Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 

33 


gec gəlir) təsadüfi deyil.Doğrudur, bir çox şairlər (elə Əli Kərimin özü də) ölüm 

haqqında təsirli şeir yazıblar və bu şeirlərdən sonra on illərlə yaşayıb-lar.Amma 

Əlinin «Vəsiyyət» i elə - beləcə şeir yazmaq xatirinə yazılmış «Vəsiyyət» 

deyildi.Əli Kərim bilirdi: «Vəsiyyət»i yazdıqdan sonra yaşamaq mümkün deyil.O, 

daxili dünyasında ölümə müqavimət gücünü hesabladıqdan sonra «Vəsiyyət»i 

yazıb. 


«Vəsiyyət»  Əlinin son şeiri deyil.Əlinin son şeiri ürəyində qaldı.Özünün dediyi 

kimi: «Qələmimdəki mürəkkəb məni yandırır.Qəlbimdə qalan söz ki-mi». 

«Vəsiyyət» - onun ölüm haqqında yazdığı son şeiridir. 

Belə demək daha düzgündür. «Vəsiyyət»in son misrası «Orxanımın» sözü ilə 

qurtarır.Orxan Əlinin sonuncu övladıdır. 

 

Atası vəfat edəndə atanın nə demək olduğunu bilirdi.Əli Kərimin kim 



olduğunu bilmirdi.Çünki onda Orxanın iki yaşı da yox idi… 

 

Təbiidir: bütün atalar övladlarını sevirlər.Əli Kərim oğlanlarını ideal bir ata 



məhəbbəti ilə sevirdi.Bunu Əlinin şeirlərindən də hiss etmək çətin deyil. «Gecə 

uşaqlar yatır» misrası ilə başlayan şeirində Əli kərim deyir ki, gecə şeir yazarkən 

siqaret çəkir və otaq tüstü ilə dolur.Uşaqlara tüstü olmasın deyə o, çıxıb eyvanda, 

şaxtada şeir yazmaq istəyir.Əli kərim yazır: 

 

Tüstü sözlərlə bir çıxır sinəmdən 



Tüstülü sözlər, 

«Dumanlı» sözlər. 

Söz - uşağımın səadəti, 

Tüstü - düşməni 

İkisi də can bir qəlbdə. 

 

 



Əli Kərim «Vəsiyyət» ində də uşaqlarını unutmur: «Tabutuma oğlanları-mı 

yaxın qoymayın!Təbəssümlərini qoyarlar ora.Qoymayın onları həyətdən bir adam 

çağıra, oyuncaqlarını, oyunlarını gətirib qoyarlar tabutuma.Birdən - birə 

qocalarlar.Mənsə aparıram sizə lazım olmayan nəyim var.Amma qoyub gedirəm 

nöqsanlarımı.Onlar, narahat yaşadar oğlanlarımı». 

 

Əli Kərim böyük irs qoyub getdi.O, təmiz, şərəfli bir ad qoyub getdi.Bil-



mirəm, Əli hansı «nöqsanlarından» danışır... 

 

Bir dəfə bizdə Əli Kərimlə xarici şərab içirdik.İçki şüşəsinin üstündəki 



etiketdə Aleksandriya şəhərinin yaraşıqlı mənzərəsi verilmişdi.Əli Kərim etiketi 

birtəhər qopardıb cibinə qoydu və dedi: «Aparım uşaqlarçün, belə şeylərlə yaxşı 

oynayırlar».İmkanım olsaydı, dünyanın bütün oyuncaqlarını onda Əli atanın 

balalarına verərdim! 

 

Üç oğul yanaqlarında Əli Kərimin öpüşlərinin izlərini gəzdirir.Üç oğul 



gözlərində atalarının gözlərini gəzdirir.Üç oğul atasız qalsa da, poeziyamız Əli 

Kərimsiz qalmayıb.Onun yaradıcılığı oğlanlarına arxadır, atadır! Bundan sonra da 

atalıq edəcək…  

 

Övladları onun ən böyük təsəllisi idi.Uşaqları bir yaş böyüdükcə elə bil Əli 



Kərim bir yaş cavanlaşırdı.İndi üç oğlun yaşı üst - üstə təxminən atalarının yaşı 


 

34 


qədərdir.Əli Kərim bir ata kimi övladlarını ərköyün öyrətməyib.Övladları heç vaxt 

Əli Kərimin adından istifadə etməyəcəklər.Buna inanıram.Əli Kərim övladlarına 

bu günün sevinci kimi yox, sabahın sevinci kimi baxırdı. Elə o özü də balaları üçün 

dünənin sevinci deyildir: bu günün, sabahın təsəllisidir! 

 

…Sumqayıtda S.Vurğun adına mədəniyyət sarayında Rəsul Rza ilə görüş 



vardı.Əli Kərim də gəlmişdi.Özü ilə ortancıl oğlu Azəri də gətirmişdi.Səhv 

etmirəmsə, onda Azərin 9- 10 yaşı olardı. 

 

Əli Kərimi də rəyasət heyətinə dəvət etdilər.Gözləmək olardı, Əli oğlunu da 



özü ilə aparacaq.Və yaxud oğlu da atası ilə getməyə can atacaq.Azər zalda, qabaq 

cərgələrin birində mənimlə yanaşı oturmuşdu.Növbəti çıxış üçün Əliyə söz 

verdilər.Çıxış edib qurtardıqdan sonra təbiidir ki, dinləyicilər onu hərarətlə 

qarşıladılar.Oğluna baxdım.Uşağın böyüklərdən də özünü təmkinli aparması məni 

heyran etdi.Azər özünü elə soyuqqanlı aparırdı ki, guya o da adi dinləyi-cilərdən 

biri idi.Əlinin doğma balası deyildi.Gözləyirdim, atası çıxış etdikdən sonra Azər, 

heç olmasa hamıdan çox əl çalacaq.Uşağın soyuqqanlılığı məni 

heyrətləndirdi.Əlimi çiyninə qoyub başqalarının da eşidəcəyi bir tərzdə soruşdum: 

«Atanın çıxışı xoşuna gəldimi?» O, çiyinlərini çəkib «xoşuma gəl-di»- dedi.Amma 

bunu elə tərzdə dedi ki, sifətinin, gözlərinin ifadəsindən «çı-xışdır da» sözü 

oxunurdu.Xeyr, o, atasının çıxışına laqeyd,etinasız deyil-di.Atasıdır deyə, Əli 

Kərimi yersiz tərif etmək istəmirdi. 

Görüş qurtardıqdan sonra bu haqda Əliyə dedim. 

- Qoy bir az böyüsün, məni tamam 

bəyənməyəcək, - deyə Əli Kərim za-rafatla 

bildirdi. 

Məni heyran edən nə idi? Uşaq nəinki öz yerini, həm də öz sözünü bilir-di.Əli 

Kərim isə özü ilə uşaq arsında sanki yaş fərqi hiss etmirdi, uşağı böyük tuturdu.Bu, 

Əli Kərim tərbiyəsi idi! 

Bəli, onda nə bizlərdən bir kəsin, nə də uzaqgörən Rəsul Rzanın ağlına da 

gəlməzdi ki, bir neçə ildən sonra Əli Kərim «torpağın üstündə nə qədər şən olsa 

da,torpağın   altına köçəcək».Rəsul Rzanın ağlına da gəlməzdi ki, «Əli mənim 

oğlum,qardaşımdır» deyib fəxr etdiyi halda bir neçə ildən sonra ürəyinin göz 

yaşları içərisində deyəcək: «O, namuslu, təmiz, lakin qısa, çox qısa, bizi 

qəhərləndirən, gözlərimizi göynədən,təəssüflü qısa bir ömür sürdü».Bilmirdi ki,özü 

də hiss etmədən qələmindən bu sözlər çıxacaq: «Bir gün Əli parıltılı, iri, qara 

gözlərini yumdu.Üzünü xəstəxana divarına çevirdi, sakit,səssiz bizdən 

ayrıldı.Həkimlər «insan öldü!» dedilər.Oxucular dedi: «Yox, şair ölmədi! Bu necə 

ölümdür ki, biz bu gün də onun ürək çırpıntılarını, hərarətini, sevinc və kədərini, 

məhəbbətinin gücünü şeirlərindən duyuruq.Bu necə ölümdür ki,şair Əli bu gün də 

bizim sıramızdadır!» 

Əli Kərimlə görüşdüyümüz günlərdə o həmişə istər - istəməz uşaqlarını yada 

salardı.Onlardan da söhbət açardı.Elə başa düşməyin ki, guya biz söhbət etməyə 

başqa mövzu tapa bilmirdik. 

Xeyr.Sadəcə olaraq o, məsafəcə uşaqlarından uzaq olanda da xəyalən onlarla 

söhbət edirdi.Əli Kərim uşaq sadəlövhlüyünü böyük dühalarla yanaşı 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə