Evolution of The Azerbaijani Language and Idendity



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

 

15 


/ ōçak, ūd‐ “uymak, izləmək” fe’li (s. 38) ud‐, udī‐ “uyumaq” fe’li 

(s.  42)  ūdı‐,  al  “ön”  ismi  (s.  121)  āl,  bakā  “qurbağa”  sözü  (s.  311) 



bāka, bukā sözü (312) būka olarak düzəldilməlidir. 

Əski  Türkcə  və  Qaraxanlı  Türkcəsinin  söz  dağarcıqlarını 

içərməkdə  olan  bu  sözlük  günümüzə  qədər  Türk  dilinin 

etimolojisi üzərinə yazılmış ən dəyərli əsərlərdən biridir. 

1974’də Etimologiçesskiy slovar’ tyurkskix yazıkov (Türk Dillərinin 

Etimolojik  Sözlüyü)  adlı  əsərin  səsliləri  içinə  alan  ilk  cildi 

yayınlandı.  Sözlüyün  qapağında  müəllif  adı  olraq  sadəcə 

Sevortyan’ın  adı    keçmişsə  də,  onun  hazırlanmasında  SSCB 

Bilimlər Akademisi Dil Bilimi Ənstitüsünün Türk Dilləri Bölümü 

üzvlərinin (N. Z: Gadjiev G. İ. Donidze, A. K. Koklyanova, L. İ. 

Lebedeva,  L.  S.  Levitskaya,  L.  A.  Pokrovskaya,  A.  A.  Yuldaşev, 

Kısmen  F.  D.  Aşmin)  də  qatqıları  olmuşdur.  Sözlüyün 

günümüzə qədər beş cildi (I. Səslilər, II. v, g, d, III. b, IV. c, j, y, V. 



k,  q)  yayınlanmışdır.  Son  cild  1997’də  Etimologiçeskij  slovar’ 

Tjurkskix jazıkov. Obşçetjurkskie i meztjurkskie osnovy na bukvu “k”, 

“ķ”  adı  ilə  Moskova’da  nəşr  edilmişdir.  Onun  digər  cildlərinin 

hazırlanması  işi  Sevortyan’ın  ölümündən  (23  Mart  1978)  sonra 

anılan  bilim  adamları  tərəfindən  sürdürülməkdədir.  Talat 

Tekin’in bu əsəri tanıtma mahiyətində yayınladığı yazısında (T. 

Tekin,  1975‐76:  274‐285)  əsərin  zəngin  bir  bibliyografyaya  (14 

sayfa) sahib olmasına rəğmən Clauson’un sözlüyü ilə Doerfer’in 



khaladj  Materials  adlı  əsərindən  faydalanmamış  olması  anlaşılır. 

“Sözlüyün  maddələrinin  1‐ci  və  2‐ci  Bölümləri,  gənəl  olaraq 

yaxşı  hazırlanmış  və  düzənlənmişdir.  Sözlərin  Türk  dil  və 

diyalektlərindəki  çeşidli  şəkilləri  diqqətlə  səbt  edilmiş  və  bir 

araya  gətirilmişdir.  Əski  qaynaqlar  da  diqqətlə  taranmış, 

sözlərin  Ərəb  hərfli  yazılışları  verilmiş  və  keçdikləri  yerlər, 

səhifə nümrələri də bəlirtilmək sûrətiylə göstərilmişdir. Bununla 

birlikdə bütün sözlər üçün bütün qaynaqların tarandığı və bütün 

verilərin  səbt  edildiyi  söylənə  bilməz....  Bu  etimolojik  sözlüyün 

ən zəyif yanı, nə yazıq ki, sözlük maddələrinin 3‐cü Bölümü olan 

“etimolojik  açıqlamalar”dır.  Bu  bölümlərdə  müəllif,  böyük  bir 

qərarsızlıq,  hətta  çaşqınlıq  içindədir.    Əsasən,  Sevortyan  gərçək 

anlamı  ilə  etimoloji  yapmır,  yə’ni  sözlərin  Ana  Türkcədəki  ilk 

şəkillərini  tasarlamır  (tərh  etmir);  müəllifin  yapdığı,  sözlərin 

Türk  dil  qruplarındakı  çeşidli  şəkillərini  növbətləşən  şəkillər 

olaraq yan‐yana gətirməkqən ibarətdir.”  




 

16 


Sevortyan’ın  sözlüyünün  hazırlanması  25‐30  il  zaman 

almışdır.  Sözlük  yalnız  Türk  diyalektlərində  işlədilən  ortaq 

kökləri qapsamaqdadır və Rusca yazılmıştır. 

1988’də  İsmət  Zəki  Əyuboğlu’nun  yazdığı  Türk  Dilinin 



Etimoloji  Sözlüğü  bütün  qusurlarına  və  ehtiva  etdiyi  yanlış 

bilgilərə  rəğmən  son  illərə  qədər  bir  Türkiyəli  tərəfindən 

yazılmış  tək  etimolojik  sözlük  sayılırdı.  Bu  sözlük  Türkoloqlar 

tərəfindən dəfələrcə tənqidə məruz qalmışdır. 

Təqribən  25  ildən  bəri  Türkcənin  etimoloji  sözlüyü  üzərində 

çalışan  Hasan  Eren’in  Türk  Dilinin  Etimoloji  Sözlüğü  adlı 

çalışması  1999’da  yayınlanmışdır.  Türkcədə  işlədilən  əski  və 

yeni  sözlərin  yer  aldığı  bu  sözlükdə  kələmələrin  kökəni  və 

keçmişi  üzərinə  geniş  bilgi  verilmiş,  yabançı  dillərdən  keçən 

kələmələr,  eyni  zamanda  Türkcədən  qonşu  dillərə  keçən 

ünsürlər  araşdırılmışdır.  Çuvaşca  və  Yakutca’ya  özəl  bir  dəyər 

verən  bu  əsərin  ən  zəyif  tərəfi  çağdaş  diyalektlərin  sadəcə  bir 

bölümünün  dəyərlələndirilmiş  olmasıdır.  Sözlükdə  kökəni 

bilinən  sözlər  yanında  soyu‐  sopu  bilinməyən  ünsürlər  də  yer 

almaqdadır.  Əski  və  yaşayan  diyalektlərdə  keçən  kələmələrin 

yazılışında  Türk  əlifabası  işlədilmişdir.  Ancaq  Azərbaycan 

Türkcəsində  açıq  ə  səsi  ə    hərfiylə  ayırd  edilmişdir.  Çuvaşca  və 

Yakutca  verilərdə  Latin  əlifbasına  dayanan  bir  transkripsiyon 

işlədilmişdir.  

Hasan Eren’in bü sözlüyü Türk dilinin etimolojisinin yeni bir 

sınamasıdır.  G.  Doerfer’in  “Türk  Dilinin  İdeal  Etimolojik 

Sözlüyü”  tam  anlamı  ilə  gərçəkləşincəyə  qədər  yayınlanan 

bütün  sözlüklər  bir  “sınama‐dənəmə”  mahiyətində  olacaqdır. 

Əsərin müəllifi də kitabın giriş bölümündə bunu etiraf etmişdir 

(H.  Eren,  1999:  xı‐xxvııı).  H.  Eren  Türkcənin  etimolojisi  ilə  ilgili 

onlarca  məqalə  və  çalışmanın  sâhibi  olaraq  Türkiyə’nin  ən 

tanınmış  etimoloji  uzmanıdır.  Onun  Türk  Dilinin  Etimoloji 

Sözlüğü  bu  sahədə  yapılmış  ən  dəyərli  çalışmalar  içərisində  yer 

almaqdadır.   

 1997’dən  bəri  Türk  dilinin  etimolojisinə  aid  bir  neçə  əsər 

yayınlanmışdır.  Onlardan  biri  də  A.M.  Şçerbak’ın  mövzuyla 

ilgili dəyərli muşahidələrlə dolu olan Rannie tjurksko‐mongol’skie 

jazykkovye  svjazi  (VIII‐XIV  vv.,  Sankt‐Peterburg  1997)    adlı 

çalışması,  bir  digəri  isə      Rus  Bilimlər  Akademisi  xəbərləşmə 

üzvü  E.R.  Tenişev’in  aparıcılığı  ilə  yayınlanan  Sravnitel’no‐

istoriçeskaja  grammatika  tjurkskix  jazykov  adlı  qramerin  Leksika 

başlığı  altında  dördüncü  cildidir.  Rus  Bilimlər  Akademisi  Dil 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə