19
Skeletin ayaqları yanında çiynində dik yapıĢdırılmıĢ üçtipli qulplu olan nisbətən iri
küp qoyulmuĢdur. Onun boğazı enli, gövdəsi girdədir. Çəhrayı rəngdə olan bu küp
gilinin tərkibində qum qarıĢığı vardır. Qəbirin baĢ tərəfində qabların qırıqları vardır
ki, bunlar da cam formalı qablardandır. Burada yalnız bir bütöv və bir də sınıq gil
fincan qab götürüldü. Qəbirdən bir ədəd dəhrəyəoxĢar dəmir alət də tapılmıĢdır.
13 saylı torpaq qəbir. VII kvadrata, 1,1 metr dərinlikdə aĢkar edilən bu
torpaq qəbiri də uĢağa aid olub, çox da kiçik deyildir. Skelet sağ böyrü üstdə, sıx
bükülmüĢ Ģəkildə üzü 15
0
qərbə olmaqla Ģimala doğru idi. Onun sağ qolunda
dəmir bilərzik və yanında mis üzük, boynunda isə parçadan muncuqlar var idi.
Skeletin ayaq tərəfində nisbətən iri bir küp (küpün ağzında da bir ədəd qab), baĢ
tərəfində isə 16 gil qab qoyulmuĢdur. Cəmi 18 gil qabdan ibarət olan avadanlığın
çoxu qırılmıĢdır. Ölünün üzü qarĢısında iki dəmir nizə yerə dik sancılmıĢ
vəziyyətdə aĢkar edilmiĢdir. BaĢ tərəfdə qoyulmuĢ nisbətən iri küplərdən biri
yumru gövdəli olub, ağzı kənara doğru əyilmiĢdir. Onun ağzının diametri 19 sm,
hündürlüyü isə 28 sm-dir. Qabın çiyinlərində iki ilgəkvari qulpu vardır. Sərnicə
oxĢar bu qabın içərisində qövsvari dəmir bıçaq da tapılmıĢdır. Ümumiyyətlə, baĢ
tərəfdə qoyulmuĢ qabların içərisindən və yanından iri və xırda buynuzlu heyvan
sümükləri aĢkar edilmiĢdir.
VII kvadrata, eləcə də Ģimal və Ģərqə doğru kvadratların kənarlarından qəbir
abidələrinin davam etdiyi qazıntının gediĢi zamanı aydın olmuĢdur ki, qəbirlər o
qədər sıx yerləĢdirilib ki, onlardan biri aĢkar ediləndə digərlərinin materialı yaxud
sümükləri görünür. Çox hallarda az qala qəbirlərin materialları bir-birinə qarıĢır.
Odur ki, vaxtın qurtarması, eləcə də vəsaitin tükənməsi qazıntı sahəsində bir çox
qəbirlərin sərhədlərinin görünməsinə baxmayaraq onları aĢkar edib, öyrənməyi
təxirə salmağı məcbur etdi. Beləliklə, bir neçə qəbir abidəsinin görünən hissələri
konservasiya edilib, növbəti qazıntılara saxlandı. Bir də ki, bunların qazıntının
kənarına doğru davam edən sahələri sıx üzümlüklərdən ibarətdir. Onların qazılması
iĢini bu hal da çətinləĢdirmiĢdir.
Ümumiyyətlə, bu mövsümdə Nüydi nekropolunda 11 qəbir abidəsi aĢkar
edilib, səkkizi yaĢlı adama aid torpaq qəbirlərdir. Onların təsviri verilərkən əsasən
götürülməyən avadanlıqdan qısa Ģəkildə danıĢılmıĢdır, həm də onların sadəcə
adları sadalanmıĢdır. Materiallar haqqında ayrıca qruplar halında bir qədər
müfəssəl bəhs olunacaqdır. Qəbirlərin avadanlığında bir-birindən kəskin surətdə
ayrılan elə böyük fərqlər nəzərə çarpmır. Məhz buna görə də təkrarlara yol
verilməsin deyə materialları ayrıca verməyi lazım bildik. Nəzərə çarpan fərqlər
yeri gəldikcə izah olunacaq və hansı qatda qəbirə aidiyyatı da göstəriləcəkdir.
Saxsı məmulatı. Nüydi abidəsində qəbirlərə çoxlu avadanlıq qoymuĢlar.
Bunların da içərisində saxsı qablar baĢlıca yer tutur. Elə qəbir abidəsi var ki, onda
40-dan çox təkcə gil qaba rast gəlmək olur. Saxsı qablardan sonra isə dəmir alət və
silahlar çoxluq təĢkil edir, bəzək Ģeyləri nisbətən azdır.
20
Saxsı qabların miqdarca çoxluğuna müqabil olaraq onların tipləri də çoxdur.
Bunların da içərisində 15-ə qədər forma müĢahidə olunmuĢdur. Saxsı məmulatı
haqqında təsəvvür yaratmaq üçün onları formasına görə qısa Ģəkildə təsvir edirik
(tablo 19-23; 26).
Dolçalar. Gil qabların içərisində dolçalar üstünlük təĢkil edir. Bunlar da tam
eyni formalı olmayıb, ağzı novçalı üçgül, dördgül, dairəvi Ģəkildədir. Bu tip qablar
müxtəlif təbəqələrdən məlumdur. Onların alt təbəqə üçün xarakterikləri hazırlama
texnologiyasına və bir qədər zəifliyinə görə fərqlənir. Üst qata aid dolçalar isə eyni
formanı saxlasa da tədricən kobudlaĢma nəzərə çarpır.
Gil fincan və yaxud qulplu camlar. Sarımtıl, yaxud qırmızı rəngdə
hazırlanmıĢ bu gil qablar da qədim Nüydi sakinlərinin məiĢətində geniĢ
yayılmıĢdır. Bu tip qablara qəbirlərdə çox təsadüf olunur. Onlar enli ağızlı, boğazı
azca boğmalı, gövdəsi enli, oturacağı isə nisbətən dar və düz formada
hazırlanmıĢdır. Bu gil fincanların bir yaxud iki qulplu olur. Belə gil fincanların bir
ədəd qoĢa hazırlanmıĢ nümunəsinə də təsadüf edilmiĢdir.
Çölməklər. Nüydi yaĢayıĢ yerinin xarakterik gil qablarından biri də
çölməklərdir. Bunlar nisbətən iri həcmli olub, qırmızı rəngdə biĢirilmiĢdir.
Bunların ağzı enli, çiynilə ağzının arası (boğazı) yığcam, gövdəsi ĢiĢkin, oturacağı
isə nisbətən dar və düzdür. Çölməklərin iki qulpu vardır. Qulpların en kəsiyi
dairəvi, lentvari və hörmə olub, ağzının kənarı ilə çiyninə birləĢdirilmiĢdir.
Çölməklərin bəzisinin qulpu yalnız çiyin hissəyə köndələn yapıĢdırılaraq dik əymə
Ģəklində düzəldilmiĢdir.
Qabın çiynində, qulpların arasında iki yerdə hərəsində üçdən-beĢə qədər
barmaqla basılmıĢ batıqdan və çıxıntılardan ibarət bəzək vardır. Bu qablar bir növ
sərnicə də oxĢayır. Ola bilsin ki, bunları məhz həmin funksiyanı da ifa etmiĢdir.
Zoomorf qablar. Zoomorf qablar əsasən quĢ formasında hazırlanmıĢdır. Bu
tip qablar da Nüydi abidəsində çox tapılır. QuĢ fiqurlu bu qabların yalnız gövdəsi
cücə və yaxud toyuğa oxĢadılmıĢdır. Belə ki, onların boğazı dik qaldırılmıĢ
formada olub, ağzı dairəvidir. Belə qövsvari olub, ortadan uzununa bəzən çıxıntı
Ģəklində uzanır. Belin ortasında ilgəkvari qulp vardır. Oturacaq isə dar və düzdür.
Quyruq hissə bir ĢiĢ və ya iki çıxıntılı Ģəkildə bir qədər dik hazırlanmıĢdır. Onların
gilinin tərkibində ağ qum dənələri vardır. Qab sarımtıl rəngdədir. Bu qabların ağzı
kiçik dairəvi gil qapaqlarla örtülmüĢdür.
Matralar. Nüydi qədim qəbirsitanlığında materiallara da təsadüf
olunmuĢdur. Bunlar demək olar ki, eyni formalı olub müxtəlif ölçüdədirlər. Onlar
boz və qırmızı rəngdə hazırlanmıĢdır. Materialların üstü günbəz formalı, oturacağı
kiçik və düzdür. Dar boğazları bir qədər yuxarıya dikəlmiĢ formada hazırlanmıĢdır.
Ağızları dairəvidir. Çiyin hissəsində iki ilgəkvari qulpu var. Onlar tısbağanın öndə
görünüĢünü xatırladır.
Orta həcmli küplər. Bu tip qablar qəbirlərə əsasən bir və ya iki ədəd
olmaqla ölünün baĢı və yaxud ayaqları yanında müĢahidə edilir. Ona görə də belə
Dostları ilə paylaş: |