22
istehsalı və resursların tükənməsi kimi müasir sivilizasiyanın dəyişən kə-
miyyətlərini təhlil edərək, təbiət, insan və cəmiyyət arasındakı disbalansları
(uyğunsuzluqları) aradan qaldırmağın, və yeni, resursları qoruyan və ekoloji
cəhətdən təmiz texnologiyaların tətbiq edilməsi hesabına davamlı inkişafa
nail olmanın konkret yollarını təklif etmişlər.
2
Söhbət sosial-iqtisadi problemlərin həlli və ətraf mühitin qorunub saxlan-
ması arasında balansı təmin etmək zərurətinə əsaslanan sivilizasiyanın inki-
şaf modelindən gedir. “Davamlı inkişaf” termini ilk dəfə 1987-ci ildə Qru
Harlem Bruntlandın rəhbərliyi ilə BMT-nin ətraf mühit və inkişaf üzrə
Ümumdünya komissiyası tərəfindən “Bizim ümumi gələcəyimiz” məruzə-
sində istifadə olunmuşdur. Onun vasitəsilə cəmiyyətin elə bir inkişaf modeli
göstərilirdi ki, burada insanların indiki nəslinin həyati problemlərinin təmi-
natı gələcək nəsillərin bu imkandan məhrum edilməsi hesabına əldə olun-
mur,
bu isə fikrimizcə, ruhi mədəniyyətin mühüm rolunu qeyd edir.
İnsanın və təbiətin inkişaf problemlərinə sistemli yanaşmanı, harmoniyanı, cə-
miyyətin həyat təminatı sistemlərinin saxlanması ilə insanların həyat keyfiyyəti-
nin təminatına yönəldilmiş proseslərin və dəyişikliklərin uyğunluğunu və balansı-
nı nəzərdə tutan davamlı inkişaf konsepsiyası tərəfimizdən Azərbaycanın tələ-
batları və ruhi və maddi mədəniyyətin kulturoloji tamlığı prizmasından nəzərdən
keçirilmişdir. Respublikanın davamlı inkişaf problemlərinin kulturoloji ölçüdə
diqqətlə dərk edilməsi milli inkişafın davamlılığının, ilk növbədə, intellektual
(elm, təhsil və maarif), iqtisadi, etik, idarəçilik, ekoloji, hüquq mədəniyyətinin, o
cümlədən daxili inkişafın zamini qismində çıxış edən sülh və beynəlxalq münasi-
bətlər mədəniyyətinin inkişaf problemlərinə sistemli yanaşma ilə şərtlənmişdir.
Deyilənləri nəzərə alaraq hiss etmək çətin deyil ki, insanların yüksək ruhi mə-
dəniyyətinin inkişafı cəmiyyət və dövlət üçün böyük siyasi əhəmiyyət kəsb edir.
İnsanların əsasən sosial davranışını müəyyən edən ruhi mədəniyyət ictimai mü-
nasibətlərin sabitliyi və təhlükəsizliyinin baza amillərindən biri olmuş, biridir və
olacaqdır. Və buradan aydın olur ki, insanların mədəni səviyyəsi nə qədər yüksək
olarsa, gözlənilməyən situasiyalarda onların davranışları sosial cəhətdən daha po-
zitiv ola bilər, çünki mədəni insanın davranışı onun bilikləri, prinsipləri və dəyər-
ləri ilə müəyyən olunur.
Kitabın elmi redaktoru, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Tofiq
Nağıyevə kitabın hazırlanması ideyasına və elmi redaktəsinə görə təşəkkürümü
bildirirəm.
2
Sonralar bu ideya Dünya Mədəniyyəti Beynəlxalq Universiteti “İnsanın və təbiətin
ekologiyası” fakültəsinin strukturunun planlaşdırılması zamanı tərəfimizdən istifadə
olunmuşdur.