F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə8/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   4   5   6   7   8   9   10   11   ...   161

 

35 


ibarət  idi.  Knyaz  qətiyyən  Nikolay  Sergeiçin  işinə 

qarışmırdı,  ancaq  bəzən  ona  elə  məsləhətlər  verirdi  ki,  bu 

məsləhətlər  son  dərəcə  əməli  və  işgüzar  olması  ilə 

İxmenyevi  heyrətə  salırdı.  Məlum  olurdu  ki,  o  nəinki  boş 

yerə pul sərf etməyi xoşlamır, hətta pul yığmağı da bacarır. 

Vasilyevski kəndinə gəldiyi gündən beş il sonra, o, Nikolay 

Sergeiçə,  həmin  quberniyada,  dörd  yüz  əhalisi  olan  çox 

gözəl bir kəndi almaq üçün vəkalətnamə göndərdi. Nikolay 

Sergeiç  bundan  son  dərəcə  sevindi,  knyazın  əldə  etdiyi 

müvəffəqiyyətlər, onun yeni rütbə qazanması haqqında olan 

danışıqlar  Nikolay  Sergeiçi  ürəkdən  fərəhləndirirdi,  elə  bil 

ki,  söhbət  onun  doğma  qardaşından  gedirdi.  Lakin  knyaz 

ona  başqa  bir  məsələdə,  doğrudan  da,  böyük  bir  etimad 

göstərdi,  bu  isə  Nikolay  Sergeiçin  sevincini  son  nöqtəsinə 

çatdırdı.  Bu  da  belə  oldu...  Lakin  burada  mən  povestin  ən 

əsas  şəxsiyyətlərindən  biri  olan  knyaz  Valkovskinin 

həyatına aid bəzi mühüm təfsilatı qeyd etməyi lazım bilirəm. 

 

downloaded from KitabYurdu.org




 

36 


IV FƏSİL 

 

Mən əvvəl də demişdim ki, knyaz Valkovskinin arvadı 



ölmüşdü, dul idi. O, ilk gəncliyində evlənmişdi, özü də pul 

üçün  evlənmişdi.  Moskvada  tamamilə  müflis  olan  ata-

anasından  ona  çox  az  şey  qalmışdı.  Vasilyevski  kəndi  bir 

neçə dəfə girov qoyulmuşdu, o çox ağır borc altında idi. O 

zaman Moskvada hansı bir dəftərxanadasa işləməyə məcbur 

olan  iyirmi  iki  yaşlı  knyaza  bircə  qəpik  də  pul  qalmırdı, 

həyata  o  “lüt-üryan”  qədəm  qoymuşdu. İltizamçı  bir  tacirin 

yaşı  ötüşmüş  qızı  ilə  evlənməsi  onu  bu  vəziyyətdən  xilas 

etdi.  İltizamçı,  əlbəttə,  onu  cehiz  məsələsində  aldatdı, 

bununla  belə,  arvadın  pulu  ilə  ata-babadan  qalma  mülkü 

girovdan  çıxarmaq,  işləri  yoluna  qoymaq  mümkün  idi. 

Knyazın  aldığı  tacir qızının savadı  çox az  idi, iki sözü bir-

birinə  quraşdırıb  yaza  bilmirdi,  üzdən  də  eybəcər  idi,  onun 

ancaq mühüm bir məziyyəti vardı: xoşməzac və məzlum idi, 

söz  qaytaran  deyildi.  Knyaz  onun  bu  məziyyətindən  tam 

mənası  ilə  istifadə  edirdi:  evlənəndən  bir  il  sonra,  oğlan 

uşağı doğmuş arvadını Moskvada, iltizamçı atasının yanında 

downloaded from KitabYurdu.org




 

37 


qoyub  qulluq  etmək  üçün  N  quberniyasına  getdi,  orada, 

Peterburqda  yaşayan  və  ali  aristokrat  təbəqəsinə  mənsub 

olan  bir  qohumu  vasitəsilə  çox  mühüm  bir  yer  tutdu. O, ad 

çıxarmaq,  böyük  rütbə  qazanmaq,  yüksək  vəzifə  sahibi 

olmaq  istəyir,  bunun  həsrətilə  yaşayırdı.  Öz  arvadı  ilə  nə 

Peterburqda,  nə  də  Moskvada  yaşaya  bilməyəcəyini  nəzərə 

alıb, yaxşı vəzifə əldə edənə qədər, öz karyerasına əyalətdə 

başlamağı  qət  etdi.  Deyirlər  ki,  evləndiyinin  elə  birinci 

ilində,  öz  kobud  rəftarı  ilə  arvadını  az  qala  çərlədib 

öldürəcəkdi. Bu söz həmişə Nikolay Sergeiçi acıqlandırardı, 

o  bütün  qəlbilə  knyazı  müdafiə  edər  və  qəti  deyərdi  ki, 

knyaz  belə  nanəcib  iş  tutmaz.  Nəhayət,  yeddi  ildən  sonra 

onun  arvadı  öldü,  knyaz  da  dərhal  Peterburqa  köçdü. 

Peterburq  cəmiyyətinə  hətta  bir  qədər  təsir  də  bağışlaya 

bildi.  O  hələ  gənc  idi,  qəşəng  idi,  varlı  idi,  bir  çox  gözəl 

keyfiyyətlərə  malik  idi:  məzəli  danışa  bilirdi,  zövqü  vardı, 

həmişə  şən  olardı.  Bu  məziyyətləri  ilə  o,  Peterburqa  səadət 

və himayə axtarmaq üçün deyil, müəyyən dərəcədə müstəqil 

bir  adam  kimi  gəlmişdi.  Deyirdilər  ki,  onda  doğrudan  da, 

adamı  özünə  cəlb  edən,  məftun  edən  bir  qüvvə  var  idi. 

downloaded from KitabYurdu.org



 

38 


Arvadların son dərəcə xoşuna gəlirdi, kübar cəmiyyətindəki 

gözəl  qızlardan  biri  ilə  olan  əlaqə  ona  biabırçı  bir  ad 

qazandırmışdı.  O  fitrətən,  xəsisliyə  varacaq  dərəcədə 

qənaətcil  idi,  bununla  belə,  heyfi  gəlmədən  pulu  eninə-

uzununa xərcləyirdi, kimə lazımsa, qumarda uduzardı, hətta 

çoxlu  uduzanda  da  heç  üz-gözünü  qırışdırmazdı.  Lakin 

Peterburqa  əylənmək  üçün  gəlməmişdi,  o  qəti  olaraq 

müəyyən bir mövqe tutmalı, öz karyerasını möhkəmlətməli 

idi.  Buna  da  müvəffəq  oldu.  Onun  qraf  Nainski  adlı  kübar 

bir  qohumu  vardı,  knyaz  ancaq  xahiş  üçün  onun  yanına 

getsəydi,  o  heç  knyazın  üzünə  də  baxmazdı.  Lakin  o, 

knyazın  kübar  cəmiyyətində  qazandığı  müvəffəqiyyətdən 

heyrətə  gələrək,  öz  xüsusi  diqqətini  ona  doğru  çevirməyi 

mümkün  və  ləyaqətli  bir  hərəkət  hesab  etdi,  hətta  knyazın 

yeddiyaşlı  oğlunu  tərbiyə  etmək  üçün  öz  evinə  gətirməyi 

özünə layiq gördü. Knyazın Vasilyevski kəndinə getməsi və 

İxmenyevgillə  tanış  olması  da  bu  vaxta  təsadüf  edir. 

Nəhayət,  o,  qrafın  vasitəsilə,  ən  mühüm  səfarətxanalardan 

birində  əhəmiyyətli  bir  yer  tutub,  xaricə  getdi.  Sonra  onun 

haqqında  bir  qədər  şübhəli  söz-söhbət  oldu:  deyirdilər  ki, 

downloaded from KitabYurdu.org



 

39 


xaricdə  onun  başına  pis  bir  əhvalat  gəlmişdir,  ancaq  bunun 

nədən  ibarət  olduğunu  heç  kəs  izah  edə  bilmirdi.  Yalnız 

məlum  olan  bu  idi  ki,  o  dörd  yüz  kəndli  almışdı,  bunu  da 

mən  bir  az  əvvəl  qeyd  etmişdim.  Bir  neçə  ildən  sonra 

xaricdən  böyük  bir  rütbə  ilə  qayıtdı  və  dərhal  Peterburqda 

çox  mühüm  bir  yer  tutdu.  İxmenyevkada  söz  gəzirdi  ki,  o 

ikinci  dəfə  evlənir,  adlı-sanlı,  varlı  bir  adamla  qohum  olur. 

Nikolay  Sergeiç  fərəhindən  əlini  əlinə  sürtərək  öz-özünə 

deyirdi:  “Velmoja  olmaq  istəyir!”  Mən  onda  Peterburqda, 

universitetdə  oxuyurdum,  yadımdadır,  İxmenyev  mənə 

məktub  yazıb  xahiş  edirdi  ki,  mən  öyrənim  görüm  bu  söz-

söhbət doğrudur, ya yox. O, knyaza da məktub yazıb, mənə 

hamilik  etməyi  ondan  xahiş  etmişdi,  lakin  knyaz  onun 

məktubuna  cavab  verməmişdi.  Mən  yalnız  onu  bilirdim  ki, 

knyazın  oğlu  əvvəl  qrafın  evində,  sonra  da  liseydə  tərbiyə 

olunaraq, on doqquz yaşında təhsilini bitirmişdi. Mən bunu 

İxmenyevgilə yazdım, bunu da yazdım ki, knyaz öz oğlunu 

çox  istəyir,  onun  nazı  ilə  oynayır,  indidən  onun  gələcəyini 

nəzərə  alır.  Bunu  mən,  gənc  knyazın  tanışları  olan  tələbə 

yoldaşlarımdan  öyrəndim.  Bu  zaman  Nikolay  Sergeiç  bir 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə