Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Döş qəfəsi daxili limfadenopatiyanın sistem xəstəliyi və ya bədxassiyətli olması diaqnozunun verifikasiyası üçün vacib sayılan müayinə metodu hansıdır?



Yüklə 1,33 Mb.
səhifə6/15
tarix02.06.2018
ölçüsü1,33 Mb.
#47347
1   2   3   4   5   6   7   8   9   ...   15

273) Döş qəfəsi daxili limfadenopatiyanın sistem xəstəliyi və ya bədxassiyətli olması diaqnozunun verifikasiyası üçün vacib sayılan müayinə metodu hansıdır?

A) Limfa vəzinin biopsiyası

B) Kompyuter tomoqrafiyası

C) Traxeobronxoskopiya

D) Maqnit nüvə rezonans kompyuter tomoqrafik müayinəsi

E) Döş qəfəsi orqanlarının rentgenotomoqrafik müayinəsi


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
274) Uşaqlar arasında ilkin vərəmin fəsadlaşmış gedişatının səbəbi nədir?
A) Qeyri-rasional müalicə

B) Vərəm əleyhinə peyvənd olmayan uşaqlarda xəstəliyin gec aşkarlanması

C) Massiv superinfeksiya

D) Bütün sayılanlar

E) Uşağın erkən yaşlı olması
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
275) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmi adətən nə ilə fəsadlaşır?
A) Vərəm meningiti ilə

B) Bronxların zədələnməsi ilə

C) Bronx ağ ciyər zədələnməsi ilə

D) Hematogen disseminasiya ilə

E) Limfogen səpələnmə ilə
Ədəbiyyat: Рачинский С.В. Бронхолегочный туберкулез у детей раннего возраста Москва «Медицина» 1975
276) Vərəmə yoluxmuş erkən yaşlı uşaqlar ən çox hansı səbəbdən vərəmlə xəstələnirlər?
A) Hematoensefalik baryerin yüksək keçiriciliyi səbəbindən

B) İntensiv böyümə və əsas tənzimləyici sistemlərin funksional yetişkənliyinin zəifliyi ilə əlaqədar

C) Bronx-ağ ciyər sisteminin birləşdirici toxumalı elastik karkasının tam inkişaf etməməsi ilə əlaqədar

D) İmmunitetin funksional zəifliyi və yüngül dərəcəli enməsi ilə

E) Bütün sayılanlar
Ədəbiyyat: Король О.И., Носкова О.М., Клочкобова Л.В. и др. Характеристика туберкулезной инфекции у детей. Пробл.туб. 1992 № 7-8
277) Xroniki gedişatlı ilkin vərəmin kəskinləşməsi hansı şəkildə özünü biruzə verə bilər?
A) Bronx ağacının zədələnməsi

B) Miliar vərəm və meningit ilə nəticələnən hematogen disseminasiya

C) Döş qəfəsi daxili vəzlərinin digər qruplarının prosesə cəlb olunması

D) Istənilən bronx ağ ciyər fəsadları

E) Bütün sayılanlarla
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
278) Vərəmə ilkin yoluxma nə ilə nəticələnə bilər?
A) Latent mikrobizm

B) Müalicədən sonra sağalma

C) Spesifik infeksion immunitetin formalaşması

D) Bütün sayılanlar

E) Vərəmin lokal formasının əmələ gəlməsi
Ədəbiyyat: Е.Н.Янченко, Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
279) Tuberkulinə qarşı hiperergiyanın aşkarlanması nəyi sübut edir?
A) Vərəmin lokal formasını

B) Parallergiyanı

C) Bütün sayılanları

D) Orqanizmdə VMB –nin yüksək aktivliyini

E) Superinfeksiyanı
Ədəbiyyat: Рыжкова А.П., Фирсова В.А. Овсянкина Е.С., Кузмина Л.Э. Диагностика туберкулеза в современных условиях СПб. 1992
280) İlkin yoluxma zamanı infeksiyanın orqanizmdə yayılmasının əsas yolları hansılardır?
A) Bütün sayılanlar

B) Kontakt

C) Limfohematogen

D) Bronxogen

E) Limfogen
Ədəbiyyat: Кочнова И.Е.Сухановский В.П., Ильяш Н.Н, Малютина И.Д. Об особенностях современного туберкулеза у детей. Проб.туб. 1981 №1
281) Rentgen-tomoqrafik müayinə zamanı infiltrasiya fazasında hansı qrup limfa vəzlərinin patoloji prosesə cəlb olunmasını aşkar etmək mümkün deyil?
A) Bifurkasion

B) Ön bronxopulmonal

C) Sol tərəfdə aşağı bronxopulmonal

D) Botall axarının limfa vəzlərini

E) Sol tərəfdə yuxarı bronxopulmonal
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
282) Döş qəfəsi daxili limfa vəzlərin vərəmi olan xəstələrdə müalicənin başlanğıc kombinasiyasının və preparatların dozasının seçilməsi hansı faktorlardan asılıdır?
A) Spesifik prosesin fazasından

B) Uşağın yaşından və premorbid fonundan

C) Bütün sayılanlardan

D) Döş qəfəsi daxili limfa vəzlərindəki prosesin yayılma dərəcəindən

E) Zədələnmənin nəzərdə tutulan morfoloji substraktından
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
283) Döş qəfəsi daxili limfa vəzlərində aşkarlanan patoloji prosesin qeyri spesifik xarakterdə olmasını nə təyin edir?
A) Əsas xəstəliyin zəifləməsi və ya onun müalicəsi fonunda döş qəfəsi daxili limfa vəzlərinin ölçüsünün kiçilməsi

B) İki tərəfli limfa damarlarının reaksiyasının olması

C) Döş qəfəsi daxili limfa vəzlərinin iki tərəfli simmetrik hiperplaziyası

D) Qeyri-spesifik terapiyanın effektivliyi

E) Bütün sayılanlar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
284) Spesifik prosesin fəallığının qiymətləndirilməsi hansı kriteriyalara əsaslanır?
A) bütün sayılanlar

B) rentgen-tomoqrafik müayinələrin nəticələri

C) bakterioloji müayinənin nəticəsi

D) tuberkulin sınaqlarının dinamikası

E) xəstəliyin kliniki əlamətləri
Ədəbiyyat: Фирсова В.А. Туберкулез органов дыхания – М.Медицина 1978
285) İlkin vərəmdə bronxların zədələnməsinin mümkün variantlarına aşağıdakılardan hansı aid deyil?
A) Bronxlardakı xoralı və fistullu proseslər

B) Bronxlardakı infiltrativ dəyişikliklər

C) Peribronxit

D) Məhdud kataral endobronxit

E) Diffuz kataral-irinli endobronxit
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
286) İlkin vərəmdə bronxların zədələnməsini təsdiq edən yardımçı rentgenoloji əlamətlərə hansılar aiddir?
A) Bütün sayılanlar

B) Hipoventilyasiya

C) Bronx mənfəzinin tutulması

D) Bronx-ağ ciyər zədələnməsi

E) Bronx-ağ ciyər səpələnməsi
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
287) Ekssudativ plevritin prodromal dövrü üçün hansı klinik əlamətlər xasdır?
A) Quru öskürək

B) Döş qəfəsində ağrılar

C) Subfebril hərarət

D) Bütün sayılanlar

E) İntoksikasiya sindromu
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
288) Xroniki gedişatlı ilkin vərəm üçün əsas xarakterik cəhət nədir?
A) Bütün sayılanlar

B) Xəstəliyin uzun müddət davam etməsi (2 ildən az olmayaraq)

C) Proqressivləşən torpid gedişat

D) Dalğavari gedişat

E) Döş qəfəsi daxili limfa vəzilərindəki morfoloji polimorfizm
Ədəbiyyat: Василева М.П., Довгалюк И.Ф., Шац С.Б. Течение ослажнений первичного туберкулеза у детей в современных условиях Проб.туб. 1984 № 4
289) Erkən yaşlı uşaqlar arasında vərəmin müasir epidemiologiyası üçün nə xarakterikdir?
A) Xəstəlik və ölüm göstəricilərinin artması

B) Vərəmin kəskin proqressivləşən formalarının üstünlük təşkil etməsi

C) İlkin aşkar olunmuş vərəmli xəstələr arasında 3 yaşa qədər uşaqların xüsusi çəkisinin artması

D) Bakteriya ifraz edən xəstələrin sayının əhəmiyyətli dərəcədə artması

E) Bütün sayılanlar
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
290) Uşaqlarda iri bronxların vərəminin diaqnostikası nəyə əsaslanır?
A) Traxeobronxoskopiyanın nəticələrinə

B) Klinik kriteriyalara

C) Laborator müayinələrin nəticələrinə (bakterial)

D) Bütün sayılanlara

E) Rentgen tomoqrafik müayinələrin nəticələrinə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
291) Uşaq və yeniyetmələr arasında aparılan tuberkulindiaqnostikanın məqsədi nədir?
A) Differensial diaqnostika məqsədi ilə

B) Bütün sayılanlar

C) Kontaktlar arasında profilaktik tədbir kimi

D) Əhali arasında vərəmə yoluxmanın səviyyəsini müəyyən etmək üçün

E) VƏP aparılması üçün kontingentin seçilməsi
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
292) Tuberkulindiaqnostikanın nəticəsi “müsbətdir” anlayışı nəyə uyğundur?
A) Papulanın ölçüsü 5 mm və daha artıq

B) Papulanın ölçüsünün 4 mm-ə qədər olması

C) İstənilən ölçüdə hiperemiyanın olması

D) Papulanın olmaması

E) Tuberkulinodiaqnostika aparılan nahiyədə heç bir izin olmaması
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
293) Tuberkulindiaqnostikanın aparılması üçün əks göstərişlər hansılardır?
A) Yaxından görmə

B) Əvəllər vərəm xəstəliyi keçirmək

C) İnfeksion xəstəliklər, sistem xəstəliklər, infeksion xəstə ilə təmasda olmaq

D) Vərəmli xəstə ilə təmasda olmaq

E) Mantu sınağının əvəllər müsbət olması
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
294) Vərəm əleyhinə peyvəndin aparılması üçün əks göstərişlər hansılardır?
A) Tuberkulindiaqnostikanın nəticəsinin şübhəli olması

B) Vərəmli xəstə ilə kontakt

C) Vərəm xəstəliyi keçirilməsi

D) Tuberkulindiaqnostikanın nəticəsinin müsbət olması

E) Bütün sayılanlar
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
295) Uşaqlar və yeniyetmələr arasında tuberkulindiaqnostikanın növlərinə hansı aiddir?
A) Fərdi

B) Bütün sayılanlar

C) Provaksion

D) Klinik

E) Kütləvi
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
296) Ambulator şəraitdə tuberkulindiaqnotikanın hansı növü aparılır?
A) 2TV-li standart tuberkulin məhlulu ilə

B) Sadalananların heç biri

C) Kox sınağı ilə

D) 100 TV ilə

E) Dərəcələnmiş dəri sınağı ilə
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
297) Tuberkulindiaqnostikanın növlərinə aşağıdakılardan hansı aiddir?
A) Pirke sınağı

B) Moro sınağı

C) Kox sınağı

D) Dərəcələnmiş dəri sınağı

E) Bütün sayılanlar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
298) Tuberkulindiaqnostikanın nəticəsi müsbət olan uşaqlar müayinə edilərkən hansı faktor nəzərə alınmalıdır?
A) Yanaşı xəstəliklərin olması

B) Bütün sayılanlar

C) VƏP-dən sonra keçən müddət

D) Papulanın gərginliyi

E) Papulanın ölçüsü
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
299) Tuberkulindiaqnostika kimlərə ildə 2 dəfə aparılmalıdır?
A) Kalloid çapığı olanlara

B) Vərəm xəstəliyinə görə VƏD-də qeydiyyatda olanlara

C) Risk qrupundan olan uşaq və yeniyetmələrə

D) Sadalananların heç biri

E) Əvəllər Mantu sınağı müsbət olan uşaqlara
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
300) Postvaksinal allergiya ilə infeksion allergiyanın differensasiya etdikdə nə nəzərə alınmalıdır?
A) Vərəm əleyhinə peyvəndin aparılmasından sonra keçən müddət

B) Bütün sayılanlar

C) Mantu sınağının nəticəsi

D) Postvaksinal çapığın olub olmaması

E) Çapığın ölçüsü
Ədəbiyyat: Особенности интерпретации пробы Манту с 2ТЕ ППД-Л при определении виража туберкулиновых реакций у детей и подростков и методика определения инфицированности туберкулезом. Метод. Рекомендации Москва 1980
301) Vərəm əleyhinə peyvəndin ağırlaşmalarına aşağıdakılardan hansılar aiddir?
A) Soyuq abses

B) Bütün sayılanlar

C) Körpücüküstü və qoltuqaltı limfadenitlər

D) Uzun müddət sağalmayan xoralar

E) Kelloid çapıq
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
302) Kütləvi tuberkulindiaqnostika hansı qatılıqlı tuberkulin ilə aparılır?
A) Bütün sayılanlar

B) 2 TV


C) 100 TV

D) 5TV


E) 10 TV
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
303) Doğum evində əks göstərişlərə görə VƏP almayan yenidoğulmuşlara peyvənd nə vaxt edilir?
A) 2 aydan sonra

B) 7 yaşında

C) Tibbi əks göstəriş götürüldükdən sonra Mantu sınağının nəticəsi nəzərə alınaraq

D) 1 yaşında

E) 3 yaşında
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
304) Fərdi tuberkulinodiaqnostika nə məqsədlə aparılır?
A) Vərəm prosesinin lokalizasiyasını təyin etmək üçün

B) Vərəmli xəstə ilə kontakt zamanı

C) Vərəm prosesinin aktivliyini təyin etmək üçün

D) vərəm əleyhinə aparılan müalicənin effektliliyini qiymətləndirmək üçün

E) Bütün sayılanlar
Ədəbiyyat: Особенности интерпретации пробы Манту с 2ТЕ ППД-Л при определении виража туберкулиновох реакции у детей и подростков и методика апределения инфицировонности туберкулеза. Метод. Рекомендации Москва 1980
305) Kütləvi tuberkulindiaqnotika hansı yaşlarda aparılır?
A) 2 aylığından 1 yaşına qədər

B) 3 yaşından 10 yaşa qədər

C) 10 yaşından 20 yaşa qədər

D) 7 yaşından 15 yaşına qədər

E) 1 yaşından 18 yaşına qədər
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
306) Kütləvi tuberkulindiaqnostikanın nəticəsi hansı müddətə qeyd edilir?
A) 48 saatdan sonra

B) 2 saatdan sonra

C) 72 saatdan sonra

D) 5 gündən sonra

E) 24 saatdan sonra
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
307) 2TV ilə Mantu sınağının nəticəsi müsbət kimi qiymətləndirilən uşaq və yeniyetmələrin müayinə planına nə daxil deyil?
A) Bəlğəmin müayinəsi

B) Qanın ümumi müayinəsi

C) Bronxoskopik müayinə

D) Flüoroqrafik müayinə

E) Fizikal müayinə
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
308) Əvvəllər Mantu sınağının müsbət olması ilə əlaqədar qeydiyyatda olub, praktiki sağlam kimi qeydiyyatdan çıxmış uşaqlara təkrari profilaktik müalicə kursu hansı halda göstərişdir?
A) Vərəmli xəstə ilə təmas olduqda

B) Mantu sınağında papulanın ölçüsünün 6 mm və daha çox olması

C) Mantu sınağında papulanın ölçüsünün əvvəlki illərə nisbətən 6 mm artması və ağır yanaşı xəstəliklər olduqda

D) Mantu sınağının ölçüsünün hiperergik reaksiya kimi qiymətləndirilməsi

E) Bütün sayılan hallarda
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
309) Mantu sınağının aparılmasına əks göstərişi olan uşaq və yeniyetmələr arasında vərəmə görə müayinə necə aparılır?
A) İmmunoloji müayinələr

B) Kvartalda 1 dəfə flüoroqrafik müayinə və immunoloji müayinələr

C) Kvartalda 1 dəfə flüoroqrafik müayinə

D) İldə 1 dəfə flüoroqrafik müayinə

E) İldə 2 dəfə flüoroqrafik müayinə
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
310) Uşaq və yeniyetmələr arasında kütləvi vərəm əleyhinə müayinə planına nə daxildir?
A) İldə 2 dəfə flüoroqrafik müayinə

B) İldə 1 dəfə immunoloji testlər

C) Kvartalda bir dəfə bəlğəmin mikroskopik müayinəsi

D) İldə 2 dəfə bəlğəmin mikroskopiyası

E) İldə 1 dəfə flüoroqrafik müayinə və tuberkulindiaqnostika
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
311) Uşaq və yeniyetmələr arasında vərəmdən sonrakı kiçik qalıq əlamətlərinə hansılar aiddir?
A) Massiv fibroz

B) Qruplaşmış ocaqlar

C) Ağ ciyərlərdə və limfa vəzlərində tək kalsinatlar, bir seqment səviyyəsində olan fibroz

D) Bir neçə qrup limfa vəzində kalsinatrlar

E) Tuberkuloma
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
312) Uşaq və yeniyetmələr arasında keçirilmiş vərəmdən sonrakı böyük qalıq əlamətlərinə hansılar aiddir?
A) Bir pay həcmində pnevmoskleroz və bronxoektazlar

B) Bütün sayılanlar

C) Ağ ciyərlərdə çox saylı bərkimiş və kalsinatlaşmış ocaqlar

D) 1-2 pay həcmində pnevmoskleroz

E) Massiv kalsinasiya (bir neçə qrup limfa vəzində)
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
313) İkincili vərəm zamanı infeksiya orqanizmdə hansı yollarla yayıır?
A) Hematogen

B) Təmas ilə

C) Bronxogen

D) Cift vasitəsi ilə

E) Bronxogen, limfogen və hematogen
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
314) Ağ ciyər vərəminin ikincili formalarına hansılar aiddir?
A) Mantu sınağının 3 il ardıcıl müsbət olması

B) Ocaqlı ağ ciyər vərəmi, infiltrativ, səpələnmiş, fibroz kavernoz, sirrotik vərəm

C) Vərəm intoksikasiyası

D) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmi

E) İlkin vərəm kompleksi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
315) Miliar vərəm zamanı ocaqların ölçüsü nə qədər olur?
A) 1 sm-ə qədər

B) 2 sm-ə qədər

C) 0.4 sm-ə qədər

D) 0.2 sm-ə qədər

E) 0.6 sm-dən artıq
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
316) Ocaqlı ağ ciyər vərəmi üçün hansı əlamət xasdır?
A) Simptomların çoxluğu ilə

B) Xəstəliyin simptomsuz başlaması

C) Mantu sınağının mənfi olması

D) Xəstəliyin yüksək hərarətlə başlaması

E) Xəstəliyin xroniki gedişata malik olması
Ədəbiyyat: Шебанов В.Ф. Туберкулез 2-е издание Медицина 1981
317) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası üçün hansı əlamətlər xarakterikdir?
A) Tuberkulin sınaqlarının virajı ilə eyni zamanda inkişaf edən və ya ondan sonrakı illərdə ön plana çıxan funksional dəyişikliklər (bədən hərarətinin subfebril olması, iştahasızlıq və poliadenopatiya) və obyektiv intoksikasiya (tez yorulma, qıcıqlanma, halsızlıq, yuxunun pozulması və s.), simptomo kompleksi

B) Mantu sınağında əmələ qələn papuların ötən ilə nisbətən 6 mm və daha çox artması

C) Tuberkulin sınağının ilk dəfə müsbət olması

D) Qanhayxırma

E) Yüksək hərarət
Ədəbiyyat: Похитонова М.П. Клиника, лечение и профилактика туберкулеза у детей-М.,1965
318) Vərəm intoksikasiyası zamanı böyümüş periferik limfa vəziləri üçün hansı əlamət xarakterikdir?
A) Periferik limfa vəziləri ölçüsünün böyük olması

B) Periferik limfa vəzilərində fistulların olması

C) Böyümüş limfa vəzilərinin palpasiya zamanı ağrılı olması

D) Periferik limfa vəzilərinin bərk elastik konsistensiyalı olması

E) Yumşaq elastik konsistensiyalı, ağrısız mikropoliadenopatiya
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
319) Vərəm intoksikasiyası zamanı müşahidə olunan rentgenoloji dəyişikliklər nədən ibarətdir?
A) Rentgenoloji dəyişikliklər müşahidə olunmur

B) Məhdud lokal proseslər izlənilir

C) Qon ocağı aşkar olunmur

D) Yayılmış sirrotik dəyişikliklər aşkar olunur

E) Məhdud fibroz dəyişikliklər aşkar olunur
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
320) “Vərəm intoksikasiyası” diaqnozu qoyulmuş uşaq və yeniyetmələrə dispanser nəzarəti və müalicə taktikası nədir?
A) Ümumi pediatrik şəbəkənin nəzarəti altında sağlamlaşdırıcı tədbirlər kompleksi həyata keçirilir

B) IB dispanser qrupu ilə qeydiyyata alınır və müvafiq müalicə və profilaktika tədbirləri aparılır

C) 1 il dispanser nəzarətində saxlanılır və yalnız sağlamlaşdırıcı tədbirlər kompleksi aparılır

D) 3 ay müddətində İzoniazidlə kimyəvi profilaktika kursu aparılır

E) Müalicə təyin edilmədən yalnız müşahidə aparılır
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
321) İlkin vərəm kompleksi ilə döş qəfəsi daxili limfa vəzlərinin vərəminin differensiyası hansı müayinə metoduna əsasən aparılır?
A) Rentgenoloji əlamətlərə əsasən

B) Kliniki simptomokomplekslərə əsasən

C) Tuberkulinə olan həssaslığa əsasən

D) Hemoqrammada olan dəyişikliklərə əsasən

E) İmmunoloji dəyişikliklərə əsasən
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
322) Ağırlaşmamış ilkin vərəm kompleksinin rentgenoloji reqresiyası necə gedir?
A) Pnevmonik mərhələ, sorulma mərhələsi, bərkimə mərhələsi, Qon ocağının formalaşması

B) Pnevmonik mərhələ, sorulma mərhələsi, fibroz dəyişikliklərin formalaşması

C) Pnevmonik mərhələ, bərkimə mərhələsi, infiltrativ fazaya keçid

D) Pnevmonik mərhələ, dağılma mərhələsi, kavernanın formalaşması

E) İnfiltrativ mərhələ dağılma mərhələsi, massiv sirrozun formalaşması
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
323) Rentgenoloji müayinələr zamanı bipolyarlıq simptomu vərəmin hansı formasında müşahidə olunur?
A) Fibroz kaernoz vərəmdə

B) Ocaqlı ağ ciyər vərəmində

C) Ağ ciyərin tuberkulyomasında

D) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmində

E) İlkin vərəm kompleksində
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
324) Rentgenoloji olaraq “Tut meyvəsi” simptomu hansı formalı vərəm üçün xarakterikdir?
A) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmi üçün

B) Fibroz kavernoz ağ ciyər vərəmi üçün

C) Sirrotik vərəm üçün

D) İnfiltrativ ağ ciyər vərəmi üçün

E) İlkin vərəm kompleksi üçün
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə