Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Sirrotik vərəmin klinik simptomatikası nədən asılıdır?



Yüklə 1,33 Mb.
səhifə8/15
tarix02.06.2018
ölçüsü1,33 Mb.
#47347
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

384) Sirrotik vərəmin klinik simptomatikası nədən asılıdır?
A) Sirrotik vərəmin patogenezindən

B) Sadalanların heç birindən

C) Vərəm prosesinin sorulma mərhələsində olmasından

D) Zədələnmənin yayılma səviyyəsindən

E) Bütün sayılanlardan
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
385) Kavernoz vərəm üçün cərrahi müdaxiləyə hansı hal əks göstərişdir?
A) Bütün sadalananlar

B) Ağ ciyər ürək çatmamazlığı

C) Ürək damar çatmamazlığı

D) Mikobakteriya ifrazının davam etməsi

E) Prosesin iki tərəfli və yayılmış olması
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
386) Sirrotik vərəm üçün hansı hal fəsad sayılmır?
A) Tənəffüs və ürək çatmamazlığı

B) Bakterial və göbələk infeksiyaları

C) Daxili orqanların amiloidozu

D) Qanhayxırma və ağ ciyər qanaxmaları

E) Parazitar və virus infeksiyaları
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
387) Sirrotik ağ ciyər vərəmi zamanı ağ ciyər hemmoragiyalarının səbəbi nədir?
A) Sayılanların heç biri

B) Bronx və ağ ciyərlər damarlarının zədələnməsi

C) Ağ ciyərin tromboembolik xəstəliyinin başlanması

D) Bakteriya və göbələklərin toksinləri ilə zədələnmiş kiçik qan dövranı damarları

E) Sayılanların hamısı
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
388) Torokoplastika əməliyyatı nə vaxt aparılır?
A) Miliar vərəmdə

B) Kaverna ağ ciyərin kökünə yaxın yerləşdikdə

C) Kaverna orta payda yerləşdikdə

D) Səpələnmiş ağ ciyərinin çox saylı destruksiyaları olduqda

E) Kaverna subplevral yerləşdikdə
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
389) Vərəm iltihabı zamanı birləşdirici toxumanın həddən artıq çox inkişaf etməsinin qarşısını nə alır?
A) Yanaşı xəstəliklərin aşkarı və vaxtında müalicə edilməsi

B) Vərəmin kompleks müalicəsinin o cümlədən patogenetik müalicənin rasional təşkili

C) Ağ ciyər vərəmin və döşqəfəsi daxili limfa vəzlərinin vərəminin erkən diaqnostikası və fəsadlaşmanın qarşısının alınması

D) Xəstəliyin vaxtında aşkar edilməsi

E) Bütün cavablar doğrudur
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
390) Sirrotik vərəm zamanı cərrahi əməliyyata hansı halda göstəriş vardır?
A) Cavan və orta yaş

B) Bir tərəfli sirrotik dəyişikliklər

C) Ağır tənəffüs və ürək –damar çatmamazlığın olmaması

D) Bütün cavablar düzgündür

E) Birtərəfli və nisbətən məhdud, bronxoektazlı proseslərdə
Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
391) Vərəm infeksiyasının plevraya yayılmasında hansı mexanizm istisna təşkil edir?
A) Bronxogen

B) Hematogen

C) Ağ ciyər tamlığının pozulması ilə əlaqədar

D) Limfogen və hematogen

E) Limfogen
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
392) Vərəm plevriti zamanı hansı morfoloji dəyişikliklər müşahidə oluna bilər?
A) İltihabın ekssudasiya mərhələsi

B) Spesifik iltihab

C) Kazeoz nekroz

D) Bütün sayılanlar

E) Vərəm qabarcıqları
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
393) Fibrinoz plevrit üçün hansı klinik simptomlar xarakterdir?
A) Tənəffüsün çətinləşməsi

B) Döş qəfəsində tənəffüs zamanı ağrılar

C) Sadalananların hamısı

D) Döş qəfəsində daimi ağrılar

E) Tənginəfəslik
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
394) Fibrinoz plevrit zamanı hansı fizikal simptomlar aşkar olunur?
A) Perkutor səsin qısalması və tənəffüsün zəifləməsi

B) Tənəffüsün güclənməsi

C) Səs titrəməsinin qüvvətlənməsi

D) Perkutor səsin timpanit olması

E) Yaş xırıltıların eşidilməsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
395) Ekssudativ plevritlərdə bitişmələrin qarşısını almaq üçün hansı qlükokortikoid dərmanın plevraya yeridilməsi məsləhətdir?
A) Hidrokortizon

B) Metapril

C) Prednizalon

D) Heç biri

E) Deksametazon
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
396) Ekssudativ plevrit zamanı rentgenoloji olaraq hansı dəyişikliklər təyin olunur?
A) Bütün sayılanlar

B) Orta divar aralığı orqanlarının əks tərəfə yerini dəyişməsi

C) Ağ ciyərlərdəki patologiyanın xarakteri və plevraya yayılması

D) Plevral birləşmələrin olması və ya olmaması

E) Yığılmış ekssudatın miqdarı
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
397) Plevranın massiv sirrozu zamanı effektiv müalicə taktikası hansıdır?
A) Plevroektomiya

B) 4 spesifik dərmanın kombinasiyası ilə uzun müddətli müalicə

C) Müalicə etmək lazım deyil

D) Residiv əleyhinə müalicə

E) Tək izoniazidlə daimi müalicə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
398) Ekssudatın qanlı olması hansı xəstəlik haqqında düşünməyə vadar edir?
A) Plevritin xroniki və ya uzanmış mərhələyə keçməsi

B) Plevritin iltihabi mənşəli olması

C) Diaqnostik əhəmiyyəti yoxdur

D) Vərəm etiologiyalı plevrit

E) Xərçəng
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
399) 30 yaşınadək xəstələrdə plevritin hansı forması daha çox müşahidə olunur?

A) Ürək damar patologiyası ilə əlaqədar

B) Şiş mənşəli plevrit

C) Vərəm plevriti

D) Bütün sayılanlar

E) Metapnevmonik plevrit


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
400) Ekssudativ plevritlərdə eksudatın evakuasiyasının əhəmiyyəti nədədir?
A) Diaqnostik və müalicəvi əhəmiyyəti var

B) Evakuasiya spontan pnevmatoraksın qarşısını alır

C) Yalnız diaqnostik əhəmiyyət kəsb edir

D) Yalnız müalicəvi əhəmiyyət kəsb edir

E) Heç bir əhəmiyyət kəsb etmir
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
401) Kisələşmiş plevrit zamanı punksiyanın aparılması üçün hansı müayinə metodu tətbiq olunmalıdır?
A) Perkussiya

B) Yan proyeksiyada çəkilmiş rentgenoqrafiya, USM

C) Sayılanların heç biri

D) Ağ ciyərlərin ön rentgenoqramması

E) Ağ ciyərlərin arxa proyeksiyada rentgenoqramması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
402) Yuxarı tənəffüs yollarının ağız qırtlaq hissəsində vərəm xəstəliyi ən çox hansı hissəni zədəliyir?
A) Qırtlağın selikli qişasını

B) Udlağın selikli qişasını

C) Dilin selikli qişasını

D) Ağız qırtlaq hissəsində vərəm olmur

E) Badamcıqları
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
403) Qırtlağın vərəmi ən çox hansı kliniki formada müşahidə olunur?
A) İlkin vərəm kompleksi

B) İnfiltrativ vərəm

C) Ocaqlı vərəm

D) Fibroz-kavernoz vərəm

E) Döşdaxili limfa düyünlərinin vərəmi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
404) Qırtlağın vərəmi hansı kliniki formanın ağırlaşması kimi müşahidə oluna bilər?
A) İlkin vərəm kompleksində

B) Hematogen səpələnmiş vərəmdə

C) İnfiltrativ vərəmdə

D) Ocaqlı vərəmdə

E) Döşdaxili limfa düyünlərinin vərəmində
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
405) İri bronxların vərəmə yoluxması hansı yolla baş verir?
A) Limfogen yolla

B) Bütün sayılanlarla

C) Sayılanların heç biri

D) Bəlğəm vasitəsi ilə

E) Hemotogen yolla
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
406) Ağ ciyərdə rentgenoloji olaraq spesifik dəyişiklik olmadan 2-3 dəfə mikroskopik metodla mikobakteriyanın tapılması hansı halda müşahidə olunur?
A) Belə hal ola bilməz

B) Perisissuritdə

C) Ağız boşluğunun vərəmində

D) Bronxun vərəmində

E) Plevrada kalsinatlaşmış ocaq olanda
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
407) Divaralığının xəstə tərəfə yerini dəyişməsi-“Vintil” simptomu hansı xəstəlik üçün xarakterdir?

A) İnfiltrativ vərəm

B) Abses

C) Eksudativ plevrit

D) Ağ ciyərin blastoması

E) Ocaqlı vərəmi


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
408) Bronxun vərəmi ilə bronxun qeyri-spesifik dəyişikliyini necə fərqləndirmək olar?

A) Qanın müayinəsi

B) Qanın qeyri –spesifik və spesifik floraya görə əkilməsi

C) 2-3 dəfə bronxun möhtəviyyatının sadə mikroskopiyası, flotasiya və kultural müayinəsi

D) Rentgenoqramma və tomoqramma

E) İmmunoloji olaraq hüceyrə zəncirinin çatışmazlığı


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
409) Yaşlı və qoca adamlarda ağ ciyər vərəmi ən çox hansı payda müşahidə olunur?
A) Yuxarı payda iki seqmentdə

B) Döş daxili limfa düyünlərində

C) Sağda orta payda

D) Ağ ciyərin bir və ya hər ikisində aşağı paylarda

E) Yuxarı payda bir seqmentdə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
410) Yaşlı adamlarda kimyəvi preparatların dozası necə təyin olunur?
A) Ümumi qəbul olunan dozadan 3 dəfə çox verilir

B) Ümumi qəbul olunan dozadan 2 dəfə çox verilir

C) Ümumi qəbul olunan dozanın 1/4 və 1/3 hissəsi qədər azaldılır

D) Ümumi qəbul olunan dozanın 1/4 və 1/3 hissəsi qədər artırılır

E) Ümumi qəbul olunan dozanın yarısı verilir
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
411) Amiloidozun yaranma səbəbləri hansılardır?
A) Kazeoz pnevmonik formanın inkişafı

B) Çoxsaylı destruksiyaların yaranması

C) Uzun müddət aparılan kimyəvi terapiyanın effektsizliyi

D) Xəstəliyin xroniki gedişə malik olması

E) Bütün sayılanlar
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
412) Amiloidoz ən çox vərəmin hansı kliniki formalarında inkişaf edir?
A) Fibroz kavernoz və səpələnmiş vərəmində

B) İnfiltrativ vərəmin dağılma mərhələsində

C) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmində

D) İlkin vərəm kompleksində

E) Kavenoz vərəmdə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
413) Amiloidoz hansı orqanı daha az zədələyir?
A) Qara ciyər

B) Bağırsaqlar

C) Böyrək üstü vəzlər

D) Böyrək

E) Ürək
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
414) Qanaxma ilə ağırlaşan təzə kiçik spesifik proseslər hansı metodla daha tez aşkarlanır?
A) Bronxoqrafiya

B) Bronxoskopiya

C) İcmal rentgenoqramma

D) Subyektiv və obyektiv (perkussiya, auskultasiya və s.) metodları ilə

E) Angioqrafiya
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
415) Vərəm xəstəliyi nəticəsində yaranmış xroniki ağ ciyər ürək çatışmazlığın müalicəsi üçün göstərilən metodlardan hansı istisna təşkil edir?

A) Bronxolitiklər, qlükokortikoidlər

B) Oksigen terapiya

C) Ümumi qüvvətləndirici və intoksikasiya əleyhinə müalicə

D) Adekvat antibakterial müalicə

E) Sidik qovucu


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
416) Xroniki ağ ciyər ürək çatışmazlığının qarşısını almaqda nə istisna təşkil edir?
A) Xəstəyə daim immunostimulyatorların təyini

B) Bronx ağ ciyər xəstəliklərinin profilaktikası

C) Məqsədyönlü əmək terapiyası

D) Xroniki ağ ciyər xəstələrinin dispanser müşahidəsi

E) Xroniki ağ ciyər xəstələrinin vaxtaşırı müşahidəsi
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
417) Vərəmli xəstələrdə dərmanlara qarşı ikincili davamlılığın yaranmasının səbəbi nədir?
A) Xəstənin vaxtaşırı müalicəni dayandırması

B) İlkin vərəmin yayılmış və destruktiv dəyişikliyə malik olması

C) Sadalananların hamısı

D) Spesifik prosesin qeyri adekvat müalicəsi

E) Spesifik dərmanların keyfiyyətsizliyi
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
418) Kliniki sağalma kriteriyalarına aşağıdakilardan hansı aid deyil?
A) Qalıq əlamətlərinin formalaşması, lakin mikobakteiya ifrazının davam etməsi

B) Plevranın iri həcmli (ölçüsü 1 sm –dən böyük) birişmələrin baş verməsi

C) Keçirilmiş vərəmdən sonra böyük qalıq əlamətlərinin əmələ gəlməsi

D) Keçirilmiş vərəmdən sonra kiçik qalıq əlamətlərinin əmələ gəlməsi

E) Uzun müddət və davamlı şəkildə mikobakteriyalar ifrazının kəsilməsi
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
419) Vərəmin kliniki sağalması zamanı əmələ gələn qalıq əlamətləri uzun müddət müşahidə olunarkən hansı dəyişikliklər baş verə bilər?

A) Bütün cavablar doğrudur

B) Dəyişiksiz qala bilər

C) Yenidən fəallaşa bilər

D) Həcmi arta bilər

E) Yanaşı olaraq qeyri iltihabi xəstəliklər qoşula bilər


Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
420) Keçirilmiş vərəm xəstəliyindən sonra formalaşan qalığın aktivləşib yoluxucu forma olduğunu göstərən ən inandırıcı metod hansıdır?

A) Qeyri spesifik müalicə fonunda rentgenoloji dinamika

B) Auskultasiya

C) Bakteriskopiya

D) Qanın ümumi müayinəsi

E) Qalıq əlamətlərinin böyüməsi


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
421) Spesifik prosesin aktivliyini təyin etmək üçün daha inandırıcı müayinə metodu hansıdır?
A) Sito-histoloji, bakterioskopik, kultural üsullarla patoloji materialın müayinəsi

B) Qanın müayinəsi

C) Subyektiv müayinə metodları

D) Angioqrafiya

E) Obyektiv müayinə metodları
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
422) Qanaxması olan xəstə bir dəfəyə 500-600 ml qan itirərsə hansı ağırlaşmalar onun həyatını təhlükə altına qoyur?

A) Huşun itməsi və yaddaşın pozulması

B) Şok

C) Asfiksiya törədən qan laxtaları ilə iri bronxların tutulması



D) Kollaps

E) Anemiya


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
423) Spontan pnevmotoraks üçün hansı əlamətlər xarakterik deyil?
A) İshal, meteorizm, kəmərləyici ağrı

B) Qabırğaarası nevralgiya

C) Stenokardil

D) Total ekssudativ plevrit

E) Miokardın infaktı
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
424) Spontan pnevmotoraks ağ ciyər xəstəliklərinin hansı kliniki formalarında daha çox baş verir?

A) Stafilokkok pnevmoniyası

B) Exinakokk kistası

C) Ağ ciyərin kistaları

D) Sadalananların hamısı

E) Kazeoz-pnevmoniya


Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
425) Spontan pnevmotoraksda ölümün baş verməsinə hansı hal səbəb ola bilməz?
A) Trombo emboliya

B) Xəstənin spesifik dərmanlardan qeyri adekvat istifadə etməsi

C) Divararalığı üzvlərinin yerini dəyişməsi nəticəsində damar dəstəsinin sıxılması və hemodinamikanın pozulması

D) Ağ ciyər-ürək çatışmazlığı və tromboz

E) Ağ ciyərin kökə sıxılaraq ağ ciyər arteriyasını sıxması
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г

Bölmə 6. Vərəmli xəstələrin müayinə üsulları

426) Vərəm mikobakteriyalarının massiv artması və ocaqda (ocaqlarda) kəskin ekssudativ reaksiya ilə müşaiyət olunan ağ ciyər vərəmi formaları necə aşkar oluna bilər?

A) Ümumi tibb şəbəkəsinə müraciət zamanı aparılan minimum müayinə metodları ilə

B) Vərəm əleyhinə dispanserə müraciət zamanı

C) Sadalananların hamısı

D) Flüoroqrafik müayinə ilə

E) Laborator müayinə ilə


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
427) Mikobakteriyaları massiv şəkildə ifraz edən vərəmli xəstələrin yaşadiqları yerlər hansı qrup ocaqlara aid edilir?
A) IV qrup

B) V qrup

C) III qrup

D) II qrup

E) I qrup
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
428) Döş qəfəsinin perkussiyası ilə hansı diaqnozu müəyyənləşdirmək olar?
A) Spontan pnevmotoraks

B) Kəskin bronxit

C) Pnevmoniya

D) Bronxoektaziya xəstəliy

E) Ocaqlı vərəm
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
429) Plevral boşluqda havanın olmasını hansı müayinə ilə aşkar etmək olar?
A) Ağ ciyərlər üzərində səs titrəməsinin təyini ilə

B) Rentgen müayinəsi ilə

C) Döş qəfəsinin perkussiyası ilə

D) Ağ ciyərlərin auskultasiyası ilə

E) Bütün sayılanlar la
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
430) Auskultasiya zamanı hansı kliniki formada amforik tənəffüs eşidilir?
A) Ocaqlı vərəmdə

B) İnfiltrativ vərəmdə

C) Səpələnmiş vərəmdə

D) Plevranın empiemasında

E) Fibroz kavernoz vərəmdə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
431) Daha çox instrumental metodların köməyi ilə aşkar olunan vərəmin forması hansıdır?

A) İnfiltrativ ağ ciyər vərəmi

B) Səpələnmiş ağ ciyər vərəmi

C) Ocaqlı ağ ciyər vərəmi

D) Sirrotik ağ ciyər vərəmi

E) Fibroz kavernoz ağ ciyər vərəmi


Ədəbiyyat: М.И.Перельман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
432) Yaşlı insanlarda vərəm necə aşkar olur?
A) Əhalinin kütləvi flüoroqrafik müayinəsi zamanı

B) Bütün sayılanların vasitəsi ilə

C) Xəstəliyin kliniki əlamətləri ilə əlaqədar tibbi yardım üçün müraciət zamamı

D) Biopsiya materiallarına əsasən (instrumental müayinə, əməliyyatlar)

E) Seksion müayinələr zamanı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
433) Vərəm mikobakteriyalarını aşkar etmək üçün hansı materiallar müainə edilə bilər?
A) Qapalı boşluqlardan götürülən punktatlar, bioptatlar

B) Qan ,onurğa beyin mayesi

C) Bütün sayılanlar

D) Bəlğəm, bronx möhtəviyyatı

E) Sidik, fistullardan götürülmüş irinli möhtəviyyat
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
434) PZR vasitəsi ilə vərəm mikobakteriyalarının aşkarı hansı müayinə metodları sırasına aiddir?
A) İmmun ferment aktivliyinin təyini müayinəsi

B) Genotipik müayinələr

C) Mikroskopik müayinələr

D) Fenotipik müayinələr

E) Sadalanların heç birinə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
435) Xəstədə mikobakteriyanın ifrazının tapılması hansı tədbirlərin həyata keçirilməsi üçün vacibdir?
A) Xəstənin təcili hospitalizasiyası

B) Bütün sayılanlar

C) Ocaqda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi

D) Xəstənin effektiv müalicəsi

E) Ocaqların qruplaşdırılması
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
436) Kütləvi tuberkulindiaqnostikanın vəzifələri hansıdır?
A) Vərəm əleyhinə dispanserdə müayinəyə ehtiyacı olan yüksək risk qrupuna aid uşaqların ümumi kütlədən seçilməsi

B) Vərəmlə xəstə uşaqların aşkar edilməsi

C) Praktik müalicəyə ehtiyacı olan kontingentin seçilməsi

D) Bütün sayılanlar

E) Vərəmə yoluxma və illik vərəmə yoluxma riski göstəricilərinin təyini
Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988
437) Xəstə uşaqlarda tuberkulindiaqnostika nə məqsədlə aparılır?

A) Vərəm prosesinin fəallığının təyini

B) Vərəmdən və pnevmoniyadan sonrakı qalıq əlamətlərinin differensasiyası

C) Bütün sayılanlarla

D) Müalicənin effektliliyinə nəzarət

E) Vərəmin diaqnostikası


Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988
438) Tuberkulin sınağının “mənfi” olması nə ilə əlaqədar ola bilər?
A) Vərəm ocaqlarında kontaktlar müayinə olunarkən yoluxmuşlarda allergiyadan ön dövrün olması ilə

B) Bütün sayılanlar doğrudur

C) Xəstəliyin ağır gedişatı zamanı, makroorqanizmin VMB antigenlərinə qarşı anergiyası ilə

D) Orqanizmin vərəm mikobakteriyaları ilə yoluxmaması ilə

E) Sınağın aparılma texnikasındakı nöqsanlarla
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
439) Vərəm prosesi zamanı toxumalarda gedən dəyişikliyə aşağıda göstərilənlərdən hansı uyğun deyil?
A) Ekssudasiya

B) Proliferasiya

C) İmmunizasiya

D) Fibroz

E) Nekroz
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
440) Bronxların müayinəsi zamanı hansı rentgenoloji metodlardan istifadə olunur?
A) Bronxoqrafiya

B) Tomoqrafiya

C) Rentgenoqrafiya

D) Rentgenkimoqrafiya

E) Flüoroqrafiya
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
441) Normal nəfəs vermə zamanı xaric olunan havanın miqdarı nəyə bərabərdir?
A) 900-1000 ml

B) 500-1000 ml

C) 2000-2500 ml

D) 2500-3000 ml

E) 1500-2000 ml
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
442) Uşaqlar arasında “hiperergik” həssaslığın əmələ gəlməsi nə ilə əlaqədardır?
A) Sayılanların hamısı düzdür

B) Orqanizmdə vərəm infeksiyasının fəallaşması

C) Parallergiya faktoru

D) Orqanizmin spesifik sensibilizasiya dərəcəsinin superinfeksiya və ya fəal formalı vərəm nəticəsində yüksəlməsi

E) Vərəmlə xəstələnmə
Ədəbiyyat: М.С.Греймер. Организация противотуберкулезной службы и диспансеризации детского населения в кн.: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
443) Postvaksinal və infeksion allergiyanı differensasiya edərkən nəyi nəzərə almaq lazımdır?
A) Bütün sayılanları

B) Vərəmli xəstə ilə kontaktın və kliniki simptomatikanın olması

C) Postvaksinal çapığın mövcudluğu və onun ölçüsü

D) VƏP-dən sonra keçən müddəti

E) Vərəm əleyhinə peyvəndin aparılıb-aparılmamasını
Ədəbiyyat: М.С.Греймер. Организация противотуберкулезной службы и диспансеризации детского населения в кн.: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
444) İnfeksion allergiyanı təsdiq edən faktorlar hansılardır?
A) Papulanın ölçüsü

B) Hiperergiyanın olması

C) VƏP-dən sonra keçən müddət

D) Bütün sayılanlar

E) Papulanın gərginliyi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
445) 2TV PPDL tuberkulinin orqanizmə daxil edilməsi hansı fəsadları törədə bilər?
A) Bronxial astma tutması

B) Bütün göstərilənləri

C) Allergik dermatitlər

D) Ani sürətli allergik reaksiya

E) Anaflaktik şok
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə