Fleer-aids-4-Azer-Print cdr



Yüklə 11,55 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü11,55 Kb.
#48599

background image
İİV/QİÇS HAQQINDA NƏLƏRİ BİLMƏLİYİK?

İİV üç yol ilə yoluxur:  

 

§



Cinsi  əlaqə: İİV  statusu  bilinməyən  şəxslə  qorunmadan 

 

(prezervativsiz) cinsi əlaqə



§

Parenteral  yol:  Narkotik  inyeksiyası,  qeyri-steril  şprislər, 

iynələr  və  tibbi  alətlərdən  istifadə,  İİV-ə  yoluxmuş  qanın 

transfuziyası; 

§

Anadan uşağa: Xəstəliyə yoluxmuş anadan hamiləlik, doğuş 

 

və ya əmizdirmə vaxtı körpəyə yoluxması.



Miqrasiya və əhali yerdəyişməsinin artması infeksion 

xəstəliklər riskini də artırır.

Xəstəliklərin  vaxtında  müəyyən  olunması  və  müalicəsi 

üçün onların erkən diaqnostikası çox vacibdir.

SAĞLAMLIĞINIZA  DİQQƏT  EDİN  –  PULSUZ,  SÜRƏTLİ  İİV 

TESTİNDƏN VƏ VƏRƏMƏ MÜAYİNƏDƏN KEÇİN!

Xəstəliklərin vaxtında müəyyən edilməsi və müalicəsi 

Sizin sağlamlığınız üçün vacibdir!

Zəruri olarsa, Siz müalicəyə başlaya bilərsiniz!

Sağlam həyat yaşaya bilərsiniz!

Yeni  vərəm  və  İİV  infeksiyasının  ləğv  edilməsi  üçün 

əməkdaşlıq edin və buna öz töhfənizi verin!

background image
Əlavə məsləhətləşmələr üçün Azərbaycan 

Respublikası Səhiyyə Nazirliyi yanında Respublika 

QİÇS-lə Mübarizə Mərkəzinin 

(+994 12) 510 08 69

 

pulsuz telefon xətti ilə əlaqə saxlaya bilər və ya 



http://aids.az/ 

ünvanına elektron poçt göndərə bilərsiniz.



İİV aşağıdakı yollar ilə yoluxmur:

§

Əl sıxmaq, qucaqlaşmaq, öpüşmək;



§

Öskürmək, asqırmaq;

§

Eyni qabdan su içmə, yemək yemək və ya cəngəl və 



qaşığı paylaşmaq;

§

Ümumi hamam və ya tualetdən istifadə etmək;



§

İctimai  hovuz,  sauna  və  ya 

idman  alətlərindən  istifadə 

etmək;


§

Ağcaqanad və ya digər 

həşəratların dişləməsi;

§

İş yerində, ictimai yerlərdə 



və ya ev şəraitində İİV-ə 

yoluxmuş insanlarla əlaqə.



İnfeksiyadan müdafiə

§

Cinsi əlaqədə olduğunuz partnyorunuza sadiq olun;



§

İİV  statusu  bilinməyən  partnyorunuzla  cinsi 

əlaqədən  çəkinin,  partnyorların  sayını  məhdudlaş-

dırın və ya nəhayət prezervativdən istifadə edin;

§

Narkotik maddə istifadəsindən çəkinin, hər zaman 



steril iynə və şprislərdən istifadə edin.

İİV/QİÇS-in müalicəsi

§

Bu  infeksiyanın  müalicəsi  mövcuddur.  Müalicə 



qanda virusun azalmasına səbəb olur;

§

İİV/QİÇS  müalicəsini  almaqla  Siz  uzun  bir  ömür 



yaşaya bilərsiniz;

§

Müalicə olunmağınız Sizin cinsi əlaqədə olduğunuz 



partnyorunuzu və / və ya uşağınızı da yoluxmadan 

müdafiə edir.



Yüklə 11,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə