|
Fənn:İqtisadiyyat Müəllim: Talıbov Axilles
|
səhifə | 6/6 | tarix | 23.12.2023 | ölçüsü | 30,4 Kb. | | #155218 |
| Serbest iş İqtisadi Nəzəriyyənin predmenti və metodu Con Meynard Keyns
05-06-1883—21-04-1946
Müasir dövrdə iqtisadi nəzəriyyə ilə yanaşı bir çox iqtisadi elmlər sahəsi inkişaf edir və öz fəaliyyət çərçivələrini genişləndirirlər. İndi dünyanın əksər universitetlərində və kolleclərində iqtisadi nəzəriyyələrlə yanaşı xüsusi iqtisad elmlərinin, kursların öyrənilməsinə, tədrisinə geniş yer verilir. Bunu nəzərə alaraq iqtisad elmləri sistemində iqtisadi nəzəriyyənin tutduğu yeri və funksiyalarını nəzərdən keçirək.
XVIII əsrdən başlamış iqtisad elmi bütün iqtisadi bilikləri əhatə edən vahid bir elm sahəsi kimi fəaliyyət göstərmişdir. Bu elmin tədrisinə XIX əsrin əvvəllərindən, xüsusilə onun ikincı yarısından başlanmışdır.
XIX əsrin ikinci yarısından başlayan və XX əsrdə davam edən iqtisadi, texniki və mədəni yüksəliş iqtisad elminin təsnifatına, ayrı-ayrı elm sahələrinə bölgüsünə səbəb olmuşdur. Bu dövrdə iqtisadiyyatda əmək bölgüsünün, ixtisaslaşmanın genişlənməsi baş vermiş, iqtisadiyyat daha mürəkkəb xarakter almışdır.
İqtisadi nəzəriyyə - iqtisadi elmləri sistemində
Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında yüz minlərlə istehsal, xidmət, sosial sahələr fəaliyyət göstərirlər. Bütün bu iqtisadi-sosial qurumlar arasında cərəyan edən mürəkkəb qarşılıqlı əlaqələr, onların hər birinə xas olan xüsusi cəhətlər bir çox elm sahələri tərəfindən öyrənilir. İqtisad elmlərində baş verən təsnifat, bölgü bu tələbatdan irəli gəlmişdir. Bu səbəbdən indi iqtisadiyyatın müxtəlif sahələrini, hissələrini, onların ümumi funksional münasibətlərini öyrənən çoxsaylı iqtisad elmləri fəaliyyət göstərməkdədir. Bunların içərisində sənayeni, kənd təsərrüfatını, tikintini, xidmət və sosial fəaliyyət dairələrini öyrənən elmləri göstərmək olar.
İqtisadiyyatın ayrı-ayrı sahələrini, hissələrini öyrənən konkret elmlərlə yanaşı onun ümumfunksional fəaliyyətini, kəmiyyət və keyfiyyət tərəflərini, idarə edilməsinin vasitələrini öyrənən elmlər də mövcuddur. Bu elmlərdən əməyin iqtisadiyyatı və təşkili, iqtisadiyyatın tənzimlənməsi, idarəetmə, maliyyə, kredit, statistika, marketinq, iqtisadi kibernetika kimi elmlər geniş fəaliyyət göstərməkdədir. Bütün bu iqtisad elmlərinin hər birinin predmeti və konkret funksiyaları mövcuddur. Buna baxmayaraq onların hamısı bir sistem şəklində, bir-biri ilə qarşılıqlı münasibətdə inkişaf edir və təkmilləşirlər.
İqtisad elmləri sisteminə daxil olan bütün elm sahələrinin tədqiqat obyekti iqtisadiyyatdır. Vahid iqtisad elmindən ayrılan və xüsusiləşən bu elm sahələri iqtisadiyyatı, onun ayrı-ayrı tərəflərini, kəmiyyət və keyfiyyət cəhətlərini daha konkret, nəzəri və əməli cəhətdən öyrənmək imkanlarına malikdir.
Sovet sosialist sistemi dağıldıqdan sonra iqtisad elmlərinin adı, məzmunu və funksiyaları da dəyişilməyə başlamışdır. Keçmiş cəmiyyətdə ideoloji don geydirilmiş «kapitalizm» və «sosializm» anlayışları iqtisad elmlərini də qəlibə salmış, onların yaradıcılıq imkanını xeyli daraltmışdır. Belə bir şəraitdə iqtisadi nəzəriyyə, onunla yanaşı fəaliyyət göstərən və tədris olunan konkret iqtisad elmləri dünya iqtisadi nəzəri fikrindən təcrid olunmuşdur. Hazırda iqtisad elmlərinin inkişafı üçün sərbəst yaradıcılıq, obyektiv və tərəfsiz fikir söyləmək imkanı yaranmışdır. İndi dünya iqtisadiyyatını, onun regionlarını, milli iqtisadiyyatı yeni baxımdan öyrənən elm sahələri də iqtisad elmləri sistemində fəaliyyət göstərir.
İqtisad elmləri sistemində iqtisadi nəzəriyyə ilə digər iqtisad elmləri arasında fərqlər və vəhdətlik mövcuddur. Burada iqtisadi nəzənyyə iqtisad elmləri sistemində ən çox nəzəri-metodoloji funksiyalarla çıxış edir. Bu baxımdan iqtisad elmlərini iki yerə - nəzəri və tətbiqi elmlərə bölmək daha düzgün olardı. Bu bölgü ilə bağlı məşhur Amerika iqtisadçıları K.Makkonnell və S.Bryu «Enonomiks» dərsliyində yazırlar ki, iqtisadi nəzəriyyə özünün biltün praktiki fəaliyyətinə baxmayaraq dar ixtisaslı bir predmet deyil, akademik predmetdir. Mühasibat uçotundan, reklam fəaliyyətindən, maliyyə və marketinqdən fərqli olaraq iqtisadi nəzəriyyə pulu necə qazanmaq haqqında da elm deyil. Bu elmin problemləri adətən fərdi iqtisadi fəaliyyətlər baxımından deyil, ictimai baxımdan öyrənilməlidir. Elmin predmeti isə əmtəələrin və xidmətlərin istehsalı, mübadiləsi və istehlaki proseslərinə bütövlükdə cəmiyyət mövqeyindən yanaşmaqdan ibarətdir.
Gətirdiyimiz bu fikirdə iqtisadi nəzəriyyə ilə başqa konkret iqtisad elmləri arasındakı fərq, funksiyalar çox aydın şəkildə ifadə olunmuşdur. Bu fərqlə yanaşı iqtisadi nəzəriyyə tətbiqi iqtisad elmlərilə qarşılıqlı əlaqə şəklində inkişaf edir. Bu elmlərlə birlikdə cəmiyyətin ümumiqtisadi problemlərinin araşdırılmasında və tövsiyələr verilməsində iştirak edir.
Biz iqtisad elmlərini, nəzəriyyələri elə-belə, elm xatirinə öyrənmişik. Biz onlardan iqtisadi tətəkkürümüzü inkısaf etdirmək, iqtisadi fəaliyyətimizdə faydalanmaq ücün istifadə edirik. Məlumdur ki, həyatda əhəmiyyəti olmayan elm boş və mənasız biliklər yığımından ibarət ola bilər. Şərqin bir müdriki demişdir: «Elmsiz iş (əməl) şoranlığa səpilən toxuma bənzər, əməlsiz elm isə qəbirdəki diriyə bənzər».
Məşhur Amerina iqtisadçısı prof. P.Samuelson iqtisad elmini sosial elmlərin kraliçası adlandırır. Burada müəyyən qətlər şişirtmə olsa da hər halda iqtisadi həyat və onu öyrənən elm çox böyün qüvvəyə malikdir. Yaşadığımız iqtisadi mühiti düzgün dərn edih qiymətləndirmək üçün ən yaxşı yol iqtisad elmini öyrənməkdir. İndi içərisində yaşadığımız dövrün bütün çətinlinlərinin, ziddiyyətlərinin kökü iqtisadiyyatla bağlıdır. Bütün bu çətin və böhranlı illərdən çıxmağın yeganə yolu, milli iqtisadiyyatımızı, onun əsasında da elmimizi, təhsilimizi, mədəniyyət və mənəviyyatımızı dirçəldib inkişaf etdirməndir. Bununla bağlı gənclər, yaşlılar qarşıya belə bir sual qoyurlar ki, biz hansı ictimai quruluşa, hansı iqtisadi sistemə keçirik? Bu sualın cavabını məşhur iqtisadçı C.Helbreytin özünün «İqtisadi nəzəriyyə və cəmiyyətin məqsədi» əsərində (M.1976) aydın şənildə ifadə etmişdir. O yazır ki, «Ən yaxşı iqtisadi sistem - insanların çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödəməyə qadir olan sistemdir». Beləliklə, iqtisadi, sösial, mədəni və mənəvi problemlərin həllində inşan azadlığı və qayğısını öz üzərinə götürən, onun bu gününü və gələcəyini təmin edən cəmiyyətə nə ad qoyulmasından asılı olmayaraq, o, sağlam və demokratik bir cəmiyyətdir.
Paul Samuelson
15.05.1915-13-12-2009
Ədəbiyyat
1.https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://old.amu.edu.az/uploads/kafedralar/eczachiliq_fakultesi/ictimai_fenler_kafedrasi/iqtisadiyyat_az.docx&ved=2ahUKEwj3xp-Uuuj-AhUmpIsKHaeNA3MQFnoECBMQAQ&usg=AOvVaw2mSOkbmZPAO2DGtC9cfcrw
Dostları ilə paylaş: |
|
|