64
görə bilmirdi! Bizim aramızda bircə kəlmə söz söylənmişdi,
mən də, nəhayət, Nataşanın başını aşağı dikərək, xırdaca
dodaqlarını azca açaraq, astadan “hə” dediyini eşitdim.
Lakin qocalar da bunu bildi, fikirləşdilər, götür-qoy elədilər,
Anna Andreyevna başını xeyli yırğaladı. Bu ona qəribə və
dəhşətli görünürdü. O mənə inanmırdı, deyirdi ki:
– İvan Petroviç, müvəffəqiyyət yaxşı şeydir, axı birdən
bu müvəffəqiyyət olmadı, ya ayrı bir şey oldu, onda necə
olsun? Siz heç olmasa, bir yerdə qulluq edəydiniz!
Qoca da bir az fikirləşdikdən sonra dedi:
– Vanya, gör sənə nə deyirəm: mən özüm də bunu
gördüm, duydum, hətta etiraf edirəm, sevindim də ki, sən və
Nataşa... daha nə deyim axı! Bilirsən, Vanya, siz ikiniz də
hələ çox cavansınız, mənim Anna Andreyevnam haqlıdır.
Bir qədər gözləyək. Tutaq ki, sən istedadlı bir adamsan,
hətta çox istedadlı adamsan... Amma dahi deyilsən, necə ki,
əvvəl sənin haqqında çığır-bağır salırdılar, eləcə istedadlı bir
adamsan (mən bu gün “Trutendə” sənin barəndə yazılan
tənqidi də oxudum, orada səni yaman qısma-boğmaya
salıblar: axı bu nə qəzetdir?!) Bəli, özün görürsən, istedad
downloaded from KitabYurdu.org
65
dediyin şey, hələ lombarda qoyulan pul deyil, amma siz hər
ikiniz kasıbsınız. Gəlin il yarım, yaxud heç olmasa, bir il
gözləyək. Qabağa gedərsən, öz yolunda möhkəm durarsan –
Nataşa sənindir, yox buna müvəffəq olmasan, onda özün bax
gör!.. Sən vicdanlı adamsan, bir fikirləş!
Məsələ elə belə də qaldı. Lakin bir ildən sonra gör nə
oldu.
Bəli, bir ilin tamamına lap az qalmışdı. Bir gün mən,
aydın bir sentyabr günündə, ikindi vaxtı, qəlbim donmuş
kimi, xəstə halda qocaların evinə gedib özümü stula yıxdım.
Halım çox pis idi, az qala özümdən gedəcəkdim, hətta onlar
mənə baxıb qorxdular da. Lakin onda mənim başım ona görə
hərlənmirdi, qəlbim ona görə parçalanmırdı ki, içəri girmək
üçün, bəlkə on dəfə onların qapısına yaxınlaşmış, yenə də
geri qayıtmışdım, ona görə yox ki, mənim karyeram baş
tutmamışdı, mənim hələ nə şöhrətim vardı, nə pulum, ona
görə yox ki, mən hələ “attaşe” deyildim, səhhətimi
yaxşılaşdırmaq üçün İtaliyaya göndərilməkdən də çox-çox
uzaq idim. Yox, mənim başım ona görə hərlənir, ürəyim ona
görə parçalanırdı ki, mən bir ildə on il yaşamışdım, mənim
downloaded from KitabYurdu.org
66
Nataşam da bu bir ildə on il yaşamışdı! Bizim aramıza ucu-
bucağı görünməyən bir sonsuzluq çökmüşdü... Yadımdadır,
mən qocaların qarşısında oturub susurdum, şlyapamın onsuz
da əzilmiş kənarını əlimlə daha da əzişdirirdim. Oturub
Nataşanın gəlməsini gözləyirdim, heç özüm də bilmirdim ki,
nə üçün gözləyirdim. Əynimdəki kostyum pis idi, özü də
mənə yaraşmırdı, arıqlamışdım, rəngim saralmışdı, lakin
yenə də şairə oxşamırdım, gözlərimdə də heç bir böyüklük
əlaməti yox idi, vaxtilə xoş təbiətli Nikolay Sergeiç bunun
olmasını nə qədər arzu edirdi! Qarı tələsərək mənə təəssüflə
baxırdı, özü də bunu gizlətmirdi, həm də düşünərək öz-
özünə deyirdi:
“Bax belə bir adam, az qalmışdı Nataşanın adaxlısı
olsun. Allah, bizə rəhmin gəlsin, bizi öz pənahında saxla!”
Sonra həzin bir səslə soruşdu (onun səsi indi də
qulağımdadır):
– İvan Petroviç, çay içərsinizmi? (samovar stol üstündə
qaynayırdı) Necə dolanırsınız, atam? Siz, deyəsən, lap
xəstəsiniz...
downloaded from KitabYurdu.org
67
İndiki kimi gözümün qarşısındadır: o mənimlə danışır,
amma gözlərində başqa bir qayğı görünürdü. Həmin bu
qayğı qocanın da gözlərində dumanlanırdı, həmin bu qayğı
ilə o, qarşısında bir fincan soyumuş çay, stol arxasında
oturub fikrə getmişdi. Mən bilirdim ki, indi onları knyaz
Valkovski ilə olan məhkəmə işi çox narahat edir, bu iş indi
onlar üçün pis bir şəkil almışdı. Bundan başqa, yeni bir
hadisə də üz vermişdi, bu hadisə Nikolay Sergeiçin ovqatını
təlx edərək, onu xəstələnmək dərəcəsinə gətirib çıxartmışdı.
Bütün bu hadisələr gənc knyazın üzündən baş vermişdi: o,
beş ay bundan əvvəl, fürsət tapıb İxmenyevgilə gəlir, qoca
onu, öz doğma oğlu kimi sevdiyi, az qala hər gün xatırladığı
əziz Alyoşasını böyük bir sevinclə qəbul edir. Anna
Andreyevna Vasilyevski kəndini yadına salaraq ağlayır.
Alyoşa atasından gizlin, onlara tez-tez gəlməyə başlayır.
Nikolay Sergeiç isə təmiz, saf, açıqürəkli, sadədil bir adam
olduğundan, ehtiyatlı tərpənməyi lazım bilmir və belə bir
şeyə nifrətlə baxır. O, nəciblik qüruruna qapılaraq, heç
düşünmək də istəmirdi ki, knyaz oğlunun yenə də onlara
getməsini eşitsə, nə deyər, qabaqcadan öz fikrində onun
downloaded from KitabYurdu.org
68
bütün mənasız şübhələrini həqarətlə rədd edirdi. Lakin qoca
yeni təhqirlərə gücü çatıb-çatmayacağını bilmirdi. Cavan
knyaz, az qala hər gün onlara gəlirdi. Nikolay Sergeiçlə
Anna Andreyevna onun gəlişinə çox sevinirdi. O bütün
axşamı və gecəyarısından xeyli keçəndən sonra da
İxmenyevgildə otururdu. Nəhayət, Alyoşanın atası bundan
xəbər tutdu. Çox iyrənc bir dedi-qodu meydana çıxdı. Knyaz
yenə də əvvəlki məsələ üstündə çox ağır bir məktubla
Nikolay Sergeiçi təhqir etdi, oğluna da İxmenyevgilə
getməyi qəti surətdə qadağan etdi. Bu hadisə iki həftə
bundan əvvəl olmuşdu. Qoca çox dərd çəkirdi. Heç belə də
şey olar! Onun məsum, günahsız, nəcib Nataşasını yenə də
bu çirkin böhtana, bu rəzalətə qatmaq?! Onun adı əvvəllər
də Nikolay Sergeiçi təhqir edən adam tərəfindən hərarətlə
çəkilmişdi... Bunları cavabsız qoymaq olardımı?! O, ilk
günlər qəm-qüssədən yatağa düşdü. Bunun hamısını mən
bilirdim. Bu hadisələr bütün təfsilatı ilə gəlib mənə çatmışdı:
mən onda üç həftə idi ki, İxmenyevgilə getmirdim, xəstə
idim, ağır kədər və ümidsizlik içində yatağımda yatırdım.
Lakin mən bir şey edə bilirdim ki? Yox! Mən onda ancaq
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |