16 sentyabr 2016-cı il
http://www.amu.edu.az
7
Əntiqə xanın 1952-ci il fevralın 3-də
qədim Gəncədə ziyalı ailəsində anadan
olmuşdur. Orta məktəbi Gəncədə bitirən
gənc Əntiqə Bakıya gəlib, sənədlərini o
zamankı S.M.Kirov adına ADU-nun (indi-
ki BDU) rus dili və ədəbiyyatı fakültəsinə
verib və yüksək balla ali məktəbə qəbul
olunub. Dərslərə ciddi hazırlaşması,
özünə qarşı tələbkarlığı, imtahan sessi-
yasındakı uğurları tələbə qıza təkcə öz
qrupunda deyil, bütün fakültədə hörmət
qazandırmışdır. Elə bunun nəticəsi idi ki,
Əntiqə Əlizadə hələ tələbə ikən - IV kurs-
da oxuyarkən I Ümumittifaq tələbə elmi
konfransında Respublikamızı təmsil etmiş
və “Rus dili və ədəbiyyatını mükəmməl
bildiyinə görə” adlı xüsusi prizə layiq görül-
müşdü. Ali məktəbi bitirdikdən sonra Kənd
Təsərrüfatı Akademiyasında rus dilini tədris
edən (1975-1977) gənc müəllimin Elmi
tədqiqata olan sonsuz marağı onu Rus dili
və ədəbiyyatı İnstitutunun (indiki Slavyan
Universiteti) aspiranturasına aparmışdır
(1978-1982). O, 1990-cı ildə Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adı-
na Ədəbiyyat İnstitutunda “C.N.Tolstoy
Azərbaycan
ədəbiyyatşünaslığında”
mövzusunda namizədlik dissertasiyası-
nı uğurla müdafiə etmişdir. Əntiqə xanı-
mın ədəbiyyatşünaslığa aid tədqiqatları
rus-Azərbaycan ədəbi əlaqələri mövzu-
suna xeyli yeniliklər gətirmişdir. 40-dan
çox məqalə, monoqrafiya, dərs vəsaitinin
müəllifi olan Əntiqə xanım 1997-ci ildən
Universitetimizdə (Rus dili kafedrasında)
dosent kimi çalışmışdır. Universitetdə və
işlədiyi kollektivdə dərin nüfuz sahibi olan
Əntiqə xanımı tələbələri çox sevirdi. O,
2014-cü ildən Azərbaycan dili kafedrasın-
da dosent kimi fəaliyyətini davam etdirirdi.
Öz işgüzarlığı, müəllimlik peşəsinə olan
sevgisi burada da onu hamının əzizinə
çevirmişdi. Ana dilimizi yüksək səviyyədə
bilən (onun tədqiqatları, əsasən, rus-
Azərbaycan dillərinin müqayisəsinə aid idi)
Əntiqə xanım necə həvəs və məhəbbətlə
“Azərbaycan dili və nitq mədəniyyəti”nin
sirlərini tələbələrinə öyrədir, ana dilimizi
sevdirmək üçün yeni metodlardan faydala-
nırdı. Az müddətdə bir neçə dəfə onun açıq
dərsində iştirak etmişdik və bu dərslər öz
elmi və metodiki səviyyəsinə görə bizi tam
təmin etmişdi.
Əntiqə xanım bəstəkarlıq fəaliyyəti ilə
də məşğul idi. O, Azərbaycan şairlərinin
sözlərinə yazılmış 50-dən artıq gözəl mah-
nı müəllifidir. Onun ürəyə xoş duyğular
gətirən “Gəncənin qızları” , “Doğma Azr-
baycanım”, “Gəncəm”, “Adın yaraşır”, “Ba-
yatılar”, “Mənim Nigar balam” kimi mahnıla-
rı dinləyicilərdə zərif hisslər doğurur, insanı
sevməyə, vətənin gözəlliklərindən zövq al-
mağa çağırır. Həm də maraqlıdır ki bu mah-
nıları Respublikanın görkəmli müğənniləri,
xalq artistləri ifa etmişlər: Brilyant Dadaşo-
va, Gülyaz Məmmədova, əməkdar artistlər
Cavan Zeynallı, Lalə Məmmədova, Abbas
Bağırov və başqaları.
Əntiqə xanım bir insan kimi o qədər
həssas, o qədər səmimi idi ki, onu bir
dəfə görmək kifayət idi ki, bu gözəl xanı-
mı xoş duyğularla xatırlayasan. Ömrünün
çox məhsuldar və müdrik çağını yaşayan
Əntiqə xanım qəfil bu dünyaya göz yumdu.
Fədakar ana, sevimli nənə, qayğıkeş və
həssas müəllim ömrü yaşamış Əntiqə xa-
nım əzizlərinin və onu tanıyanların, xüsusilə
tələbələrinin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin,
qəbri nurla dolsun!
ATU-nun Tibbi profilaktika fakültəsi,
Azərbaycan dili kafedrasının kollektivi
Əntiqə Cəlil qızı Əlizadə
A
zərbaycan dili kafedrasının
dosenti, filologiya üzrə fəlsəfə
doktoru Əntiqə Cəlil qızı Əlizadə
dünyasını dəyişib.
Tibb xəbərləri
Ürəyin qəfil dayanması ilə baş
verən ölüm halları səhhətində
ciddi problemləri olmayan orta
yaşlı insanlarda daha çox müşahidə
edilir. Pasiyentlər heç bir simptom
hiss etmir, ya da bu simptomlara
əhəmiyyət vermirlər.
Rotterdamlı Erazm Universiteti ya-
nında Tibb Mərkəzindən (Hollandiya)
bir qrup tədqiqatçı ürəyin qəfil dayan-
ması səbəblərini araşdırmağa çalışıb.
Bu məqsədlə onlar 10 min orta yaşlı
adamı müayinə və müşahidə ediblər.
Söhbət tireoid hormonunun qatılığın-
dan gedir. Qanında bu hormonun miq-
darının artdığı insanlar qəfil ürək ölü-
mü təhlükəsinin yüksəldiyi qrupa daxil
edilib. Tədqiqat qrupunun rəhbəri Layal
Çaker qeyd edir ki, tireoid hormonunun
cüzi miqdarda çoxaldığı adamlarda da
müvafiq təhlükə artıb. Yəni, bu hormon
normadan bir qədər çox olubsa, müva-
fiq ölüm təhlükəsi hormonun norma-
dan az olması halı ilə müqayisədə 2,5
dəfə artıb.
Əvvəllər qarşılıqlı əlaqəni aşkar
etmək mümkün olmayıb, Lakin indi
alimlər tireoid hormonun qatılığı və
ölüm təhlükəsinin yaranma ehtimalı
arasında əlaqəni araşdırmağı planlaş-
dırırlar. Onlar güman edirlər ki, böyük
miqdarda hormon ürəyin fəaliyyətini
sürətləndirməklə ona təsir edir. Bu cür
nəticələr əvvəllər əldə edilsə də, qatılı-
ğın normanı keçdiyi hallar üçün nəzərdə
tutulub. Bu tədqiqatda isə nisbətən az
miqdarda hormondan söhbət gedir –
bəlkə də bu onu göstərir ki, tireoid hor-
monu daha zərərli və həyat üçün daha
təhlükəlidir.
Qanın analizi qəfil ölüm
təhlükəsindən xəbər verə bilər
Son 25 ildə vəhşi
təbiət guşələrinin
təxminən 10 faizi
insanlar bəşəriyyət
tərəfindən
məhv edilib və
ərazinin cəmi 23
faizinə insan əli
toxunmayıb.
Bu
barədə
məlumat ekoloqların
“Current Biology”
jur na lın da dərc edil-
miş məqaləsində yer
alıb. Kvinslend Universitetindən (Avs-
traliya) Ceyms Uotson yazıb: “Əgər
biz yaxın vaxtlarda bir iş görməsək,
vəhşi təbiət tamamilə yoxa çıxacaq.
Biz indi tədbir görməliyik. Məqsəd
təbiəti gələcək nəsillər üçün yaşat-
maqdır”. C.Uotson və onun həmkarları
ötən əsrin 90-cı illərindən bəri vəhşi
təbiətdə insan əlinin toxunmadığı
yerlərin xəritəsini hazırlamağı qərara
alıblar.
Qrupun nəzərində “vəhşi təbiət zona-
larına” bioloji və ekoloji müxtəlifliyini
qoruyub saxlayan təbii landşaft və
ekosistemlərin olduğu böyük ərazilər
daxildir. Bu yerlərdə insanların ol-
maması vacib deyil, əsas məsələ
təbiətə müdaxilə hallarının minimum
səviyyədə olmasıdır. Vəhşi Heyvan-
ları Mühafizə Cəmiyyətinin (WCS)
hesablamasına görə, 1990-cı illərin
əvvəlində Yerin quru səthinin 33 fa-
izi “vəhşi təbiət zonalarına” aid edi-
lib. C.Uotson və onun həmkarlarının
yeni məlumatı göstərir ki, son 20-25
ildə bu ərazi təxminən 9,6 faiz aza-
lıb. Bu itkilər iki qitədə - Cənubi
Amerika və Afrikada meşələrin qı-
rılması, kənd təsərrüfatı ərazilərinin
genişləndirilməsi və əhalinin sayının
sürətlə artması nəticəsində baş ve-
rib. Şimali Asiya, Şimali Amerika
və Avstraliya ərazisində vəhşi təbiət
ərazilərinə daha az toxunulub.
Son 25 ildə vəhşi təbiətin
10 faizi
məhv edilib
P
rofilaktik baxış üçün hər altı
aydan bir diş həkiminin ya-
nına getmək lazım deyil.
Bu, aparıcı britaniyalı stomato-
loq Sara Harlinin rəyidir. Baş sto-
matoloq hesab edir ki, pasiyentlər
diş həkimlərinin tövsiyələrinə kor-
koranə yanaşmamalı və müntəzəm
olaraq mütəxəssislərin qəbuluna
getməməlidirlər.
Birləşmiş Krallıqda dişlərin
profilaktik müayinəsi üçün hər
hansı ciddi vaxt cədvəli yoxdur. Diş
problemləri ümumiyyətlə olmayan
şəxslər üçün interval iki il təşkil
edir. “Lakin bir çox həkimlər bu
tövsiyələrə məhəl qoymur və israr
edirlər ki, pasiyentlər qəbula daha
tez-tez gəlsinlər” – deyə ölkənin baş
stomatoloqu bildirib.
Hər altı aydan bir stomatoloqun
yanına getməyə ehtiyac yoxdur
Yoqa ürək, qan-damar, xərçəng, diabet və
digər yoluxucu olmayan xəstəliklərə tutulma
riskini azaldır.
Hindistanın səhiyyə naziri Caqat Prakaş
Nadd buna əmindir. Nazirin sözlərinə görə,
qeyri-yoluxucu xəstəliklərin əksəriyyətinin
səbəbi yanlış həyat tərzidir. Yoqa isə onu yaxşı
yönə dəyişməyə kömək edir.
C.Naddanın fikrincə, yoqa bədən, ruh və
zəkanı bir-birinə bağlayır, sağlamlığa düzgün
yanaşmağı öyrədir. Nazir vurğulayır ki, yoqa
sadəcə məşğələ toplusu deyil, eyni zamanda,
insanı dəyişən fəlsəfədir.
Yeri gəlmişkən, Kaliforniya Universitetinin
(ABŞ) tədqiqatçıları bu yaxınlarda müəyyən
ediblər ki, yoqa və meditasiya ilə məşğul ol-
maq beyin üçün də faydalıdır. Onlar hafizəni
yaxşılaşdırır və insanı kəmağıllıqdan qoruyur.
Araşdırma göstərib ki, yoqa və meditasiya
ənənəvi yaddaş məşqlərindən daha səmərəlidir.
Yoqa çoxlu sayda xəstəliklərdən
müdafiədir
u
İnsanların sosial şəbəkələrdə ünsiyyəti
onların emosional vəziyyətini sabitləşdirir.
ABŞ-ın Karneqi Mellon Universitetinin tədqiqatçıları
insan psixikasını öyrənərkən bu qənaətə gəliblər. Alimlər
müxtəlif ölkələrdə yaşayan təxminən iki min könüllünü
müşahidə ediblər. Eksperiment zamanı insanlar “Facebook” sosial şəbəkəsindən fəal istifadə ediblər.
Nəticədə məlum olub ki, sosial şəbəkələrdə fəallıq tənhalıq hissini aradan qaldırır və insanların müəyyən
qruplarda iştirakına şərait yaradır. Sosial şəbəkələrdə ünsiyyət onlarda müsbət emosiyalar yaradır və real
həyatda baş verən hadisələrdən xəbərdar edir.
Sosial şəbəkələrdə ünsiyyət
emosional vəziyyəti sabitləşdirir
http://www.amu.edu.az
16 sentyabr 2016-cı il
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@amu.edu.az
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 325
u
Stokholmun “MAP” memarlıq stu-
di yası meşə və dağları gəzdikdən sonra
yorulmuş səyahətçilər üçün evcik
layihəsini təqdim edib.
AZƏRTAC “novate.ru” saytına istinadla
bildirir ki, “DICE” adlanan bu evdə yolun-
dan azmış və səfər zamanı heydən düşmüş
turistlər bir gecəlik qala bilərlər.
Evcik istənilən yer üçün (düzənlik və ya
çətin keçilən dağ) adaptasiya oluna bilər.
Burada yalnız pəncərədən düşən təbii
işıqdan istifadə ediləcək.
u
Niderland sözün bütün
mə na larında ən inkişaf et-
miş dövlətlərdən biridir. Ölkə
hökuməti nəinki insan həyatını
yaxşılaşdıran, həmçinin ətraf
mühiti qoruyan layihələri
maliyyələşdirir.
AZƏRTAC xarici KİV-lərə istinadla
Niderlandın nə üçün gələcəyin ölkəsi
adlandırıldığını diqqətə çatdırır.
Hər 50 metrdən bir elektromobillər
üçün enerji
toplama stansiyaları
quraşdırılıb
Niderlandın ən güclü cəhətlərindən
biri dayanıqlı mobillikdir. Ölkə
hökumətinin ənənəvi avtomobil yana-
cağından tam imtina etmək cəhdləri
sayəsində demək olar ki, hər yerdə
elektrik enerjitoplama stansiyaları
quraşdırılıb. Bu stansiyaların quraş-
dırılması yeni nəsil avtomobillərdən
– elektromobillərdən istifadə edən
şəhərlilər üçün mühüm addımdır.
Niderland sahibsiz it və
pişiklərinin olmadığı yeganə
ölkədir
Bu yaxınlarda Niderlandda sahib-
siz pişik və itlərin qalmadığı rəsmən
təsdiqlənib. Ölkə hökuməti buna hey-
vanlara qətiyyən zərər vurmadan nail
olub. Heyvanlara xüsusi hüquq veri-
lib: onlarla pis davranan və ya onları
küçəyə atan insanlar sərt şəkildə
cəzalandırılır.
İlk günəş batareyalı velosi-
ped və avtomobil yolları
“SolaRoad” adlı layihə
hökumətin, özəl sənayenin
və universitetlərin müştərək
fəaliyyəti nəticəsində reallaşıb.
Yolun ilk hissəsi 2015-ci ildə
istifadəyə verilib. Onun uzunlu-
ğu təxminən 100 metr təşkil etsə
də, bu, artıq gələcəyin yollarının
tikintisində yeni eranın əsasını qo-
yub. Günəş şüaları sayəsində yolda
istehsal olunan enerji küçələrin işıq-
landırılmasında, müvafiq nəqliyyat
vasitələrinin elektriklə təmin
edilməsində istifadə olunacaq.
Niderlandda heç kimin avto-
mobildən istifadə etmədiyi şəhər
var
Niderlandın Hauten şəhərciyi dünya-
nın ən təhlükəsiz məkanı sayılır. 1980-
ci ilin əvvəllərində şəhərin 4 minlik
əhalisi velosipeddən istifadə olunması-
nı təşviq edən strateji qərar qəbul edib.
Bu, şəhər əhalisini hər xırda səbəbə görə
avtomobil sükanı arxasında əyləşmək
vərdişindən uzaqlaşdırıb. Beləliklə,
nəzərə çarpmadan şəhərciyin bütün
əhalisində velosipedlə hərəkətetmə
vərdişi yaranıb.
Hökumət ənənəvi avtomobillərin
istifadəsinə tədricən qadağa qoyur
Cəmi 9 ildən sonra, 2025-ci ilə
qədər Niderland hökuməti ölkədə
dizel və benzin yanacağı ilə işləyən
avtomobilləri qadağan etməyi planlaş-
dırır. Bundan başqa, alternativ yanacaq
mənbələri ilə işləyən fərdi nəqliyyat
vasitələri vergidən azad edilib. Nəticədə
belə avtomobillərin qiyməti 15 min avro
ucuzlaşıb.
Məhbuslar olmadığı üçün
həbsxanalar bağlanır
Niderlandda cinayətkarlığın səviy-
yəsinin aşağı salınması üçün əsaslı işlər
görülür. 2009-cu ildən bəri məhbus
çatışmazlığı səbəbindən ölkədə 19
həbsxana bağlanıb. Son məlumata
əsasən, ölkədə yaşayan hər 100 min
nəfər əhaliyə cəmi 163 cinayətkar düşür
ki, bu da Braziliyanın göstəricisindən iki
dəfə aşağıdır.
Vəhşi heyvanlar üçün xüsusi
körpülər quraşdırılır
Niderland hökumətinin həll etməyə
çalışdığı ümdə məsələlərdən biri də
vəhşi heyvanların qorunmasıdır. Onla-
rın meşələri ayıran avtomobil yollarını
təhlükəsiz şəkildə keçməsi üçün ölkədə
bir neçə xüsusi körpü tikilib.
u
“Nokia” şirkəti
smartfon və başqa
cihazların virusa
yoluxması barədə
məlumatları özündə
əks etdirən “Threat
Intelligence Report” adlı
hesabatını təqdim edib.
Hesabata əsasən, 2016-cı
ilin ilk yarımilliyində
virusa yoluxan mobil qurğuların sayı 96 faiz artıb.
AZƏRTAC “psm7.com” saytına istinadən xəbər verir ki, 2016-cı
ilin aprelində haker proqramlarından istifadə artıb. Bu ayda 1.06 faiz
smartfon zərərli proqram təminatı tərəfindən virusa yoluxdurulub.
Əksər hallarda mobil qurğular özündə troyan saxlayan SMS mesajlar,
pul qoparan proqramlar, zəhlətökən reklam və fərdi məlumatların
oğurlanması üçün qanunsuz həllərin hücumuna məruz qalıb.
Finlandiya şirkətinin hesabatına əsasən, 2015-ci ilin ikinci yarımilliyi
ilə müqayisədə mobil şəbəkədə virusa yoluxmuş cihazların sayı 20 faiz,
stasionarda isə 11 faiz yüksəlib. Əksər hallarda “Windows” əməliyyat
sistemi ilə işləyən fərdi kompyuter və noutbuklar, həmçinin mobil
qurğular virusa yoluxur.
Virusa yoluxan smartfonların
sayı 96 faiz artıb
Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?
Dünyada nələr olur
Səyahətçilər üçün modul ev
I müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Allahverdiyev
Taleh Söhrab oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
Bağırova Saidə Eldar qızına 2001-ci ildə Azərbaycan Tibb Universiteti
tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin IV kurs, 72
a
qrup tələbəsi Mikayıllı
Çimnaz Eldəniz qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
İctimai fənlər kafedrasının və
“Təbib” qəzetinin əməkdaşları
kafedranın dosenti Elbrus
Sadıqova anası
Həlimə xanımın
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər.
Patoloji fiziologiya kafedrasının
əməkdaşları kafedranın assistenti
Nəsibə xanım Cəfərovaya atası
Əsgər Surxay oğlu
Cəfərovun
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər.
I daxili xəstəliklər və
reanimatologiya kafedrasının və
“Təbib” qəzetinin əməkdaşları
assistent Cəfər Əhmədova anası
Sənubər xanımın
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər.
Allah rəh mət elə sin!
u Rus milyonçusu,
eyni zamanda memarı
Vasili Klyukin ilan
formasına malik
göydələn binasının
müəllifidir.
Memar Şərqdə
ilanın
müdrik-
lik rəmzi he-
sab edildiyi üçün
layihənin Asiya ölkələrindən birində həyata
keçəcəyinə ümid vardır.
Layihəyə əsasən, göydələndə ticarət və ofis
yerləri, həmçinin yaşayış apartamentləri, ən
hündür nöqtəsində isə “gecə klub”u yerləşəcək.
Müxtəlif işıqlandırma sistemi vasitəsilə gün
ərzində göydələnin simasını dəyişmək mümkün
olacaq.
İlanabənzər göydələn
Yaponiya şirkətləri
praktikada bu və ya
digər proseslərin
avtomatlaşdırılmasını
nəzərdə tutan
süni intellektin
hazırlanmasına böyük
diqqət yetirirlər.
AZƏRTAC
“TASS” informa-
siya agentliyinə istinadən xəbər verir ki, “NEC”
şirkətinin son texnologiyalarından biri məqsədi
gələcəkdə müəssisələrdə kadrlar şöbəsini tam
əvəzləyəcək əməkdaş seçimi sistemidir. Proqramın
tətbiqi namizədlə ilkin müsahibənin insanla de-
yil, kompyuterlə aparılmasını nəzərdə tutur. Proq-
ram təminatı vasitəsilə təqdim edilən CV, eləcə də
namizədin keçdiyi seçmə testlərin sınaqları avtomatik
təhlil edilir. Məlumatlar əsasında kompyuter kadrlar
şöbəsinin əməkdaşlarına işə qəbul ediləcək şəxslə
bağlı tövsiyələr verir.
Mütəxəssislərin fikrincə, proqramın tətbiqi
mütəxəssis kadrların saxlanılması üçün xərcləri xeyli
azaltmağa, eləcə də ilkin seçim mərhələsində insan
amilini aradan qaldırmağa imkan verəcək.
“Hitachi” şirkəti də süni intellekt üzərində işi davam
etdirir. Şirkətin mühəndisləri işçiyə iş vaxtının təşkili
ilə bağlı tövsiyələr verən fərdi cihaz hazırlayıblar.
Cihaz əməkdaşın hansı hərəkətlər etməsini, bu və ya
digər yerdə nə qədər vaxt keçirməsini, az və ya çox
istirahət etməsini, həmkarlarla sıx əlaqə saxlayıb-
saxlamamasını qeydə alır.
Şirkətlərdə kadrlar şöbəsini əvəz edən
kompyuter proqramı hazırlanıb
Şirkətlərdə kadrlar şöbəsini əvəz edən
kompyuter proqramı hazırlanıb