Nazim Tapdıqoğlu
rılır. Bir həftə davam edən bu qanlı döyüşlərdə yüzlərlə azərbacanlı igidlər də
həlak olur...
12
yanvar 1945-ci il - Sovet qoşunları bütün cəbhə boyu hücuma keçir. Bu
qanlı döyüşlərdə minlərlə azərbaycanlı da həlak olur...
12 yanvar 1989 - cu il - Erməni daşnaqlrı Xanlar (Göygöl)
rayonunun
Todan kəndinə hücum edirlər. 4 nəfər dinc sakin qətlə yetirilir...
12
yanvar 1989-cu il - SSRİ Ali Soveti Rəyasət Heyəti Dağlıq Qarabağı
Azərbaycandan qoparıb Ermənistana birləşdirmək məqsədilə "Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi
haqqında" qərar qəbul edir. A. Volskinin
başçılığı ilə Xüsusi İdarə Komitəsi
(XİK) yaradılır. Komitənin tərkibinə 5 rus, 2 erməni, 1 nəfər azərbaycanlı
təyin edilir...
12 yanvar 1990-cı il - Erməni yaraqlıları Goranboy rayonunun Todan kən
dinə hücum edir. Kənddən 7 nəfər girov götürülür. Onlardan 4 nəfəri (Abbas
qulu, Bəxtiyar, Əliqara, Yadigar) vəhşicəsinə qətlə yetirilir...
12 yanvar 1990-cı il - Xanlar rayonunun Quşçu kəndinə basqın edən 500
nəfər silahlı ermənilər kəndi dağıdır, onlarla silahsız, əliyalın azərbaycanlını
vəhşicəsinə öldürürlər. Qadınlar, uşaqlar, qocalar gülləbaran edilir...
. 12 yanvar 1992-ci il - Ağdamdan Qaradağlıya uçan vertolyot atəşə tutulur.
Vertolyotla Qaradağlı kəndinə (Xocavənd rayonu)
ərzaq və hərbi sursat gətirən
kənd icra hakimiyyətinin nümayəndəsi Cavay Hüseynov ağır yaralanır. Güclü
atəş səbəbindən 2 saat ərzində ona kömək etmək mümkün olmur. O, çoxlu qan
itirir. Həmin gün daha 2 nəfər - Şahruz Əliyev və kənd mağazasının müdiri Alov
Əzizov da yaralanırlar...
13
yanvar 1918-ci il - Terrorçu erməni yaraqlıları Zəngəzur qəzasının azər
baycanlılar yaşayan Pulkənd yaşayış məntəqəsinə basqın edərək 19 nəfər dinc
sakini qətlə yetirir. Kənd basqınçılar tərəfindən talan olunur...
13
yanvar 1990-cı il - Bakıda bir erməni daşnaq muzdlusu tərəfindən 2 nəfər
azərbaycanlı qətlə yetirilir. Şəhərdə müxtəlif erməni talanları həyata keçirilir...
13 yanvar 1990-cı il - Füzuli rayon PK-nm birinci katibi Cavanşir Məmmə
dov istefa verir. Rayonun bir neçə yerində qarşıdurma hallarına yol verilir.
Rayon mərkəzində 20. 000 nəfərlik izdihamlı mitinq keçirilir. Rayon PK-nm
binasında plenum axşamadək davam edir. Plenumun işində Azərbaycan KP
M K Təşkilat Şöbəsinin müdiri Səbuhi Abdinov iştirak edir...
13 yanvar 1990-cı il - Goranboy rayonunun Todan kəndi ərazisində şiddətli
döyüş gedir. Erməni yaraqlıları fermada işləyən ata və onun oğlunu girov
16
Azərbaycan faciələrinin təqvimi
götürür, bır nəfəri isə yaralayırlar. Ermənistana məxsus vertolyot kəndlərin üzə
rindən uçub atəş açaraq 3 nəfər Gəncə sakinini və 1 nəfər Todan kənd sakinini
(kolxoz sədri)
qətlə yetirir. Ermənistandan Çaykəndə vertolyotla silah və ərzaq
gətirilir...
13
yanvar 1992-ci il - Kərkicahan qəsəbəsi
ermənilər tərəfindən atəşə tutulur.
Qəsəbə sakini İlham Bahadur oğlu Əliyev həlak olur, A sif Ələkbərov yaralanır,
2 ev yandırılır...
13 yanvar 1992-ci il - Milli Qəhrəman Mehdi Yusif oğlu Abbasov Məlikcan
kəndi ətrafında erməni yaraqlıları ilə döyüşdə həlak olur...
13 yanvar 1994-cü il - Milli Qəhrəman İsrafil Şahverdi oğlu Şahverdiyev
Füzuli rayonunun Horadiz
kəndi uğrunda döyüşdə həlak olur...
14
yanvar 1938-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət
təhlükəsizlik komissarı Sumbatovun
əmri ilə aralarında azərbaycanlı ziyalılar
da olan 238 nəfər güllələnir...
14
yanvar 1990-cı il - Daşnaq terrorçular Hadrut (Xocavənd)
rayonunun
Tuğ kəndinə basqın edərək kəndin keşiyini çəkən hərbçilərdən birini qətlə yeti
rirlər...
14 yanvar 1990-cı il - Erməni yaraqlıları 5 azərbaycanlını qətlə yetirir...
14 yanvar 1990-cı il - Bakıdan Naxçıvana gedən qatara Meğri rayonu əra
zisində ermənilər tərəfindən silahlı basqın olunur...
14
yanvar 1990-cı il - Ermənilər vertolyotla Xanlar (Göygöl)
rayonunun
Aşıqlar kəndinə hücum edirlər. 1 nəfər ölür, xeyli adam yaralanır...
14 yanvar 1990-cı il - Erməni yaraqlıları Hacıkənd yaşayış məntəqəsinə bas
qın edirlər. Kənd sakinləri - Nemət Əli oğlu Vəliyev, Səbuhi Hacıyev, Ələkbər
Hüseynov amansızlıqla qətlə yetirilir...
14 yanvar 1992-ci il - Ağdam rayonunun Gülablı kəndi atəşə tutulur...
14
yanvar 1992-ci il - Milli Qəhrəman Elman Süleyman oğlu Hüseynov Qa
rabağın Vəng kəndi istiqamətində gedən qanlı döyüşdə həlak olur...
14
yanvar 1994-cü il - Erməni separatçılarının ideoloqlarından biri, yazıçı
Zori Balayan milliyyətcə ləzgi olan hərbi əsir Azər Aslanovla (o, 3 iyul 1994-cü
il tarixdə Bakı metrosunun "28 M ay” və "Gənclik" stansiyaları arasında qatarda
terror aktım həyata keçirmişdir) görüşür...
14
yanvar 1999-cu il - Qeyri-adi zəkaya malik olan tanınmış ziyalı, alim, pe-
daqoq, şair, rəssam, jurnalist, münəccim, loğman, açıq fikirli xeyirxah insan,
hadisələri öncəgörmək duyumlu ekstrasens Etibar Elkin Məmmədəliyev 51 ya
şında Bakıda, Bayıldakı evində2 gənc və idmançı oğlu ilə bərabər gecədən xeyli
İşlə' i q ry s i
I PREZİDENT KİTABXANASI
Dostları ilə paylaş: |