Gültəkin-əmin Abid



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64091
1   2   3   4   5   6   7   8   9   ...   19

4. 

 

Belə  oxşarlığı  “Şərq  qadını”  jurnalında  çap  olunmuş 



“Nişansız  nişanlıya”  şerilə  “Ağla,  gözel  gelin”  şeri  arasında 

da görmək olar. Məs.: 

 

Xanım qız, başına örtdüyün qara 

Matəmi eşqinin bir siyahımıə 

Şimdi yas tutan hər öksöz məzara, 

Məzlum əsirlərin bitməz ahımıə! 

                                    

“Nişansız nişanlıya” 

 

Axşam yayılırken öksüz bendeye, 

Çemberekendinde yükselt sesini. 

Qucaqla mezarı sen “vaten” deye, 

Millet duysun solan daş nefesini. 

                

…Gitmeden  elinin kınası, gelin, 

                    

Ellə beraber tut bu yası, gelin!… 

                                                                               

“Ağla gözel gelin” 

 

5. 


 

“Dirilik”  jurnalının  1914-cü il 5-ci  sayında  Abid 

Mütəllibzadə imzası ilə çap etdirdiyi bir dördlükdə yazır: 

 

     



Yuxlamışdım dün gecə, gördüm deyirlərkin mənə 

          

Tutmaq istərsən cahanda sən də gər ali məqam, 

          

Qəflət etmə! Qalx ayağa, düşmən bidindən 

          

İntiqam al, intiqam al, intiqam al, intiqam! 

 

Hər iki kitabda çap olunmuş “Bayrağım və istiqlalım” şerində isə 



yazır: 

 

Kaldıkca  ruslarda diyarım benim, 



İntikam  olacak şüarım benim! 

Və yaxud: 



Biz dalğalar yenen gencleriz 

Geliriz, yaşarız, ölür  gideriz… 

Korkmayız denizden, fırtınalardan, 

K

orkmayız ne topdan, ne  de mezardan, 

 

 

17 




Bulunduqca nefesimiz, 

“İstiklal” deyəcək yuce sesimiz… 

                                      

Qızıl Rus şairinə. 

 

1914-


cü  ildə  intiqam  almağa  səslədiyi  düşmənin  adını  

çəkmirdisə  1924—25-ci  illərdə  yazdığı  şerlərdə  düşməninin 

Rusiya  olduğunu  qəzəblə  göstərir  və  xalqı  ondan  intiqam 

almağa  çağırırdı.  Özü  də  bu  intiqam  şəxsi  intiqam  deyil, 

vətəninin istiqlalı, azadlığı uğrunda bir çarpışmadır. 

6. 


 

Belə  qarşılaşdırmaları  “Kommunist”  qəzetində  çap  edilmiş 

“Benim yazım” şerilə kitablara daxil edilmiş “Aldı, gitti” və 

b. şerlər arasında da aparmaq olar. Onlar arasında nəinki dil, 

üslub, formaca bir yaxınlıq var, hətta bəzən ifadələr, epitetlər 

də təkrarlanır. Adama elə gəlir eyni şerin ayrı-ayrı parçaları, 

yaxud  eyni  mövzuda  ayrı-ayrı  qəzet  və  jurnallar  üçün 

yazılmış  şerlərdir.  Bakıda  çap  olunan  şerlərdə  fikirlər  daha 

çox  eyhamla,  örtülü  deyildiyi  halda,  Türkiyədə  çap  olunan 

şerlərdə  misralar siyasi çağırış kimi səslənir. 

7. 

 

Gültəkinin  şerlərindən  Bakını  yaxşı  tanıdığı  və  Bakıda  baş 



v

erən hadisələrdən xəbərdar olduğu aydınlaşır. Əmin Abid də 

1898-

ci  ildə    Bakıda  doğulub,  Bakıda  yaşayıb,  1918-ci  ildə 



təhsil almaq üçün İstanbula gedib. 

8. 


 

Hər  iki  kitabda  çap  olunan  şerlər  Türkiyədə  yazılıb  çap 

olunduğundan  Bakıda  əlyazmalarına  rast  gəlinmir. Yaxud 

müəllif  irticadan  ehtiyatlanaraq  şerlərin  əlyazmalarını  məhv 

edib. 

9. 


 

M.Ə.Rəsulzadə  nin,  M.B.Məmmədzadə,  Ə.Cəfəroğlu 

Ə.Abidi  Sovet  irticasından  qorunmaq  üçün  Gültəkinin 

şəxsiyyətini  müəyyənləşdirə  biləcək    bir  işarəyə  belə  yer 

qoymayıblar

7



Buna  görə  də  Azərbaycanda  Əmin  Abidin  

Gültəkin olduğunu bilməyiblər. 

7

 

Ə.Abid 1938-ci ildə  həbs edilib qusa istintaqdan sonra elə  həmin il 



oktyabrın  21-də  saat 21

30

-da güll



ələnsə  də,  çoxları  bundan  xəbərsiz olub. 

Qohumları 1962-ci ildə Ə.Abidə  bəraət alanda  belə öldüyünü bilsələr də 

n

ə  vaxt, harada öldüyündən xəbər  tutmayıblar.  Belə  olduğu  halda, 



 

18 

                                                           




10. 

Ə.Abid  irticadan  qorunmaq  üçün  işə  girərkən  doldurduğu 

anket  və  yazdığı  tərcümeyi-halda  Gültəkin  imzası  ilə  şerlər 

yazdığını  və  “Yeni  Kafkasiya”  ilə  əməkdaşlıq  etdiyini, 

Qəzvində, Ərzurumda olduğunu gizlədib. 

11. 


Ə.Abid  Azərbaycanda  Orxan,  Turfan  abidələrini, 

“Oğuznamə”ləri  öyrənən  ilk  peşəkar  araşdırıcılardan  idi. 

Buna  görə  də  onun  Gültəkin”  ləqəbini  götürməsi  inandırıcı 

Görünür. Tarixi şəxsiyyət Gültəkin kiçik qardaş olduğu kimi, 

Bakı  xanlarının  nəslindən  olan  əmin    Abid  də  ailənin  son 

beşiyi — üç qardaşın kiçiyi idi. 

12. 

1926-


cı  ildən  sonra  Bakıya  dönərək  burada  var  gücü  ilə 

ideyalarını  elmi  məqalələrində  təbliğ  etdiyindən  bədii 

cəhətdən o qədər də güclü olmayan şerlər yazıb çap etdirməyə 

Görünür vaxt sərf etməyib. Təbi gələndə üç-beş şer yazıbsa o 

da  təqiblərdə,  köçlərdə  itib-batıb  və  ya  irtica  qorxusundan 

məhv edilib. 

13. 

Son olaraq: 1904-



cü  ildə  Şuşada  doğulan,  Bakı  Dövlət 

Universitetində  oxuyan  Qara  Hüseynov  1927-ci  ildə  (Əmin 

Abid 

həmin  vaxt  Universitetdə  dərs  deyirdi.  —  ə.Ş.) 



Türkiyəyə getməli olur. O, Türkiyədə Azərbaycanın azadlığı 

və müstəqilliyi uğrunda çalışır, Hüseyn Bayqara kimi tanınır. 

O, 1975-

ci ildə Istanbulda çap etdirdiyi “Azərbaycan İstiqlal  

mübarizəsi  tarixi”  kitabının  sonunda  əli  dəyənəkli,  ayağı 

çarıqlı, şalvarının dizləri yamaqlı, əyni çuxalı, başında qoyun 

dərisindən papaq olan bir kişinin şəklini verib. Şəklin altında 

isə yazıb: 

 

        


“Bir İstiqlal  yolçusu… 

    …Ve Siz ey ölümün korkunç yolunda 

    

Yürürken, “Bahtı”da çürüyən genclər… 

                                                            

Gültəkin (Əmin Abid) 

                                                            

Azərbaycan şairi” 

 

 



İstanbulda yaşayan Mirzə Balanın 1948-ci ildə çap etdirdiyi kitabda şerlərin  

yazarının güllələndiyini yazmamasnı təbii saymaq olar. 

 

19 

                                                                                                                           




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə