Faiz Riskinə Həssaslıq üzrə Təsnifat
Faiz dərəcəsi riski – Bankın faizə həssas aktiv və passivlərinin təqibi və faiz dərəcələrindəki dalğalanmaların maliyyə
cədvəllərində yaradacağı təsirə dair həssaslıq təhlilləri Risk Menecmenti tərəfındən bütün faizə həssas məhsulların carı
dəyərləri üzərindən edilməkdədir. Nəticələr aylıq olaraq Risklərin İdarəedilməsi Komitəsinə təqdim edilir. Həssaslıq və
ssenari təhlilləri ilə Bankın gələcək dövrlərdə faiz dalğalanmalarından (volatillik) hansı şəkildə təsirlənəcəyi təhlil
edilməktədir. Bu təhlillərdə faiz dərəcələrinə şok tətbiq olunaraq, faizə həssas məhsullar üzərindəki cari dəyər
dəyişmələrindəki olabiləcək itkilər hesablanmaqdadır.
Bankın məruz qaldığı faiz riskinin yaranma səbəbləri:
• Yenidən qiymətləndirmə riski – Bu amil bankın faiz riski daşımasının əsas göstəricisidir. Yenidən qiymətləndirmə
riski aktiv və passivlərin bitmə müddətlərinin və balansdankənar maddələrin (floating faiz dərəcələri tətbiq edildiyi
zaman) faiz dərəcələrinin əlverişsiz şəkidə dəyişməsi zamanı yaranır.
• Bazis riski – Bu risk maliyyə alətləri üzrə əldə olunan və ödənən faizlər arasındakı fərq zamanı, faiz dərəcəsi üzrə
marjanın dəyişməsi nəticəsində yaranır.
• Opsion riski - Opsion əməliyyatları öz sahiblərinə maliyyə alətləri ilə aparılan əqdlərdə alqı-satqının aparılması və
şərtlərinin dəyişdirilməsi hüququnu verir. Bura borcluların kreditlərini vaxtından əvvəl geri ödəməsi və ya müddətli
depozitlərini vaxtından əvvəl tələb etmələrini aid etmək mümkündür.