Fəaliyyət Üsulumuz



Yüklə 8,5 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü8,5 Kb.
#25978

background image
Fəaliyyət Üsulumuz 

 

Şəffaflıq  Azərbaycan  tərəfsiz  təşkilatdır,  heç  bir  siyasi  qüvvənin  maraqlarına  xidmət 



etmir və onların əleyhinə fəaliyyət göstərmir. Biz Azərbaycan xalqının xeyrinə çalışırıq. 

Bizim  strateji  baxışımız  hökumətin,  siyasətin,  biznesin,  vətəndaş  cəmiyyətinin  və 

insanların gündəlik həyatının korrupsiyadan azad olduğu dünyadır. Bizim missiyamız 

cəmiyyətin  bütün  sahələrində  və  bütün  səviyyələrində  korrupsiyaya  qarşı  mübarizə 

aparmaq,  şəffaflığı,  hesabatlılığı,  dürüstlüyü,  həmrəyliyi,  cəsarəti,  ədaləti  və 

demokratiyanı təşviq etməkdir. 

 

Bizim  əsas  dəyərlərimiz  və  prinsiplərimizə  görə  daha  çox  şəffaflığa  və  dürüstlüyə  nail 



olmaq  üçün  uzunmüddətli  öhdəliklər  tələb  olunur.  Bu  isə  yalnız  maraqlı  tərəflərin  və 

ümumilikdə cəmiyyətin məlumatlılığı və dəstəyi ilə mümkündür. ŞA əsas tərəfdaşlarla, 

xüsusilə  də,  hökumətlə,  vətəndaş  cəmiyyəti  üzvləri  və  Azərbaycan  xalqı  ilə  xoş 

münasibətlər və əməkdaşlıq qurmağa səy göstərir. Bu, ŞA-nın korrupsiya ilə mübarizədə 

işinin təsirini artırmaq və nəticə əldə etmək üçün mühümdür. 

 

Hökumətlə  münasibətlərimizdə  aparıcı  prinsiplərimiz  şəffaflıq,  hesabatlılıq,  dürüstlük 



və  ədalət  kimi  dəyərlərimizdir.  ŞA-nın  hökumətlə  fəaliyyət  üsulu  dövlət  siyasəti  və 

proseslərinin  tərəfsiz  təhlilinə,  eləcə  də,  korrupsiya  ilə  mübarizə  sahəsində 

monitorinqlərin  keçirilməsi,  ictimai  sektorun  müxtəlif  sahələrində  problemlərin  həll 

edilməsi  üçün  tövsiyələrin  hazırlanması  və  müsbət  dəyişikliklərin  təşviqi  vasitəsilə 

hökumətin anti-korrupsiya fəaliyyətlərinə konstruktiv olaraq cəlb edilməsinə əsaslanır.  

 

ŞA  fərqli  istiqamətlərdə  vətəndaş  cəmiyyəti  üzvlərini  əməkdaşlığa  cəlb  edərək  (QHT-



lərlə şəbəkə və mütəmadi görüşlər artıq keçirilməyə başlayıb) və icra etdiyi fəaliyyət və 

strategiyaların  qiymətləndirilməsi  və  inkişaf  etdirilməsi  üçün  onların  fikir  və 

töhfələrindən  istifadə  edərək  hökumətə  tövsiyələr  hazırlayır.  ŞA-nın  keçirdiyi  dəyirmi 

masalar  dövlət  qurumları  və  vətəndaş  cəmiyyəti  mütəxəssislərinə  əsas  korrupsiya 

məsələləri  üzrə  ölkədəki  vəziyyəti  müzakirə etməyə,  islahatlar  üçün  vəkillik  aparmağa 

və  həmçinin,  ŞA-ya  korrupsiya  ilə  mübarizə  və  şəffaflığın  təşviqi  sahəsində  ölkənin 

qabaqcıl  məlumat  mərkəzi  və  strateji  əməkdaşı  mövqeyindən  çıxış  etməyə  imkan 

yaradır.  



 

Yüklə 8,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə