Folklorşünaslıq: problemlər, tədqiqlər İslam sadiq amea folklor Institutunun böyük elmi işçisi



Yüklə 352,68 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü352,68 Kb.
#80071
növüXülasə


jgGL

Folklorşünaslıq: problemlər,  tədqiqlər 

İslam SADIQ

AMEA Folklor Institutunun  böyük elmi işçisi,

fılologiya  üzrə fəlsəfə doktoru

e-mail: islam-sadiqli@rambler. ru

ŞUMER VƏ TÜRK DASTANLARINDA FORMA 

VƏ  BƏDİt  İFADƏ  OXŞARLIQLARI

XÜLASƏ

M əqalədə  şum er  və  türk  epik  mətnlərinin  forma  oxşarlıqlan  araşdırılmış,  onlarda 

mövcud  olan  bədii  ifadə  vasitələri  tutuşdurulm uş,  onlarm  arasında  m üqayisələr  apa- 

rılmış  və  çoxlu  oxşarlıqlar  üzə  çıxarılmışdır.  Nümunələr  əsasm da başlıca  olaraq  epitet- 

lər,  metaforalar,  hiperbolalar və  s.  öyrənilmişdir.

Açar sözlər:  şumer,  türk,  epos,  metafora,  epitet

FORM  AND ARTISTIC  EXPRESSION  SIMILARITY  IN  SUMERIAN 

AND TURKIC  EPOS’S

SUMMARY

In  the  article  sumerian  and  turkic  epic  texts  from  form  standpoint  was  investigated, 

existing  artistic  representation means confronted, was  compared  between them and  a lot 

o f similarity  had  been  made  known.  Had  been  learned  on  the  basis  o f epithets,  meta- 

phros,  etc.  examples  .

K ey words:  sumerian,  turkic,  epos,  metaphro,  epithet



СХОДСТВ  В  ФОРМЕ  И  ХУДОЖЕСТВЕННЫХ 

ВЫРАЖЕНИЙ  В  ШУМЕРСКИХ  И  ТЮРКСКИХ  ЭНОСАХ

РЕЗЮ М Е

В  данной  статье  проанализированы  идентичность  формы  шумерских  и  тюрк­

ских эпических текстов,  сопоставлены  наличествующие  в  них  художественно-вы- 

разительных средств,  проведены  сравнений  между  ними  и  выявлены  многие  сход­

ства. На основе примеров в основном  изучены эпитеты, метафоры, гиперболы ит.д.

Ключевые слова:  шумер, тюрк,  эпос,  метафора, эпитет

M əsələn in   q oyu lu şu . 

Şum er  və  türk epik  m ətnlərində  form a  və  bədii 

təsvir oxşarlıqları.

İşin  m əq səd i. 

Şum er  və türk epik  mətnləri  arasında  m övcud  olan  for­

m a və  bədii  təsvir oxşarlıqlarm ın  öyrənilməsi.

Şum er  epik  m ətnləri  bizim   dövrüm üzə  yazılı  şəkildə  gəlib  çatm ışdır, 

lakin  buna əsaslanıb onları yazılı  ədəbiyyat adlandırm aq olm az.  O nlar ilk 

dəfə  şifahi  şəkildə  yaranm ış,  yüz  illər  boyu  yaddaşlarda  yaşam ış,  yalnız 

yazı  k əşf ediləndən sonra gil  lövhələrə köçürülm üşdür (1,  14).  Bəzi  alim- 

lər bu m ətnlərin III U r sülaləsinin hakim iyyəti dövründə yazıya alındığını




sö y bm işlər (2,  17;  3,  123).  Sözsüz  ki,  yaddaşlardakı  əsərlərin  ham ısı  ya- 

zıya alınm am ış, çoxlu folklor süjet, m otiv və obrazları unudulm uşdur. Ya- 

zıya  alınmış  əsərlərin  də  hamısı  gəlib  bizə  çatm am ışdır.  M inlərlə  gil  löv- 

hələr torpaq  altında  m əhv  olmuş,  sularda  batm ış,  yaxud  hələ  də  tapılm a- 

mışdır.  Bütün  bunların  da nəticəsində  Şum er xalqının  yaratdığı  ağız  ədə- 

biyyatınm   böyük  bir qismi  itirilmişdir.

Şumer epik m ətnlərinin  dem ək  olar  ki,  hamısı  anonim dir.  D igər tərəf- 

dən, həm in m ətnlərdə  şifahr poetik nitqin özünəm əxsusluğu, ağız ədəbiy- 

yatm ın  biitün  səciyyəvi  üslub  elem entləri,  bədii  ifadə  və  təsvir  vasitələri 

qorunub  saxlanm ışdır.  Bu  iki  xüsusiyyəti  nəzərə  alıb  dem ək  olar  ki,  Şu- 

mer  epik  m ətnləri  yazıya  köçürülm üş  şifahi  xalq  yaradıcılığı  öm əklərin- 

dən  başqa  bir  şey  deyil  (4,  89).  B ununla  belə,  onları  folklor hesab  etm ə- 

yən  m üəlliflər də var (5,  19).  Bu fıkir nə qədər m übahisə doğursa da,  Şu- 

mer epik m ətnlərinin şifahi xalq yaradıcılığı nüm unələri olduğu şübhəsiz- 

dir.  Bunu onların  m əzm unu  da  göstərir. 

'

XX  yüzilliyin  əv v əlb rin də  Şum er  epik  m ətnlərini  ç ə tin lik b   başa  dü- 

şə n b r  onları  dəyərsiz,  bayağı  ə s ə rb r  hesab  ed ird ib r.  Lakin  Şum er  epik 

mətnləri  S.N .K ram erin  gərgin  əməyi  sayəsində  oxunub  nəşr  edildikdən 

sonra  bu  fıkir  dəyişdi.  Bütün  Babil  ədəbiyyatının  Şum er  m ətnlərinin  tər- 

cüm əsindən,  təbdilindən,  yaxud  işb n m iş  yeni  form asından  ibarət olduğu 

təsdiqləndi  (6,  116-117).

Şum er  epik  m ətnləri  ja n r  baxtm ından  çox  zəngin  və  rəngarəngdir: 

eposlar,  əfsan əb r,  atalar  sözü  və  m əsəllər,  sevgi-m əhəbbət  lirikası,  təm - 

silb r,  öyüd-nəsihətbr,  ağılar,  allahlar,  şəhərlər  və  xaqanlar  haqqm da 

him nb r,  alqışlar,  qarğışlar,  dualar,  m ərasim  n ə ğ m ə b ri və  s.

Şum er epik m otnlərinin  əksəriyyəti  şeir  şəklindədir.  X ü su sib   9  qohrə- 

m anlıq  eposunun  ham ısının  m ətni  yalnız  şeirdən  ibarətdir.  N ə z m b   epos 

qoşmaq  Şum erdə  bir  epik  эпэпэуэ  çevrilm işdir.  Bu  ənənə  sonralar  türk 

xalq  yaradıcılığında  uğurla  davam   etdirilmişdir.  Türk  qəhrəm anlıq  epos- 

larının da çoxu yalnız ş e irb  qoşulmuşdur.  “M anas”, “G izir”, “M aday Qa- 

ra”  kirni  eposlarda nəsr yoxdur.  “D ədə  Q orqud”  və  “K oroğlu”  eposların- 

da  bu  ənənə  yeni  bir  m ərhələyə  keçm iş,  nəzm lə  nəsr  yüksək  səviyyədə 

növbələşdirilm işdir.  Bəzi  m üəlliflər epik m ətnlərdə  nəzm lə nəsrin  növbə- 

ləşm əsinin  üç  m ərhələdə  baş  verdiyini  yazırlar.  O nlara  görə,  ilk  eposlar 

n ə s rb  qoşulm uş,  ikinci m ərhələdə nəzm lə  nəsr n ö v b əbşm iş,  üçüncü mər- 

h ə b d ə   nəzm  özünə  m öhkəm   yer  tutm uşdur  (7,  97).  Lakin  Şum er  epos- 

larının  m ətn b ri  i b  tanışlıq  bunun  əksini  pnstarir......   м 

_____



Həm in üç m ərhələni belə səciyyələndirm ək olar: nəzm, n ə z m b  nəsr və 

nəsr.


Şum er qəhrəm anlıq  dastanları  ilə “Dədə  Q orqud” ,  “K oroğlu” və  digər 

türk  eposları  arasında  həm  forma,  həm  də  m əzm un,  ideya,  süjet  oxşar- 

lıqları  aydın  nəzərə  çarpır.  Bundan  başqa,  bədii  ifadə  və  təsvir vasitələri, 

poetik üslüb çalarları  arasında da bir qaynağa bağlanan çox səciyyəvi  ele- 

m entlər var.

Şumer  epik  m ətnləri  şifahi  xalq  yaradıcılığı  üçün  daha  çox  səciyyəvi 

olan  bədii  təsvir  vasitəb ri  ilə  zəngindir.  O nlarda  ep itetb r,  hiperbola, 

m etafora,  paralelizm lər,  təkrar / təkrirlər xüsusi  yer tutur.

E p itetb r:  Rus  alimi A.N.Veselovski  yazırdı  ki,  “qısaca  desək,  epitetin 

tarixi  poetik  üslubun  tarixidir”  (8,  59).  Şum er  epik  m ətnlərindəki  epitet- 

ləri  ilk  dəfə  S.N .K ram er  araşdırmışdır.  Şum er  dilində  epitetlər  daha  çox 

“qal”  (böyük),  “m ah”  (qüdrətli),  “kuğ”  (işıqlı),  “ki-ağ”  (sevim li,  əziz) 

sözlərinin  köm əyi  ilə  yaradılır.  Şumer  m ətnlərində  epitetlərə  ilk  dəfə 

Tanrı  adlarm da  rast  gəlinir.  M əsələn,  m üdriklik  Tanrısı  Enkinin  epiteti 

Nudim m uddur.  Bu  sözün  açımı  “nadir,  qiymətli,  gözəl  şeylərin  yaradı- 

cısı”  dem əkdir (9,  197-198).

Ay  Tanrısı  N annarın  epiteti  “təzə  ay”dır  (10,  186).  Bu  epitet  hazırda 

Azərbaycan  dilində  işlənən  “bədirlənm iş  ay”,  “ay  təzələndi”,  “on  dörd 

gecəlik  ay”  deyim ləri  ilə  üst-üstə  düşür.

Günəş  Tanrısı  Utunun  arvadı  Ayyanın  epiteti  “gəlin”dir.  Şum er  Tanrı 

adlarının  çoxunun əvvəlinə bu  cür epitetlər qoşulm uşdur:  “İşıqlı  İnanna” , 

“ İşıqlı  L uqalbanda” və  s.  Bu cür epitetlərə türk folklorunda daha çox rast 

gəlinir.  “ Şir M anas”, “Qoç K oroğlu”, “Dəli  D om rul” buna yaxşı misaldır.

Epitetlər hər bir qəhrəm an  üçün onun xarakterinə uyğun olaraq  seçilir. 

Eyni  epiteti  xarakteri  uyğun  olm ayan  iki  qəhrəm an  haqqında  işlətmirlər. 

Epitetin bir qəhrəm anm  adına qoşulm ası m ütləq onun üstünlüyünü göstə- 

rir (11,  24).  Epitetlərdə m illilik də  nəzərə  çarpır.

M etafora.  Şum er  epik  m ətnlərində  m etaforalara  daha  çox  rast  gəlinir. 

M etaforalar  daha  çox  “kim i”  qoşm asının  köm əyi  ilo  yaradılır.  M etafora- 

larda “buğa kim i”, “vəhşi buğa kim i”, “qurd kim i” , “ilan kim i” bənzətm ə- 

ləri  xüsusi  yer tutur:

Enlil  böyük bir buğa  kimi  ayağını  basdı  1 о ф а |а ,

Bərəkət  içində  rahat  günlər yaratm aq  üçün  (12,  62).



Dəniz  suları  qurdlar kimi  yırtdı  Enkinin  gəm isinin  onurğasını,

Dəniz  suları  aslan  kimi parçaladı  gəm inin  qılçını  (12,  105).

Şərur silahı  göyə  dayanaraq  düşm ən  ölkəsini  silib-süpürm əkdə,

Havanı  bir ox kirni  yarm aqda,

Zəhərli  oxlar şəhərləri  yaxıb-yıxm aqda  (12,  180).

Tanrı  Enlilin  evi  Ekur dağa  və  gciyə  bənzədilir:

Böyük ev  ucadır  bir dağ  kimi,

Tanrı  Enlilin  evi  ucadır bir dağ  kimi.

Ev  Günəş  kimi  ucadır.

M əbəd-  onun tanrısal  qanunu  göy  kimi  dəyişdiriləm m əz.

Onun  arınm ış  ayinləri  torpaq  kim i  parçalanam m az  (12,  197).

Aratta hökm darı  Ensikuşdannanm  Enm erkarın yanına göndərdiyi  elçi- 

nin yerişi “dağ qoçu kim i”,  “vəhşi  qartal kim i”,  “çöl eşşəyi kim i”, “ şir ki­

m i”,  “qurd  kim i”  m etaforaları  ilə  təsvir  edilm iş,  U rukun  şöhrəti  isə  belə 

təsvir olunmuşdur:

Urukun  şöhrəti  yayılıb  dağlara,

Onun  saf,  xeyirxah  güm üşü  işıqları 

Arattanı  kürk kimi  örtdü,

Yorğan  kimi  bürüdü  (13,  171-173)

Şumer  epik m ətnlərinin  səciyyəvi  xüsusiyyətlərindən  biri  odur  ki,  on- 

larda  poetik  obrazlılıq  çox  vaxt  m etaforalar  vasitəsilə  yaradılır  (14,  47). 

Eyni  sözü türk eposları  haqqında  da  dem ək olar.  “M anas” eposunda qəh- 

rəm anın  gücü  şirə,  baxışları  qartala bənzədilir:

Ə jdaha kimi  acıqlı  olacaq o,

Şir kimi  güclü  olacaq  о  (15,  315).

Yenicə  göz  açıb  dünyaya

Qartal  kimi  baxır deyirlər (15,  328).



Şum er və türk epik m ətnləri  m etaforalarla çox zəngindir.  Onların  ara- 

sında  eyni  etnopoetik təfəkkürdən  qaynaqlanan  oxşarlıqlar böyük m araq 

doğurur  və  bunlar  şum er-türk  genetik  bağlılığm ı  təsdiqləyən  fakt  kimi 

qəbul  edilə  bilər.

Hiperbola.  Şifahi xalq yaradıcılığı üçün çox səciyyəvi olan bədii təsvir 

vasitələrindən  biri  hiperboladır.  H ətta  hər  hansı  epik  m ətnin  şifahi  xalq 

yaradıcılığına  aid  olub-olm adığını  m üəyyənləşdirərkən,  birinci  növbədə, 

onlarda  hiperboladan  istifadə  edilib-edilm ədiyinə  diqqət  yetirm ək  la- 

zımdır.  Şum er epik m ətnlərini  şifahi  xalq yaradıcıhğı adlandırm ağa onlar- 

dakı  hiperbolalar əsas  verir.

Türk  eposlarındakı  ən  xarakterik  hiperbolalardan  biri  qəhrəm anların 

m öcüzəli  doğuluşunun və qeyri-adi  sürətlə  böyüm əsinin təsviridir. Bu cür 

hiperbola  ilə  ilk  dəfə  “Oğuz  K ağan”  eposunda  qarşılaşırıq.  Oğuz  anasın- 

dan  bircə  gün  süd  əmir.  Çiy  ət,  şorba  və  şərab  istəyir.  40  günə  böyüyür 

(16,  13). A lpam ış 25 günə 25 yaşlı igid o lu r(1 7 ,  17). M aday Qaranm  oğlu 

Koqyudey  M ergen  doğulandan  iki  gün  sonra  “ana” ,  altı  gün  sonra  “ata” 

deyir.  Beşiyini  sındırır,  yüz  vedrə  süd  içir  (18,s.28).  Tuvalıların  “Xunan 

Q ara”  eposunun  qəhrəm anı  “bir  gündən  sonra  bir  yaşım   var,  iki  gündən 

sonra  iki  yaşım  var”  deyir.

Altayların “Xan A ltın” eposunun qəhrəm anı  iki  günlüyündə “ana”, altı 

günlüyündə “ata”  deyir.

Şorların  “Xan  Pergen”  eposunda  yeni  doğulm uş  çağa  üç  günlüyündə 

ayağa durur və yeriyir.

Yakutların “Qız D əbiliyə” və “ Qüdrətli  Ər Soqodoh” olonxolarında bir 

günlük  uşaq  bir  yaşındakı,  iki  günlüyündə  iki  yaşındakı,  üç  günlüyündə 

üç  yaşındakı,  dörd  günlüyündə  dörd  yaşındakı  kimi  olur  (19,  361).  Gö- 

ründüyü  kimi,  bu  m ətnlərdə  zam anın  sürəti  adi  zam andan  kəskin  şəkildə 

fərqlənir.  Folklorşünaslıqda  “epik  zam an”  və  “epik  m əkan”  term in- 

lərindən  çox  istifadə  edilir,  çünki  epik  m ətnlərdə  bu  anlayışlarla  tez-tez 

qarşılaşm alı  oluruq.  Yuxarıdakı  m ətnlərdə  isə  söhbət  epik  yox,  kosm ik 

zam andan gedir.  “Epik zam an” və “epik m əkan” anlayışlarında zam an və 

m əkan sadəcə olaraq öz yerini dəyişir. K osm ik zam an  isə öz sürətinə görə 

həm   epik,  həm   də  adi  zam andan  fərqlənir.  K osm ik  zam anla  Şum er 

m ətnlərində  də  rastlaşırıq.  “Enki  və  N inqursaq”  adlı  m ətndə  N inqursaq 

Enkidən  ham ilə  qalır.  O nun  h am ib liy in in  hər  günü  bir  aya  bərabərdir. 

B urada zaman  kosm ik sürətlə  gedir.  H əm in  səhnə  belə təsvir edilir:




Onun  bir günü  bir ay  kimidir.

Onun  iki  günü  iki  ay  kimidir.

Onun  üç  günü  üç  ay  kimidir.

Onun dörd  günü  dörd  ay  kimidir.

O nun beş  günü beş  ay kimidir.

O nun altı  günii  altı  ay  kimidir.

O nun yeddi  günü  yeddi  ay  kimidir.

O nun  səkkiz günü  səkkiz ay kimidir.

O nun  doqquz günü  doqquz  ay  kimidir.

A nalığın  doqquz  ayı  kimi  (20,  36).

Enkinin  N inqursaqdan  N insar  adlı  qızı  olur.  Enki  onunla  da  evlənir. 

N insarın da ham iləlik dövründə hər gün bir ay  kimi  ötür. N inkurun hami- 

ləlik dövrü  də eyni  kosm ik  zam anla keçir.  Onların  hər  ikisində zam an bu 

cür təsvir edilir:

/

Onun  bir günü bir ay kimidir.



Onun  iki  günü  iki  ay  kimidir.

Onun  doqquz  günü  doqquz ay kim idir (20,  37).

Burada  günlərin-ayların  hamisi  sadalanmir,  bununla  da  zam am n  daha 

sürətlə  keçməsinə  şərait  yaradılır.  Doqquz  gün-doqquz  ayin  hamisi  sada- 

lananda xeyli  vaxt itirilir, təkrarların  hesabina zam an daha ağır addim larla 

irəliləyir. Lakin “Onun bir günii bir ay kimidir, Onun doqquz günü doqquz 

ay kimidir”  deyəndə  doqquz  ayın  özü  də bir göz qırpım ında  gəlib keçir.

Poem ada  kosm ik  zam an  anlayışı  yalnız  ham iləlik  dövrünə  aid  deyil. 

Ninsarin, N inkurun böyüm əsində də zam anın çox böyük sürətlə ötdüyünü 

görürük.  Doğrudur,  m ətndə  onların  tez  böyüm ələrinə  aid  konkret  ay  və 

gün  ifadələri  işlədilmir.  Burada  zam anın  sürətini  hiss  etm ək  üçün  yalnız 

mətni  duym aq  lazımdır.

Göründüyü  kimi,  Şum er  və  türk  epik  təfəkküründəki  kosm ik  zam an 

anlayışları  form a  və  m əzm unca  bir-birilə  yaxından  səsləşir,  eyniyyət təş- 

kil edir. Zam anın  bu cür kosm ik sürətlə təsvirinə çox az xalqın epik təfək- 

küründə  rast  gəlinir.  Bunlar  nadir səsləşmələr,  oxşarlıqlardır,  ona görə  də 

onlarda  təsadüfilik  görm ək  m üm kün  deyil.  Əslində  şum er  və  türk  epik 

m ətnlərində rast gəldiyim iz bir günün bir ay, yaxud bir il kim i ötm əsi poe- 

tik  kəşfdir.  Bu  poetik  kəşfi  isə  m üxtəlif yox,  eyni  etnopoetik  təfəkkürün



m əhsulu hesab etm ək lazımdır.  Heç bir şübhə yoxdur ki,  bu qəbildən olan 

oxşarlıqlar  daha  çox  etnopoetik  təfəkkürün  eyniliyindən  gəlir.  Azərbay- 

can  nağıllarında  kosm ik zam an  anlayışı  “nağıl  dili  yüyrək  olar”  form ulu 

şəklində  qəliblənm iş və  geniş  yayılmışdır.

Bilqam ısı  öldürm ək üçün  İnannanın  göydən  gətirdiyi  B uğa  7  qurtum a 

Fəratın  suyunu  qurudur:

О  buğa yeriyib  Fərata  endi.

Yeddi  qurtum a  içdi,  çayın  suyu  yox oldu.

N əfəs  dərdikcə  yerdə yeddi  xəndək  oyuldu  (21,  135).

K oroğlu  bir  oturum a yeddi  qazan  aş  yeyirdi.  Bığlarını  yeddi  dəfə  eşib 

qulaqlarının arxasında düyünləyirdi. Bu hiperbolalar b ir-b irib  necə də ya- 

xından  səsləşir.  H iperbolaların  yeddi  sayı  üzərində  qurulm ası  da təsadüfi 

deyil.

Şumer dastanlarının  poetikasından  danışarkan  onları  düzüb-qoşan  şai- 



rin  üslubuna  da  diqqət  yetirm ək  lazımdır.  M əsələn,  “E nm erkar və Aratta 

hökm darı”  dastanında  şair  əsərin  em osional  təsirini  artıran,  onun  drama- 

tik gərginliyini daha da gücləndirən poetik detalları bacarıqla, böyük usta- 

lıqla  seçm əyi  bacarmışdır.  Burada  şairin  zəngin  və  dərin  poe-tik  duyğu- 

larla  yaşadığı  da  öz  ifadəsini  tapm ışdır.  Şum er  şairi  bu  dastanda  təkrar- 

ların  və  paralellərin  köməyi  ilə  çox  gözəl  və  yaddaqalan  ritm ik  səhnələr 

yaratmışdır.  S.N .Kram er bu dastanı Şum er ədəbiyyatının bizə m əlum  olan 

əsərlərinin  эп  yaxşılarından  biri  adlandırm ışdır (22,  214).

Poemada Şumer şairinin fıkrin obrazlı,  sətiraltı ifadəsinə meyilliliyi  diq- 

qəti  daha çox çəkir.  Digər dastanlardan  fərqli  olaraq  bu  əsərdə  Enmerkarın 

və  Aratta  hökrndarınm  bir-birinə  göndərdikləri  ismarıclar  qıfılbəndi  xatır- 

ladır.  Enm erkar öz çaparını  ikinci  dəfə Arattaya göndərərkən ona deyir:

-   Çapar,  Arattanın  böyük  hökm darına  belə  de:  “M ənim   səltənətim in 

bünövrəsi  əzəmətli  qaydalardır.

Bu  səltənət Kulabı  qorum aq  üçündür.  Bu  işıqlı  səltənət  işıqlı  İnannaya 

və onun  m əbədinə pərəstiş  edir.  Səltənəti  hazırlayıb qoy  ö z ü y b  götürsün. 

A rattanın hökm darı  əqiqi hər hansı ağac kimi,  lazuriti  hər hansı  ağac kimi 

qoy  öz əlinə  alsm və  т э п э   gətirsin”  (23,  273).

Burada qiym ətli daş-qaşlar (əqiq,  lazurit) ağaca, ağac isə səltənətə bən- 

zədilir.  Sözsüz  ki,  deyilən  sətiraltı  т э п а   buradadır.  D aş-qaş,  ağac  və  səl- 

tənət  ifad əb ri,  onların  b ir-b irib   gizli,  sətiraltı  bağlılığı  Şum er  şairinin



(bəlkə  də  çarların)  poetik  düşüncəsi,  obrazlı  təfəkkürü  haqqında  aydın 

təsəvvür yaradır.

Çapar A rattaya gəlir.  Öz ağasm ın  ism arıcını  olduğu kimi A ratta hökm- 

darına  çatdırır.  О  da U rukun çarına  bir bağlam a-qıfılbənd  göndərir:

-  Çapar,  Kulabın  baş  kahininə,  öz  ağana  söylə:  “ Səltənət qoy  ağacdan 

olmasın.  О  ağacın  adını  da  çəkməsin.  Qoy  о  sidr  ağacından  da  olmasm. 

Qoy  sərv  ağacından  da  olmasm.  N ə  ağcaqayından,  nə  də  şüm şəddən  ol- 

masın.


N ə  m isdən,  пэ  qızıldan  olm asın,

N ə  əqiqdən,  пэ  lazuritdən  olm asın.

Səltənəti  hazırlayıb  qoy  ö z ü y b   götiirsün.  K ulabın  baş  kahini  əqiqi  hər 

hansı  ağac  kimi,  lazuriti  hər hansı  ağac  kimi  əllərinə alıb qoy  т э п э   gətir- 

sin”  (23,  273).

Bu səhnə bir növ Nizam i  Gəncəvinin  “Iskəndəm am ə” poerhasında Nü- 

şabənin  İskəndəri  qarşıladığı  səhnəni  xatırladır.

Çapar  yenidən  U ruka  qayıdır.  Bu  sözləri  Enm erkara  çatdırır.  Burada 

mətn korlandığından hər şey aydın başa düşülmür. Ancaq m əzm undan ay- 

dın  görünür  ki,  Enm erkar  m ətnin  sirrini  başa  düşmür.  O nu  Enkinin  kö- 

məyi  ilə  açır.  Çünki  m ətndə  işlənən  ifadələr  şifrələnm işdir,  onlarda  səti- 

raltı  m ənalar  gizlədilmişdir.  Bu  balaca  m ətn  parçasından  insan  ağlının 

dərinliyi,  gücü,  пэуэ  qadir olduğu  aydın  görünün  E nm erkar m ətnin  sirri­

ni  başa  düşdükdən  sonra  səltənəti  hazırlayıb  çaparla  A rattaya  göndərir. 

A ratta  hökm darı  səltənəti  gördükdə  başa  düşür  ki,  onun  qıfılbəndi  açıl- 

mışdır.  Əvvəlcə  fıkirləşir  ki,  Enm erkara  tabe  olsun.  A ncaq  fıkrindən  da- 

şınır,  ona  daha bir bağlam a  göndərir.

-  Çapar,  Kulabın baş kahininə-öz ağana söylə:  “Qoy  sənə bir  it versin: 

nə  qara  olsun,  пэ  ağ.  N ə  palıdı  olsun,  nə...  nə  sarı  olsun,  пэ  boz.  Qoy  bu 

it  mənim  itim b   boğuşsun  görək onlardan  hansı  güclüdür”  (23,  274).

Çapar  yenidən  U ruka  qayıdır  və  bu  sözləri  olduğu  kimi  Enm erkara 

söyləyir.  Enm erkar Aratta  hökm darına aşağıdakı  cavabı  göndərir:

-  Çapar, Arattanın  hökm darm a  söylə:  “Qoy  sənə  bir  paltar versin.  Nə 

qara  olsun,  пэ  ağ.  Nə  palıdı  olsun,  пэ..  Nə  sari  olsun,  пэ  ala.  Мэп  itimi, 

Enlilin  bic  itini  onun  üstiinə  buraxaram .  M ənim   itim  onun  itiylə  boğuşar 

və  onlardan hansının  güclü  olduğunu  görərik”  (23,  274).

Bu dəfə  Enm erkarın  ism arıcı xeyli  uzun olur.  Ç apar onun ded ik b rin in




hamısını  yadında  saxlayıb  təkrarlaya  bilmir.  Ona  görə  Enm erkar  dedik- 

lərini  gil  lövhəyə yazır.  Bir fakta da diqqət yetirm ək  lazımdır.  Çapar uzun 

yol  gedirdi.  Enm erkarın  ismarıcını  çapar  yolda  kim əsə  danışa  bilərdi. 

Halbuki  belə  ism arıclar yalnız  göndərənlə  alana  bəlli  olm alıydı.  Onu  heç 

çapar da bilm əm əliydi.  О  vaxt  indiki  kimi  bağlı z ə rf olm am ışdır (24,s.6). 

Enm erkarın  öz fikirlərini gil  lövhəyə daha çox him -cim lə,  üstüörtülü yaz- 

m ağa çahşm ası  məhz onun kimsə tərəfindən başa düşülm əm əsi  m əqsədi- 

ni  güdmüşdür.  Bəlkə  elə  buna  görə  də  m ətndə  deyilir  ki,  yazını  ilk  dəfə 

m əhz  həm in  vaxt  Enm erkar  k əşf  etmişdir.  H əm in  günə  qədər  yazı  nə 

olduğunu heç  kim  bilməmişdir.

B ir  çox  m ütəxəssislər yazım   Enm erkarın  k əşf etm əsi  faktı  ilə  razılaş- 

mırlar.  Burada  ziddiyyətlər  yaradan  yazınm   е.э.  X X XIV-XX XIII  yüzil- 

liklərdə  k əşf edilm əsi,  Enm erkarın  isə  I  erkən  sülalələr  dövründə  -   е.э. 

2750-ci  ildən  sonra  yaşamasıdır.  Yazmm  kəşfi  ilə  Enm erkarın  yaşadığı 

dövrlər arasında təxm inən  800  il  zam an  uzaqlığı  var.  Ç ar  siyahısına  görə 

Enm erkar I  Uruk  sülaləsinin  ilk çarı  olmuşdur.  Bu  sülalənin  çarlığı  isə  II 

erkən  sülalələr dövrünə  -  е.э.  2615-ci  ildən  sonraya  düşür (25,  486).

Şum er  çarlarınm   siyahısındakı  tarixlərin  dürüstlüyü  bir  çox  hallarda 

şübhə  doğurur.  Biz  Bilqam ısla  bağlı  apardığım ız  araşdırm alar zam anı  da 

bu  ciir  dolaşıqlıqlarla  üzləşm işik.  Şum er  tarixinin  ayrı-ayrı  səhifələri  ilə 

çar siyahılarındakı ta rix b r bəzən üst-üstə düşmür.  İ.T.Kanevanı da yazını 

Enm erkarın  k ə şf etdiyinə  şübhə  ilə  yanaşm ağa  çar  siyahısındakı  tarixlər 

vadar etmişdir.  Halbuki  bu  şübhə  digər arqum entlərlə təsdiqlənm əm işdir. 

S.N .K ram er  dastanın  beş  m in  il  qabaq  yarandığm ı  söyləm işdir  ki,  bu  da 

eram ızdan üç  m in  il  əvvələ  düşlir (22,  30).  D em əli,  S.N .K ram erin  dediyi 

tarix də  çar siyahısındakı tarixlə  uyğun  gəlmir.

Biz m ətndən  gördük ki, Aratta  hökm darınm   qıfılbəndini  açm aqda En- 

m erkara m üdriklik tanrısı  Enki köm ək etmişdir.  Şum er qaynaqlarında dö- 

nə-dönə  deyilir  ki,  bütün  elm lərin  sirrini  m üdriklik  tanrısı  Enki  bilirdi, 

m ədəniyyəti  göydən  yerə  о  gətirm işdi,  insanlara  hər  şeyi  Enki  öyrətm iş- 

di.  Bu faktlar onu söyləm əyə tam  əsas verir ki, yazı  yazm ağı  da  insanlara 

ilk  dəfə  Enki  başa  salmışdı.  Bu,  Enm erkar  da  ola  b ib rd i,  başqası  da.  Bu 

fıkri  təsdiqləyən  başqa  bir  arqum ent də  var.  Şum er qaynaqlarında  deyilir 

ki, yazı  ilk dəfə Urukda k əşf edilmişdir.  Bütün bunlardan başqa Enm erkar 

tanrı  m ənşəli  çardır.  Yazmı  onun  k əşf etm əsi  ağılabatandır.  Bu arqum ent- 

b rin   ham ısına  kom pleks  yanaşdıqda  yazm ın  E nm erkar  tərəfindən  kəşf 

edildiyinə  şübhə  xeyli  azalır.  “ Suruppakın  oğlu Ziusudraya ö y ü d b ri”  ad-



iandırılmış  iri  həcmli  bir m ətndə  də  Suruppak oğlu Ziusudraya yazmı  ilk 

dəfə  Enkinin  yaratdığını  sö y b y ir (26,  339).  A ratta  hökm darm ın  qıfılbən- 

dini  Enm erkarın  Enkinin  köməyi  ilə  açması  da  yazının  Enkinin  köməyi 

ilə  Enm erkar tərəfindən  k əşf edildiyini  düşünm əyə  əsas  verir.

Şumer  və  türk  epik  m ətnlərindəki  form a  və  bədii  təsvir  oxşarlıqların- 

dan  daha geniş dam şm aq  olar.  Hələlik  isə həm in  oxşarlıqlar haqqında ay- 

dın təsəvvür yaratm aq  üçün  yuxarıdakı  paralellər kifayətdir.

İşin  elm i  n əticəsi. 

M üqayisəli  təhlillər  əsasında  şum er  və  türk  epik 

m ətnlərində m övcud olan bir sıra form a və bədii təsvir oxşarlıqları  üzə çı- 

xarılmışdır.



İşin  elm i  y en iliy i. 

Şum er  və  türk  epik  m ətnlərindəki  form a  və  bədii 

təsvir oxşarlıqlarım n tipoloji  və  genoloji  kökləri  axtarılm ış,  onların  etno- 

genetik bağlılığm a dair yeni  fikirlər söylənm işdir. 



,

İşin  tətb iq i  əh əm iyyəti. 

Türk  epik  təfəkkürüniin  və  dastançılıq  ənə- 

nəsinin  ilkin  qaynaqlarının  öyrənilm əsində  istifadə  edilə  bilər.

ƏDƏBİYYAT

1. Vəliyev İ.Ö.  tnsan yaddaşı və ya bədii sözün “gündoğanı” // QŞƏM.  Bakı. 

2007.  s.  5-24

2.  Дьяконов  И.М.  Народы  Древней  Передней  Азии  //  Москва.  ПАЭС. 

1958.  с.  5-72

3. Yusifov Yusif.  Qədim  Şərq tarixi.  Bakı.  2007.  536  s.

4.  Афанасьева  В.К.  Ш умерская  литература  //  Москва.  ИДМ.  I  книга. 

1982.  с.  84-89

5.  Брагинский  И.  У  истоков художественного  слова // ПИПДВ.  Москва. 

1973.  с.  5-20

6.  Афанасьева  В.К.Предисловие  //Я  Открою  Тебе  Сокровенное  слово. 

Москва.  1981.  с.  3-30

7.  Чудояков  А.И.  Историзм  эпоса  народов  южной  Сибири  //  Баку.  СТ. 

1987.  № 3 .  с.  94-97

8.  Веселовский А.Н.  Историческая  поэтика.  Ленинград.  1989.  406 с.

9.  Sadıq  İslam.  Şumer  tannlar  panteonunda  Enkinin  yeri//  Bakı.  EA.  2008, 

№5,  s.  196-199

10.  Лугальбанда  во  мраке  гор  (пер.  Афанасьевой  В.К.)  //  АШП.  СПб. 

1997.  с.  181-192

11.  Ilhan  Başgöz.  Dede  Korkut  Destanında  Epitetler  //  Ankara.  MF.  1998. 

sayı  37.  s.  23-  35

12.  Muazzez tlmiye Çığ.  Uyğarlığın  kökəni.  Sumerlilər-1.  Kaynak yayınlan. 

3-cü nəşr,  Istanbul,  2009,  276  s.



13.  Энмеркар  и  верховный  жрец Аратты // ХИДВ.  Москва.  1963.  с.  268- 

276


14.  Афанасьева  В.К.  О  переводах  шумерской  поэзии  //  ПАС.  III  книга 

(история  и  филология  стран  древнего  Востока).  Москва.  «Наука». 1979.  с. 

38-56

15.  Героический эпос народов СССР (Предисловие Б.Н.Путилова).  Лен- 



издат.  1979.  752  с.

16.  Binyazar Adnan.  Dede  Korkut.  Istanbul.  1991.  286  s.

17.  Кьера Эдвард.  Они  писали  на глине.  Москва.  «Наука».  1984.  136  с.

18.  Алтайские  героические  сказания.  Москва.  1983,  288  с.+  илл.

19.  Жирмунский  В.М.  Огузский  героический  эпос  и  «Книга  Коркута» 

//«Книга  моего  Деда  Коркута».  Огузский  героический  эпос.  М.-Л.  1962.  с. 

131-258

20.  Сказание об  Энки  и  Нингурсаг // АШП.  СПб.  1997.  с.  33-41



21.  Vəliyev İsmayıl.  Qədim  Şərq Ədəbiyyatı Müntəxəbatı.  Bakı.  2007.  672  s.

22.  Kramer S.N.  Tarix Şumerdən başlanır.  Bakı.  2009.  280  s.

23.  Энмеркар  и  верховный  жрец  Аратты  (транскрипций,  перевод, 

комментарии  и  вводные статьи  И.Т.  Каневой) // ВДИ.  1964.  №3.  с.244-267; 

№4,  с.  191-225

24.  Афанасьева  В.К.  Аккадские  правители  в  Шумерском  эпосе.  Саргон 

Древний // Москва.  ВДИ.  1989,  №2,  с.  3-7

25.  История  Древнего  Востока  (Под  ред.  И.М.Дьяконова).  Москва. 

«Наука».  1983.  534  с

26.  Белицкий  М ариан.'Забытый  мир  шумеров.  Москва.  «Наука»,  1980, 



397  с.+  илл.

Rəyçi: F.e.d., p ro f  İsrafıl  Abbasov

Yüklə 352,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə