##Fakültənin adı: Coğrafiya və ÇH ##İxtisas: Coğrafiya


##num=18// level= 1// sumtest=20 // name= Makarov, Şokalski və okeanların səciyyəsi //



Yüklə 0,69 Mb.
səhifə14/14
tarix23.11.2017
ölçüsü0,69 Mb.
#11875
1   ...   6   7   8   9   10   11   12   13   14

##num=18// level= 1// sumtest=20 // name= Makarov, Şokalski və okeanların səciyyəsi //


1. 1870 - ci ildə “Vityaz” hərbi gəmisində Amerikanın cənubundan keçməklə Sakit okeandakı adalarda papuasları öyrənən səyyah:

A) Mikluxo - Maklay

B) Şelixov

C) Litke

D) Kruzenştern

E) Lisyanski

2. 1870 – ci ildə Yeni Qvineya istiqamətində üzən Mikluxo Maklayın on illik səyahətində məqsəd?

A) Papuasları öyrənmək

B) Adanı xəritələşdirmək

C) Torpaq örtüyünü öyrənmək

D) Hidroqrafiyasını öyrənmək

E) İqlimini öyrənmək

3. Xalqları “aşağı” və “ali” irgə bölənlərin papuasları tədqiq etməklə əksinə çıxan rus səyyahı?

A) Mikluxo - Maklay

B) Prjevalski

C) Libke

D) Livinqston

E) Stenli

4. S. O. Makarovun “Yermak” gəmisində Nivaya Zemlya (Yeni torpaq) və Frans İosif torpağına ekspedisiyası təşkil olunmuşdur?

A) 1901 – ci ildə

B) 1907 – ci ildə

C) 1895 – ci ildə

D) 1908 – ci ildə

E) 1890 – cı ildə

5. 1598 – cı ildə tatar xanı Kuçuma məğlub olduqdan sonra hansı ərazi Rusiya ərazisinə çevrildi?

A) Qərbi Sibir

B) Şərqi Sibir

C) Uzaq Şərq

D) Krım

E) Şimali Qafqaz

6. Torres və Yanszon hansı quru sahələri arasındakı boğazlardan keçməklə Avstraliyanı görürlər?

A) York burnu və Yeni Qvineya

B) York burnu və Sumatra

C) Malakko və Sulvesi

D) Sulvesi və Banda

E) Hindistan və Yava

7. Stepan Makarovun rəhbərliyi altında 1886 – cı ildə “Vityaz” gəmisində dünya səyahətinin məqsədi?

A) Dünya okeanını tədqiq etmək

B) Okeanların sərhəddini müəyyən etmək

C) Okeanlardakı məlum olmayan adaları aşkar etmək

D) Okeanları birləşdirən boğazları müəyyən etmək

E) Okeanlarda sualtı silsilələri müəyyən etmək

8. Qeorqi Yakovloviç Sedov hansı ərazilərin mənimsənilməsinin öyrənilməsi ilə coğrafiya tarixinə görkəmli şəxs kimi daxil olmuşdur?

A) Arktikanın

B) Antarktidanın

C) Asiyanın şərqinin

D) Mərkəzi Asiyanın

E) Orta Asiyanın

9. 1886 – cı ilin avqust ayında “Vityaz” gəmisində dünya səyahətinə çıxan rus səyyahı?

A) Stepan Makarov

B) Yuri Lisyanski

C) Qriqori Şelixov

D) Mikluxo - Maklay

E) Vasili Qolovin

10. I Pyotrun əmrilə Asiya ilə Amerika arasında boğazın olub - olmamasını müəyyən etmək üçün təşkil olunmuş ekspedisiyanın rəhbərləri:

A) Berinq, Çirikov

B) Berinq, Laptevlər

C) Dejnyov, Xabarovski

D) Çirikov, Kozirevski

E) Xabarovski, Kazakov

11. 1783 - 1787 - ci illərdə Şimal - qərbi Amerikanın ilk rus tədqiqatçısı?

A) Qriqori İvanoviç Şelixov

B) Vasili Mixayloviç Qolovin

C) Bartolomeo Diaş

D) Fyodor Pavloviç Litke

E) Tyan - Şanski

12. 1807 - ci ildə “Diana” gəmisində dünya səyahətinə çıxan rus səyyahı:

A) V. M. Qolovin

B) İ. F. Kruzenştern

C) Y. F. Lisyanski

D) F. F. Belishauzen

E) Q. İ. Şelixov

13. V. M. Qolovinin “Diana”gəmisində dünya səyahətinin nəticəsi:

A) Ruslar Uzaq Şərqə Hind okeanını keçməklə dəniz yolunu müəyyən etdilər

B) Şm. şərq istiqamətində Çinə yol müəyyən edildi

C) Şm. şərq istiqamətdə Hindistana dəniz yolu müəyyən edildi

D) Amerikanın Şimalından qərb istiqamətdə Sakit okeana dəniz yolu müəyyən edildi

E) Şimal qütbü fəth edildi

14. Sibir sahillərini və Ş. B. Okeanını öyrənmək məqsədilə ruslar tərəfindən təşkil olunmuş ekspedisiyaya rəhbərlik etmişdir:

A) F. P. Vrangel və F. F. Matyuşkin

B) F. P. Litke və İ. F. Kruzenştern

C) V. M. Qolovin və F. F. Belinshauzen

D) F. P. Vrangel və F. P. Litke

E) E. P. Litke və V. M. Qolovin

15. Yeni Qvineya, Cakarta, Malaziya və Avstraliyada yerli xalqları öyrənməklə “ali” və “aşağı” anlayışlarını inkar edən rus səyyahı:

A) Mikluxo - Maklay

B) Qriqori Sedov

C) Stepan Makarov

D) Nikolay Prejevalski

E) Vasili Qolovin

16. 1886 - 1889 - cu illərdə Sakit okean sularında hidroloji tədqiqatlar aparmaq üçün kimin rəhbərliyi ilə ekspedisiya təşkil olunmuşdur?

A) S. O. Makarovun

B) A. İ. Voyeykovun

C) R. K. Kozlovun

D) M. Maklayın

E) L. S. Berqin

17. 1767 - ci ildə dəfələrlə Novaya Zemlyada olmaqla onun hazırda Matoçkin Şar boğazı iləiki adaya ayrıldığını göstərən rus tədqiqatçısı

A) Yakov Yakovloviç Çirakin

B) Tyanşanski

C) V. Berinq

D) Semyon Dejnyov

E) Rual Amundsen

18. Amerikada yerli xalqların məhv edilmə tarixini öyrənən rus alimi:

A) A. İ. Voyeykov

B) D. X. Anuçin

C) L. S. Berq

D) V. V. Dokuçayev

E) S. O. Makarov

19. Uzaq Şərqin tədqiqatlarında və onun Rusiyaya birləşdirilməsində mühüm rol oynayan tədqiqatçı?

A) Yerofey Pavloviç Xabarov

B) Vitus Berinqə

C) Xariton Laptyev

D) Dmitri Laptyev

E) Semyon Dejnyov

20. Lev Semyonoviç Berq hansı sahənin öyrənilməsində xüsusilə fərqlənmişdir?

A) Göllərin

B) Dənizlərin

C) Çayların

D) İqlimin

E) Torpağın

##num=19// level= 1// sumtest=47 // name= Azərbaycanda coğrafiyanın inkişafında görkəmli şəxslər //


1. E. ə 484 - 426 - cı illərdə yaşamış hansı yunan alimi Azərbaycanın coğrafiyası və Xəzər dənizi haqqında əsərlərində məlumatlar verir?

A) Herodot

B) Homer

C) Pifaqor

D) Ptolomey

E) Eratosfen

2. 1920 - ci ilə qədər Azərbaycanın ən “mükəmməl” sayılan xəritəsi kimə məxsus olmuşdur?

A) A. Yusif Talıbzadəyə

B) Məhəmməd Baharlıya

C) Qafur Rəşada

D) Topçubaşova

E) Ənvər Şixlinskiyə

3. “Azərbaycan Təbiəti Mühafizə cəmiyyəti” və “Azərbaycan təbiəti” jurnalı kim tərəfindən yaradılıb?

A) Həsən Əliyev

B) Ənvər Şixlinskiyə

C) Saleh Rüstəmov

D) Əliabbas Mədətzadə

E) Qasım Gül

4. Hansı əsərinə görə Budaqov 1978 - ci il Ümumittifaq müsabiqəsində Prjevalski adına qızıl medala layiq görülüb?

A) “Cənub - Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası”

B) “Elmin yanar şamları”

C) “Azərbaycan coğrafiyası”

D) “Ümumi geomorfologiya”

E) “Türk uluslarının yer adları”

5. İlk dəfə olaraq Azərbaycanda fəsillər üzrə proqnoz üsulu və Abşeronun mikroiqlim rayonlaşması kim tərəfindən verilmişdir?

A) Əliabbas Mədətzadə

B) Ənvər Şixlinskiyə

C) Əsgər Əyyubov

D) Budaq Budaqov

E) Müseyib Müseyibov

6. Respublikamızda ilk dəfə olaraq kompleks iqlimşünaslıq metodunu kurort iqlimşünaslığına tədbiq edən alim:

A) Əsgər Əyyubov

B) Əliabbas Mədətzadə

C) Ənvər Şixlinskiyə

D) Həsən Əliyev

E) Saleh Rüstəmov

7. Hansı əsərinə görə Əsgər Əyyubov Litke adına qızıl medala layiq görülüb?

A) “Azərbaycan iqliminin bonitirovkası”

B) “Azərbaycan iqlimi”

C) “Azərbaycan SSR - nin aqroiqlim rayonlaşdırması”

D) “Azərbaycan iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması”

E) “Azərbaycanın kurort və istirahət yerlərinin iqlimi”

8. Hacı Zeynalabdinin həyat və fəaliyyəti kim tərəfindən tədqiq edilmişdir?

A) Nürəddin Kərəmov

B) Osman Osmanov

C) Budaq Budaqov

D) Hadı Əliyev

E) Həsən Əliyev

9. Azərbaycanda Tur Heyerdalı müşayət edən və Qobustanın tarixi ilə tanış edən coğrafiyaşünas alim?

A) Budaq Budaqov

B) Həsən Əliyev

C) Ələşrəf Məmmədov

D) Saleh Rüstəmov

E) Xudu Məmmədov

10. XIV əsrdə yaşamış hansı ərəb səyyahının yazılarında Azərbaycanın keçmişdə daha böyük əraziyə malik olması göstərilir?

A) Yaqut - əl – Həmavinin

B) Əl Məsudinin

C) İbn – Bətutənin

D) Əl - İdrisinin

E) Əhməd İbn Fadlanın

11. Akademik Həsən Əlirza oğlu Əliyevin iki hissədən ibarət olan monoqrafiyası Azərbaycanın hansı hissəsinin torpaqlarına həsr olunmuşdur?

A) Böyük Qafqazın

B) Kiçik Qafqazın

C) Lənkəran vilayətinin

D) Abşeronun

E) Kür – Araz ovalığının

12. 1926 – cı ildə ilk dəfə Şimali və Cənubi Azərbaycanın birgə xəritəsi kim tərəfindən tərtib olunmuşdur?

A) Məhəmməd Baharlı

B) Qafur Rəşad

C) Əsgər Əyyubov

D) Naib Şirinov

E) Qasım Gül

13. İlk dəfə Azərbaycanın Nilli Atlası neçənci ildə tərtib olunmuşdur?

A) 1949 – cu ildə

B) 1956 – cı ildə

C) 1935 – ci ildə

D) 1920 – ci ildə

E) 1924 – cü ildə

14. “Böyük Qafqazın torpaqları” iki hissədən ibarət əsər kimə məxsusdur?

A) H. Ə. Əliyevə

B) B. Ə. Budaqova

C) Ə. M. Şıxlinskiyə

D) Q. G. Gülə

E) M. E. Salayevə

15. Elmi tədqiqat işlərinn nəticələrinə görə ABŞ – ın Tukson Universitetinin fəxri doktoru seçilmiş Azərbaycan alimi?

A) H. Ə. Əliyevə

B) B. Ə. Budaqova

C) Ə. A. Mədətzadə

D) R. X. Piriyev

E) N. Ş. Şirinov

16. Yeni tektonik hərəkətlərin landşaftın formalaşmasında rolunun Azərbaycanda ilk tədqiqatçısı?

A) B. Ə. Budaqov

B) H. Ə. Əliyev

C) Ə. M. Şıxlinskiy

D) R. X. Piriyev

E) N. Ş. Şirinov

17. 1970 – ci ildə B. Ə. Budaqovun tədqiqatlarına əsaslanan xəritə hansı sahəyə həsr olunmuşdur?

A) Landşaft sahəsinə

B) Torpaq örtüyünə

C) İqliminə

D) Hava kütlələrinə

E) Hidrologiyasına

18. “Azərbaycanın istilik balansı” kimi fundamental əsər hansı Azərbaycan aliminə məxsusdur?

A) Ə. M. Şixlinskiyə

B) Q. K. Gülə

C) Ə. C. Əyyubova

D) B. Ə. Budaqova

E) M. E. Salayevə

19. Xəzər dənizinin qərb sahillərinin öyrənilməsində fərqlənən Azərbaycan alimi?

A) Qasım Gül

B) Ənvər Şıxlinski

C) Əsgər Əyyubov

D) Budaq Budaqov

E) Saleh Rüstəmov

20. Saleh Rüstəmov Azərbaycanın hansı sahəsinin öyrənilməsində fərqlənmişdir?

A) Hidroqrafiyasının

B) Torpaq örtüyünün

C) Bitki örtüyünün

D) Heyvanat aləminin

E) Geomorfologiyanın

21. Hansı işinə görə 1953 – cü ildə Qasım Gül ilk azərbaycanlı coğrafiya elmləri doktoru adına laiq görülmüşdür?

A) Xəzərin qərb sahilinin hidrologiyası

B) Xəzərin şimal sahilinin hidrologiyası

C) Abşeronun şimal sahəsinin hidrologiyası

D) Abşeronun cənub sahilinin hidrologiyası

E) Abşeron yarımadası sahillərinin hidrologiyası

22. Orta məktəblərdə “Türk dünyasının coğrafiyası” kursunun keçirilməsinin əsasını qoyan alim?

A) M. A. Müseyibov

B) H. Ə. Əliyev

C) B. Ə. Budaqov

D) Ə. C. Əyyubov

E) Ə. M. Şıxlinski

23. 1993 – cü ildə işıq üzü görən “Azərbaycan Respublikasının aqroiqlim atlası” hansı görkəmli alimin rəhbərliyinə əsaslanmışdır?

A) Ə. C. Əyyubovun

B) Ə. M. Şıxlinskinin

C) B. Ə. Budaqovun

D) H. Ə. Əliyevin

E) Q. K. Gülün

24. “731 gün Birmada” xatirələr əsəri kimə məxsusdur?

A) Ş. G. Həsənova

B) M. E. Salayevə

C) N. Ş. Şirinova

D) H. Ə. Əliyevə

E) B. Ə. Budaqova

25. Azərbaycan relyefinin morfometrik təhlili hansı Azərbaycan aliminə məxsusdur?

A) R. X. Piriyevə

B) B. Ə. Budaqova

C) Q. K. Gülə

D) Ə. C. Əyyubova

E) Ə. A. Mədətzadəyə

26. Respublikamızın relyefinin parçalanma xüsusiyyətləri ilk olaraq kim tərəfindən təhlil edilmişdir?

A) R. X. Piriyev

B) M. A. Müseyibov

C) B. Ə. Budaqov

D) N. Ş. Şirinov

E) Ə. Məmmədov

27. Naib Şirin oğlu Şirinovun hansı işi Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür?

A) “Azərbaycanın dördüncü dövr çöküntüləri”

B) “Xəzər sahillərinin təbiəti və ekologiyası”

C) “Abşeron neftli vilayətin geomorfologiyası”

D) “Kür – Araz depresiyasının yeni tektonikası və relyefin inkişafı”

E) “İnsan və relyef”

28. “Səyahət bağları”, “Ariflər bağı”əsərləri hansı məşhur səyyaha məxsusdur?

A) Şirvaniyə

B) Bakıxanova

C) Biruniyə

D) Məsudiyə

E) Tusiyə

29. Hindistanda 8il səyahətdə olan Azərbaycan səyyahı:

A) Hacı Zeynalabdin Şirvani

B) Nəsrəddin Tusi

C) Piri Rəis

D) Məhəmməd Şirvani

E) Abbasqulu Ağa Bakıxanov

30. Z. A. Şirvaninin “Səyahət bağları”, ”Kəşdül marif”, ”Ariflər bağı” əsərlərinin əlyazmaları hansı dövlətlərin kitabxanalarında saxlanılır?

A) London, Paris, Qahirə, Tehran

B) London, Paris, Qahirə, İstanbul

C) Paris, Qahirə, Ankara, Moskva

D) Qahirə, İstanbul, Bağdad, İslamabad

E) Qahirə, Məkkə, Mədinə, Bağdad

31. Abbasqulu Ağa Bakıxanovun “Qəribə Kəşflər” əsəri hansı materikin kəşfinə həsr olunmuşdur?

A) Amerikanın

B) Avrasiyanın

C) Avstraliyanın

D) Afrikanın

E) Antarktidanın

32. İlk dəfə olaraq respublikamızın morfometrik xəritələrini tərtib etmişdir:

A) Rizvan Piriyev

B) Budaq Budaqov

C) Ənvər Şıxlınski

D) Əsgər Əyyubov

E) Həsən Əliyev

33. Respublikamızın çay sıxlığını müəyyən edən görkəmli alim:

A) Rizvan Piriyev

B) Əliəşrəf Məmmədov

C) Naib Şirinov

D) Qasım Gül

E) Budaq Budaqov

34. Ölkəmizin təbiətini qorumaq məqsədilə yazılmış “Həyəcan təbili” əsəri hansı görkəmli alimə məxsusdur?

A) Həsən Əliyevə

B) Saleh Rüstəmova

C) Budaq Budaqova

D) Ənvər Şıxlinskiyə

E) Qaım Gülə

35. Azərbaycanda sinoptik meterologiya elminin banisi kim olmuşdur?

A) Əliabbas Mədətzadə

B) Qaım Gül

C) Ənvər Şıxlinskiy

D) Naib Şirinov

E) Həsən Əliyev

36. Respublikamızda geomorfologiya elminin banisi kim olmuşdur?

A) Naib Şirinov

B) Vidadi Hacıyev

C) Əliəşrəf Məmmədov

D) Məmmədin Salayev

E) Budaq Budaqov

37. Hansı alimin rəhbərliyi altında 1978 - ci ildə “Azərbaycanın istilik balansı” atlası çap olunmuşdur?

A) Ənvər Şıxlinskinin

B) Həsən Əliyevin

C) İbrahim Safərovun

D) Əliəşrəf Məmmədovun

E) Qasım Gülün

38. Qafqazın tədqiqi 1826 - cı ildən başlamasına baxmayaraq 1844 - cü ildə kim tərəfindən daha geniş vüsət aldı?

A) Abix

B) Koçeba

C) Kaparo

D) Humbolt

E) Şelixov

39. Kənd təsərrüfatının inkişafı baxımından Böyük Qafqazın torpaqlarının öyrənilməsi nəticəsində yazılmış “Böyük Qafqazın torpaqları” əsəri hansı görkəmli Azərbaycan aliminə məxsusdur?

A) Həsən Əliyevə

B) Məmmədəmin Salayevə

C) Spartak Əliyevə

D) Şhəli Həsənova

E) Xudaverdi Həsənova

40. Hansı əsərin yazılmasına görə Əsgər Əyyubov Litke adına qızıl medala laiq görülmüşdür?

A) “Azərbaycan iqliminin bonitirovkası”

B) “Azərbaycanın aqroiqlim rayonlaşması”

C) “Azərbaycanın iqlim ehtiyatları”

D) Azərbaycanın istilik balanslaşması

E) Azərbaycanın iqlimi

41. ”Azərbaycan SSR - nin iqtisadi xəritəsi”, ”Azərbaycan SSR - nin sənaye xəritəsi” hansı tədqiqatçının əməyinin bəhrəsidir?

A) Balaxanım Nəzirova

B) Ənvər Şıxlinski

C) Əliəşrəf Məmmədov

D) Həsən Əliyev

E) Naib Şirinov

42. “Abşeronun hava növləri və iqlimi” əsəri hansı Azərbaycan aliminə şöhrət qazandırmışdır?

A) Əliabbas Mədətzadəyə

B) Ənvər Şıxlinskiyə

C) Əsgər Əyyubova

D) Qasım Gülə

E) Məmmədəmin Salayevə

43. Azərbaycanda okeanalogiya elminin inkişafında fərqlənən görkəmli alim:

A) Qasım Kazım oğlu Gül

B) Əliabbas Abbasqulu oglu Mədətzadə

C) Budaq Əbdüləli oğlu Budaqov

D) Həsən Əlirza oğlu Əliyev

E) Əsgər Cabbar oğlu Əyyubov

44. İlk dəfə olaraq dağlıq ərazilər üçün tərtib olunmuş “Azərbaycan Respublikasının aqroiqlim atlası” hansı alimin rəhbərliyi altda tərtib olunmuşdur?

A) Ə. C. Əyyubovun

B) H. Ə. Əliyevin

C) B. Ə. Budaqovun

D) Ə. M. Şıxlinskinin

E) R. X. Piriyevin

45. Geodeziya və kartoqrafiya sahəsində özünəməxsus işləri ilə fərqlənən görkəmli Azərbaycan alimi:

A) R. X. Piriyev

B) M. E. Salayev

C) Ş. G. Həsənov

D) Ə. M. Şıxlinski

E) Ə. C. Əyyubov

46. Qərb istiqamətdə üzməklə şərq ölkələrinə çatmağın mümkün olmasının əsasını qoyan səyyah:

A) F. Magellan

B) A. Vespuçi

C) V. Balboa

D) P. Kabral

E) H. Hudzon

47. Abbasqulu Ağa Bakıxanov “Gülüstani - irəm” əsərini hansı ölkələrin coğrafi təsvirinə həsr etmişdir?

A) Azərbaycan və Dağıstanın

B) Azərbaycan və Gürcüstanın

C) Gürcüstan və Dağıstanın

D) Zaqafqaziya ölkələrinin

E) Şimali Qafqaz ölkələrinin
Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə