Evolution of The Azerbaijani Language and Idendity



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

 

13 


rekonstrüksiyon

1

unun yapılması üçün iki metod təklif etmişdir. 



İlk  metoda  görə,  maddəbaşı  olaraq  ana  şəkil  seçiləcək  və 

muxtəlif  dillərdəki  tək‐tək  şəkillər  alfabetik  sırayla  bu 

maddəbaşı  içində  sıralanacaqdır.  Fəqət  bu  durumda  oxucunun 

axtardığı  kələməni  tapması,  məsələn  yedi  “7”  kələməsini  Ana 

Türkcə  dêtē  şəkli  altında  tapması  son  dərəcə  zor  olardı.  Daha 

pratik olduğunu düşünən ikinci metodda Türkcə tək‐tək şəkillər 

kronolojik  sırayla  verilir  və  sonunda  da  rekonstrüksiyonu 

qurulmuş  Ana  Türkcə  şəkli  əlavə  edilir.  Doerfer’ə  görə,  Bir 

tərəfdən  bir  Ana  Türkcə  maddəbaşına  görə  bir  sıralama,  digər 

tərəfdən də Türkcə yedi, Çuvaşça siççě vb. kimi şəkillərin tək‐tək 

alfabetik  yerlərində  yer  almaları  və  bunların  hamısında  Ana 

Türkcə dêtē’yə göndərmə yapılması ideal bir şey olardı ki, bu da 

sözlüyün  çox  həcimli  olmasına  səbəb  olar.  G.  Doerfer,  Ana 

Türkcənin  rekonstrüksiyonunda  Çuvaşca  və  Xələccə’nin  son 

dərəcə önəmli olduğunu söyləməkdədir. Ona görə, Lambdaizm‐

Rotasizm  (l’ləşmə‐r’ləşmə)  problemi  çözülməz  bir  problemdir. 

Fəqət 

yapılması 



gərəkən 

şey 


sadəcə 

fonemlərin 

rekonstrüksiyonudur.  Çuvaşca’nın  Ana  Türkcədəki  –m:  ‐n:  ‐

mA’nın  rekonstrüksionu  üçün  son  dərəcə  önəmli  olduğunu 

söyləyən  Doerfer,  bu  ünsürlərdən  –m:’nin  Gənəl  Türkcədə  –n, 

Çuvaşca  ilə  Macar  və  Moğol  dillərindəki  əski  tarixli  alınma 

kələmələrdə  –m,  ikincisinin  hər  yerdə  –n,  sonuncusunun  da 

Ortaq  Türkcə  və  Çuvaşcada  –m,  Moğolcada  isə  –mA  olduğunu 

söyləyir. Ayrıca Ana Türkcənin rekonstrüksiyonu üçün –iâ‐ kimi 

diftonqların  da  önəmli  olduğu  və  *ə  və  *ë  səsləri  üçün 

Çuvaşca’ya ehtiyac duyulduğu söylənməkdədir. Ana Türkcə *‐ē, 



‐ē  səslərinin  rekonstrüksiyonunda,  Ana  Türkcə  h‐<‐p’nin 

qorunmuş  olmasında,  bizi  bə’zi  yanlışlıqlardan  qorumasında 

(Räsänen’in  eki  “2”  kələməsiylə  Korecə  pegim  “ən  yaxındaki, 

sıradaki, ikinci” kələməsini eyni kökdən izah ətməsi kimi. Fəqət 

Xələccə äkki) və Ana Türkcədəki necəliyin (Quantitat) qorunmuş 

olmasında  (məsələn  qısa  və  normal  a;  bəsit  uzun  ā;  dəyişkən 

uzun  â)  Xələccə’nin  önəmi  vurğulanmışdır.  Ana  Türkcə 

şəkillərin  ortaya  qoyulmasında  Türkcə,  Çuvaşca  və  Xələccə  ilə 

yanaşı  Moğolca,  Tunquzca,  Türkmən  Türkcəsi  və  Yakutca’nın 

çox  önəmli  olduğunu  söyləyən  Doerfer,  tarixî  çalışmanı 

asanlaşdırmaq  üçün  qaynaqların  kronolojik  olaraq  zikr 

edilməsini  uyğun  görür.  Ona  görə,  Əski  Türkcə  şəkilləri 

                                                 

1 - Yeniden Qurma 




 

14 


günümüzə  gətirən  Rus  kroniklərinin  və  səyyahların  verdiyi  dil 

örnəkləri də ehmal edilməməlidir. Ayrıca Ərəb əlifbası dışındaki  

əlifbalarla  yazılmış  mətinlərə  daha  çox  muraciət  edilməli, 

Türkcədəki alınma kələmələrin hamısının haradan gəldikləri və 

haralara  getdikləri  göstərilməlidir.  Kələmənin  kəçdiyi  ən  əski 

qaynaqların  zikr  edilməsi,  kələmələrin  mənalandırılmasında 

kəskinliyin  şərt  olması,  Türkcə  sözlüklərin  hamısının  zikr 

edilməsi,  əklər  dizininin  (fehrestinin)  verilməsi,  kələmə  sınıfları 

ayırd  edilərək  ən  azından  fə’l  köklərinin  bir  ʺ–ʺ  işarətiylə 

bəlirtilməsi, tərcümələrin bir dildə dəyil, Alman, İngiliz, Fransız, 

Rus və Türk dillərində olması və bütün Türk dilləri üçün ortaq 

bir  transkripsiyon  işlədilməsi  ideal  Türkcə  etimilojik  sözlük 

üçün Doerfer’in təklif etdiyi maddələr içində yer alır.(G. Doerfer, 

1984: 365‐374). 

Gerard  Clauson’un  10.000  maddədən  ibarət  An  Etymological 

Dictionary of Pre‐Thirteenth‐Century Turkish (13. yüzil Öncəsi Türk 

Dilinin  Etimoloji  Sözlüyü)  əsəri  bu  xususda  yazılmış  olan  digər 

qiymətli  əsərlərdən  biridir.  Sözlükdə  öncə  səslilərə,  sonra  da 

səssizlərə  yer  verilmiş,  kələmələr  də  həca  düzəniylə 

sıralanmışdır. Hər kələmə qarşılaşıldığı ən əski kitabəyə, mətnə 

görə  maddəbaşı  yapılmış,  onların  gərçək  və  bə’zən  də  məcazî 

anlamları  verilmiş,  çağdaş  Türk  ləhçələrinin  hankısında 

yaşamaqda  olduğu  bəlirtilmişdir.  T.  Tekin  (1975‐76:  275) 

sözlüyün başlıca qusurlarını belə açıqlayır: 

1)  Sözlük  alfabetik  deyildir.  2)  Sözlükdə  bir  kökdən  çıxmış 

törəmə  gövdələr,  gərçək  etimoloji  sözlüklərindən  fərqli  olaraq 

ayrı  maddələr  halında  verilmişdir  (Məsələn,  ekki  “2” 

maddəsində toplanmış olması gərəkən ekkinç “ikinci”, ekinti ey.

1



ekkiz  “ikiz”  və  ikirçqü  “ikircim,  şübhə”  kimi  sözlər  ayrı‐ayrı 



yerlərdə  bulunmaqda  və  açıqlanmaqdadır).  3)  Ehtiva  etdiyi 

sözlərin  daha  əski  şəkillərini  verməkdə  yetərsizdir  (məsələn  öl 

“nəmli, rutubətli” kələməsi açıqlanırkən daha əski şəkilləri olan 

Az.  höl  ilə  Trkm.  hö:l  /  ö:l  (  şəkillərinin  anılması 

gərəkirdi). 4) Kökəni tartışmalı bə’zi sözlər üçün kəskin etimoloji 

hökmlər  verilmişdir.  5)  Bir  çox  yerdə  yenidən  qurma  yanlışı 

vardır.  Məsələn,  art  “ard”  (s.200)  sözü  ârt,  art‐  “yükləmək”  fe’li 

(s. 201) ârt‐, ēv ismi (s.3) eb, āv sözü (s. 3) āb, öpkē ismi (s. 9) öbkə, 



uçā sözü (s. 20) ūça, açı‐ fe’li (s. 21) āçı‐, oçok / oçak ismi (s. 22) ōçuk 

                                                 

1 - ey.= eyni m

ənada 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə