GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   18   19   20   21   22   23   24   25   ...   112
Avtoservis - 2010 a

indeksləmə prinsipi
TXS-in tipindən, ölçülərindən, 
ixtisaslaşma səviyyəsindən asılı olmayaraq tətbiq oluna bilər. 
İxtisaslaşdırılmış sahələr üçün (7, 8, 9, 10, 11, 12) gözləmə 
avtomobil-yerlərinin ayrılması şərti xarakter daşıyır. Çünki, bu 
ixtisaslaşdırılmış iş növləri əsasən postdankənar işlərdir və 
avtomobilin hansı işçi postda və ya gözləmə yerində olmasından 
asılı olmayaraq yerinə yetirilir. Burada vacib şərt gözləmə 
avtomobil-yerlərinin ixtisaslaşdırılmış sahələrə (7 - 12) daha yaxın 
olması prinsipidir. 


43 
Şəkil 2.8. TXS-in istehsalat sahələri
TXS-də avtomobil sahibi TQ və CT üzrə istənilən işlər 
kompleksini sifariş edə bilər. Bunu nəzərə alaraq işlərin daha 
səmərəli təşkili üçün TQ və CT üzrə iş komplekslərinin qabaqcadan 
daha xarakterik variantlarının texnoloji marşrutlarının hazırlanması 
məqsədəuyğundur və tövsiyə edilir. Mümkün ola bilən varinatları 
göstərək. İş növləri şərti olaraq aşağıdakı kimi işarələnmişdir: QB 


44 

qəbul və baxış işlərinin aparılması; YY 

yığışdırma-yuma 
işləri; D 

diaqnostika işləri; TQ 

TQ, o cümlədən Bİ 

bərkitmə 
işləri; Nİ 

nizamlama işləri; QS 

qida sistemi üzrə işlər; ES 

elektrik avadanlığı sistemi üzrə işlər; Yİ 

yağlama işləri; CT 

cari 
təmir işləri, o cümlədən postdankənar ixtisaslaşdırılmış sahələr (7, 
8, 9, 10, 11, 12); KN 

yerinə yetirilmiş işlərin keyfiyyətinə 
nəzarət; T 

avtomobilin sahibinə təhvil verilməsi. Verilmiş 
variantlar üzrə texnoloji marşrutların məzmununu göstərək: 


tam həcmdə TQ (iş növləri göstərilir); 
2 – TQ-nin sifarişçi ilə razılaşdırılmış işləri; 
3 − tam həcmdə TQ və tələbata görə CT
4 − TQ və CT-nin seçilmiş işləri; 
5 − tam həcmdə TQ və diaqnostika nəticəsində aşkar olunmuş 
və yerinə yetirilməsi vacib olan CT işləri; 
6 – TQ-nin seçilmiş işləri və diaqnostika nəticəsində aşkar 
olunmuş və yerinə yetirilməsi vacib olan CT işləri; 
7 − avtomobil sahibinin sifarişinə (bildirişinə) əsasən yerinə 
yetirilən CT işləri; 
8 − aparılmasının zəruriliyi (vacibliyi) diaqnostika zamanı 
aşkar olunmuş CT işləri. 
Texniki xidmət prosesində avtomobilin növbəti texniki təsir 
üçün göndəriləcəyi post boş deyilsə, onda avtomobil gözləmə 
yerinə qoyulur. Postlar boşaldıqca avtomobillər müvafiq variantın 
sxeminə əsasən lazımi postlara göndərilir. Gözləmə avtomobil 
yerlərindən düzgün istifadə edilməsi işçi postların qeyri-müntəzəm 
yüklənməsini aradan qaldırır, onların səmərəliliyini yüksəldir və 
bəzi hallarda gözləmə avtomobil-yerləri özü işçi postlar kimi 
istifadə oluna bilər.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə