31
Andreyevna Şumilova adlı kasıb, cehizsiz bir dvoryan qızı
ilə evlənir. Lakin qız heç bir cehiz gətirməsə də, quberniya
kübar pansionunda, mühacir Mon-Reveşin yanında təhsil və
təlim almışdı, bununla da o bütün ömrü boyu fəxr edirdi,
lakin hələ heç kəs onun aldığı bu təhsilin nədən ibarət
olduğunu başa düşə bilmirdi. Nikolay Sergeiç çox gözəl
təsərrüfatçı oldu. Qonşu mülkədarlar təsərrüfat işini gəlib
ondan öyrənirdi. Bir neçə il keçdi. Bir gün Peterburqdan,
doqquz yüz əhalisi olan qonşu Vasilyevski kəndinə Pyotr
Aleksandroviç Valkovski adlı bir knyaz gəldi. Onun gəlişi o
yerlərdə çox böyük təsir bağışladı. Knyaz ilk gənclik
dövründə olmasa da, hələ cavan idi, rütbəsi də kiçik deyildi,
yuxarılarla əlaqə saxlayırdı, özü qəşəng idi, varlı idi, ancaq
dul idi, arvadı ölmüşdü, bu isə qəzadakı xanımları və qızları
daha çox maraqlandırırdı. Deyirdilər ki, quberniya şəhərində
qubernator onu çox təntənə ilə qəbul etmişdir, özü də
qubernatorun qohumudur, şəhərin xanımları “onun
göstərdiyi nəzakətdən dəli-divanə olmuşlar” və s. Bir sözlə,
o, quberniyalara çox az-az gələn, gələndə də çox böyük təsir
bağışlayan, ali Peterburq cəmiyyətinin yüksək rütbəli kübar
downloaded from KitabYurdu.org
32
adamlarından biri idi. Lakin knyaz nəzakətli adam deyildi,
xüsusilə, ehtiyacı olmadığı, özündən az da olsa aşağı hesab
etdiyi adamlara qarşı nəzakətsizlik göstərirdi. Qonşu
mülkədarlarla tanış olmağı özünə lazım bilmədi, bununla da
xeyli düşmən qazanmış oldu. Buna görə də o, birdən durub
Nikolay Sergeiçin görüşünə gedəndə, hamı buna heyrət etdi.
Yalnız burası var ki, Nikolay Sergeiç onun yaxın
qonşularından biri idi. İxmenyevlərin evində knyaz çox
böyük təsir bağışladı. Elə o saat Nikolay Sergeiçi də, onun
arvadı Anna Andreyevnanı da özünə məftun etdi, xüsusilə,
Anna Andreyevna ona valeh olmuşdu. Çox çəkmədi ki,
knyaz onlarla lap sərbəstcə hərəkət etməyə başladı, hər gün
onlara gəlir, onları öz evinə dəvət edirdi. Məzəli sözlər
danışır,
lətifələr
söyləyirdi,
onların
pozuq
səsli
fortepianosunu çalıb oxuyurdu. İxmenyevlər bir şeyə çox
təəccüb edirdi: belə əziz, sevimli adam haqqında necə
demək olar ki, o lovğadır, təşəxxüslüdür, hissiz bir
xudbindir? Lakin bütün qonşu mülkədarlar bir ağızdan bunu
çığıra-çığıra deyirdilər. Belə güman etmək olardı ki, Nikolay
Sergeiç, doğrudan da, knyazın xoşuna gəlmişdi: o, sadə, açıq
downloaded from KitabYurdu.org
33
ürəkli, öz xeyrini güdməyən, nəcib bir adam idi. Çox
çəkmədi ki, bütün məsələ aydın oldu. Knyaz Vasilyevski
kəndindəki müdiri işdən qovmaq üçün gəlmişdi. O, azğın,
şərəfsiz bir alman, ağsaçlı, gözlüklü, donqaburunlu bir
aqronom idi. Bu yaşına, abırlı sir-sifətinə baxmayaraq,
mülkün gəlirindən açıq-açığına, həyasızcasına oğurlayırdı,
bundan başqa, bir neçə mujiki də çox incitmişdi. Axırda
onun oğurluğunun üstü açıldı, lakin o bundan bərk incidi və
alman şərəfindən çox-çox danışdı, buna baxmayaraq,
qulluqdan qovuldu, hətta bir qədər hörmətsizliklə qovuldu.
Knyaza mülkü idarə etmək üçün bir adam lazım idi, o çox
düşündükdən sonra Nikolay Sergeiçi bu işə layiq gördü,
çünki Nikolay Sergeiç çox gözəl təsərrüfatçı, çox da düz
adam idi, onun bu məziyyətlərinə zərrə qədər də şübhə ola
bilməzdi. Deyəsən, knyaz çox istəyirdi ki, Nikolay Sergeiç
özü bu işə girişmək arzusunda olduğunu bildirsin, ancaq o
belə bir arzuda olduğunu bildirmədi. Nəhayət, bir gün knyaz
özü səhərçağı bu işi ona çox dostcasına və acizanə bir xahiş
şəklində təklif etdi. İxmenyev əvvəl onun xahişini rədd etdi,
knyaz bu iş üçün çoxlu maaş təklif edirdi, bu, Anna
downloaded from KitabYurdu.org
34
Andreyevnanı çox həvəsləndirdi, knyazın göstərdiyi nəzakət
isə onların bütün başqa şübhələrini dağıtdı. Nəhayət, knyaz
məqsədinə nail oldu. Bunu da demək lazımdır ki, adam
tanımaqda o çox məharətli idi. Az vaxtda İxmenyevə bələd
oldu, onu çox yaxşı tanıdı, bildi ki, İxmenyevi ancaq dostluq
və səmimiyyət göstərməklə məftun etmək, onun qəlbini ələ
almaq olar, pul ilə bir şey eləmək olmaz. Ona elə bir müdir
lazım idi ki, bu adama kor-koranə və həmişəlik inana bilsin,
bir daha Vasilyevski kəndinə gəlməsin, onun nəzərdə
tutduğu bu idi. Knyazın göstərdiyi məftuniyyət o qədər
qüvvətli idi ki, İxmenyev onun dostluğuna ürəkdən inandı.
Nikolay Sergeiç, kim nə deyir desin, bizim Rus elində olan
xoşməzac, sadəlövh, romantik adamlardan biri idi. Bu
adamlar birisini sevərsə (bəzən heç bilmirsən nə üçün sevir),
bütün qəlblərini ona verir, hətta öz sevgilərində bəzən
gülünc bir vəziyyətə gəlib çıxırlar.
Bir neçə il keçdi. Knyazın mülkü get-gedə yaxşılaşırdı.
Vasilyevski kəndinin sahibi ilə onu idarə edən adamın
arasında zərrə qədər də xoşa gəlməyən bir hadisə olmurdu,
onların arasındakı əlaqə işə aid olan adi məktublaşmadan
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |