Həyat dərslərİ



Yüklə 222,17 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
#50524
növüDərs
1   2   3   4   5   6   7   8

HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



23 

XIX DƏRS 

 

Təlqin – yəni, inandırmaq 



 

Ardıcıl olaraq, gah "unutqanlıq", yəni yaddan çıxarmaq, 

gah da "xatırlamaq", yəni yada salmaq kimi hallar olur insanda. 

Şübhəsiz,  unutqanlıq  halı  insana  çox  lazımdır.  Müxtəlif 

streslərdən,  qəmdən  –  kədərdən  azad  olmaq  üçün  unutqanlıq 

köməyə gəlir. Lakin çox vacib olanları unutmaqla insan "arsız" 

olur. 

İnsan,  təlqin  qüvvəsinin  təsiri  ilə  gah  unudur,  gah  da 



yada salır.  

Təlqin  3  cür  olur.  Biri,  mistik  təlqindir.  Yəni,  başqa 

gözə  görünməyən  qüvvələrin  insana  təlqini.  O  biri,  biləvasitə 

digər  insanların  sənə  etdiyi  təlqindir.  Digəri  də,  özümüz 

özümüzə  etdiyimiz  (özünlə  danışaraq)  təlqindir.  Bu 

təlqinlərdən,  asılı  olaraq  bizim  yaddaşımızda  gah  unutqanlıq, 

gah da yada salma halları baş verir. 

Özünə  təlqini  zəif  olan  insan,  100  faizli  "fanatik"dir. 

Elmsiz,  zəif  düşüncəli  insan  nə  qədər  yazıq  və  cılızdır.  Biz 

insan görkəmində doğulsaq da, elmimiz olmadığı halda danışan 

heyvan  oluruq.  İnsanın  dəyəri  onun  elminin  qücü  qədərdir. 

Elmi  sevməyən  bir  xalqın,  nə  keçmişi,  nə  də  gələcəyi  var. 

(Cibləri diplomlu qoyunlar nə qədərdir!) 

Fərdi  olaraq,  hər  bir  insanın  özü  qarşısında  borcu, 

özünü  elmləndirmək  (daima  oxumaq,  təhlil  etmək)  kimi 

xüsusiyyət  olmalıdır.  Daima,  öz-özünə  təlqin  etməlisən  ki, 

yadına  salmalısan  ki,  elmlən,  elm  öyrən.  Necə  ki,  Peyğəm-

bərimiz  (s.ə.s.)  demişdir:  "Elm  öyrənin,  beşikdən  qəbir  evinə 

qədər !". 

 

 



  

 

 



 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



24 

XX DƏRS 

 

Özünü "ələ almaq" bacarığı 

 

Əvvəl,  insan  düşdüyü  vəziyyətə  düzgün  qiymət  ver-

məlidir.  Sonra  çıxış  yolu  axtarmalıdır.  Düşdüyü  vəziyyətdə, 

özünün  nə  kimi  səhv  və  ya  günah  etdiyini  aydınlaşdırmalıdır. 

Tez-tələsik,  kimdəsə,  yəni  başqasında  günah  axtarmamalıdır. 

Bir şeyi, dəqiq başa düş  ki, düşdüyün vəziyyətlə səni tərbiyyə 

etmək  istəyirlər.  Məhz,  Allahımız  tərəfindən  bizə  olan,  ən 

böyük kömək, düşdüyümüz vəziyyətlə bizi tərbiyyə etməsidir!  

Özünü  əzizləyib,  sevən  insan,  düşdüyü  vəziyyətdən, 

asan olan (müftə) çıxış yolu axtarır. Belə halda, insan köməyi 

Allahından  deyil,  əslində  şeytandan  kömək  uman  insan  (guya 

Allahından kömək umduğunu zənn (hesab) etsə də), özü-özünü 

aldadır. 

Onsuz  da,  geci-tezi,  özünü  "ələ  almalısan"!  Gec  özünü 

"ələ alsan", həm sağlamlığını itirirsən, həm də lazımsız mənəvi 

əzablar  çəkirsən.  Deməli,  nə  qədər  özünü  tez  "ələ  alsan",  o 

qədər faydalıdır. İnsan talehi ilə vaxtında barışmalıdır. (Çünki, 

insan talehinə düşməndir.)  

 

 

 



   

 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



25 

XXI DƏRS 

 

Şəhvət, təkəbbür, naşükürlük 

İnsanı  3  şey  Allahdan  uzaqlaşdırır.  Biri  şəhvət  qığıl-

cımı. O biri təkəbbür odu. Ən qorxulusu isə naşükürlük seli. 

Şəhvət,  mənən  ruhən  insanı  mundarlayır.  Şəhvətin 

sonunda insanın hiss etdiyi iyrənmək, diksinmək bunu bildirir. 

Mütləq qüsl etməklə, su ilə təmizlənməklə, mənən, qismən də 

olsa ruhuna kömək etmiş olursan. 

Təkəbbür,  mənən,  ruhən  insanı  alçaldaraq  heyvan 

səviyyəsinə endirir.  

Naşükürlük, eynən kafirlik kimidir. Yəni, naşükür insan 

Allaha qarşı üsyan  edir.  Səbirli  olmaqla özünü bu xəstəlikdən 

qurtara bilərsən, xilas olarsan. İnşəAllah!!! 

 

 



 

 

 



   

 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



26 

XXII DƏRS 

 

Hal dəyişkənliyi  



(Şəraitə uyğun olaraq insanın dəyişməsi) 

 

İnsan bilə-bilə, bilməyə-bilməyə, demək olar ki, hər an 

dəyişir. 

Tempratur  və  təzyiqin  dəyişməsi  ilə,  hadisələrin  gedişi 

ilə, ümumən maddi və mənəvi ehtiyaclardan asılı olaraq daima 

dəyişir insan.  Ən qorxulusu  isə  istəklərinin təsiri altına düşüb, 

yazıq  olmasıdır.  İstəklərinin  şiddəti  ilə  dəyişərək,  əzab  çəkən 

insan bilərəkdən, özü -özünə düşmən olur. 

Özünü nə qədər ağıllı kimi aparsan da, elə şərait olur ki, 

acizləşirsən,  yazıqlaşırsan.  Bəzən  insan,  özündə  elə  keyfiy-

yətlər  aşkar  edir  ki,  özü-özünə  təəccüb  edir.  Mülayim  olan 

insan şəraitin təsiri ilə qəddarlaşa da bilir. O, insanı mühakimə 

etmək  asandır.  Lakin  sən  özün  o  vəziyyətə  düşsən,  ondan  da 

qəddar olarsan.  

Allah  insanı,  istəmədiyi  halda  çaşmaqdan,  azmaqdan 

saxlasın. Amin! 

 

 

 



   

 

 


Yüklə 222,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə