokk mühüm insan haqları barədə müddəanı birinci olaraq
əsaslandırmışdır. Bunlara azadlıq, bərabərlirk, şəxsiyyətin və mülkiyyətin
toxunulmazlığı daxildir. Bu ideyalarla o, liberializmin banilərindən biri oldu.
Fransız maarifçilərinin işləyib hazırladıqları cəmiyyət anlayışı belə bir
inama əsaslanırdı ki, hər bir adam öz hüquqlarını bilməli və həyata keçirməlidir.
Maarifçiliyin fəlsəfi ideyalarının yayılmasının nəticəsi, dövlətin siyasi
problemlərinin həllində hər bir vətəndaşa bilavasitə iştirak etmək hüququnun
verilməsi tələbi oldu.
Onlardan xeyli əvvəl ingilis filosofu Con Lokk artıq hər bir insanın həyat,
azadlıq və mülkiyyət hüququnun təbii, əbədi və onun əlindən alınmaz olduğunu
bəyan etmişdi. Hər bir hökmdar idarə etmək hüququnu itirmək istəmirsə, həmin
hüquqlara hörmət etməyə borcludur. Qeyd olunan təbii hüquqları bu və ya digər
səbəblər üzündən pozmaq istəyənlərdən qorumaq üçün adamlar könüllülük
7
əsasında, onların ağlının hökm etdiyi kimi, ictimai müqavilə bağlayırdılar.
Lokkun ictimai müqavilə barədəki nəzəriyyəsi belə bir prinsipdən irəli gəlirdi ki,
bu yolla yaradılan nüfuzlu dövlət orqanı vətəndaşların açıq və ya dinməz
razılığına söykənə bilər. İctimai müqavilə anlayışı maarifçilik xadimlərinin
hazırladıqları cəmiyyət haqqında olan təlimin ən əsas müddəalarından biri oldu.
Dövlət, vətəndaşlarının əlindən əsas hüquqlarını – həyat, azadlıq və
mülkiyyət hüququnu ala bilməz. Əksinə, o, bunları qorumalıdır, çünki təbii
hüquqlar dövlətin yaranmasından əvvəl meydana gəlmişdir. Con Lokkun bu
müddəası həqiqətən də insan haqları ideyasının ilkin başlanğıcı olmaqla,
Amerika Birləşmiş Ştatlarının 1776-cı ildəki İstiqlaliyyət Deklarasiyasında aydın
şəkildə öz əksini tapmışdır. Təsadüfi deyil ki, Lokk XIX-XX əsrlərin siyasi
liberalizminin banisi hesab olunur.
Şarl Lui Monteskyo (1689-1755-ci illər) Böyük Britaniyanın siyasi həyatını
öyrənməsi əsasında hakimiyyətin bölgüsü və hökumətin parlament qarşısında
məsuliyyət daşıması təlimini inkişaf etdirdi. Bu, hüquqi dövlətin sonrakı
inkişafında həlledici rol oynadı.
Monteskyo belə bir qənaətə gəldi ki, azadlıq o qədər də insanların xüsusi
əxlaqi keyfiyyətlərinin nəticəsi olmayıb, daha böyük ölçüdə dövlət
hakimiyyətinin ağıllı şəkildə məhdudlaqdırılmasının nəticəsidir. Ona görə də o,
dövlət hakimiyyətini qanunvericilik, icra və məhkəmə qollarına bölməyi təklif
etmişdi. Bunu bir klan və ya oliqarxiya deyil, müxtəlif sosial qrupların
nümayəndələri həyata keçirməlidir. Beləliklə, qarşılıqlı şəkildə nəzarəti təmin
etmək və hakimiyyətdən sui-istifadə hallarını bütünlüklə yoxa çıxarmaq
mümkündür. Belə sui-istifadə isə, Monteskyonun inamına görə, azadlığın
itirilməsi demək olardı.
Jan Jak Russo (1712-1778-ci illər) isə qədim Yunanıstanın nümunəsi
əsasında demokratiya modelini təklif etmişdi. O, azadlıq və bərabərlik
prinsiplərini, cəmiyyətin bir hissəsi kimi insanın varlığı ilə birləşdirməyi nəzərdə
tutuldu. Onun mühakimələri birbaşa demokratiya prinsiplərinə əsaslanırdı:
butun xalq hökmrandır («bütün dövlət hakimiyyəti xalqdan gəlir»), bütün
vətəndaşlar bərabər hüquqludur və eyni vaxtda həm qanunverici və həm də
hökumət kimi çıxış edirlər. Çoxluğun iradə və hüququ şəxsiyyətin iradə və
hüququna ağalıq edir. Qərarlar ümumi iradə ilə qəbul olunur. Ümumi faydaya
xidmət edən həqiqi ümumi iradə hamının iradəsindən yuxarıda dayanır,
axırıncını ayrı-ayrı şəxsiyyətlərin maraqları təhrif edə bilər.
ABŞ dövlətinin demokratik əsasları
İki min ildən artıq bir fasilədən sonra bəşəriyyət yenidən demokratik
dövlət quruluşunun yaranmasının şahidi oldu. Azadlığa və demokratik
prinsipləri ilk dəfə özünün İstiqlaliyyət Deklarasiyasında bəyan edən Amerika
Birləşmiş Ştatlarının 1789-cu ildə qəbul etdiyi Konstitusiyada bu ideyalar
bütünlüklə öz əksini tapdı. Deklarasiyada vəd edildiyi kimi və Əsas Qanunun
müddəaları əsasında antik dövrün yadigarı olan, Con Lokkun və fransız