71
FƏSİL 3.
Layiqli həyat səviyyəsi
3.1
İqtisadi artım və insan inkişafı anlayışı
3.1.1
İqtisadi artım və onun ölçülməsi
İqtisadi artım istehsal prosesinə əlavə istehsal amillərinin (əmək, kapital
və s.) cəlb olunması, yaxud istehsal texnologiyasının təkmilləşməsi nəticəsində
ümumi daxili məhsulun (ÜDM) həcminin, o cümlədən adambaşına düşən
ÜDM-in həcminin yüksəlməsidir. Anlayışdan da göründüyü kimi iqtisadi artım
əsasən kəmiyyət dəyişməsini, yəni əhalinin həyat səviyyəsinin yüksəlməsinə im-
kan verən daha çox əmtəə və xidmətlərin istehsalını ifadə edir. İqtisadi artımdan
fərqli olaraq iqtisadi inkişaf dedikdə iqtisadiyyatdakı keyfiyyət dəyişikliyi başa
düşülür. İqtisadi inkişaf əlavə iqtisadi artım üçün əsas yaratmaqla birlikdə, sosi-
al-iqtisadi və mədəni strukturda, həmçinin əhalinin həyat səviyyəsində keyfiyyət
dəyişikliyinə yol açır. Dolayısı ilə, geniş mənada iqtisadi inkişaf anlayışı həm
kəmiyyət, həm də keyfiyyət dəyişməsini ehtiva edir.
ÜDM milli hesablar sisteminin və iqtisadiyyatın ən mühüm göstəricilərindən
biri kimi istehsal fəaliyyətinin son nəticəsini ifadə edir və son istehlak üçün is-
tehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə iqtisadiyyatın
bütün sahələri üzrə yaradılan ümumi əlavə dəyərlə xalis vergilərin cəmini əks
etdirir. Bu yanaşmaya ÜDM-in istehsal və ya sahə üsulu ilə ölçülməsi deyilir.
ÜDM gəlirlər üsulu ilə müəyyənləşdirilərkən isə istehsal olunmuş əmtəə və
xidmətlərdən formalaşan ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının,
istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq
gəlirlərin cəminə baxılır. Məlum olduğu kimi, ilkin gəlirlər institusional rezident-
vahidlərin istehsalda iştirakı nəticəsində yaranan gəlirlərdən və mülkiyyətdən
alınan gəlirlərdən ibarətdir. Nəhayət, ÜDM-in ölçülməsinin xərclər üsulu əmtəə
və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə
vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) əldə edilməsini
və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.
Son istehlak üçün istehsal olunmuş məhsul və xidmətlərin cari qiymətlərlə
dəyəri nominal ÜDM-i ifadə edir. Əgər t ilində istehsal edilən i məhsulunun (və
ya xidmətinin) miqdarını Q
it
, qiymətini isə F
it
ilə ifadə etsək, nominal ÜDM (Y
t
)
riyazi olaraq aşağıdakı formada göstərilə bilər:
Aydındır ki, fiziki istehsal həcminin dəyişmədiyi halda belə ümumi qiymətlər
səviyyəsinin yüksəlməsi nominal ÜDM-in artmasını şərtləndirəcəkdir. Bu ba-
��
�
� ∑ �
��
� �
��
�
���
72
xımdan iqtisadi artım ölçülərkən nominal ÜDM əvəzinə daha məqbul yanaşma
kimi sabit qiymətlərlə hesablanmış real ÜDM göstəricilərinə istinad olunur. Bu-
nun üçün isə ÜDM-in fiziki həcm indekslərindən istifadə edilir.
Əvvəlki dövrlə müqayisədə hesabat dövründə ÜDM-in fiziki həcm
indekslərini hesablamaq üçün hesabat dövründəki ÜDM-in əvvəlki dövrün
qiymətləri ilə kəmiyyətini ÜDM-in əvvəlki dövrdəki miqdarına bölmək lazım-
dır. Müvafiq qaydada uzunmüddətli dövr üçün zəncirvari indekslər metodundan
istifadə edilir. Nəticədə hər il üçün ölkə daxilində istehsal olunmuş son əmtəə və
xidmətlərin qiymət dəyişməsini xarakterizə edən ÜDM-in deflyatoru (D
t
) tapılır
və aşağıdakı düstur vasitəsilə nominal ÜDM real ÜDM-ə (Y
t
) çevrilir:
Nəticə olaraq deyə bilirik ki, real ÜDM-in həcmindəki faizlə dəyişmə ilə defl-
yatorun faizlə dəyişməsinin cəmi təqribən nominal ÜDM-in faizlə dəyişməsinə
bərabərdir. Yəni, deflyator 3%, real ÜDM 2% artarsa, bu nominal ÜDM-in
təqribən 5% artması deməkdir.
İqtisadi artım (g
t
) isə ÜDM-in illik artım templəri ilə (faizlə) ölçülür və bu
zaman cari və bazis ilinin ÜDM göstəriciləri arasındakı fərq bazis ilinin ÜDM
göstəricisinə bölünür:
Başlanğıc ilindəki ÜDM-i Y
0
, n il sonrakı ÜDM-i isə Y
n
ilə ifadə etsək, iq-
tisadi artımla bağlı məchul dəyişəni tapmaq üçün praktiki əhəmiyyətə malik
müntəzəm istifadə edilən törəmə düsturlar aşağıdakılardır:
�
�
� ��
�
�
�
⁄
Yuxarda verilən düsturda nominal ÜDM-i tənliyin sol tərəfinə keçirək:
��
�
� �
�
� �
�
İndi isə
� � � ifadəsinin törəməsini alaq:
��� � ��� � ��� � ���
Yeni tənliyin hər iki tərəfini
� � � ifadəsinə bölək:
��� � ��� �� � ���
⁄
� �� �
⁄ � �� �
⁄
Son tənliyi sadəlik baxmndan aşağdak kimi də ifadə etmək olar:
��� ��
⁄ � �� �
⁄ � �� �
⁄
́
́
�
�
�
�
�
��
���
�
���
� ���
́
́
́
́
́
́
�
�
� �
�
� �� � ��
�
�
�
� �
�
�� � ��
�
⁄
� � ��
�
�
�
⁄
�
� �
� � log
�����
��
�
�
�
⁄ �
́
́
́
́
́
́