GiRİŞ. ÜMumi geodinamiKA. Yerin təKİNİ petrofiZİKİ VƏ geokiMYƏVİ XÜsusiYYƏTLƏRİ


Subduksiya Zonasına Okean Çöküntülərinin



Yüklə 443,02 Kb.
səhifə5/5
tarix11.10.2017
ölçüsü443,02 Kb.
#4209
1   2   3   4   5

Subduksiya Zonasına Okean Çöküntülərinin

Sorulması və Ada Qövsləri Sisteminin Yaranması
Okean qabığı ilə birlikdə alta sürüşmə zonaları tərəfə okean çöküntüləri də hərəkət edirlər.Onlar ada qövüsləri və qitələrin fəal kənarları qarşısında sıyrılırlar və əzilirlər.D.Siliyə görə ada qövsünün ön hissəsi dərinliknovun ox xəttindən qeyri vulkanik dağlar silsiləsinə kimi,demək olar ki,bütövlüklə okean plitələrinin alta sürüşməsi zamanı gətirərək bura topladığı çöküntülərdən ibarətdir.Sili –Kariqə akkresiya ,yeni çöküntü pazlarının (yığımlarının) ardıcıl olaraq ada qövsü çıxıntısının dabanina birləsmasi və üstə yatanəvvəl sıyrılmış lövhələrin qalxması yolu ilə baş verir.Nəticədə nisbətən qədim çöküntülər daha cavanların üstündə yatmış olur.

Tədqiqatçılar okean çöküntülərinin skrekkinq (sıyırma)mexanizminin çox məhdud olmasını göstərir.Hesablamara görə dərinlik novlarında çöküntü toplamanın min ildə bir neçə sm sürəti ilə belə onların bir neçə on mln.illərdən sonra artıq dolmalı idi.1 mln.il ərzində isə sakit okeanın kənarlarında bir neçə mln.km3 çöküntülər toplanaraq.dağ qırışıqlıq qurşaqları əmələ gətirdilər .Halbuki,belə bir proses müşahidə olunmur .Subduksiya zonalarının quruluş xüsusiyyətləri ki, burada çöküntüləri okean qabığı üstündən sooran (aparan) effektiv mexanizim olmalıdır. Yağlamanın hidro dinamiki qanunu əsasında L.Lopkovski və S.Soroxtin (1976) tərəfindən okean çöküntülərinin plitələrin alta sürüşmə zonasına soorula bilməsi mexanizmin modeli təklif edilmişdir.Onların fikrincə yüksək realogiyaya malik okean çöküntülərinin sərt plitələ arasına soorulması yastıqlarda və başqa texniki qurğularda sürtünən hissələr arasına sürtgü yağlarının düşməsi prinsipi əsasında baş verir.Subduksiya zonasında (dərinlik novları zonasında)okean çöküntülərinin udulması aşağıdakı kimi izah olunur.

Subduksiya zonasından aralı h0 qalınlığa malik çöküntü birlikdə alta sürüşmə zonasına doğru irəlləyir. Sonuncuya çatdıqda hərəkət şəraiti kəskin olaraq dəyişir,çünki burada çöküntü qatı iki bir-birinə nisbətən hərəkətdə olan sərt səth arasındakı boşluğa düşür.

Bu zaman üstə gələn plitə öz ağırlığı ilə alta sürüşmə zonasına düşən çöküntüləri okean özü ilə içəriyə çəkməyə çalışacaq. Əgər çöküntülərin okean plitəsi ilə ilişmə qüvvəsi böyük deyilsə onda onlar üstə gələn plitənin qırağından alta sürüşmə zonasına, yəni plitələrin arasına tam soorulmadıqlarından,okean plitəsindən sıyrılaraq əzilmiş şəklidə qitə plitəsinin qarşısında toplanıb akkresiya prizmasını yaradacaqlar.

Subduksiya zonasına düşən çöküntülərdə diagenez və katagenez prosesləri daha sürətlə gedir. Gil mineralları və başqa hidrosilikatlar dehidratlaşırlar və çöküntülər ardıcıl olaraq katagenezin və ilkin metamorfizimin bütün mərhələlərin keçərək qlaukofan şistlərə çevrilir.

Okean qabığının dehidratlaşması zamanı ayrılan su buxarı silisium oksidi ilə qələvilərlə və uçucu kompanentlərdə doymuş olur.Bu buxar çox yüngül , mühərrik və olduqca kimyəvi fəal olur. VZB plitələr sürtünmə hesabına qızaraq, su buxarı da həddində artıq qızdırıb ,onda əlavə hidrostatikdən artıq, təzyiqin əmələ gəlməsinə səbəb olur. Bu təzyiqin təsiri altında minerallaşmış fluidlər litosfer plitələrin təmas zonasında çatlar və qırılmalar vasitəsi ilə yuxarıya qalxır. Bu zaman onlar üstə gələn plitənin ən əsas hissəsinə məxsus süxur və çöküntüləri dolduraraq, onları metosomatik dəyişmələrə məruz edərək aşağıdan gələn termal sular özləri ilə dərinliklərdən böyük miqdarda istilik gətirənlər, ona görə okean plitəsinin batma zonası üzərində metosomatik proseslər zonası tədricən genişlənərək yuxarı doğru hərəkət edir. Görünür silis oksidi və qələvilərlə zəngin olan flüidlər litosferin süxurların hoparaq, onları doldurmaq hesabına andezit və daha turş maqmanın ,eləcədə fəal qitə kənarlarının geosinklinal əraziləri üçün səciyyəvi olan andezit maqmatizminin yaranmasına səbəb olur.Belə halda VZB zonasının eni istiqamətində , termobarik şəraitin asılı olaraq ,effuziv maqmatizminin zonallığı müşahidə olunmalıdır. Bu baxımdan VZB zonasının okean tərəfə ən yaxın olan (yəni xarici) hissəsində vulkanların lavalarında su ilə kvarsın miqdarı maksimum olacaq.Okeandan uzaqlaşdıqda (VZB zonasının daha dərin yerləşən hissələrinin üstündə ) vulkanların püskürmə məhsullarında su və kvarsın miqdarı azalacaq. Eyni zamanda həmin istiqamətdə okean qabığının daha yüksək T-larda əriməsindən alınan tərkib kompanentlərin miqdarı vulkanların püskürmə məhsullarında artacaq.

Okeandan uzaqlaşdıqca bazalt lavaları qanuna uyğun olaraq öz tərkiblərini ada qövslərin xarici yamacındakı az qələvi toilet bazaltlarından ada qövslərinin mərkəz hissələrinə yaxın zonada yüksək AL203 miqdarlı tərkibli bazaltlara və ada qövslərinin arxasında qələvi-olvin bazaltlarına qədər dəyişirlər.Bazalt ,andezit və turş maqmalar yüngül ərintiləri yuxarı qalxaraq yer qabığının dabanında cəmləşirlər, yaxud üstəgələn plitənin qırılmaları üzrə Yer səthinə çıxırlar. Bu zaman yaranan inturuziyalar ada qövslərinin və qitələrin fəal kənarlarının köklərini və bünövlərini təşkil edirlər. Sonralıqca, yəni ərazinin geosinklinal inkişaf mərhələsi başa çatdıqdan sonra ,burada toplanmış sialik materia dağ-qırışıq sistemlərinin altında qalaraq , səciyyəvi qitə qabığını yaradır. Qitə qabığının alt bazalt qatı isə görünür keçmiş ada qövslərinin bünövrəsində yatan okean qabığının fraqmentlərində formalaşır. Ehtimal olunur ki, qitə qabığı bir neçə mərhələdə yaranır.Plitələrin sürüşmə zonasında Yer qabığı maddəsinin T-runu artması hesabına selektiv əriməsi , yaxud yüksək T-ru və mineralizasiyaya malik flyuidlərin hesabına dərin metommarfizimə məruz qalması ilə əlaqədar qranitioid ərintiləri yaranır.Bunlar isə öz növbəsində Yer qabığının qranit və qranitoqneys qatını əmələ gətirirlər.
Kolliziya, obduksiya və onları

müşayət edən geoloji prosesler

c:\users\vaqifchik\desktop\gkf\geodinamika\10864249_603088463128314_279984174_o.jpg

Astenosferin özlülüyünün yüksək olmasından Yer qabığının bəzi hissələrində subduksiya çətinləşə bilər.Belə olduqda subduksiyanın surəti plitələrin artma surətini təmin edə bilmir.Nəticədə subduksiyanın gecikməsi okean plitəsinin qabararaq, qitə plitəsinin üzərinə qırışıq yaxud qırışıqlar sistemi şəklində gəlməsinə səbəb olur və bu proses “obduksiya” adlanır.Bəzi tədqiqatçıların fikrincə obduksiya əsasən litosfer plitələrinin toqquşması, yəni kolliziyası zamanı baş verir.Əgər subduksiya zonası,udulan okean plitəsi ilə birliktə qitə,mikroqitə,ada qovsü,OODS,sualtı dağlar yaxınlaşarsa,onlar özlərinin az sıxlıqlarına və <> görə subduksiya zonası tərəfindən udula bilmirlər və nəticədə həmən zonanın pazlaşması baş verdiyindən plitənin alta sürüşməsi mümkün olmur.Lakin litosfer plitələrinin hərəkəti davam etdiyindən,onların bilavasitə toqquşması dağ-qırışıqlıq sistemlərini əmələ əmələ gətirir.Hal-hazırda bele bir bir proses-kolliziya ildə 5 sm sürətlə Hindistan və Asiya qitələri arasında baş verir.Alp tipli qırışıqlıq ücün səciyyəvi olmaqla bərabər, obduksiya elecə də daha yaşlı qırışıqlıq sistemlərində də müşahidə edilir.

Appalç, Ural dağlarında və başqa regionlarda.Litosfer plitələrinin qədim toqquşma zonaları “sutura” zonaları adlanır.

Cavan obduksiya halları Papua Yeni Qvineya və Yeni Kaledoniyada müşahidə edilir.Ümumiyyətlə,obduksiya Cənubi Amerikanın Şimalında, Şimali-Qərbində və Cənubunda müşahidə edilir.Burada Karib, Kokos və Antiraktida okean plitələri qitələrin üzərinə gəlirlər.



Obduksiya və kolliziya zonaları üçün şarya lar səciyyəvidir.Onların əsas elementi alloxton yatıma malik olub platforma yaxud qitə kənarının üzərinə gətiriımiş ofiolit lövhələridir. “Ofiolit” çox səciyyəvi,okean tipli ultraəsas süxurlardan,qabbro və toleit bazaltları lavalarına qədər dəyişirlər.Yuxarıdan isə,tərkibində dərin hövzə şəraitində toplanan silisli çöküntülərdən, argilitərdən və başqa okean mənşəli çöküntülərdən ibarət qat ilə səciyyələnir.



Qitələrin ofiolit formasiyaları qitə qabığına daxil olmuş okean qabığını təmsil edir.Çox zaman ofiolit formasiyaları evgeosinklinal zonalarının kəsilişinin aşağı hissələrini təşkil edirlər və çökmə vulkanagen, yəni ada qövsləri formasiyaları ilə örtülürlər.

Kolliziya zonasında müxtəlif palecoğrafi zonalara məxsus süxurlar çox vaxt intensiv qırışmış və əzilmiş halda olurlar.Süxurların belə assosiyasiyası “ofiolit melanjı” adlanır və sutura zonalarının əsas elementlərindən biridir. Ofiolit melanjına “Oliststromlar” da daxildir.Bunlar dərinlik novun ada qövsü yamacında yaranırlar və tərkibcə gil kütləli çaqıl konqlomeratından ibarətdir.Ofiolit asossosiyasının tərkibinə yaşıl şistlər fasiyası ilə bərabər metomarfik süxurlardan ibarət qlaukofan (qələvi amfibol) fasiyası da aiddir
Yüklə 443,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə