F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə6/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   2   3   4   5   6   7   8   9   ...   161

 

26 


ağlıma gəlib! Feldşer üçün də bir miras qoyub gedərəm, heç 

olmasa qışda, əlavə pəncərə çərçivələrini qoyanda yazdığım 

bu kağız vərəqələrini pəncərələrə yapışdırar. 

Lakin  heç  bilmirəm,  niyə  mən  bu  yazını  ortadan 

başladım.  Əgər  hamısını  yazmaq  lazımdırsa,  onda  gərək 

bunu  başdan  başlayım.  Yaxşı,  başdan  başlayım.  Onsuz  da 

mənim tərcümeyi-halım çox böyük olmayacaq. 

Mən  buradan  uzaqlarda,  N  quberniyasında  anadan 

olmuşam. Belə güman etmək olar ki, mənim atam və anam 

yaxşı  adamlar  imiş,  lakin  onlar  məni  lap  uşaq  ikən  yetim 

qoyub  getmişlər.  Mən  xırda  təsərrüfatlı  bir  mülkədarın  – 

Nikolay Sergeyiç İxmenyevin evində böyümüşəm. O yazığı 

gəldiyi  üçün  məni  götürüb  saxlamışdı.  Onun  Nataşa  adlı 

bircə qızı vardı, qız məndən üç yaş kiçik idi. Biz bacı-qardaş 

kimi yaşayırdıq. Ey mənim əziz uşaqlıq əyyamım! Ömürdən 

iyirmi  beş  il  keçəndən  sonra  səni  düşünüb  kədərlənmək, 

səndən  ötrü  heyifsilənmək,  ölərkən  yalnız  səni  fərəh  və 

minnətdarlıqla  xatırlamaq  nə  mənasız  bir  şeydir!  Onda, 

göydə necə aydın günəş vardı, o heç də Peterburq günəşinə 

bənzəmirdi,  bizim  də  kiçik  ürəyimiz  necə  şən,  necə  fərəhlə 

downloaded from KitabYurdu.org



 

27 


döyünürdü! Onda hər tərəf çöl idi, meşə idi, o yerləri indiki 

kimi cansız daş yığınları bürüməmişdi. Vasilyevskidəki bağ 

və park nə gözəl idi! Nikolay Sergeyiç də oranın müdiri idi. 

Mən Nataşa ilə bu bağa gəzməyə gedirdim, bağın arxasında 

rütubətli,  böyük  bir  meşə  vardı,  bir  dəfə  biz  o  meşədə 

azmışdıq...  Nə  gözəl,  nə  sevimli  günlər  idi!  Həyat  ilk  dəfə 

olaraq  cəlbedici  sirləri  ilə  bizim  qarşımızda  canlanırdı, 

onunla tanış olmaq necə xoş idi! Onda elə bil ki, hər kolun, 

hər  ağacın  arxasında  bizim  bilmədiyimiz,  tanımadığımız 

əsrarəngiz bir şey yaşayır, əfsanəvi aləmlə həqiqi aləm bir-

birinə  qarışırdı.  Bəzən  elə  olurdu  ki,  dərin  dərələrə  axşam 

dumanı  çökəndə,  bu  duman  dağınıq,  ağ  saç  kimi  burula-

burula,  bizim  böyük  dərənin  daşlı  sinəsində  bitən  kollara 

dolaşanda,  biz  bir-birimizin  əlindən  tutub,  uçurumun 

kənarında  durur,  qorxa-qorxa,  həm  də  maraqla  dərənin 

dərinliklərinə  baxırdıq,  gözləyirdik  ki,  indi  oradan  bir  şey 

çıxıb  bizim  qarşımıza  gələcək,  ya  da  dərənin  söylədiyi 

nağıllar  qanuni  bir  həqiqət  olacaqdır.  Onda  bizə  “uşaq 

qiraəti” adlı bir kitab gətirmişdilər. Kitabı alan kimi biz bağa 

qaçdıq, orda, o gölməçənin kənarında, sıx yarpaqlı qoca bir 

downloaded from KitabYurdu.org



 

28 


isfəndan ağacının altında, bizim sevdiyimiz yaşıl bir skamya 

vardı,  bu  skamyada  oturub  “Alfolns  və  Dalinda”  adlı 

əfsanəvi bir povesti oxumağa başladıq, bunu mən çox sonra 

Nataşanın  yadına  saldım.  Hələ  indi  də  mən  bu  povesti 

xatırlayanda,  qəlbimdə  qəribə  hisslər  oyanır.  Bir  il  bundan 

əvvəl  Nataşaya  bu  povestin  ilk  iki  sətrini:  “Mənim 

povestimin  qəhrəmanı  Alfons  Portagizdə  anadan  olmuşdur, 

onun atası Don-Pamir” və s. oxuyanda az qaldı ki, ağlayım. 

Görünür,  bu  çox  axmaqcasına  bir  hərəkət  olmuşdu,  yəqin 

buna görə də Nataşa mənim keçirdiyim həyəcana elə qəribə 

bir halda gülümsəmişdi. Lakin o da dərhal bunu başa düşdü 

(bu  mənim  yadımdadır),  mənə  təsəlli  olmaq  üçün  özü  də 

keçmişləri  xatırlamağa  başladı.  Danışdıqca  onun  da  qəlbi 

riqqətə gəldi. O nə gözəl bir axşam idi! Biz bütün keçmişləri 

göz önündən keçirtdik: mənim quberniya şəhərinə, pansiona 

göndərildiyimi də (ilahi, onda Nataşa necə ağlayırdı), bizim 

sonuncu  ayrılığımızı  da  xatırladıq,  o  zaman  mən 

Vasilyevskini  həmişəlik  tərk  edirdim.  Mən  onda  pansionu 

bitirib, universitetə girmək üçün Peterburqa gedirdim. Onda 

mənim  on  yeddi  yaşım  vardı.  Nataşa  on  dördü  bitirib  on 

downloaded from KitabYurdu.org



 

29 


beşə  girirdi.  Nataşa  deyir  ki,  onda  mən  biçimsiz,  uzundraz 

bir  şeydim,  mənə  baxanda  adam  gülməyə  bilmirdi. 

Vidalaşarkən  mən  onu  kənara  çəkdim,  ona  çox  mühüm  bir 

şey  demək  istəyirdim,  lakin  birdən  elə  bil  dilim  tutuldu. 

Nataşa  deyir  ki,  onda  mən  dərin  həyəcan  içində  idim. 

Məlum  şeydir  ki,  belə  bir  vəziyyətdə  biz  bir  şey  danışa 

bilməzdik.  Mən  bilmirdim  nə  deyim,  desəydim  də,  o  yəqin 

ki,  məni  başa  düşə  bilməyəcəkdi.  Mən  ancaq  dərdli-dərdli 

ağladım,  heç  bir  şey  deməmiş  çıxıb  getdim.  Biz  çox  sonra 

Peterburqda  görüşdük.  Bu  görüşümüz  iki  il  bundan  qabaq 

olmuşdu.  Qoca  İxmenyev  bura  mübahisəli  bir  məsələni 

məhkəmə  yolu  ilə  həll  etməyə  gəlmişdi,  mən  də  ədəbiyyat 

aləminə yenicə qədəm qoymuşdum. 

 

downloaded from KitabYurdu.org




 

30 


III FƏSİL 

 

Nikolay Sergeiç İxmenyev çoxdan kasıblamış yaxşı bir 



nəsildən  idi.  Ata-anasından  ona  yüz  əlli  nəfər  əhalisi  olan 

yaxşı  mülk  qalmışdı.  İyirmi  yaşında  gedib  hərbi  qulluğa 

girmiş, qusar olmuşdu. İşləri yaxşı gedirmiş. Lakin qulluğun 

altıncı  ilində,  bir  axşam  ona  bir  bədbəxtlik  üz  verir,  bütün 

var-yoxunu  uduzur.  Bütün  gecəni  yatmır.  Ertəsi  gün  axşam 

yenə də qumar stoluna yaxınlaşır, atını qumara qoyur: onun 

var-yox bircə atı qalıbmış. Əli gətirir, sonra bir də gətirir, iki 

də gətirir, üç də gətirir, yarım saatdan sonra öz kəndlərindən 

birini  –  balaca  İxmenyevkanı  udur, son təhkimçilik siyahısı 

üzrə  bu  kəndin  əlli  nəfər  əhalisi  varmış.  O  daha  oynamır, 

ertəsi gün də qulluqdan çıxmaq üçün istefa verir. Yüz nəfər 

kəndlisi  həmişəlik  əlindən  çıxır.  İki  aydan  sonra  poruçik 

rütbəsilə  qulluqdan  azad  edilib  öz  kəndinə  gəlir.  Qumarda 

uduzduğunu bütün ömrü boyu heç kəsə danışmır, kim bunu 

onun  yadına  salsa,  o  nə  qədər  xoşməzac  adam  olsa  da, 

mütləq  həmin  adamla  dalaşa  bilərdi.  Kənddə  çox  ürəklə 

təsərrüfat  işlərinə  girişir  və  otuz  beş  yaşında  Anna 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə