Həyat dərslərİ



Yüklə 222,17 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
#50524
növüDərs
1   2   3   4   5   6   7   8

HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 





I DƏRS 

 

Təkəbbürün əsası, kökü "mütləq Mən" olmaq iddiasıdır. 

Yəni, "Mən belə deyirəm, belə olacaq. Sən, mən bildiyimi bilə 

bilməzsən  və  s."  kimi  deyimlərlə  (deməklə)  Allahlıq  iddiasına 

düşür  insan.  "Mənə  belə  gəlir  ki,  mən  belə  düşünürəm" 

deməlidir! 

Öz-özümüzə,  dönə-dönə  deməliyik:  "Mən  yaradan 

deyiləm, yaranmışam! Ona görə də, mütləq Hakim olan Allaha 

özümüzü şərik qərar verməməliyik!" Daima, hər an, özümüzü 

tərbiyyə etməliyik! 

 

 

 



 

 

 



   

 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 





II DƏRS 

 

Keçən  dərsimizdə  "Mütləq  Mənin"  ancaq  Allaha  aid 

olduğunu  qeyd  etmişdik.  İndi  bu  dərsimizdə  "şərti  Mən"dən 

danışacağıq. 

Belə  ki,  biz  doğulub,  dünyaya  gələndən  sonra  şərti 

olaraq  bizə  ad  qoyulur.  Başqa  insanlardan  seçilmək  üçün  hər 

bir  insana  ad qoyulur.  Biz  bilirik  ki,  bu  dünyada  müvəqqəti 

olaraq  yaşayacağıq.  Bizə  bu  dünyada  verilən  imkanlara  görə 

müvəqqəti, yəni "şərti Mənə" sahibik. 

 

 



 

 

 



   

 

 



 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 





III DƏRS 

 

Özünü tərbiyyə çox mühümdür, vacibdir. Özünü tərbiy-



yələndirməyən  insanın  heyvandan  heç  bir  fərqi  yoxdur.  Bir 

hörmətli  şairin  şeirində  deyilən  kimi:  "Övlad  ailəsindən 

tərbiyyələnər, nə görsə götürər, adətkar  olar!" Yəni, vərdişlərin 

insan  taleyində  mühüm  rolu  var!  Doğulanda  genetik  –  irsi 

olaraq keçən vərdişlər var. Bir də, sonradan valideynlərdən və 

ya ətrafda olan insanlardan götürülən vərdişlər var.  

Vərdişlərimiz şüuraltı beynimizdə yerləşərək, bizi idarə 

edir.  Pis  vərdişlərdən  uzaqlaşaraq,  (çox   çətin  olsa  belə)  yeni, 

daha  layiqli  vərdişlərə  nail  olmaq  lazımdır.  Ən  yaxşı 

vərdişlərdən  biri,  daima  lazım  olan  kitabları  oxumaq,  təhlil 

etmək, mahiyyətinə bələd olmaqdır! Mütaliə etməyən insan çiy 

təfəkkürə, düşüncəyə malik olur. Nə olsun ki, sən axtarışdasan, 

lazım olan biliyin, dərk etmən ki, yoxdur! 

 

 



 

 

   



 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 





IV DƏRS  

 

Hər  bir  insan,  digər  insanı  səhvən  "özü  kimi"  görmək 



istəyir.  Belə  ki,  mən  bu  sözü  deyirəmsə,  necə  mən  başa 

düşürəmsə,  elə  də  sən  başa  düşməlisən!  Niyə?  Axı,  hər  bir 

insanın müəyyən həddə dərketmə, başa düşmə qabiliyyəti var. 

Bəs  onda  nə  üçün  ətrafımızdakı  insanlara  belə  tənqidi 

yanaşırıq? "Hər kəsə söz söylə, ağlı miqdarı!" 

 

 



 

 

 



   

 

 



 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 





V DƏRS 

 

İnsana  xas  olan  ən  pis  xüsusiyyətlərdən  biri,  özündə 



deyil,  başqasında  günah  axtarmasıdır!  "Öz  gözündə  tiri  gör-

məyən  (yəni,  çox  böyük  səhvini  görməyən  insan),  başqasının 

gözündə  kiçicik  bir  qüsur  (azca  da  olsa,  olan  günah)  axtarır. 

Allah-təala,  sirr  saxlayan  insanları  sevir.  Sən  bağışlamağı 

bacarsan, inşə-Allah, Allah da səni bağışlayar! 

Yəni,  bağışlamağı  bacaran,  başqalarına  aid  olan  sirləri, 

gizli saxlayan insan heç vaxt kimdəsə günah axtarmaz!!! 

 

 



 

 

 



   

 

 



 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



10 

VI DƏRS 

 

Sadəlik və sükut (yəni sakitlik), həqiqət axtarışında olan 



insan  üçün  çox  vacibdir.  Sadə  insan,  qəlbində  Allahı  ilə  (baş 

verən bütün hadisələrdə  şərrin insanın öz nəfsindən, havayı və 

ziyanlı  istəklərindən  əmələ  gəldiyini,  xeyrin  isə  Allahın  lütfü 

olduğunu  qəbul  etməsi  ilə)  razılaşması  mühüm  şərtdir!  Sakit 

təbiətlilik,  insanın  qəlbinə  rahatlıq  bəxş  edir.  Narahat  insanın 

qəlbi əziyyət çəkir. 

Digər  lazım  olan  keyfiyyət  hər  işdə  mütləq  məsləhət-

məşvərətə  yer  verməkdir.  Yəni,  başqa  insanlarla  məsləhət-

ləşməkdir. Məsləhətli işin təməli bünövrəsi möhkəm olar. 

Elmlənmək,  elm  öyrənmək  insanı  həqiqətə  yaxın-

laşdırır. Peyğəmbərimiz Muhəmməd (s.ə.s.) demişdir: "Elmi 

beşikdən qəbir evinə qədər öyrənin!Yenə, peyğəmbərimiz 

(s.ə.s.) demişdir: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. 

Kim mənə yaxın gəlmək istəsə, o qapıdan keçməlidir!" 

 

 

 

   


 

 


Yüklə 222,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə