Gp-hand. Threats. Az new qxd: gp-hand. Threats. Az



Yüklə 37,71 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü37,71 Kb.
#5210
növüYazı


Qulaqlarımızı xilas edin

93

1

Səs

-

küy 

Giriş

Eşitmə, yəni səs qəbuletmə qabiliyyəti insan həyatı və onun ünsiyyəti üçün müstəsna əhəmiyyətə

malikdir.

“Səs-küy” termini adətən nəqliyyatın istifadəsi, sənaye qurğularının işləməsi, bəzi ev işləri zamanı

insan fəaliyyətində və ya müxtəlif təbiət hadisələri zamanı əmələ gələn arzuedilməz səsi

bildirmək üçün istifadə edilir.

Səs-küy ən çox yuxu, danışıq və istirahət zamanı narahatçılığa səbəb olur və insanı əsəbiləşdirir.

Onun yaratdığı ən geniş yayılmış təsir yuxunun pozulması və onun keyfiyyətinin aşağı düşməsidir.

Bundan yaxa qurtarmaq üçün təsadüfi səs-küylərin səviyyəsi 55 desibeldən yüksək olmamalıdır. 

Qulaqlarımızı xilas edin

Müəlliflər: Maria Pirqova, Kliment Mindjov, Fikrəd Cəfərov, Şamil Hüseynov

Əsas fikir

Ênsanlar həmişə müxtəlif səslərin təsirinə məruz qalır və bunlardan bəziləri

insan sağlamlığı üçün təhlükəlidir

Müddət

2 dərs saatı



Êlin fəsli

Êstənilən



Yer

Məktəb (sinif otağı)



Tədris vasitələri

Yazı lövhəsi, videokasetlər



Tədris fənləri

Fizika, biologiya, ekologiya, sinif saatı 



Məqsəd

• Səsin insana hər yerdə rast gəldiyini dərk etmək 

• Müxtəlif səs növləri, onlarin səviyyəsi və mənbələri, eləcə də səs 

çirklənmələrinin azaldılması yolları haqqında bilgiləri mənimsəmək 



Metodlar

Mühazirə, videofilmlərin baxılması, diskussiya, çöl ekskursiyaları, 

analitik fikir mübadiləsi



94

1

Qulaqlarımızı xilas edin

Səs

-

küy 

Səs-küy söhbətə mane olur. Bu, adətən onun səviyyəsi 35 desibeldən yüksək olduqda baş verir. Səsin

qaldırılmadan söhbət edilməsi üçün səs-küyün səviyyəsi 70 desibeldən az olmalıdır. Danışıq və

musiqiyə qulaq asan zaman səs-küyün təsir dərəcəsi səsin gurluluğundan asılıdır. Səs-küy səviyyəsinin

yüksəlməsi danışanları bir-birilərini normal eşidə bilmələri üçün səslərini qaldırmağa məcbur edir.

Psixofizioloji effektlər səs-küyün daha yüksək səviyyələrində yaranır. Bunlar ən çox fizioloji

streslərlə əlaqədardır ki, bu da öz mənfi təsirini ürək-damar, sinir sistemində, eləcə də

davranışdakı kənarlaşmalarda göstərir.

Səs-küyün ayrı-ayrı canlı orqanizmlərə təsiri müxtəlif dərəcədə öyrənilibdir.

Məşğələlərin aparılması

I Hissə. Giriş

1

Şagirdlərə aşağıdakı sualları verin:

Biz öz ətrafımızda səsi eşitməyi bacarırıqmı?



Nə üçün biz səsi bir halda “insanın həzz aldığı

musiqi”, digər halda isə “qulaq pərdəsini deşəcək

qorxulu bir şey” kimi xarakterizə edirik?

Biz nəyi səs, nəyi isə gurultu kimi müəyyən edirik?



(Səs dalğalarla yayılan enerji formasıdır. Bu yayılmaya

hava və ya suyun molekullarının hərəkəti təsir edir,

kosmik fəzada isə səs daşıyıcıları praktiki olaraq

yoxdur və buna görə də ora sükut içərisindədir.

Gurultu isə səsin arzuedilməz, xoşagəlməz və ya

hətta ağrı hiss edilməsinə, bir-birimizi aydın eşitməməyimizə səbəb olan, diqqətimizi

yayındıran, eləcə də stress və ya xəstəlik törədən hissəsi kimi qəbul edilir).

Hansı səs və ya gurultu bizi qorxuda bilər? 



2

Biologiya dərsliyindən istifadə etməklə şagirdləri insanın eşitmə aparatının quruluşu ilə tanış edin.



3

Şagirdlərə “Səs” videofilmini göstərin və onun mahiyyətini qısa şəkildə ifadə etməyi

onlardan xahiş edin. Maraqlı fikirlərdən bir neçəsini lövhədə yazın.

4

Şagirdləri “Giriş”də və CD Rom-da verilən məlumatlarla tanış edin. Şagirdlərə “Səs şkalası” işçi

vərəqini paylayın və onun əsasında müxtəlif mənbəli səsin səviyyəsini dəqiq qiymətləndirin.

Səsin intensivliyini və ya onun səviyyəsinin desibellə (dB) ölçüldüyünü izah edin. Bundan başqa,

səslər müxtəlif tezliyə malikdirlər: tezlik nə qədər yüksəkdirsə, səs və ya gurultu eşitmə üçün o

qədər xoşagələn deyil, baxmayaraq ki, onların intensivliyi bu zaman dəyişilməz qalır. 75 dB-dən

yüksək intensivliyə malik səs insanın eşitməsi üçün təhlükəlidir. 85 dB-dən yüksək intensivlikli

səsdə uzun müddət qalmaq insanın eşitmə həssaslığını aşağı salır. 120 dB-dən yüksək intensivli

səs qulaqda güclü ağrılar yaradır, 180 dB-dən yüksək isə praktiki olaraq dözülməz və həyat

üçün təhlükəlidir.



II Hissə. Məktəbdənkənar məşğələlər

1

Şəhərin səs-küylü yerinə gedin. Müxtəlif səslərin xarakterinə və həmin yerin spesifik səs

fonuna diqqət yetirin.

2

Sonra sakit bir təbiət guşəsinə (parka, meşəyə) gedin. Şagirdlərdən gözlərini yumub,

diqqətlərini eşitdiklərinə cəmləməsini xahiş edin. Səslərin harmoniyasına diqqət yetirin.

3

(Müəllim həmin yerlərin səslərini maqnitafona yazıb, sinifdə şagirdlərə dinlədə bilər).




Qulaqlarımızı xilas edin

95

1

Səs

-

küy 

III Hissə. Daha nələr etmək lazımdır?

1

Məktəbə qayıdandan sonra aşağıdakı məsələlər üzrə analitik fikir mübadiləsi təşkil edin: 

Səslərin əsas mənbələri hansılardır? (Avtomobil, qatar, təyyarə kimi nəqliyyatın hərəkəti; 



sənaye müəssisələrindəki qurğu və mexanizmlərin işləməsi; tikinti işləri; bəzi istirahət növləri 

— diskoteka, motosikletdə və ya motorlu qayıqda gəzinti və s.). Cavabları lövhədə yazın. 

Sizin yaşayış məntəqənizdə ən səsli yer haradır və nə üçün belə hesab edirsiniz?



2

Səsdən (gurultudan) əziyyət çəkən insanların sayının çox olduğunu izah edin. 



3

“Azərbaycanda səs-küy” nümunəsindən və CD-ROM-dan əlavə informasiya mənbəyi kimi

istifadə edin.

4

Səs-küyün bir ekoloji problem kimi düzgün qiymətləndirilməsinin vacibliyini şagirdlərin diqqətinə

çatdırın. Buna səbəb insanın eşitməsinin səsin müxtəlif səviyyələrinə tədricən uyğunlaşmasıdır.

Lakin belə uyğunlaşmanın nəticəsi çox vaxt eşitmənin tədricən pisləşməsinə səbəb olur. Buna

görə də uzun müddət yüksək səslə maqnitafona və başqa alətlərə qulaq asmaq olmaz.

5

Şagirdlərdən səs-küyün azaldılması ilə bağlı təkliflər etməsini xahiş edin. “Səs-küyün

azaldılmasının üç üsulu” nümunəsindən məlumat verməklə onlara kömək edin. 

Cavabları lövhəyə yazın.



Sonrakı fəaliyyət

Müxtəlif növlü səs-küyə malik yerlər haqqında öz təəssüratlarını danışmağı şagirdlərdən xahiş edin.

Bunun üçün:

Aktyorluq qabiliyyəti olan şagirdlər pantomim hərəkətlərlə səsli şəkilləri, canlı şəkilləri



göstərə bilərlər;

Bədii qabiliyyətə malik olan şagirdlər öz təəssüratlarını bədii söz formasında deyə bilərlər;



Rəssamlar eşitdikləri səsləri və gurultuları şəkil, musiqiçilər isə melodiya formasında təqdim

edə bilərlər.

Sonra bütün bu yaradıcılıq məhsullarını xüsusi tematik gecədə nümayiş etdirmək olar və

həmin gecəyə valideynlərin, yerli hakimiyyət və bələdiyyə orqanlarının, K

ÊV və QHT

nümayəndələrinin dəvət edilməsi də məqsədəuyğun olardı. Elə buradaca həmin mövzunu

iştirakçılarla birgə müzakirə edib, müvafiq fəaliyyət planı da təklif etmək olar.

Azərbaycanda ən böyük səs-küy mənbələri Bakı şəhəri və Abşerondadır ki, onların da sayı

1250-dir. Gəncə şəhərində 200-ə, Əli Bayramlı və Mingəçevirdə isə 100-ə qədərdir.

Qalan şəhər və rayon mərkəzlərində bu göstərici 50-dən azdır.

Qeyd etmək lazımdır ki, son dövrlər səs-küy mənbələrinin sayının artması tendensiyası aydın

şəkildə müşahidə olunmaqdadır. 

Şəhərlərdə yaşayış yerlərinin yaxınlığında səs-küyün səviyyəsinin yüksəlməsinə əsas səbəb yol

hərəkətinin intensivliyinin artmasıdır. Bu aspektdə ən pis vəziyyət Bakıda müşahidə olunur.

Burada yaşayış binalarının 70%-ə qədəri bu baxımdan tələb olunan normalara cavab vermir.

Digər şəhərlərdə avtomagistralların yaxınlığnda yerləşən yaşayış evlərində də vəziyyət arzu

edilən səviyyədə deyil. Ümumiyyətlə Azərbaycan Respublikasının əhalisinin 15%-i yüksək 

səs-küy səviyyəsinə məruz qalır. 

Nümunə: Azərbaycanda səs-küy



96

1

Qulaqlarımızı xilas edin

Səs

-

küy 

Mühəndislik qərarı və landşaft

planlaşdırılmasının tətbiqi:

Binanı və onun yerləşməsini elmi və



müsbət təcrübəyə uyğun planlaşdırma;

ekranların quraşdırılması;



Səs-küyü zəiflədən konstruksiya və

materiallardan istifadə (səsuducu və

səsqaytarıcı xüsusiyyətə malik xüsüsi

materialdan və konstruksiyalardan —

pəncərə, qapı və s. istifadə);

Azsəsli avtomobil təkərlərinin və yol üçün



örtük materiallarının hazırlanması və tətbiq edilməsi;

Sənayedə və nəqliyyatda yeni, aşağı səsli qurğu və mexanizmlərdən istifadə;



Yol hərəkəti təşkilinin, eləcə də təyyarə və qatarların hərəkət cədvəllərinin daha

effektiv sisteminin istifadə edilməsi.

Qanunvericilik tədbirlərinin və

məhdudiyyətlərin daxil edilməsi:

Qanunvericiliklə səs səviyyəsinin yol



verilən həddini müəyyən etmək;

Avtomobil yolları, dəmir yolları, eləcə 



də hava limanlarının yaxınlığında səs-küy

fonunun müəyyən edilməsi;

Êstirahət və əyləncə yerlərində əmələ



gələn səs-küyün səviyyəsinə nəzarətin

həyata keçirilməsi;

Nəqliyyatın hərəkət sürətinə və səs



siqnalları verilməsinə məhdudiyyət qoyulması.

Cəmiyyətdə təhsil, mədəni və məlumatlılıq

(maarifləndirmə) səviyyəsinin yüksəldilməsi:

Yaşayış məntəqələrində səs-küyün



səviyyəsinə görə effektli monitorinqin

həyata keçirilməsi;

Səs üzrə mütəxəssislərin sayının və 



onların savadının yüksəldilməsi;

Səs-küydən yaranan problemləri öyrənmək,



həmçinin onun təsirini azaldan yeni

yanaşmaların axtarılması və tətbiq edilməsi;

Səs-küy problemi ilə əlaqədar



ictimaiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi;

Səs səviyyəsinin azaldılmasına yönəlmiş mədəni davranışın formalaşması.



Səs-küyün azaldılmasının üç üsulu


97

Səs

-

küy 

Êşçi vərəqlər

Səs şkalası

0

10



20

30

40



50

60

70



80

90

100



110

120


130

140


150

Tam sakitlik



0-20 dB

Sakit yaşayış məntəqəsi (saat 14-00 ilə 16-00 arasında)



40 dB

Mənzildə sakit danışıq



50 dB

Sərbəst gedişdə olan maşın mühərriki



50-60 dB

Sürəti 50 km/saat olan minik maşını



60-80 dB

Sürəti 50 km/saat olan yük maşını



78-92 dB

Yarpaqların xışıltısı



30 dB

Sürəti 50 km/saat olan motosiklet



75-100 dB

Sürəti 50 km/saat olan qatar



100 dB

Diskoteka



85-103 dB

Sürəti 300 km/saat olan sürət qatarı



110 dB

Qalxan təyyarə



110 dB

Döyüş hərəkətləri



105-120 dB

Eşitmənin dönməz şəkildə pisləşməsi və ya karlıq



120-140 dB

Səsin səviyyəsi desibell (dB) ilə ifadə olunur 

Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.



Yüklə 37,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə