Gəncə-Qazax Florasının Nadir Növləri Və Yeni Taksonlar T. S. Bab akişiyeva



Yüklə 161,66 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü161,66 Kb.
#6290


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 69-75 (2013)

 

Gəncə-Qazax Florasının Nadir Növləri Və Yeni Taksonlar 



 

T.S.Bab

akişiyeva 

1

, S.C.

İbadullayeva

2

  

 

1

Azərbaycan Dövlət Aqrar Universiteti, Atatürk prospekti, 262, Gəncə AZ2000, Azərbaycan 

2

AMEA Botanika Institutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan;  

E-mail: sayyarajamshid@yahoo.com 

 

Gəncə-Qazax  florasında  28  fəsiləyə,  40  cinsə  aid  50  növün  itmə  və  ya  azalma  səbəbləri  müəyyən 



edil

miş  və  bitkilərin  təbii  bərpası  üçün tədbirlər  göstərilmişdir.  Ərazi florasının  nadir  bitkilərindən 

olan Iris camillae, 

İris schelkownikowii növlərinin yeni formalarına, Punica granatum növünün isə yeni 

variasiyasına (Punica granatum var. parvilofa) ərazidə ilk dəfə rast gəlinmişdir.  

 

Açar sözlər: Gəncə-Qazax ərazisi, nadir və endemik növlər, yeni areallar 

 

 

GİRİŞ 

 

Gəncə-Qazax  bölgəsi  flora  biomüxtəlifliyi 



baxımından  çox  zəngindir. Bu  botaniki-coğrafi 

rayon 


öz  relyef  quruluşuna  görə  arandan-

subalpadək  nadir  bitkiləri  müxtəlif  bitkilik 

tiplərində  cəmləşdirmişdir  (Гаджиев, 1990; 

Гаджиев и др., 1990). Bugünədək ərazidə nadir və 

yalnız  bura  üçün  xarakterik  növlər  xüsusi  olaraq 

tədqiq  edilməmişdir.  Burada  qədim  dövrlərdən 

qalmış  reliktlər,  Qafqaz  və  yalnız  Azərbaycana 

məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların 

böyük 

bir  qismi  ərzaq,  yem,  dərman,  texniki, 



ədviyyat,  dekorativ  və  s.  bitki kimi yerli  əhali 

tərəfindən  geniş  istifadə  edildiyinə  baxmayaraq, 

indiyə  qədər  onların  genofondunu  əks  etdirən 

növdaxili  sistematika 

işlənilib  hazırlanmamışdır 

(

Şahmuradova  və  b.,  2013).  Bu  növlərin  in situ 



şəraitdə  limit  faktorları,  onların  dözümlülük 

riskinin artmasının səbəbləri öyrənilməmiş və onlar 

ekoloji cəhətdən qiymətləndirilməmişdir. 

Bizim  apardığımız  son  tədqiqatlar  göstərir  ki, 

hazırda  Gəncə-Qazax  florasının  ali  bitkilərinin  ən 

azı 10-dan çox növü nadir olmaqla yanaşı, həm də 

təhlükə altındadır. Eyni mənzərəni biz Gəncə ətrafı 

fitocoğrafi  rayonunun  flora  biomüxtəlifliyində  də 

görürük.  Son  tədqiqatlara  görə,  Gəncə  ətrafında 

ekoloji  vəziyyət  2-3%  pozulmamış  qalmışdır 

(

Səfərov,  2012).  Bütün  qeyd  olunanları  nəzərə 



alaraq, 

Gəncə-Qazax  bölgəsində  nadir  və 

təhlükənin  müəyyən  həddində  olan  bitkilərin 

taksonomik 

tərkibinin  müəyyən  edilməsi  qarşıya  

məqsəd qoyulmuşdur. 



 

 

MATER

İAL VƏ METODLAR 

 

Tədqiqat 



aparılan 

ərazi 


Azərbaycan 

Respublikasının  qərb  zonasında  yerləşən,  sahəsi 

12,482 min km

2

  olan, 



Ağstafa,  Qazax,  Daşkəsən, 

Gədəbəy,  Gəncə,  Goranboy,  Naftalan,  Samux, 

Göygöl

, Şəmkir, Tovuz inzibati-coğrafı rayonlarını 



əhatə 

edən 


Gəncə-Qazax botaniki-coğrafi 

rayonudur. 

Ərazi  dəniz  səviyyəsindən  100  m-dən 

3767 m-


ə qədər hündürlüyündədir (Çamus 3724 m, 

Hinaldoq isə 3367 m-dir.). 

Təbii  şəraitdə  2003-2013-cü  illlər  ərzində 

müşahidələr  aparılmış  (Бейдеман,  1974),  bir  sıra 

geobotaniki tədqiqatlar (Работников, 1950) həyata 

keçirilmişdir.  Bununla  yanaşı,  nadir  və  məhvolma 

təhlükəsi  qarşısında  qalan  növlərin  coğrafı 

öyrənilməsində 

Q.Valterin 

(1956), Braun-

Blanquetin 

(1937), M.Q.Popovun (1963), 

M.Zaharın  (1963)  areal  təsnifatından  istifadə 

edilmişdir.  Taksonların  adlandırılması  zamanı 

Azərbaycan  florası  8  cildliyindən,  Çerepanovun 

əlavə  və  dəyişikliklərindən  istifadə  edilmişdir 

(

Флора Азерб., 1952-1961; Черепанов, 1995), 



Ərazidə  nadir  və  məhvolma  təhlükəsi 

qarşısında qalan növləri müəyyənləşdirmək, onların 

ümumi  siyahısını  tərtib  etmək  üçün  aşağıdakı 

tədqiqatlar  aparılmışdır:  Müxtəlif  en  dairəsindən 

asılı  olmayaraq  az  yayılan  növlər,  müəyyən 

səbəbdən  öz  areallarını  qısaldan  və  məhvolma 

təhlükəsi  qarşısında  qalan  taksonlar  seçilmişdir; 

Endemik, nadir növlərə üstünlük verilmişdir. Bütün 

endemik  növlərin  qorunması  məsələsi  qarşıda 

təxirəsalınmaz  məqsəd  kimi  qoyulmuşdur.  Burada 

növlərin  endemikliyi  yox,  onların  nadir  və  çox 

mürəkkəb  statusa  malik  olması  nəzərə  alınmışdır; 

Siyahıya  potensial  təsərrüfat  imkanlarına  malik 

olan  növlər  daxil  edilmiş,  nəsli  kəsilməkdə  olan 

növlərin  genofondunu  saxlamaq  üçün  müəyyən 

əməli  tədbirlər  aparılmışdır;  Nadir,  məhvolma 

təhlükəsinə məruz qalan və azsaylı növlərə diqqətlə 

yanaşılmış, Kiçik Qafqazın şimal hissəsindən, Kür 

düzü, Kür-

Araz ovalığı və Bozqır yaylası botaniki 

coğrafı 

rayonların 

ərazilərinin 

müxtəlif 

sahələrindən  herbari materialları  toplanılmış  və 

Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  yeni 

yaradılmış fonduna təhvil verilmişdir. 

 

69 



Gəncə-Qazax Florasinin Nadir Növləri 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  

 

  



Nadir, 

təhlükə  həddində  olan  və  nəinki 

Azərbaycanda  eləcə  də  yayılma  mərkəzi  yalnız 

Gəncə-Qazax  ilə  məhdudlaşan  növlərin  müasir 

vəziyyəti və azalma səbəbləri təyin edilmiş və hər 

bir növ barədə aşağıda məlumat verilmişdir.  

Nərgizçiçəklilər  -  Amaryllidaceae  C.St.  Hil. 

fəsiləsinə  aid  Fişer  ştrinbergiyası  -  Sternbergia 



fischeriana 

(Herb.) M.Roem. 

növü 


erkən 

çiçəkləyən,  məhdud  və  arealı  daralan  bitkidir. 

Bozqır  yaylasının  Göytəpə,  Budyax,  Kəlağaylı 

sahələrində  aşağı  və  orta  dağ  qurşağının  quru 

yamaclarında  tək-tək  rast  gəlinir.  Gözəl  görünüşlü 

dekorativ bitkidir, 

soğanaqcıqlarının və çiçəklərinin 

toplanması 

nadirləşməsinin 

əsas 


təsiredici 

faktorlarından biridir.  

H

əyətyanı  sahələrdə,  Azərbaycan  Dövlət 



Aqrar  Universitetinin  dendroloji  sahəsində  və 

Şəmkir su elektrik stansiyasının sahəsində becərilir. 

Təbii  bərpası  üçün  soğanaqları  reintroduksiya 

edilmişdir. Az.Res. “Qırmızı kitabı”nın 2-ci nəşrinə 

daxil edilmişdir (2013, s. 228). 

Sumaq  - 

Anacardiaceae  Lindl.  fəsiləsinə  aid 

Sarağan və ya BəlgəCotinus coggygria Scop. dar 

areala  malik  olan  qiymətli  bitkidir.  Yüksək 

keyfiyyətli  taninlər,  aşı  maddəsi,  dərman,  bəzək 

bitkis

i olmaqla, etil spirti, efir yağı və fuzetun adlı 



sarı  rəngli  maddənin  mənbəyidir.  Kol bitkisi kimi 

yerli əhali tərəfindən kütləvi şəkildə istifadə edilir. 

Genofondunun 

saxlanması  üçün  bitkinin 

kütləvi 

surətdə 


kəsilməsi, 

çiçəklərinin 

toplan

ılmasının  və  istifadəsinin  qarşısı alınmalıdır. 



Populyasiyas

ı  üzərində  mütəmadi  müşahidələr 

aparılır,  becərilməsinin  təşkili  məqsədəuyğundur. 

Gözəl  görünüşlüdür.  Qoruyucu  xətt  kimi  parkların 

və 

xiyabanların 



kənarlarında 

becərilməsi 

məqsədəuyğundur. Bu genofondun qorunması üçün 

ən əlverişli üsuldur. 

Fəsilənin  nadir  növlərindən  biri  də  Fıstıq- 

Pistacia mutica  Fisch. et C.A.Mey.  növüdür. 

Məhdud sahədə yayılan, az saylı növdür. Fərdlərin 

sayı  azalan,  arealları  get-gedə  daralan  bitkidir. 

Bozqır  yaylasının  Bozdağ  silsiləsində  aşağı  dağ 

qurşaqlarına  kimi  quru  yamaclarda,  dağətəyi  və 

ovalıqlarda tək-tək rast gəlir. Əsas lokaliteti Göygöl 

rayonu

ndadır.  



Antropogen təsirlər bitkinin fərdlərinin sayının 

azalmasının  əsas  səbəblərindən  biridir.  Ağacların 

kəsilməsi  əsas  təsir  edən  faktordur.  Bağ  və 

parklarda  az  da  olsa  becərilir.  Bunlarla  yanaşı 

Turyançay  D

övlət  qoruğunda  digər  bitkilərlə 

birlikdə  qorunur.  Lakin  bitkinin  genofondunu 

saxlamaq üçün onun geniş sahələrdə becərilməsinin 

elmi təşkili, kəsilməsinin qəti qadağan edilməsi və 

fərdlər 


üzərində 

fenoloji 

müşahidələrin 

gücləndirilməsi vacibdir. 

Fəsiləyə  aid  digər  növ  Sumaqdır  –  Rhus 

coriaria  L. 

Dar  areallı,  qiymətli  aşı  və  rəngləyici 

bitkidir.  Geniş  yayılan  bitki  olsa  da  tədqiq  edilən 

ərazidə  bir  lokalitetə  malikdir.  Bitkinin  kəsilməsi, 

meyvəsinin  toplanması,  fərdlərinin  sayının 

azalmasına  səbəb  olur.  Antropogen  amillər  və 

torpaq  eroziyası  bitkinin məhv  olmasına  əsas  təsir 

edən amillərdən biridir. 

Ərazidə  bitkinin  qorunması  üçün  xüsusi 

mühafizə  tədbirləri  işlənib  hazırlanmamışdır. 

Bunun

la  əlaqədar  bitkinin  toxumlarının  toplanıb 



münasib 

sahələrdə 

becərildikdən 

sonra, 


reintroduksiyası  təmin  edilməlidir.  Bitkinin 

kəsilməsinin 

qadağan 

edilməsi 

tədbirləri 

aparılmalıdır. 

Kərəvüzkimilər  –Apiaceae  Lindl.  fəsiləsinin 

Vitman  öküzboğanı-  Bupleurum  wittmannii  Stev. 

növü  də  Bozqır  yaylasının  nadir  növlərindəndir. 

Azərbaycan  florasında  yalnız  bu  botaniki-coğrafı 

rayonda Molladi kəndinin yaxınlığında olan Qazan 

göl  ətrafında  rast  gəlinən  bu  növ  V.Tutayuqun 

herbari  materiallarının  kameral  analizi  nəticəsində 

təyin  edilmişdir.  Bilasuvar  rayonu  ərazisindən  son 

vaxtlarda 

aşkar edilmişdir, qeyd edilən ərazi növün 

yeni  yayılma  sahəsidir.  Respublikada  az 

yayıldığından  qorunması  vacibdir.  Herbari 

fondunun  araşdırılmasından  məlum  olmuşdur  ki, 

son 50-


60  ildə  heç bir  korrektor  tərəfindən 

toplan


ılmamışdır,  ola  bilsin  ki,  bu  növ  tədqiqat 

ərazisində tamamilə məhv olmuşdur. Bərpası üçün 

toxumları  Bilasuvar  ərazisindən  toplanaraq  Bozqır 

yaylasında introduksiya edilmişdir. 



Ferula caspica  Bieb.  - 

Xəzər  ilankölgəsi 

Kərəvüzkimilərin  Azərbaycan  florasında  çox  az 

yayılan  bir  növüdür,  Bozqır  yaylasının  Xanabad 

kənd  ətrafında,  dağətəyi  və  ovalıqda,  quru 

bozqırlarda,  səhra  yamaclarında,  duzlu  sahələrdə 

nadir halda 

rast gəlinir.  

Otlaqlardan  səmərəsiz  istifadə  edilməsi, 

müxtəlif  köç  yollarının  salınması  növ  fərdlərinin 

sayının  azalmasına  səbəb  olan  problemlərdən 

biridir. Antropogen amillər və təbii fəlakət bitkinin 

məhv olmasının əsas təsiredici faktorudur. Mədəni 

halda becərilməsi haqqında məlumat yoxdur. Bitki 

Turyançay  Dövlət  qoruğunda  qorunur  və 

Azərbaycanın  «Qırmızı  kitabı»nın  1-ci  və  2-ci 

nəşrlərinə daxil edilmişdir.  

Bitkinin toxumla

rının  toplanıb  münasib 

sahələrdə  əkilməsi,  bitki  fərdləri  üzərində  fenoloji 

müşahidələrin  gücləndirilməsi  əsas  mübarizə 

tədbirlərindən biridir. 



Asteraceae  Dumort.  -  Aster

çiçəklilər fəsiləinə 

aid 

Hohenaker  kuziniyası-  Cousinia hohenackeri 



Fisch. et C.A.Mey.  m

əhdud  areala  malik  növdür. 

Azərbaycan florasında yalnız Bozqır yaylasında və 

Diabar botaniki-

coğrafı  rayonunda  yayılması 

genofondunun qorunmas

ı  üçün  əsas  göstəricidir. 

70 



Babakişiyeva  və İbadullayeva  

1931-


ci  ildə  T.Qeydeman  tərəfindən  Bozdağ 

silsiləsindən  toplanılmışdır.  Lakin  bu  son  80 ildən 

çox  bir  dövr  ərzində  bu  bitki  bir  dəfə  də  olsun 

toplanmamışdır,  ola  bilsin  ki,  növ  tamamilə  məhv 

olmuşdur.  Ərazilərin  səmərəsiz  otarılması, 

antropogen  amillərin  otlağa  mənfi  təsirinin 

nəticəsidir  ki,  növ  tamamilə  məhv  olmuşdur. 

Ədəbiyyat  mənbələrinə  əsaslanaraq  uyğun 

ərazilərdə  bitki  tərəfimizdən  axtarılsa  da 

tapılmamışdır. 

Şərq kuziniyası- Cousinia orientalis (Adams.) 

C.Koch. 

fəsilənin  nadir  və  məhdud  areala  malik 

növlərindəndir. 1928-ci  il  A.Kolakovski  Kür 

düzünün  Poylu 

və  Salahlı  kəndi  arasından  və 

M.Saxokiya 

tərəfindən  1929-cu  ildə  Bozqır 

yaylasının  Acınohur  bozqırlarından  toplanılmışdır. 

Qeyd 

etmək  lazımdır  ki,  bu  növ  son  85  ildən  çox 



bir 

müddət  ərzində  bir  dəfə  də  olsun  yenidən 

toplanmamışdır. Növ ola bilsin ki, məhv edilmişdir. 

Biz 


yuxarıda  qeyd  edilən  əraziyə  bir  neçə  dəfə 

ekspedisiya 

təşkil  etmiş,  lakin  bu  bitkiyə  rast 

gəlməmişik.  Toxumlarının  mübadilə  yolu  ilə  əldə 

edilərək bərpası istiqamıtində tədqiqat işi aparılır. 

Göyzəbankimilər  -  Boraginaceae  Juss. 

fəsiləsinin  Nazikçiçək  buqlossa  -  Buglossoides 

tenuiflora  (L.  fil.)  Johnst.  (=Lithospermum 

teniflorum  L.)  növü nadir  bitkidir.  Qafqaz 

florasında  yalnız  Azərbaycanda  yayılan  bu  növün 

öyrənilməsinin  və  genofondunun  saxlanılmasının 

böyük 


əhəmiyyəti  vardır.  Bu  növə  aid  herbari 

materialı  AMEA  Botanika  İnstitutunun  Mərkəzi 

herbariumunda  yoxdur. Tipi Sankt-Peterburqda 

saxlanılır.  Növ  fərdlərinin  sayı  azaldığından  ola 

bilsin  ki,  tamamilə  məhv  olmuşdur.  Təbiətdə 

yayılma  sahəsi  müəyyən  edilməmişdir,  fərdlərini 

tapılması istiqamətində daima müşahidələr aparılır. 

Təbii  fəlakət,  torpaq  eroziyası  və  otlaqlardan 

səmərəli  istifadə  edilməməsi  əsas  məhvedici 

faktorlar

ından biridir. Təbiətdə yayılması haqqında 

tam məlumat yoxdur. 

Kələmkimilər 



Brassicaceae 

Burnett. 

fəsiləsinin  Jerar  ərəbotu  -  Arabis gerardii (Bess.) 



Koch  növü  a

realı  qısalan,  nadir,  bəzək  və  yem 

bitkisidir.  Genetik  cəhətcə  çox  maraqlı  materialdır. 

Genofondunun 

saxlanılması  üçün  bu növün 

hərtərəfli  öyrənilməsi  məqsədəuyğundur.  Bozqır 

yaylasında  kolluqda,  meşə  talasında,  xırda 

təpəciklərdə  nadir hallarda rast olunur.  Bozqır 

yaylasında yayılma sahələrinin səmərəsiz otarılması, 

təbii fəlakət fərdlərin sayının azalmasına təsir edir.  

 

Fəsilənin  nadir  növlərindən  biri  də 



Neotorularia 

eldarica 

(Grossh.) 

V.Avet. 

(=Torularia eldarica 

Grosh.) 

 

Eldar 

yeniməsməsidir.  Arealı  qısalan,  nadir  və  endemik 



bitkidir. 

Azərbaycanda  Bozqır  yaylası  və  Kür 

düzündə  kiçik  biotoplarda  rast  gələn  bitkinin 

fərdlərinin sayı get-gedə azalır. Ərazidən səmərəsiz 

istifadə edilməsi və təbii fəlakətlər nadirləşməsinin 

əsas  təsiredici  faktorudur.  Bitki  fərdləri  üzərində 

fenoloji 

müşahidələrin 

gücləndirilməsi, 

lokalitələrinin  yayıldığı  sahələrnin  otarılmasının 

azaldılması  və  toxumunun  toplanıb  münasib 

sahələrdə  çoxaldılmasının  elmi  təşkili  indiyədək 

hazırlanmamışdır. 2013-cü ildə bitkiyə aid 3-4 fərd 

tapılmışdır, toxum tədarükü gözlənilir. 

Qərənfilçiçəklilər  fəsiləsi  –  Caryophyllaceae 

Cuss. 


Azərbaycanda 86 cinsə aid 171 növlə təmsil 

olunur


. Bunlardan 1 növü Divarkənarı qumsevən – 

Psammophiliella muralis 

(L.) 

İkonn. 

(=Gypsophila muralis L.) nadir bitkidir. Ərazidə ola 

bilsin  ki,  tamamilə  məhv  olmuşdur,  buna  görə  də 

onun  tədqiqi  böyük  əhəmiyyət  kəsb  edir. 

Azərbaycan  florasında  cinsin  yeganə  növü 

olduğundan  genofondun  saxlanılması  üçün 

qorunma

sı vacibdir. Mərkəzi Herbariumun təftişinə 



əsasən  demək  olar  ki,  1929-cu  ildə  A.Kolakovski 

tərəfindən  toplanılsa da,  bu  80  il  ərzində  yenidən 

toplan

ılmamışdır.  Gman edilir ki, antropogen 



amil

lər  bitkinin  məhv  olmasına  səbəb  olmuşdur. 

Təbiətdə  növün  axtarılmasının  davam  etdirilməsi, 

müşahidələrin aparılması, arealı müəyyən etdikdən 

sonra  yasaq  şəklində  qorunması  və  münasib 

sahələrdə çoxaldılması tövsiyə edilir. 

Tərəkimilər  fəsiləsi  –  Chenopodiaceae  Vent. 

aid 


Ağ 

sirkən 


- 

Atriplex cana 

C.A.Mey

Azərbaycanda  yalnız  Bozqır  silsiləsinin 

Böyrük-Enci 

yaylasında rast gəlinir və saksaul kimi 

yanacaq bitkisi  olmaqla onun genofondunun 

saxlanılması üçün qorunması məqsədəuyğundur.  

Ərazinin  səmərəsiz  otarılması,  bitkinin 

gövdəsindən  yanacaq  kimi  istifadə  edilməsi 

fərdlərin sayının azalmasına səbəb olmuşdur. Təbii 

fəlakətlər  o  cümlədən,  torpaq  eroziyası,  sahənin 

otarılması  bitkiyə  təsir  edən  əsas  faktorlardan 

biridir. 

Sərvkimilər  fəsiləsinə  Cupressaceae  Rich.  Ex 

Bartl.  aid 

Foetid  ardıcı  -  Juniperus foetidissima 

Willd.  üçüncü dövr

ün  etalon  bitkilərindən  biridir. 

Nadir və məhvolma təhlükəsi qarşısında qalan bitki 

kimi  Qırmızı  kitabın  II  nəşrinə  daxil  edilmişdir, 

məhdud areala malik olan bitki kimi genofondunun 

s

axlanılmasının  əhəmiyyəti  böyükdür.  Bozqır 



yaylasında Əldcan və Göyçay arasında tək-tək rast 

gəlir.  Turyançay  Dövlət  qoruğunda  mühafizə 

olunur. Toxumlarının quşlar, gəmiricilər tərəfindən 

məhv  edilməsinin  qarşısının  alınması  üçün 

mübarizə tədbirləri işlənib hazırlanmalıdır.  

Paxlakimilər  –  Fabaceae  Lindl.  fəsiləsinin 

Andrec  astrakantı  -  Astracantha andrejii 

(Rzazade) Czer. növü endemik, dar 

areallı olmaqla 

Qafqaz  florasında  yalnız  Bozqır  yaylası  botaniki-

coğrafı 


rayonunda 

yayıldığından 

bitkinin 

qorunması vacibdir. Herbari materiallarından aydın 

olur ki, 

Palantökən  silsiləsindən  Şelkovnikov  və 

71 



Gəncə-Qazax Florasinin Nadir Növləri 

Çomaxlı  stansiyası  ətrafından  dəniz  səviyyəsindən 

200-

300 m hündürlükdən F.Alekseyenko tərəfindən 



toplan

ılmışdır.  Antropogen  amillər,  təbii  fəlakətlər 

o  cümlədən  torpaq  eroziyası  növün  azalmasının 

əsas  təsiredici  amilləridir.  Qeyd  edilən  ərazinin 

yasaqlar  tipində  qorunması,  təbii  fəlakətlərə  qarşı 

mübarizə  tədbirlərinin  işlənilib  hazırlanması 

tövsiyə edilir. 

Xırdaçiçək  qılınclı  –  Securigera  parviflora 



(Desv.)  Lassen  (=  Coronilla  parviflora  Willd.) 

f

əsilənin  nadir,  məhdud  areala  malik  növüdür. 



Tədqiq edilən sahədə lokal biotipinə yalnız Bozqır 

yaylasında İvanovka  kəndi ətrafında, kolluqda rast 

gəlinir. Təbiətdə bitkinin fərdləri üzərində nəzarətin 

gücləndirilməsi,  münasib  sahələrdə  onun  geniş 

introduksiyası təşkil olunmalıdır. 

Güney 


gəvəni – Astragalus gjunaicus Grossh

Kiçik 


Qafqazın  şimal  hissəsinin  Kəpəz  dağının 

yuxarı  dağ  qurşağının  quru  daşlı  yamaclarında 

yayılmışdır.  Bitkinin  fərdlərinin  azalmasına  səbəb 

təbii 


aşınma, 

torpaqların 

deqradasiyasıdır. 

Müharibə  şəraitinə  görə  son  dəfə  2000-ci  ildə 

müşahidə edilmiş, lakin toplanılmamışdır. 

Balaca 


əqrəbotu  –  Scorpiurus  minimus 

Losinsk.  az 

yayılan,  nadir  bitkidir.  Bozqır 

yaylasının quru otlu yamaclarında rast gəlinir. Növ 

az 


sahədə  yayıldığından  antropogen  amillərin 

təsirindən  fərdlərin  sayı  get-gedə  azalır.  Təbiətdə 

bitki 

üzərində  nəzarətin  gücləndirilməsi,  münasib 



sahələrdə  çoxaldılmasının  geniş  tədqiq  edilməsi 

əsas qorunma tədbirlərindən biridir. 

Qlobularia

kimilər  –  Globularisceae  DC. 

fəsiləsinin  Adi  qlobulariya  –  Globularia  vulgaris 

L. nadir 

və nəsli kəsilmək təhlükəsində olan, arealı 

daralan növlərdən biridir. Qafqaz florasında yalnız 

Azərbaycanın  Göygöl  rayonu  ərazisində  rast 

gəlindiyindən  genofondunun  saxlanılması  üçün 

mühafizə edilməlidir. 

Otlaqlardan  səmərəli  istifadə  edilməməsi 

bitkinin  sayının  azalmasına  səbəb  olur.  Bitki 

toxumla çoxalır.  

İridaceae  Juss.  –Süsənkimilər  fəsiləsinin 

Kamillə  süsəni  –  İris  camillae  Grossh.  nadir, 

Cənubi  Zaqafqaziyanın  dar  areallı  endemik 

növüdür.  Bitki 

Bozqır  yaylasının,  Kür  düzündə 

yerləşən Samux rayonunun Qaradaşlı və Qazangöl 

ətrafında  quru  çınqıllı  yamaclarda  yayılmış  və 

oradan 


elm  üçün  təsvir  edilmişdir.  Bir-neçə 

variasiyası  elmə  məlumdur  (var.  emaculata 

Grossh., var. maculata  Grossh.)

,  onların  formaları 

kulturadadır:  f.lutla,  f.coerulea,  f.pseudoiberica

f.sulpharea,  f.variegata, f.commanis,  f.pollida

f.bicolor,  f.grossheimii,  f.divacea,  f.violacea 

və 


f.speciosissima. 

Bitkinin  məhvolma  səbəblərindən  biri 

kökümsovunun  çıxarılması,  sahənin  sistemsiz 

otarılması,  çiçəyinin  toplanmasıdır.  Respublikanın 

bağ  və  xiyabanlarında,  həyətyanı  sahələrdə 

becərilir.  AMEA  Botanika  İnstitutunun  dendroloji 

sahəsində introduksiya olunmuşdur. 

Bu növ Azərbaycanın «Qırmızı kitab»ına daxil 

edilmişdir  (1989, 2013).  Aparılan  tədqiqat 

nəticəsində yuxarıda qeyd edilən 2 variasiya və 12 

formadan 3-

ü  Bozqır  yaylası  botaniki-coğrafı 

rayonu  üçün ilk  dəfə  olaraq  yeni areal kimi bizim 

tərəfimizdən göstərilir: İris camillae f.coerulea, İris 



camillae f.lutea 

və İris camillae f.sulphurea. 

Gürcü  süsəni  –  İris  iberica  Hoffm.  nadir, 

məhdud  areala  malik  olan,  fərdlərinin  sayı  azalan 

bitkidir. 

Yaxşı 


bəzək 

bitkisidir, 

Qafqaz 

endemiki


dir. Azərbaycan ərazisində Bozqır yaylası, 

Kür  düzünün  dağətəyi  düzənliyinin  daşlı-çınqıllı 

sah

ələrində  rast  gəlinir. Gürcüstanınn Tbilisi 



ətrafından  elm üçün təsvir  edilmişdir.  Bitki 

yayıldığı  Eldar  oyuğu  Dövlət  qoruğunda  qorunur. 

«Qırmızı kitab»a daxil edilmişdir. 

Cırtdan (qısaboy) süsən – İris pumila L. nadir 

və məhdud areala malik, bəzək bitkisidir. Kür düzü, 

Boz


qır  yaylasında,  düzənlikdə,  otlu  yamaclarda, 

kolluqda 

lokal  biotiplərinə  rast  gəlinir.  Bitkinin 

yayıldığı 

ərazinin 

səmərəsiz 

otarılması, 

kökümsovunun  və  çiçəklərinin  toplanması  qəti 

qadağan  edilməlidir.  Antropogen  və  təbii  amillər 

fərdlərin məhv olmasına səbəb olan əsas faktordur.  

Aleksey  süsəni  –  İris  alexeenkoi  Grossh. 

Nadir,  az 

yayılan  Azərbaycanın  endemik  növüdür. 

Genofondunun 

saxlanılması  üçün  bitki  mühafizə 

olunmalıdır.  Qazax  rayonunun  Gül-güllü  və 

Ağdaşdan  təsvir  edilmişdir.  Torpağın  eroziyası, 

otlaqlardan 

səmərəsiz  istifadə,  çiçəklərin  və 

kökümsovların  toplanması,  kök  boğazlarının 

gəmiricilər tərəfindən yeyilməsi bitkinin məhvolma 

səbəbləridir. 

Gəncə-Qazax 

ərazisində 

ziyanvericilərə, xüsusən gəmiricilərə qarşı müvafiq 

mübarizə  aparılmasa  bitki  tamamilə  sıradan  çıxa 

bilər. 

Şelkovnikov  süsəni  –  İris  schelkownikowii 



(Fomin) Fomin  m

əhdud  areala  malik  endemik 

bitkidir.  Genofondun  saxlanılması  qorunması 

vacibdir. 

Azərbaycanda  yalnız  Bozqır  yaylası 

Samux  rayonu  ərazisinin  Göytəpə  sahəsinin  aşağı 

dağ  qurşağının  quru  gilli  və  daşlı  yamaclarında 

yayılmışdır. 

Nadirləşməsinin 

əsas faktoru 

antropogen amillərdir.  

Tədqiqat  ərazisindən  ilk  dəfə  aşağıdakı  4 

forma 

tapılmışdır:  İ.schelkownikowii f. pallida 



Grossh., f.coerulea Grossh., f.violascens Grossh. 

və 


f. bimaculata Grossh.  

Cil


kimilər  –  Cyperceae  Juss.  fəsiləsinə  aid 

Enliyarpaq  tüklücə  –  Eriophorum latifolium 



Hoppe.  növü 

Azərbaycan  ərazisində  yalnız  Kiçik 

Qafqazın  şimalında  yayılmış  nadir  bitkisidir.  Çox 

az  yayılan  yüksək  dağ  bataqlıq  bitkisi  olduğundan 

genofondun saxlanılması üçün qorunmalıdır. 

72 



Babakişiyeva  və İbadullayeva  

Cığkimilər–  Juncaceae  Juss.  fəsiləsinin  Sahil 

cığı – Juncus littoralis C.A.Mey. növü məhvolma 

təhlükəsi  qarşısında  olan  nadir  bitkidir. Ümumi 

Azərbaycan  ərazisində  geniş  yayılsa  da  Bozqır 

yaylası  botaniki-coğrafı  rayonunda  çox  az  rast 

gəlinir. Qorunmasına ehtiyac vardır. 

Zanbaqkimilər–  Liliaceae  Juss.  fəsiləsinə  aid 

Eyxler  dağlaləsi  –  Tulipa eichleri  arealı  daralan 

Şərqi  Zaqafqaziyanın  endemik  növlərindəndir. 

Bitkinin  soğanaqcığının  və  çiçəyinin  toplanması, 

yayıldığı  sahənin  otarılması  məhv  olmasına  təsir 

edən 

əsas 


faktorlardandır. 

Azərbaycan 

Respublikasının «Qırmızı kitab»nın II nəşrinə daxil 

edilmişdir. 

Biberşteyn dağlaləsi – Tulipa biebersteiniana 

Schult. Et.  Schult.  fil.  nadir,  növdür. 

Bozqır 


yaylasının  Acınohur  sahəsində  quru  otlu 

yamaclarda,  kolluqlarda,  otlaqlarda 

təsadüf olunur. 

«

Qırmızı  kitab»a  daxil  edilmişdir.  Mədəni  halda 



becərilməsi, sahəsinin genişləndirilməsi və bitkinin 

toplanması  qəti  qadağan  edilməli,  mübarizə 

tədbirləri  hazırlanıb  həyata  keçirilməlidir.  Bitkinin 

rast 


gəlindiyi ərazidə yasaqlar təşkil edilməlidir. 

Dəvəayağıkimilər–  Limoniaceae  Ser.  (= 



Plumbaginaceae  Lindl.) 

fəsiləsinin  Fomin  fomin 

tıs-tısı  –  Acantholimon  fominii  Kusn.  növü dar 

areala  malik  olan  endemik  bitkidir. 

Azərbaycanın 

endemik 


bitkisi 

olduğundan  genofondunun 

saxlanılması  üçün  mühafizə  olunmalıdır.  Ellər 

oyuğunda Bozdağ silsiləsində dağ ətəyində, gilli və 

daşlı sahələrdə yayılması barədə məlumatlar olsa da 

s

on 90 ildən çox bir vaxt ərzində bir dəfə də olsun 



ki, yenid

ən  toplanmamışdır.  Ola bilsin ki, növ 

tamamilə məhv olmuşdur. Tədqiqat davam etdirilir. 

Nazikquyruq 

tıs-tıs 



Acantholimon 



lepturoides  (Caub.et  Spach)  Boiss. 

Qafqazın 

endemik bitkisi olmaqla nadir növdür. Bunun üçün 

genofondunun 

saxlanılması  vacibdir.  Azərbaycan 

ərazisində Bozqır yaylası və Kiçik Qafqazın şimal 

sahəsinin  quru  gilli  və  daşlı  yamaclarında 

yayılmışdır.  

Nazikçiçək tıs-tıs - Acantholimon tenuiflorum 

Boiss.  n

adir  və  məhdud  areallı  endemik  bitkidir. 

Çox  az  yayılan,  az  populyasiyaya  malik  endemik 

növ olduğundan genofondunun qorunması vacibdir. 

Təbii  fəlakətlər,  o  cümlədən  torpaq  eroziyası, 

antropogen  amillər  bitkinin  məhvolmasına  gətirib 

çıxara bilər. 

Günotukimilər  –  Hemerocallidaceae  R. Br. 

fəsiləsinin  Kürən  günotu  –  Hemerocallis fulva  L

a

realı  qısalan,  nadir  növdür.  Bozqır  yaylasının 



Dəhndağ sahəsində rast gəlinir. Sahənin səmərəsiz 

otarılması  növün  məhv  olmasına  təsir  edən 

faktorlardan  biridir.  Bitkinin  soğanaqcıqlarının 

toplanması,  heyvanların  bu  sahədə  otarılması  qəti 

qadağan edilməlidir. 

Əməköməcikimilər  –  Malvaceae  Juss. 

fəsiləsinin  Meşə  əməköməci,  Balba  –  Malva 

sylvestris  L. 

Bozqır  yaylasında  az-az  rast  gəlinir. 

Otlaqların  səthi  yaxşılaşdırılması  tədbirləri, 

antropogen  amillər  fərdlərin  sayının  azalmasına 

səbəb olur. Genofondunun qorunması üçün ADAU-

nun  dendraloji  sahəsində  və  Gəncə  şəhəri 

Yaşıllaşdırma  idarəsinin  təcrübə  sahəsində 

A.İsgəndərova  tərəfindən  becərilərək  genofondu 

qorunur. 

Kiçicik  əməköməci  –  Malva parviflora  L. 

m

əhvolma təhlükəsi qarşısında qalan nadir bitkidir. 



Dərman,  vitaminli,  qanyaradıcı,  bəzək  və  qiymətli 

bitki  olduğundan  genofondunun  saxlanılması  üçün 

növ 

mühafizəsi 



edilməlidir. 

Yaşıllaşdırma 

idarəsinin  dendraloji  sahələrində  A.İsgəndərova 

tərəfindən becərilmişdir.  

Səhləbçiçəklilər 

– 

Orchidaceae 

Juss. 

fəsiləsinin  Qəşəng  qayışçiçək  –  Himatoglossum 



formosum  (Stev.) C.Koch  növü 

tamamilə  məhv 

olmaq  üzrədir.  Yaraşıqlı  bəzək  və  dərman 

bitkisidir.  Şərqi  Zaqafqaziyanın  endemik  növü 

olduğundan  genofondunun  saxlanılması  vacibdir. 

Təbii  fəlakət  və  otarılma  lokalitetlərinin  sayının 

a

zalmasına  səbəb  olur.  AMEA  Mərkəzi  Nəbatət 



bağında  becərilir.  «Qırmızı  kitab»lara  daxil 

edilmişdir.  

Şamkimilər–  Pinaceae  Lindl.  fəsiləsinə  aid 

Eldar şamı – Pinus eldarica Medw. nadir, çox az 

yayılan  Azərbaycanın  endemik  bitkisidir.  Ellər 

oyuğunda  400-600  m hündürlükdə,  əhəngli,  duzlu 

torpaqlarda 

yayılmışdır. 

Gəncə 

şəhərində 



yaşıllaşdırmada  istifadə  edildiyi üçün genofondu 

qorunur. 

Qırtıckimilər – Poaceae Barnhart fəsiləsinə aid 

Qafqaz  şiyavı  –  Stipa caucasica  Schmalh.  növü 

ərazinin  otaq  sahələrində  lokallaşır,  səmərəsiz 

istifadə edilməsinə görə sayı durmadan azalmışdır. 

Bitkinin  qılcıqlarının  toplanması  nadirləşməsinin 

əsas təsiredici amillərindən biridir. 

Çəltikvarı  leersiya  –  Leersia oryzoides  (L.) 

Sw. Az 

yayılan, arealı qısalan bitkidir. Azərbaycan 

flo

rasında  yalnız  Kiçik  Qafqazın  şimalında  rast 



gəlindiyindən  genofondunun  qorunması  vacibdir. 

Göygöl  rayonu 

ərazisində,  aranda,  rütubətli 

yerlərdə,  çay,  göl  ətrafında,  alaqlı  yerlərdə  rast 

gəlir.  Bitkinin  lokaliteti olan  ərazi  yasaq  şəklində 

qorunmalı, fərdlər üzərində nəzarət gücləndirilməli, 

toxumu münasib 

sahələrdə əkilməlidir. 

Nar  –  Punicaceae  Horon. 

fəsiləsinin  yegə 

növü olan Nar  –  Punica granatum  L.  relikt bitki 

olmaqla, ərzaq, dərman, rəngləyici, aşılayıcı, bəzək 

və s. kimi geniş istifadə edilir. Təbii bitmə sahələri 

antropogen  təsirlərdən  azalmağa  başlamışdır. 

Bozqır yaylasının Acınohur qış otlaq sahəsinin Şəki 

yaylası  nahiyəsindən  bu  növün  yeni areal olaraq 

variasiyası Punica granatum var. parvilofa məlum 

edilmişdir.  

73 



Gəncə-Qazax Florasinin Nadir Növləri 

Pirolakimilər – Pyrolaceae Dumort. fəsiləsinin 



Pyrola media  Sw.  növü ç

ox  nadir,  az  yayılan 

bitkidir.  Azərbaycan  ərazisində  yalnız  Kiçik 

Qafqazın  şimal  hissəsinin  Göy-göl  ətrafından  bir 

dəfə  1945-ci  ildə  Ş.Əfəndiyeva  tərəfindən 

toplan


ılmışdır. Herbari materialına əsasən bu növün 

Göygöl  ətrafında  olması  aydınlaşır,  lakin  2002-ci 

ildən göl ətrafına xüsusi buraxılış verilmədiyi üçün, 

yeni məlumat əldə edə bilməmişik. 

Qaymaqçiçəkkimilər  –  Ranunculaceae  Juss. 

fəsiləsinin  Aleksey  qaymaqçiçəyi  –  Ranunculus 



illyricus L.  (=Ranunculus alexeenkoi  Grossh.) 

növü n


adir,  Azərbaycanın  endemik  bitkisidir. 

Azərbaycan  ərazisində  yalnız  Qobustan  və  Bozqır 

yaylasında rast gəlinir. 

Bitki son 50-

60  ildə  yenidən  toplanmamışdır. 

Antropogen amillər və ya təbii faktorlar nəticəsində 

fərdlərin  sayı  azalmış,  arealı  get-gedə  daralmış  və 

nəticədə ola bilsin ki, məhv olmuşdur.  

Gülçiçəkkimilər  –  Rosaceae  Cuss.  fəsiləsinə 

aid 


Qırmızı  tubulqa  –  Pyracantha coccinea  M. 

Roem.  növü y

axşı bəzək, quşlar üçün yem, torpaq 

eroziyasına  qarşı  istifadə  edilən  əvəzsiz  material 

olduğundan  genofondunun  mühafizəsi  vacibdir. 

Bitkinin  kökündən  çıxarılması  fərdlərin  sayının 

azalmasına  səbəb  olur.  Turyançay  dövlət 

qoruğunda nüsxələri qorunur. 

Tüklüçiçək  yemişan  –  Crataegus eriantha 



Pocar.  A

zərbaycanın  endemik  bitkisidir.  Ərazidə 

növəmələgəlmə 

prosesinin 

yaranmasında, 

növmüxtəlifliklərinin  öyrənilməsində  bu  taksonun 

xüsusi  rolu  olduğundan  genofondunun  qorunması 

vacibdir. 

Bitkinin  kəsilməsi  və  antropogen  amillər 

fərdlərin sayının azalmasına səbəb olur. 

Qaya  dovşanalması  –  Cotoneaster saxatilis 

Pocark. 

Azərbaycanın 

və 

ümumilikdə 



Zaqafqaziyanın  nadir,  məhdud  areala  malik 

endemik bitkisidir. 

Antropogen amillər azalmasının 

əsas  təsiredici  faktorudur.  Respublikanın  Bozqır 

yaylasının yalnız qərb nahiyəsində bir-neçə fərdinə 

rast gəlinir. AMEA Mərkəzi Nəbatət bağında, park 

və xiyabanlarda becərilərək mühafizə olunur. Təbii 

reintro


duksiyasına böyük ehtiyac vardır. 

Boyaqotukimilər  –  Rubiaceae  Juss.  fəsiləsinə 

aid olan 

Eldar  dilqanadanı-  Galium  eldaricum 



Grossh.  a

realı  get-gedə  qısalan,  nadir  bitki 

növüdür.  Tərkibi  rəngləyici  maddə  ilə  zəngindir. 

Azərbaycan  üçün  endemik  növdür.  Yalnız  Bozqır 

yaylasının  daşlı-çınqıllı  yamaclarında  yayılmışdır. 

Yayıldığı  sahənin  sistemsiz  otarılması  fərdlərin 

sayının  azalmasına  səbəb  olur.  Samux rayonu 

ərazisinin Ellər oyuğu Dövlət qoruğunda qorunur. 

Keçiqulağıkimilər–  Scrophulariaceae  Cuss. 

fəsiləsinin Ardıc bulaqotu – Veronica arceuthobia 



Woronow 

Azərbaycan  florasının  endemik 

bitkisidir.  Bozqır  yaylasının  otlu  yamaclarında, 

kolluq


larda,  ardıc  kolları  arasında  tək-tək  rast 

gəlinir.  Fərdlər  üzərində  müşahidələrin  aparılması, 

toxumunun  toplanıb  münasib  sahələrdə  əkilməsi 

genofondun qorunması üçün əsas şərtdir. 

Xırdaçiçək  leptohabdos  –  Leptorhabdos 

parviflora 

(Benth.) Benth. 

nadir bitkidir. 

Azərbaycan  florasında  nadir  və  az  rast  gəlinəndir. 

Genofondunun 

qorunması üçün bitkinin mühafizəsi 

vacibdir. 

Təbiətdə az rast gəlindiyindən son 20-30 

il  ərzində  bu  bitki  yenidən  toplanmamışdır.  Bitki 

ola bilsin ki, tamamilə məhv olmuşdur. 

Pişikotukimilər  –  Valeriaceae  Botsch. 

fəsiləsinin Lipski valerianotu – Valerianella lipskyi 

Lincz.  m

əhvolma  qarşısında  qalan  nadir  növü 

Qafqazda  yalnız  yalnız  Bozqır  yaylası  botaniki-

coğrafi rayonunun qumsal sahələrində yayılmışdır. 

Aşqabad  ətrafından  elm  üçün  təsvir  edilmişdir. 

Bitki fərdlərinin üzərində nəzarətin gücləndirilməsi, 

geniş  sahələrdə  becərilməsi  genofondunun 

saxlanılması üçün vacib şərtlərdəndir. 

Üzümkimilər – Vitaceae Cuss. fəsiləsinin Meşə 

üzümü  -  Vitis sylvestris  C.C.Gmel.  növü a

realı 

qısalmaqda  olan  nadir  bitkidir.  İstiliyə  və  soyuğa 



davamlıolduğu  üçün  ilkin  sortların  və  seleksiya 

əhəmiyyətli  yeni  hibrid  sortların  alınmasında, 

mədəni 

üzüm 


sortlarının 

məhsuldarlığının 

artırılmasında  istifadə  edilməsi  üçün  genofondun 

qorunma


sının əhəmiyyəti böyükdür. 

Azərbaycanın I və II nəşr «Qırmızı kitab»``ına 

(1989, 2013) 

daxil edilmişdir. 

Yanacaq  üçün  bitkinin  kəsilməsi,  çay  kənarı 

meşələrdən  istifadə  edilməsi  və  ya  onun 

çiçəklərindən 

üzümün 


məhsuldarlığının 

artırılmasında istifadəsi qəti qadağan edilməlidir. 

 Güründüyü kimi 

Gəncə-Qazax ərazisindən 28 

fəsiləyə aid 40 cins və 50 növün nadirləşməsi və ya 

itməsi  müəyyənləşdirilmişdir.  Ərazidə  aparılan 

ekspedisiyalar  zamanı  və  floranın  təftişindən 

toplanılan herbari nümunələri içərisindən İris Juss. 

Cinsinə  aid  yeni  formalar  aşkar  edilmişdir:  İris 

camillae (

İ.camillae f.coerulea, İ.camillae f.lutea və 

İ.camillae  f.sulphurea),  İris  schelkownikowii 

(

İ.schelkownikowii 

f. 

pallida 


Grossh., 

İ.schelkownikowii 

f. 

coerulea 



Grossh., 

İ.schelkownikowii  f.  violascens  Grossh.  və 

İ.schelkownikowii  f.  bimaculata  Grossh.)  yeni 

formala


rına rast gəlinmişdir.  

Punica granatum 

növünün ilk dəfə olaraq yeni 

variasiyasının  (Punica granatum  var.parvilofa) 

arealı tapılmışdır. 



 

 

ƏDƏBIYYAT  

 

Azərbaycan SSR-in Qırmızı kitabı (1989) I nəşr, 

Bakı. 


Azərbaycan  Respublikasının  Qırmızı  kitabı 

(2013)  II n

əşr. Bakı, 673 s. 

74 



Babakişiyeva  və İbadullayeva  

Səfərov  C.Q.  (2012)  Texnogen  tullantılar  şəraitində 

bitən  bəzi  iynəyarpaqlı  növlərin  morfo-anatomik 

analizi  və  tolerantlıq  xüsusiyyətlərinin  artırıilması. 

Biol. elm. 

üzrə fəls. dokt. dis. avto-tı. Bakı, 22s

Şahmuradova  M.C.,  İbadullayeva S.C.  (2013) 

Göygöl rayonunun faydalı bitkilərinin sistematik-

ekoloji  təhlili.  AMEA  Gəncə  bölməsi  Xəbərlər 

məcmuəsi, №53: 9-19. 



Бейдеман  И.Н.  (1974)  Методика  изучения 

филогении 

растений 

в 

растительных 



сообществах. Новосибирск: Наука СО, 155 с. 

Гаджиев  В.Д.  (1990)  Высокогорная  раститель-

ность Малого Кавказа. Баку: Элм, 211 с. 



Гаджиев  В.Д.,  Алиев  Д.А.,  Кулиев  В.Ш., 

Вагабов 

З.В. 

(1990) 


Высокогорная 

растительности  Малого  Кавказа  (в  пределах 

Азербайджана). Баку: Элм, с. 10-22. 

Попов М.Г. (1963) Основы флорогенетики. М., 

153 с. 


Работников  Т.А.  (1950)  Жизненный  цикл 

многолетняя травянистых растении в луговых 

уснозах. В кн.: Геоботаника, М.:Л.: c. 7-204. 

Флора Азербайджана (1952-1961) В 8-х т. Т. 2-

8, 

Баку: Изд-во АН Азерб. ССР. 



Черепанов  С.К.  (1995)  Сосудистые  растения 

России и сопредельных государств (в пределах 

бывшего СССР). CпБ: Мир и семья-95, 990 с.  

Braun-Blanquet C.  (1937)  Sur L’origine des 

elements de la flora Mediterranean.  Stat. inst. 

Geobot. Medit. alpine.,  Montpellier, 56:  8-13. 

Walter H. 

(1956) 


Das problem der 

Tentralanatolischen Steppa. Die 

Naturwissenschoften, 43:  97-102. 

Zahary M. (1963) On the geobotanical structure it 

Iran.  Bull. Res. Council of Israel. Sect.  D.  Bot., 



11D. Cupp.: 1-113. 

 

 



 

Редкие Виды и Новые Таксоны Гянджа-Газахской Флоры 

 

Т.С.Бабакишиева

1



С.Дж.Ибадуллаева 



 

 

1

 

Азербайджанский государственный аграрный университет 

2

Институт ботаники НАНА 

 

Выявлена  опасность  исчезновения  51  вида,  относящихся  к  41  роду  и  29  семействам  Гянджа-

Газахской флоры и подготовлен план естественного возобновления этих видов. Впервые обнаружены 

новые  формы  редких  видов  Iris  camillae  (I.  camillae f.  coerulea,  I.camillae f.lutea  и  I.  camillae f. 



sulphurea), I. schelkownikowii (I.schelkownikowii f. pallida Grossh., I.schelkownikowii f. coerulea Grossh., 

I.schelkownikowii f. violascens  Grossh. 

и  I.schelkownikowii f. bimaculata Grossh.),  а  также  вариация 



Punica granatum (Punica granatum var.parvilofa). 

 

Ключевые слова: Гянджа-Газахская территория, редкие и эндемичные виды, новые ареалы 

 

 

Rare Species And New Tacsons Of The Flora of Ganja-Gazakh Region 

 

T.S.Babakishiyeva



1

, S.J.Ibadullayeva

2

  

 

1

 Azerbaijan State Agrarian University 

 

2

Institute of Botany, ANAS 

Threat of disappearance of 51 species belonging to 41 genera and 29 families of the flora of Ganja-Gazakh 

region has been ascertained and a plan of natural renovation of these species has been developed. New forms 

of rare species as: Iris camillae  (



I.camillae  f.coerulea,  I.camillae  f.lutea  və  I.camillae  f.sulphurea),  I. 

schelkownikowii  (I.schelkownikowii f. pallida  Grossh.,  I.schelkownikowii f. coerulea  Grossh., 

I.schelkownikowii f. violascens Grossh. and I.schelkownikowii f. bimaculata Grossh.) as well as variation of 

Punica granatum (Punica granatum var. parvilofa) have been found out for the first time. 

 

Key words: Ganja-Gazakh area, rare and endemic species, new areals 

 

 



75 

Document Outline

  • Səfərov C.Q. (2012) Texnogen tullantılar şəraitində bitən bəzi iynəyarpaqlı növlərin morfo-anatomik analizi və tolerantlıq xüsusiyyətlərinin artırıilması. Biol. elm. üzrə fəls. dokt. dis. avto-tı. Bakı, 22s.

Yüklə 161,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə