70
baxırdılar.Qəfil ayrılıqdan sarsılan adamlar
böyük kədərə baş əyir,tabe
olurdular.Heç kəsə əyilməyənlər kədərə müticəsinə baş əyirdilər!
Heç kəsin: nə qohumlarının, nə də dostlarının ürəyi gəlirdi ki, «götürək»
deyib Əlini «yerdən qaldırmağı» birinci təklif etsin.Hamı elə bilirdi, kim bunu
birinci təklif etsə, onu «daşürəkli» adlandıracaqlar.Yubadırlar bu kədərli
dəqiqələrin ömrünü.Əli üçün hələ Bakıda da qəbir qazılmışdı.Burada da onu dəfn
etməyə tələsməmişdilər.Bəhanə gətirmişdilər ki, Əlinin məzar qonşuları, nədənsə,
ürəklərindən olan adamlar deyillər.Cənazəni Göyçaya gətirmişdi-lər.Bu Rəsul
Rzanın da ürəyindən olmuşdu.Daha doğrusu, qohumları bildi-rəndə ki,Əlinin
cənazəsini Göyçaya «qaçırmaq» istəyirlər,Rəsul Rza demişdi ki, təlaş nəyə lazım?
Aparacağıq! Əlbəttə, Əlinin dəfni ilə əlaqədar ailə üzvləri,qohumları hər işdə Rəsul
Rza ilə məsləhətləşirdilər…Əvvəlcə istədilər Əli Kərimi atası ilə yanaşı - Potu
kəndindəki qəbristanlıqda dəfn etsinlər. «Qonşuluqda» yer olmadı.Qəbristanlığın
aşağa başında qəbir qazdılar.Bu da heç kəsin ürəyindən deyildi: «Madam atası ilə
yanaşı düşmür, daha qəbristan-lığın aşağa başında niyə basdırırıq?!» Kim bilir,
bəlkə də bu vasvasılıqla Əlini torpağa qıymırdılar.Yaxşı ki, Rəsul Rza da burada
idi.Fikirlərini Göyçayın rəhbər təşkilatlarına dedilər.İndi Əlinin dəfn olunduğu yeri
məslshst gördülər.
Göyçay hələ heç vaxt belə kədər libasına bürünməmişdi.Heç vaxt belə
hüznlü günlər görməmişdi.Şair - curnalist dostum Məzahir Əhmədoğlu o günü belə
xatırlayır:
- Sağlığında Əli Kərimi bir dəfə görmüşdüm.Malik müəllim Göyçayda onu
mənə göstərmişdi.O,Əli kərimin atasını da yaxşı tanıyır.Onda Malik müəllim
maşın tutub Ə.Kərimi evlərinə yola salırdı.Əlinin ölüm xəbərini eşidəndə isə
çaşbaş qaldım: axı mən onunla hələ doyunca söhbət etməmişdim.
Bizim Göyçayda adətdir: cənazə aparılarkən həyətlərdəki qız - gəlinlər bu
mərasimə açıq - aydın tamaşa etmirlər.Necə deyərlər, gözlərinin ucu ilə, elə bil
gizlicə baxırlar.Amma onda heç kəs kədərini gizlətmirdi.Gedə bilənlər axına
qoşulurdular, gedə bilməyənlər isə çıxıb qapıda, yol üstündə ağlayırdılar.Əli Kərim
hamı üçün məhrəm adam idi.Əli Kərimin kim olduğunu hamı elə bil məhz həmin
gün başa düşmüşdü.Küçələrdə o qədər adam vardı və bu çoxluq o qədər sükut,
kədər yaratmışdı - ayaq səsləri aydın eşidilirdi.Elə bil hamının Əli kərimə mənəvi
borcu vardı - son borcunu verməyə gəlmişdi.mən onda ağlamayan adama rast
gəlmədim.Bir az əvvəl yağış da yağmışdı - bu da təbiətin göz yaşları idi.Yol boyu
yerli musiqiçilər «Bayatı - Kürd», «Dəşti» çalırdılar.Gəlib çatdıq Əli Kərimin dəfn
olunacağı yerə - Avran dərəsinin, Bozdağın yaxınlığındakı düzəngaha. Matəm
mitinqi oldu…Vəsiyyətinə görə məzarına kağız - qələm qoydular.Sonralar mən bir
şeir yazdım - epitafiya.
«Əli kərimin indiki yerdə dəfn olunması taleyin qisməti, alın yazısıymış» -
bunu mənə Əlinin qohumlarından biri dedi.Hansı şəhəri göyçaya oxşadırsınızsa -
oxşadın, amma göyçayı heç bir şəhərə oxşatmaq olmaz.Təkcə ona görə yox ki,Hər
işidən qabaq mən Göyçaya Əli Kərimin gözüylə baxıram, ona görə ki, bu
dediklərimin nə dərəcədə doğru olduğunu sübuta yetirmək üçün haçansa yolunuzu
bu yerə sala bilərsiniz.
71
…Göyçayda dəfələrlə olmuşam.Həmişəki kimi bu dəfəki gəlişim də Əli
Kərimlə bağlı idi.Məqsədim onun doğma yurdla bağlı uşaqlıq illəri haqqında
bilmədiklərimi öyrənməkdi.Bilirdim, Əlinin Göyçayda bacısı, qohumları
yaşayır.bilmirdim ki, onların gözünə necə görünəcəyəm, necə danışacağam ki,
onlar Əli Kərimin vəfatını 16 ildən sonra təzədən yaşamasınlar…
Əli kərimin bacısı Əminənin mənə ilk sözü bu oldu: «Allah elə bil qəsdən
məni sağ qoyub ki,əzizlərimizin ağrısını,niskilini çəkim».Bu sözlə Əminə yalnız
atasını, anasını və qardaşı Əlini nəzərdə tutmurdu.Əli kərim «Atamın xatirəsi»
Şeirində yazırdı:
O sərt idi.Səhər dərsə tələsəndə mən,
Bildirməzdi yolda durub boylandığını
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Adətən,biz,valideynlərin övladlarını necə əzizləmələrindən danışırıq.Bu-
rada isə əksinə.Valideynin sərtliyindən söhbət gedir.Niyə? Özü də Əli Kərim, şeiri
elə - belə yazmamışdı.Həyatda gördüyünü yazmışdı.tez - tez bacısı Əmi-nəyə də
deyərdi: «Ay bacı, Paşam (atasına belə müraciət edərmiş) bizə yaman
sərtdir».Övladlarına qarşı atanın bu «sərtliyinin» öz mənası vardı.Paşa kişinin
uşaqları nədənsə, iki və ya iki yaş yarımdan çox yaşamazdılar.Bu yaş sərhəd-dini
ilk dəfə Əli pozub. «Qoy istəyimi nə Allah bilsin, nə də uşaq özü.Bəlkə onda
balalarım salamat qaldı», - deyə düşünən paşa kişi, doğrudan da, istəyini büruzə
vermirdi.Üstəlik Əlinin bəzi qeyri - adi hərəkətləri onu hövsələdən çıxarırdı…
Əli dördüncü sinifdə oxuyurdu.Nədənsə,uşaq gecə tez -tez yuxudan ayı-lıb
öz - özünə danışırdı.Uşağın bu hərəkəti onsuz da sərt olan atanı bir az da
əsəbiləşdirirdi.bir dəfə gecə yarısı Əli divara iki bəndlik şeir yazmışdı.Buna iki cür
«diaqnoz» qoydular: uşaq sarılıq xəstəliyinə tutulub, sayıqlayır, onu qəfil-dən
qorxutmaq lazımdır,Paşa kişi uşağı qorxutmaq üçün qəribə üsul tapdı: «Nə öz -
özünə danışırsan? Kitablarını da yandıracağam, oxuya bilməyəcək-sən».
Əlinin rəngi sapsarı saralmışdı.amma busarılıq,o sarılıqdan deyildi.Qon
-şu arvadı Xədicənin dediyi fikir düz çıxdı: «Ay balam, nə istəyirsiz bu uşaqdan?
Haqq vergisidir…»
Gələcəyi gözləmək lazım gəlmədi.Bu fikrin doğruluğunu Əli elə o vaxtlar
təsdiq etdi.Şeir yazmaqdan əl çəkmədi.Əlbəttə, o günlər kağızın bol vaxtıda
deyildi ki,hər düşündüyünü yazıb saxlayasan.Yaşıdları ona dinclik vermirdi-lər:
«Əli, sən allah, bir şeir oxu».Əli də qəlblərinə dəyməzdi tay - tuşlarının.
Oxuyardı «yazdıqlarını»:
Ağ qoyun, qara qoyun,
Başınızı yerə qoyun.
Bəziləri küsərdilərƏlinin bu «istiotlu» zarafatlarından.Küsərdilər, amma tez
də barışardılar.Çünki nə onlar Əlisiz, nə dəƏli onlarsız dözə bilərdilər…