Gültəkin-əmin Abid



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64091
1   2   3   4   5   6   7   8   9   ...   19

6. 

 

Şəkillərdən  və  xatirələrdən  Əmin  Abidin    obrazı  yaddaşıma 



zəif  gördüyüdən  qalın  gözlük  taxan,  sakit  təbiətli,  astagəl, 

necə deyərlər, suyu da üfürə-üfürə içən, ehtiyatla davranan bir 

alim  kimi  hopmuşdu.  Gültəkin  isə  Xəlil  Rza  Ulutürk  kimi 

çılğın, yüksək  səslə bağıran bir şair tə’siri bağışlayırdı. 

Tələbəlik  illərində  Ə.Abid  haqqında  bilgi  əldə  etmək  üçün  onu 

tanıyanlarla  və  qohumları  ilə  tez-tez  görüşürdük.  Belə  axtarışların 

birində  tələbə  yoldaşım  İsrafil  Qurbanovla  Hüseyn  Necdətin  evini 

tapdıq.  Gəncliyində  şerlər  yazan  və  dövri  mətbuatda  çap  etdirən 

Hüseyn  Necdət  Əmin  Abidlə  əmi-qardaşoğludan  çox,  yaşları 

arasında  fərq  azlığından  və  səmimi  münasibətlərindən  qardaş  kimi 

olmuşdular. Hüseyni tanıyanlar deyirdilər ki, atası əliabbas Müznib, 

əmisi  Əmin  Abid  həbs  olunanda onun  da  həyatı təhlükə  qarşısında 

imiş.  Arvadı  Valentina  Aleksandr  qızı  Pozdşevanın  vəzifəli 

qohumları  Hüseyni  DTK-nın  caynağından  qurtarmışdılar. Buna 

baxmayaraq, Hüseyn Necdət bir müddət Bakıdan kənarda yaşamalı, 

sürgün həyatı keçirməli olmuşdu. 

Hüseyn  Necdət  13-14  ildi  ki,  vəfat  etmişdi.  Buna  baxmayaraq, 

mühasib  işləyən  V.A.Pozdşeva  ailə  arxivinin  bir  qismini  qoruyub 

saxlaya  bilmişdi.  Burada  Ə.Abidin  də  əlyazmaları,  əsərlərinin 

makina yazısı vardı. 

Tapıntımız  haqqında  M.F.Axundov  adına  Respublika  kitabxana-

sında  tez-tez  görüşdüyümüz  Azərbaycan  Dövlət  Ədəbiyyat  və 

İncəsənət  Arxivinin  direktor  müavini  Qulam  Məmmədliyə  bilgi 

verdik  və  sənədləri  arxiv  üçün  almasını  xahiş  etdik.  O  da  bizə 

təşəkkürünü bildirib, arxivin əməkdaşlarından Maarif Teymurov  və 

Bibixanım  Hüseynovanı  göndərərək  V.A.Pozdşevadan  1970-ci ilin 

oktyabrın  23-də  sənədləri  və  fotoşəkilləri  aldırdı.  Burada  da  Əmin 

Abid


in  Gültəkin imzası ilə  şerlər yazdığına, eləcə də həmin imza ilə 

çap olunmuş şerlərin əlyazmasına rast gəlmədik. 

Bəs Gültəkin kimdir? Sualına cavab tapmaq üçün M.Ə.Rəsulzadə 

nin,  M.B.Məmmədzadənin  və  başqa  mühacir  ictimai-siyasi 

xadimlərin həyat və yaradıcılıqlarını gözdən keçirirdim. Lakin yenə 

heç bir nəticə əldə edə bilmədim. 

Bir  təsadüf    yenidən  Gültəkinin  şerləri  üzərinə  qayıtmağıma  və 

onlara  yeni  gözlə  baxmağıma  səbəb  oldu.  Uzun  illər  əlçatmaz 

saydığım  bir  iş  1998-ci  ildə  reallaşdı.  Əmin  Abidin    Azərbaycan 

 

14 




Milli  Təhlükəsizlik  Nazirliyinin  arxivində  saxlanan  istintaq 

materialları ilə tanış oldum. Buradakı sənəddə Əmin Abidin  İstanbul 

Universitetində  oxuyarkən  Məmməd  əmin  Rəsulzadə  və  başqa 

mühacir siyasi xadimlərlə tez-tez görüşdüyü, onların toplantılarında 

iştirak etdiyi, “Yeni Kafkasya” dərgisində antisovet şer və məqalələr 

çap etdirdiyi  yazılıb.  

Ə.Abidin  İstanbulda  təhsil  alarkən  tələbə  yoldaşı  Nafiə  ilə 

evləndiyini  də  bilirdim.  Onun  Bakıda  və  Tbilisidə  çap  olunan 

“Maarif və mədəniyyət”, “Maarif işçisi”, “Dan yıldızı” jurnallarında 

Nafiə  Abid  imzası  ilə  bir  neçə  şer  və  hekayəsini  də  oxumuşdum. 

Lakin Nafiənin qızlıqdakı soyadı, atasının adı, ömür yolu haqqında 

heç bir bilgim yox idi. ərinin həbsindən heç bir ay keçməmiş (1938-

ci il 11 avqust) həbs edilən Nafiə xanımın istintaq materiallarından 

1903-


cü  ildə  Yanya  şəhərində  (indiki  Yunanıstanda)  doğulduğunu, 

kiçik yaşlarında İstanbula  köçdüklərini, atası Əhməd Şükrünü erkən 

itirdiyindən anası Zəhranın Tevfik Tanurə ərə getdiyini, buna görə də 

soyadının Tevfik Tanur olduğunu öyrəndim. Bu kiçik qeyd də mənə 

yardımçı  oldu.  “İstiqlal    uğrunda”  kitabındakı  “Qardaş  sevgisi” 

şerinin müəllifi Nafiə Şükrünün  elə Nafiə Abid olduğunu öyrəndim. 

Beləliklə,  Gültəkinin  Ə.Abidin  imzası  olduğunu  söyləməyə 

imkan verən faktları sıraladım: 

1.

 

Nafiə Şükrünün “İstiqlal  uğrunda” kitabındakı şeri “Azərbay-



canın  millətpərvər  şairi  Gültəkin  bəyə”  qeydilə  çap  olunub. 

Sonunda da “15 Kanun-

i  sani  1925”    tarixi  qoyulub.  Şer 

aşağıdakı beyt ilə başlayır:  

 

Əsiyor Şərqin o munis rüzgarı 

Qafqaziyanın yaşıl yamaclarında. — 

 

və: 



 

Yalnız sən deyilsən o yurda vurğun, 

Bən də abidiyəm o şən məbudun. — 

 

beytilə tamamlanır.   

    

Son  misradakı  “abidiyəm”  sözünü  iki  anlamda  qəbul 



etmək  olar.  Birincisi  müstəqim  mənada  —  ibadətlə  məşğul 

 

15 




olan, ikincisi 

Əmin Abidin  adı anlamında. Yeniyetməlik və 

ilk gənclik çağlarında Əmin Abid yazılarının altında “Abid”, 

“Abid  Mütəllibzadə”  və  s.  imzası  qoyub.  Nafiə  xanımın 

Gültəkinə müraciətlə yazdığı şerdə “abid” sözünü işlətməsi, 

bizcə, təsadüfi deyil. 

2. 

 

İstintaqda  “Yeni  Kafkasya”  dərgisində  antisovet  şerləri  və 



məqalələrinin  çap  olunduğunu  Ə.Abid  etiraf edib. Bu 

dərgidəki  ən  üsyankar,  antisovet  şerləri  Gültəkin  imzası  ilə 

çap olunub. 

3. 


 

Ə.Abidin imzası ilə “Gənc pedaqoq” jurnalında çap olunmuş 

“Qürbətdən  məktub”  şeri  hər  iki  kitabda  çap  olunmuş 

“Anneme” şeri ilə həm məzmunca, həm də üslubca eynidir. 

Məs.: 

   Azerbaycan benim gözelim, anne!  



       Azerbaycan benim emelim, anne! 

       

Git onun bayrağına yüzünü sür de, 

       

Rusun çiğnediği toprağını öp. 

                 

Azeri oğlunun böyük ümidle 

                 

Gömdüğü üç rengli bayrağını öp. 

       Belki de ölürüm qörbetde, anne! 

       

Ruhumsa qalmasın hasrette, anne! 

                                                                                “Anne” 

 

Qış gəlir, bahar gəlir 

Ayva 

gəlir, nar gəlir. 

Ç

ox üzülmə su kibi, 

Gözlədiym yar gəlir… 

  

Annə, sən gözlə bəni

Gözlə, dörd gözlə bəni. 

Könlüm yazıqdır şimdi, 

Üzmə bir sözlə bəni. 

                                  

“Qürbətdən məktub” 

 

Şairin  eyhamla  söylədiyi  “Gözlədiyim  yar  gəlir”—  ifadəsi 



Azərbaycanın azadlıq və müstəqilliyinə işarədir. 

 

16 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə