www.vivo-book.com
11
görərkən duyduğum qəribə xəstə hisslər yadıma düşdü,
fikirləşərək öz-özümə dedim: “O axı mənim nəyimə
lazımdır? Bu can sıxan almanlar mənim nəyimə gərəkdir?
Ruhun bu fantastik vəziyyəti nə üçündür? Son vaxtlarda
mən özümdə hiss etdiyim bu həyəcan, mənasız şeylər
üstündə keçirdiyim bu əhəmiyyətsiz həyəcanlar nə üçündür?
Bu axı yaşamağa, həyata aydın gözlə baxmağa mane olur!
Mənim son povestimi qəzəblə təhlil edən dərin fikirli bir
tənqidçi bunu mənə söyləmişdi!” Lakin bu şeyləri düşünsəm
də, öz-özümü danlasam da, yenə də durub getmirdim,
xəstəlik isə öz təsirini get-gedə daha da artırırdı, axırda elə
oldu ki, bu isti otağı qoyub getməyə heyfim gəldi. Frankfurt
qəzetini götürdüm, iki sətir oxuduqdan sonra məni yuxu
apardı. Almanlar mənə mane olmadılar. Onlar qəzet oxuyur,
papiros çəkir, yarım saatdan bir, bir-birinə Frankfurtda olan
bir yeniliyi, məşhur alman lətifəçisi Safirin bir məsəlini, ya
da lətifəsini astadan söyləyirdilər, sonra daha artıq milli
qürurla yenə qəzet oxumağa başlayırdılar.
Yarım saat yatmışdım ki, bərk üşütmədən ayıldım.
Mütləq evə getmək lazım idi. Lakin bu zaman baş verən bir
www.vivo-book.com
12
hadisə yenə də məni saxladı. Bayaq dedim ki, qoca stulda
oturan kimi gözlərini bir yerə dikib durar, ta qalxıb gedənə
kimi başqa bir şeyə baxmazdı. Mən də bir neçə dəfə bu
mənasızca zillənmiş və heç bir şey sezməyən baxışların
altına düşmüşdüm, duyduğum təsir çox ağır idi, hətta buna
dözmək mümkün deyildi, mən də bu zaman tez durub yerimi
dəyişmişdim. İndi isə qocanın baxışları altına balaca boylu,
girdə bir alman düşmüşdü. O, son dərəcə təmiz və səliqəli
geyinmişdi, dik duran boyunluğu lap çox kraxmallanmışdı,
üzü də həddindən artıq qırmızı idi, sonradan bildim ki, o,
Riqadan gəlmiş bir tacir, Millerin yaxın dostu Adam İvanıç
Şultsdır, lakin o, qocanı, buraya gələn adamlardan çoxunu
tanımırdı. O, məmnuniyyətlə “Dorfbarbier”
1
qəzetini oxuya-
oxuya punş içirdi, birdən başını qaldıranda qocanın ona
zillənmiş sakit baxışını gördü. Bu onu təəccübləndirdi.
Adam İvanıç, bütün “nəcib” almanlar kimi, çox tez inciyən,
vasvası bir adam idi. Kənar bir adamın belə diqqətlə və
nəzakətsiz halda baxması ona çox qəribə göründü, həm də
onun qüruruna toxundu. O duyduğu qəzəbi büruzə
1
“Kənd dəlləyi”
–
о zamanda çıxan alman qəzeti
www.vivo-book.com
13
verməyərək, gözünü bu nəzakətsiz adamdan çəkib, öz-özünə
nə isə mızıldandı və dinib-danışmadan qəzeti üzünə tutdu.
Lakin səbri çatmadı, bir-iki dəqiqədən sonra qəzetin
üstündən şübhə ilə ona baxdı: yenə də həmin adam mənasız
baxışlarını ona zilləyib durmuşdu. Adam İvanıç bu dəfə də
bir söz demədi. Amma bu vəziyyət bir daha təkrar
olunduqda o daha dözə bilməyib acıqlandı, öz nəcibliyini
müdafiə etməyi və gözəl Riqa şəhərini buradakı nəcib
adamların nəzərindən salmamağı özünə borc bildi, yəqin ki,
o özünü Riqa şəhərinin nümayəndəsi hesab edirdi. Səbri
tükənmiş halda əlindəki qəzeti stolun üstünə ataraq, qəzetin
bənd olduğu ağacı stola çırpdı, öz ləyaqətini müdafiəyə
qalxan bir adam hiddətilə, içdiyi punşdan və təkəbbüründən
qızarmış halda, xırda, şişkin gözlərini onu narahat edən
qocaya zillədi. Sanki onlar bir-birinin gözündəki maqnit
qüvvəsinə üstün gəlmək istəyir, kimin daha tez uzanıb başını
aşağı dikəcəyini gözləyirdilər. Stola dəyən ağacın səsi,
Adam İvanıçın çox qəribə və gülünc bir vəziyyət alması
hamının diqqətini cəlb etdi. Dükandakı müştərilər dərhal
işlərini buraxıb, özlərini tox tutaraq, dinib-danışmadan, bu
www.vivo-book.com
14
iki adama maraqla baxmağa başladılar. Vəziyyət çox
gülməli bir şəkil alırdı. Lakin qırmızı sifətli Adam İvanıçın
meydan oxuyan gözlərinin maqnitizmi lap nahaq yerə itib
getdi. Qoca heç bir şey haqqında düşünməyərək, özündən
çıxan cənab Şultsa yenə də bayaqkı kimi baxırdı, buradakı
adamların onunla maraqlandığını qətiyyən hiss etmirdi, elə
bil ki, onun başı yerdə deyil, ayda idi. Axırda Adam İvanıçın
səbri tükəndi, kəskin, nazik bir səslə çığıraraq, təhdidedici
bir hərəkətlə almanca dedi:
– Niyə siz mənə belə diqqətlə baxırsınız?
Lakin qoca yenə də susurdu, sanki deyilən sözü başa
düşmürdü, hətta onu heç eşitmirdi. Adam İvanıç rusca
danışmalı oldu.
Daha qəzəblə çığıraraq rus sözlərini və cümlələrini
pozuq bir şəkildə ifadə edərək dedi:
– Mən sizdən soruşuram, niyə siz mənə elə diqqətlə
baxırsınız? – Sonra yerindən sıçrayaraq əlavə etdi. – Məni
sarayda tanıyırlar, amma sizi tanımırlar!
Qoca heç qımıldanmadı da. Almanlar acıqlı-acıqlı
donquldanmağa başladılar. Miller də səs-küyü eşidərək, içəri
www.vivo-book.com
15
girib məsələnin nə yerdə olduğunu bildi və elə zənn etdi ki,
qoca kardır, lap onun qulağına tərəf əyildi, bu qəribə adama
diqqətlə baxa-baxa, Şults kimi, rus sözlərini və cümlələrini
pozuq bir şəkildə ifadə edərək, var gücü ilə çığırdı:
– Cənab Şults sizdən xahiş edir ki, ona belə diqqətlə
baxmayasınız.
Qoca qeyri-ixtiyari olaraq, Millerə baxdı: birdən onun
bu vaxta qədər cansız görünən üzündə həyəcanlı bir fikrin,
narahatlıq ifadə edən bir təşvişin əlaməti duyuldu. O, əl-
ayağa düşdü, hıqqıldaya-hıqqıldaya şlyapasına tərəf əyildi,
onu tələsə-tələsə ağacı ilə bərabər yerdən götürdü, stuldan
qalxıb otaqdan çıxmağa hazırlaşdı, bu zaman onun üzündə
acınacaqlı bir təbəssüm göründü: bu səhvən başqasının
yerində oturan və bu yerdən qovulan kasıb bir adamın
üzündə görünən və zəlillik ifadə edən bir təbəssüm idi. Bu
əldən düşmüş sakit, müti və zavallı qocanın tələsməsində elə
acınacaqlı, qəlbi alt-üst edən elə bir hal vardı ki, Adam
İvanıçdan tutmuş, oradakı adamların hamısı, dərhal qocaya
olan münasibətini dəyişdi. Aydın oldu ki, bu qoca heç kəsi
Dostları ilə paylaş: |