F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə4/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   2   3   4   5   6   7   8   9   ...   161

 

16 


incidə bilməz, əksinə, o özü hər dəqiqə hiss edirdi ki, onu bir 

dilənçi kimi hər yerdən qova bilərlər. 

Miller xoşməzac, rəhmdil bir adam idi. 

Əlini  qocanın  çiyninə  toxunduraraq  ona  ürək-dirək 

verdi: 

– Yox, yox, – dedi, – oturun! Aber



1

 her


2

 Şults çox xahiş 

edir  ki,  siz  ona  elə  diqqətlə  baxmayasınız.  Onu  sarayda 

tanıyırlar. 

Lakin  zavallı  qoca  bunu  da  başa  düşmədi,  o 

bayaqkından daha artıq əl-ayağa düşdü, şlyapasından düşən 

köhnə,  yırtıq,  göy  yaylığını  əyilib  yerdən  götürdü,  itini 

çağırmağa başladı. İt tərpənmirdi, görünür, sifətini pəncələri 

arasına alaraq bərk yatmışdı. 

Qoca titrək, zəif səslə dedi: 

– Azorka! Azorka! Azorka! 

Azorka yenə də tərpənmədi. 

Qoca kədərli səslə təkrar etdi: 

                                                 

1

Lakin(alm.) 



2

Ağa, cənab(alm.) 

downloaded from KitabYurdu.org



 

17 


–  Azorka,  Azorka!  –  Ağacı  ilə  iti  tərpətdi,  lakin  it 

əvvəlki vəziyyətində yatıb qalırdı. 

Ağac onun əlindən yerə düşdü. O əyildi, dizlərini yerə 

qoyub  Azorkanın  başını  əllərilə  qaldırdı.  Yazıq  Azorka! 

Ölmüşdü. O öz sahibinin ayaqları altında bəlkə qocalıqdan, 

ya  bəlkə  acından  səssiz-səmirsiz  ölmüşdü.  Qoca  heyrət 

içində  bir  an  ona  baxdı,  sanki  Azorkanın  öldüyünü  başa 

düşmürdü,  sonra  yavaş-yavaş  öz  dostuna  tərəf  əyildi,  öz 

solğun üzünü ölmüş itin sifətinə söykədi. Hamı susurdu. Biz 

bundan  çox  mütəəssir  olduq...  Nəhayət,  zavallı  qoca  ayağa 

qalxdı. O, ağappaq ağarmışdı, bütün bədəni əsirdi, elə bil ki, 

titrədirdi. 

Rəhmdil Miller qocaya təsəlli vermək  məqsədilə, yenə 

pozuq rus dilində dedi: 

– Bundan uyuq düzəltmək olar. Yaxşı uyuq düzəltmək 

olar.  Fyodor  Karloviç  Kriger  uyuq  düzəltməyin  böyük 

ustasıdır.  –  Miller  son  sözləri  deyərkən,  yerdən  əl  ağacını 

götürüb qocaya verdi. 

downloaded from KitabYurdu.org



 

18 


Cənab  Kriger  özü  də  qabağa  yeridi,  o  da  rus  sözlərini 

və cümlələrini pozuq bir şəkildə ifadə edərək təvazökarlıqla 

dedi: 

– Bəli, mən çox əla uyuq düzəldirəm. 



O,  ucaboy,  arıq,  xeyirxah  bir  alman  idi,  kürən  saçı 

çəngə-çəngə idi, donqa burnunun üstündə gözlük vardı. 

Miller  söylədiyi  fikrindən  son  dərəcə  fərəhlənərək 

əlavə etdi: 

–  Fyodor  Karloviç  Krigerin  hər  cür  əla  uyuq 

düzəltməkdə böyük istedadı var. 

Cənab Kriger yenə də onun sözünü təsdiq etdi: 

–  Bəli,  hər  cür  əla  uyuq  düzəltməkdə  mənim  böyük 

istedadım  var.  –  Sonra  da  özünü  fəda  etmək  alicənablığına 

qapılaraq  əlavə  etdi.  –  Mən  sizə  sizin  itinizin  dərisindən 

pulsuz uyuq düzəldərəm. 

Adam  İvanıç  Şults  daha  artıq  qızararaq,  bərkdən 

çığırdı: 

– Dayanın! Bir qədəh yaxşı konyak için! 

Konyak  gətirdilər.  Qoca  qeyri-ixtiyari  olaraq,  qədəhi 

əlinə aldı, lakin onun əli əsirdi, qədəhi ağzına aparana kimi 

downloaded from KitabYurdu.org



 

19 


konyakın  yarısını  dağıtdı,  ancaq  ondan  bircə  damcı  da 

içməyib,  qədəhi  yenə  məcməyiyə  qoydu.  Sonra,  vəziyyətə 

heç  də  uyğun  olmayaraq,  qəribə  bir  halda  gülümsədi. 

Azorkanı  öldüyü  yerdə  qoyub,  səndirləyə-səndirləyə  tez 

dükandan çıxdı.  Hamı buna heyrət etdi, təəccüb ifadə edən 

həyəcanlı səslər eşidildi. 

Almanlar  gözlərini  bərəldə-bərəldə  bir-birinə  baxaraq 

deyirdi: 

– Şvernot! Vas-für-eyne-heşixte!

1

 



Mən  tez  qocanın  dalınca  getdim.  Qənnadı  dükanından 

bir neçə addım kənarda, ondan sağ tərəfə dönəndə, iri evlər 

tikilmiş,  dar,  qaranlıq  bir  dalan  vardı.  Mənə  elə  bil  dedilər 

ki,  qoca  mütləq  bu  dalana  getmişdir.  Dalanın  sağ  tərəfində 

bir ev tikilirdi, bu ikinci ev idi, ev başdan-başa xərəki içində 

idi.  Evin  çəpəri  az  qala  dalanın  ortasına  çıxırdı,  çəpərin 

dibində 

adamların  gəlib-getməsi  üçün  taxta  səki 

düzəldilmişdi.  Qocanı  mən  evlə  çəpərin  arasında,  qaranlıq 

bir  bucaqda  tapdım.  O,  taxta  səkinin  qırağında  oturmuşdu, 

                                                 

1

Bir işəbaxırsanmı?Belə də şey olar! (alm.) 



downloaded from KitabYurdu.org


 

20 


dirsəklərini  dizləri  üstə  qoyub,  başını  əlləri  içinə  almışdı. 

Gedib onun yanında oturdum. 

Söhbəti heç bilmirdim nədən başlayım, dedim: 

–  Qulaq  asın,  siz  Azorkanın  dərdini  çəkməyin.  Gəlin 

mən sizi evinizə aparım. Sakit olun. Mən bu saat gedib araba 

gətirərəm. Siz harada olursunuz? 

Qoca  dinmədi.  Mən  bilmədim  ki,  nə  edim.  Oradan 

gəlib-gedən  də  yox  idi.  Birdən  o  mənim  əlimi  tutdu.  Güclə 

eşidiləcək xırıltılı bir səslə dedi: 

– Nəfəsim tutulur! Nəfəsim tutulur! 

Mən güclə onu yerindən qaldıraraq çığırdım: 

–  Gedək,  sizi  aparım  evinizə!  Çay  içib  yatağınızda 

uzanarsınız...  Bu  saat  araba  gətirərəm.  Həkim  çağıraram... 

Mənim bir həkim tanışım var... 

Ona  daha  nələr  dediyim  yadımda  deyil.  O,  yerindən 

qalxmaq  istədi,  lakin  bir  az  qalxaraq  yenə  də  yerə  yıxıldı, 

yenə  də  bayaqkı  kimi  xırıltılı,  boğuq  bir  səslə  astadan  nəsə 

dedi.  Mən  ona  tərəf  daha  çox  əyilərək  bu  sözləri  eşitdim. 

Qoca xırıldayaraq deyirdi: 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə