Gp-hand. Threats. Az new qxd: gp-hand. Threats. Az



Yüklə 29,36 Kb.
Pdf görüntüsü
tarix21.05.2018
ölçüsü29,36 Kb.
#45158
növüYazı


Giriş

Bu gün elmə məlum olan təbii və sintetik kimyəvi maddələrin sayı 10 milyondan çoxdur. 

100 000-ə qədəri ticarət nişanına malikdir və hər il bu tip nişan alanlara 200-300 yeni ad da

əlavə olunur. Xüsusi tədqiqatlar göstərir ki, hər il dünyada 400 milyon ton müxtəlif kimyəvi

maddələr istehsal olunur və Avropa bu sahənin ən böyük istehsalçılarından biridir. Dünyada

istehsal edilən bu cür məhsulun 38% Avropanın payına düşür. Azərbaycanda istehsal olunan

bu tip məhsulların miqdarı min tonlarla (müxtəlif yuyucu və təmizləyici tozlar, polimer və

plastmas qablar, xlorlu birləşmələr və s.) hesablanır.

Ətrafımızdakı kimyəvi maddələr

Müəlliflər: Kliment Mindjov, Fikrəd Cəfərov



Əsas fikir

Müasir həyatı müxtəlif kimyəvi maddələrdən istifadəsiz təsəvvür etmək 

mümkün deyildir, lakin onların istehsalı və istehlakı ətraf mühitə və insan 

sağlamlığına qayğı ilə müşayiət olunmalıdır



Müddət

2-3 dərs saatı



Êlin fəsli

Êstənilən 



Yer

Məktəb (sinif otağı)



Tədris vasitələri

Yazı lövhəsi, videokaset, batareya ilə işləyən müxtəlif elektrik 

cihazları, 

Ênternet


Tədris fənləri

Kimya, biologiya, coğrafiya, ekologiya, davamlı inkişaf, sinif saatı



Məqsəd

• Müxtəlif kimyəvi maddələrin ətraf mühitə və insan sağlamlığına 

necə mənfi təsir etməsi haqqında məlumat vermək; 

• Şagirdləri məişət kimyasının bəzi məhsulları ilə düzgün davranış 

qaydaları ilə tanış etmək 

Metodlar

Mühazirə, diskussiya, analitik fikir mübadiləsi, videofilmlərin nümayişi



116

1

Ətrafımızdakı kimyəvi maddələr

Kimyəvi maddələr


Ətrafımızdakı kimyəvi maddələr

117

1

Kimyəvi maddələr

Kimyəvi maddələrin istifadəsi ictimaiyyətin ciddi şəkildə həyəcanlanmasına səbəb olur, ona görə

ki, ətraf mühitə daxil olan zəhərli maddələrin miqdarı əhəmiyyətli dərəcədədir. 

Bəzi kimyəvi maddələr ətraf mühiti birbaşa çirkləndirir, başqa hallarda isə biz onların

parçalanmasından əmələ gələn zəhərli maddələrllə rastlaşırıq.

Məşğələlərin aparılması

I Hissə. Bu barədə biz nə bilirik?

1

Girişdə və CD-ROM-da (“Kimyəvi maddələr” hissəsi) olan məlumatlardan istifadə

etməklə şagirdləri insanların müasir gündəlik həyatda istifadə etdikləri əsas kimyəvi

maddələrlə tanış edin.



2

“Hansı kimyəvi maddələr ən kütləvi şəkildə istehsal olunan sənaye məhsullarıdır?”

mövzusunda analitik fikir mübadiləsi təşkil edin (Dərman maddələri və başqa əczaçılıq

məhsulları, kosmetika, azot, xlorid və sulfat turşuları,

mineral gübrələr, neft məhsulları, sabun, yuyucu tozlar,

rənglər və s.). Cavabları lövhəyə yazın. 



3

Nəticələri kəmiyyət göstəriciləri ilə zənginləşdirməkdən

ötrü CD-ROM-dakı məlumatlardan istifadə edin. Müasir

həyatda kimyəvi maddələrdən istifadə edilməməsinin

mümkünsüzlüyünü qeyd edin. Şagirdlərə bir sıra kimyəvi

maddələrin sözsüz üstünlüyü ilə yanaşı, bəzilərinin ətraf

mühitə və insan sağlamlığına ciddi ziyan vurduğunu da

izah edin.



II Hissə. Batareyalar bizim dostumuzdur, lakin...

1

Êlkin hazırlıq: müəyyən olunmuş gündə şagirdlərdən məktəbə radioqəbuledici, maqnitafon,

fanar və başqa stolüstü elektrik cihazları gətirmələrini xahiş edin. 

2

Məktəbdə: Şagirdlərə aşağıdakı sualları verin: 

Şagirdlər hansı saatdan (mexaniki və ya kvarts) istifadə edirlər və bu iki tip arasında 



hansı fərq var?

Portativ cihazlar enerjini haradan alırlar? (Bəzi batareya və akkumulyatorları



nümayiş etdirin.)

3

Məişətdə batareya və akkumulyatorlardan istifadə edilməsi mövzusunda analitik fikir

mübadiləsi təşkil edin.

4

Êzah edin ki, batareyalar geniş yayılmış enerji mənbələridir. Onlar istifadə zamanı heç bir

problem yaratmır, lakin bu cərəyan mənbəyi tükənəndə lazımsız olur və zibil kimi atılır, məhz

bu zaman o, təhlükəli olur. Müxtəlif batareyalarda müxtəlif ağır metallar olur ki, onlar da hətta

kiçik miqdarda belə insan sağlamlığına ziyan vurur. Bunlar sink, manqan, kadmium, nikel, civə

və başqalarıdır. Batareyalar atılandan sonra korroziyaya uğrayır və ağır metallar torpağa və

qrunt sularına keçir. Qrunt sularında olan bu metallar çay, göl və ya artezian sularına düşə bilər

ki, həmin sulardan da içmək üçün istifadə olunur. Ən təhlükəli metallardan olan civə insan

orqanizminə bilavasitə sudan düşə bilər, belə ki, tərkibində zəhərli metal olan bitki və heyvan

məhsullarından hazırlanmış yeməklərin yeyilməsi zamanı bu metal canlı orqanizmlərin

toxumalarında toplanmaq (akumilyasiya) xüsusiyyətinə malik olur.

5

Şagirdlərə belə bir sual verin: “Onlar bu problemin həlli yolunu bilirlərmi?”

Batareya əvəzinə bir neçə dəfə yüklənməklə istifadə olunan və buna görə də az-az 



atılan akkumulyatorlardan istifadə etmək; 

Bütün köhnə batareyaları onları sonradan ikincili xammal kimi yenidən işlətmək və ya bir



çox Qərb ölkələrindəki kimi mərkəzləşdirilmiş qaydada zərərsizləşdirmək məqsədi ilə

xüsusi konteynerlərə toplamaq.




118

1

Ətrafımızdakı kimyəvi maddələr

Kimyəvi maddələr

6

Şagirdlərə izah edin ki, təəssüf ki, bu gün Azərbaycanda köhnə batareyaların toplanması və

işlənməsi ilə məşğul olan təşkilat yoxdur. Bu tip təşkilat və müəssisələr inkişaf etmiş

ölkələrdə daha geniş yayılıb və bizim ölkənin də bunlardan nümunə götürməsi yaxşı olardı.



III Hissə. Kimyəvi maddələr məişətdə

Şagirdləri ailələrdə gündəlik istifadə edilən məişət kimyasının müxtəlif məhsulları ilə tanış edin.



I Variant.

CD-ROM-un köməyi ilə (“Kimyəvi maddələr məişətdə” hissəsi) interaktiv dərs təşkil edin. 

Evdə istifadə olunan təhlükəli kimyəvi maddələrin də istifadə olunmuş batareyaların Qərbdə

və Yaponiyada toplandığı kimi toplanması haqqında fikirləşin. Aşağıdakı mövzularda

diskussiya aparın:

Məişətdə ən çox hansı kimyəvi maddələr istifadə olunur?



Kimyəvi maddələr ətraf mühitə və insan sağlamlığına necə təhlükə törədir?

Bununla əlaqədar hansı müdafiə tədbirləri həyata keçirmək olar?



II Variant.

1

“Zəhərlər arasında həyat” videofilmini nümayış etdirin.



2

Şagirdlərlə bu filmin üç ayrı hissəsini müzakirə edin:

Qarajda saxlanılan kimyəvi maddələr;



Kosmetikada istifadə edilən kimyəvi maddələr;

Məişətdə istifadə olunan kimyəvi maddələr.



3

Kimyəvi maddələrin göstərilən hər bir qrupu üçün aşağıdakı məsələləri müzakirə edin:

Bu məqsəd üçün ən çox hansı kimyəvi maddələr istifadə edilir?



Bu kimyəvi maddələr ətraf mühit və insan sağlamlığı üçün necə təhlükə törədir?

Bununla əlaqədar hansı müdafiə tədbirləri həyata keçirmək olar?



Sonrakı fəaliyyət

Şagirdlərə “Tərkibində təhlükəli maddələr olan əsas kimyəvi məhsullar” işçi vərəqini paylayın



(səh. 117), onun mahiyyəti ilə tanış olmağı və evdə ona əlavə edilən cədvəli doldurmağı

onlardan xahiş edin.

“Qrinpis” təşkilatının istifadə olunmuş batareyaların toplanması ilə bağlı təşəbbüsünə



Azərbaycanın da qoşulmasına çalışın. Bunun üçün onları sərinləşdirici içkilərin qablaşdırılması

üçün istifadə edilən plastik butulkalarla birlikdə yığmaq və onu yerli idarəetmə orqanının

nümayəndələrinə vermək lazımdır. Bu təşəbbüs barədə yerli və regional K

ÊV-də məqalələr

yazın və bu təşəbbüsün genişlənməsinə çalışın. 



119

Kimyəvi maddələr

Êşçi vərəqlər

Tərkibində təhlükəli maddələr 

olan əsas kimyəvi məhsullar

Bəzi plastmasların

tərkibində həlledicilər

və xlorlu üzvi

birləşmələr var

Pestisidlərin tərkibində

civə, xlor və fosforllu

üzvi birləşmələr var 

Tibbdə istifadə olunan

bir çox maddələrin

tərkibində zəhər, üzvi

həlledicilər, eləcə də

ağır metalların 

duzları var

Bir çox rənglərin

tərkibində həlledicilər var

və onlar ağır metallarin

(qurğuşun, sink və s.)

birləşmələri əsasında

hazırlanır 

Batareyalarda ağır

metallar olur

Benzin və başqa neft

məhsullarının

tərkibində qətran, fenol

və başqa zəhərli üzvi

birləşmələr var

Bir sıra metal

məmulatlarının

tərkibində ağır metallar,

piqmentlər, qətranlar

və fenollar vardır 

Dəri məhsullarının

tərkibində ağır metallar

ola bilər

Bəzi parçaların

tərkibində ağır

metalların birləşmələri

ola bilər

Məişətdə tərkibində təhlükəli maddələr olan hansı 

kimyəvi maddələr və məhsullar istifadə olunur?

No

Kimyəvi maddə/məhsul

Nə üçün istifadə olunur?

Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.



Yüklə 29,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə