Gp-hand. GlobalChal. Az new qxd: gp-hand. GlobalChal. Az



Yüklə 30,84 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü30,84 Kb.
#39590
növüYazı


Turşu yağışları

Giriş

Atmosferdə kimyəvi maddələrin insan sağlamlığı və ətraf mühit üçün təhlükəli miqdarda olması

havanın çirklənməsi adlanır. Sənaye ölkələrində ən çox yayılmış çirkləndirici maddələr CO

2

, CO,



SO

2

, eləcə də azot oksidləridir.



Hava yer üzərində hərəkət edərkən insan fəaliyyəti nəticəsində əmələ gələn toz və müxtəlif

qazları da özü ilə aparır. 

Êlkin çirkləndiricilər adlandırılan bu maddələr hava ilə qarışır və ya onun

komponentləri (oksigen, azot və su buxarları) öz aralarında qarşılıqlı münasibətə girirlər. Nəticədə

yeni çirkləndiricilər əmələ gəlir ki, bunları da ikinci çirkləndiricilər adlandırmaq olar. Buna tipik

misal kimi azot və sulfat turşularını göstərmək olar ki, onların da özünü büruzə vermə forması

turşu yağışları şəklində olur.

Turşu yağışları

Müəlliflər: Kliment Mindjov, Niyazi Əliyev, 

Êrada Yakubova

Əsas fikir

Müasir cəmiyyətin qarşısında duran ən ciddi problemlərdən biri təbii 

mühitin turşuluğunun artmasıdır. Bəzi sadə və ucuz başa gələn tədbirlər 

onun həll edilməsinə kömək edir.



Müddəti

2 dərs saatı



Êlin fəsli

Êstənilən



Yer

Məktəb (sinif otağı)



Tədris vəsaitləri

Yazı lövhəsi, videokasetlər



Tədris fənləri

Kimya, biologiya, fizika, ekologiya, davamlı inkişaf, sinif saatı



Məqsəd

• Ətraf mühitin turşulaşmasının səbəbi və xarakteri, eləcə də müasir 

ictimaiyyətin bu problemi həll etmək üçün görməli olduğu tədbirlər 

haqqında əlavə məlumatlar vermək



Metodlar

Mühazirə, diskussiya, analitik fikir mübadiləsi, videofilmlərin nümayişi.



191

1

Turşulaşma


Turşu yağışları

Turşulaşma

192

1

Məşğələlərin aparılması 

I Hissə. Turşulaşma haqqında əlavə məlumat

1

Şagirdlərə izah edin ki, havada olan su buxarları ilə təmasa girib turşu əmələ gətirən qazlar

atmosferdə uzun müddət qala və bu müddətə hava seli ilə yüz və min kilometrlərlə

məsafəyə yer dəyişə bilər. Bir müddətdən sonra yağışla yerə düşən bu turşular torpağın və

suyun kimyəvi tərkibinin dəyişilməsinə səbəb olur. Analoji effekti bostana həddindən artıq

dərəcədə yanmış peyin və ya ammonim gübrəsi verməklə müşahidə etmək olar. Kənardan

daxil olan turşu məhlullarının təsiri ilə ekosistemdə dəyişikliyə səbəb olan bu proses

turşulaşma adlanır.

Mərkəzi və Şərqi Avropanın sənaye mərkəzlərinə yaxın yerlərdə meşələrin məhvi,

Skandinaviya və Alpın təmiz göllərində həyatın olmaması turşulaşmanın nəticəsində baş

verənlərə bir nümunə kimi göstərilə bilər. Turşulaşmanın ətraf mühit üçün təhlükə törədən bir

hadisə olması 1970-ci ilin sonunda etiraf edilib. Nəticədə bu prosesin öyrənilməsinə və onun

təsirinin azaldılmasına yönəldilmiş tədbirlərin və bir sıra elmi-tədqiqat proqramlarının

hazırlanmasına və  yerinə yetirilməsinə başlandı.



2

Turşu yağışları” videofilmini göstərin. Şagirdlərdən aşağıdakı suallara cavab verməyi

xahiş edin:

Turşu yağışlarının baş verməsi hansı nəticələrə səbəb olur (karbon az olan sahələrdə



şirin suların xarab olması, dəmirdən və betondan tikilən binaların dağilması və s.)?

Cavabları “Bir daha turşulaşma haqqında” nümunəsindən istifadə etməklə

dolğunlaşdırın.

Turşu yağışlarının baş verməsinin səbəbi nədir (SO



2

, azot oksidləri və s.-nin energetika,

metaltökmə, sementin və gübrələrin istehsalında, nəqliyyatın işləməsi və evlərin

qızdırılması zamanı əmələ gəlməsi)?

Ətraf mühitin turşulaşması ilə mübarizə aparmaq nə üçün zəruridir (



Ênsanların

sağlamlığının mühafizəsi, tarixi və mədəniyyət abidələrinin qorunması, kövrək

ekosistemlərin mühafizəsi və s. üçün)?

II Hissə. Turşulaşma problemini necə həll etməli?

1

Şagirdlərə turşulaşmaya səbəb olan maddələrin əsas

mənbələrinin nəqliyyat (avtomobil, təyyarə, teplovoz,

gəmi), istilik elektrik stansiyaları, qara və əlvan

metallurgiya, kimya sənayesi, neft emal edən

müəssisələr, intensiv kənd təsərrüfatı və s.-nin

təşkil etdiyini və buna görə də bu mənbələrdən

turşu yağışlarına səbəb olan tullantıların azaldılması

üçün aktiv fəaliyyətə başlamağın zəruriliyini söyləyin.

Hətta bu problem haqqında sadəcə məlumatların

yazılması həmin sahələrdə texnoloji proseslərin

dəyişdirilməsinə və təkmilləşdirilməsinə təsir edə bilər.



2

“Turşulaşma problemini necə həll etməli?” mövzusunda analitik fikir mübadiləsi təşkil edin.

Cavabları lövhəyə yazın. Şagirdlərə “Turşulaşma probleminin mümkün həlli yolları” işçi

vərəqindən istifadə etməklə əlavə məlumat əldə etmələrinə kömək edin.



‡Î¸ÌÂȯËÂ

‰ÂÈÒÚ‚Ëş

Sonrakı fəaliyyət

CD-ROM-da olan “Turşu yağışları”nın təqlid modelindən istifadə etməklə şagirdlərə turşu



yağışlarının əmələ gəlmə mexanizmini və onun ətraf mühitin müxtəlif komponentlərinə və

insan sağlamlığına təsirini nümayiş etdirin.

Şagirdlərə yaşayış məntəqələrində və ona yaxın yerlərdə turşulaşma nəticəsində öz



xüsusiyyətini itirmiş təbii və süni obyektlər axtarmaq tapşırığını verin. Şagirdlərə bu tapşırıqla

əlaqədar əldə etdikləri və gördükləri haqqında evdə danışmağı tövsiyə edin.




Turşu yağışları

Turşulaşma

193

1

Suyun turşulaşması: 

1950-ci 


ildə 

Êsveç və Norveçin əhalisi çay və

göllərdən balıqların yoxa çıxmasını

müşahidə etməyə başladılar. Bu gün

üçün təkcə 

Êsveçdə 14 000-dən çox

gölün suyu yüksək turşuluğa malikdir.

Bu problem Şotlandiyada, Alpın

yüksək dağlıq zonasında, Kolsk

yarımadasında, Taymırda, Avrasiyanın

və Mərkəzi Amerikanın başqa

yerlərində də mövcuddur.



Torpağın münbitliyinin

azalması: 

Torpağın turşuluğunun

yüksəlməsi bitkilərin qidalanması

üçün mineral elementlərin

azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə,

bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır. Torpağın turşulaşması

asanlıqla torpaq məhlullarına keçə bilən ağır metal ionlarının qatılığının yüksəlməsi ilə

müşayiət olunur ki, onların da yüksək qalıqda olması azot fiksə edən

mikroorqanizmlərin fəaliyyətini zəiflədir. Ağır metalların duzları nəinki bitkiləri

zəhərləyir, eləcə də üzvi maddələrin parçalanmasında iştirak edən bakteriya və

göbələkləri məhv edir.

Flora və fauna növlərinin yoxa çıxması: 

Müxtəlif orqanizmlərin atmosfer

çirklənmələrinə, eləcə də su və torpağın turşuluğuna qarşı həssaslığı fərqlidir. Bu

çirkləndiricilərə ən çox həssas olanlar bəzi balıq, göbələk və onurğasız su heyvanları,

eləcə də bir çox mamır növləridir.

Ênsan sağlamlığına zərər: 

Ênsanlar da atmosfer çirklənmələrinin təsirinə məruz

qalır. Çirkləndiricilərin sağlamlığa mənfi təsiri iki yolla ola bilər: birbaşa (zərərli maddələrlə

nəfəs almaqla) və (və ya) dolayısı (qida ilə insan orqanizminə daxil olma) yolla.



Meşələrin məhv edilməsi: 

Avropada turşu yağışlarından hər 40 ağacdan biri

ziyan çəkir. Əsas nəticə — meşələrin məhsuldarlığının kəskin aşağı düşməsidir (həm

bioloji, həm də təsərrüfat baxımından).



Mədəni irslər: 

Bizim mədəniyyət nümunələrimiz binaların, tarixi və mədəni

abidələrin metaldan, betondan və ya əhəngin istifadəsindən hazırlanan

konstruksiyaların ovunması səbəbindən dağılır. Havada kükürd və azot oksidlərinin

olması parçalanma prosesinin sürətlənməsinə səbəb olur. Belə təsirə ən çox əhəngli

materiallar, mərmər və qumluqlar məruz qalır.



Evtrofiya: 

Turşu yağışlarının düşməsi səbəbindən torpaqda tərkibində azot oksidi

olan azotlu birləşmələrin miqdarının artması  və azot gübrələrinin qalıq miqdarı azot

sevən və azotadavamlı növlərin sayının artması və ekosistemdən digər növləri

sıxışdırıb çıxarması ilə bioloji müxtəlifliyin azalmasına səbəb olur. Körfəzlərdə,

göllərdə, su anbarlarında və dənizdə azotun qatılığının yüksəlməsi yosunların (suyun

“çiçəkləməsi”) gur inkişafına və oksigenin suda miqdarının kəskin azalmasına

(avtrofiya) səbəb olur.



Êqlimin dəyişməsi: 

Demək olar ki, kükürd qazının və azot oksidinin əksər hissəsi

üzvi yanacağın yandırılması (kömür, mazut, benzin və başqa neft məhsulları, torf və

s.) ilə bağlı olan texnoloji proseslərdə əmələ gəlir. Bu proseslərdə eyni zamanda

karbon qazı və su buxarları da, “parnik effekti”nə, yəni qlobal iqlim dəyişikliyinə

səbəb olanlar da əmələ gəlir (bundan əvvəlki bölməyə baxın).



Bir daha turşulaşma haqqında


194

Turşulaşma

Êşçi vərəqlər

Turşulaşma probleminin 

mümkün həlli yolları

• Əkinçilikdə azot gübrəsindən səmərəli istifadə etmək

və onların təbiətə düşməsini istisna edən xüsusi

yerlərdə saxlamaq;

• Kükürd və onun birləşmələrini kömür və

karbohidrogenli xammallardan onları istehlakçıya

verməzdən əvvəl ayırmaq;

Êstilik enerjisi itkisinin qarşısını almaq üçün binaların



istilik təchizatı avadanlıqlarını və onların izolyasiyalarını

(istilik itməməsi üçün) yaxşılaşdırmaq;

• Günəş, külək, su, hidrogen, biokütlə, geotermal axınlar

kimi bərpa olunan enerji mənbələrindən istifadəni

genişləndirmək;

• Avtomobillərdə katalitik neytrallaşdırıcılar quraşdırmaq

və elektrik stansiyalarını,  metallurgiya, sement, kimya

və neft emalı zavodlarını xüsusi filtrlərlə təchiz etmək;

Êctimai nəqliyyatdan istifadəni genişləndirmək;



• Velosipedlərdən istifadəni həvəsləndirmək və bunun

üçün müvafiq yol şəbəkəsi və infrastruktur yaratmaq;

• Yük daşımada avtomobillərin yerinə dəmir yolu və su

nəqliyyatından istifadənin payını artırmaq;

• Hava nəqliyyatlarının tullantılarının yol verilən norması

haqqında beynəlxalq razılaşma əldə etmək.  



Yüklə 30,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə