Evolution of The Azerbaijani Language and Idendity



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

 

10 


 

Ancaq  dilin  bu  zəngin  sahəsi  ciddi  təhlükə  qarşısındadır,  belə  ki, 

Fars  dilinin  söz  tərkibləri  və  deyimləri  getdikcə  artan  dərəcədə 

bunları  əvəz  etməkdədir.  Bunun  tək  səbəbi  isə  ana  dilində  təhsil 

ocaqlarının  mövcud  olmaması  və  yayın  vasitələrinin  təmamilə  Fars 

dilində aparılmasından ibarətdir. Bəʹzi misallara fikir vərək: 

 

Yekkə yedim! (uyuq qaldım, qutumdan qurudum, mat qaldım, gözlərim 



bərələ qaldı, cin təpəmə döydü, qan beynimə yügürdü). 

Bərnamə be həm yedi! (bərnamə pozuldu). 

Yaşarın  sözü  mənə  bər  yedi  (yaşarın  sözü  mənə  toxundu,  qəlbimə 

dəydi). 

Yaşar xali bağlayır! (Yaşar gop uçurdur, qas basır). 

Hol oldum! (əl‐ayağımı itirdim, kırıq düşdüm). 

Soyuq  dəymişəm!  (mənə  soyuq  dəyib,  soyuqlamışam,  məni  soyuq 



ilişdirib). 

Yaşar  mənim  zowquma  vurdu!  (neşəmi  pozdu,  isti  aşıma  soyuq  su 



qatdı). 

Yaşar sərvət bə həm vurub! (sərvət baş bağlayıb, sərvət toplayıb, altını 



doldurub, özünü bərkidib, yükünü tutub). 

 

Diqqətinizə görə təşəkkür edirəm. 



 


 

11 


 

 

 

Türkcənin Etimiloji Sözlükləri 



 

 

M. Riza HEYƏT 

 

 

 



Etimoloji,  bir  kələmənin  ya  da  kələmə  ünsürünün  kökənini 

(mənşəyini) araşdıran, onun nə zaman dilə girdiyini və nə kimi 

dəyişikliklər  kəçirdiyini  incələyən  bilim  dalıdır.  Etimolojik 

sözlük  isə  dildəki  bütün  sözlərin  kökənlərini  açıqlar.  Başqa  bir 

deyişlə, yaxşı bir etimolojik sözlük, sözlərin quruluşunu (kök və 

əklərini)  çözümləmək‐ayırd  etmək,  onların  yazılı  bəlgələrdə 

göründükləri  ən  əski  zamanı  və  ən  əski  şəkillərini  səpt  etmək 

zorundadır.  Ayrıca,  dildəki  sözlərin  eyni  dil  ailəsinə  bağlı  olan 

bütün  qohum  dillərdəki  dənkdaşlarını  da  verməli  və 

qarşılaşdırma yolu ilə onların ana dildəki ilk şəkillərini yenidən 

qurmalıdır.  Yaxşı  bir  etimolojik  sözlük  eyni  zamanda    başqa 

dillərdən  girmiş  alınma  sözləri  açıqlarkən  də  bu  sözlərin 

alındıqları dilləri, onların alınma zamanı və şəkillərini, başqa bir 

deyişlə,  dilə  girdikləri  zamanla  (il  ya  da  yüzil  olaraq)  giriş 

yollarını (ticarət, siyasi etkilər, din, ədəbiyat vb.) bəlirtməlidir (T. 

Tekin, 1975‐76: 274). 

Daha  11.  Yüzildə  Kaşqarlı  Mahmud  tərəfindən  yazılmış  olan 

və  Türkcənin  ansiklopedik  sözlüyü  mahiyətini  daşıyan  Divni‐ 



Luğat‐it  Türk’ün  yazıldığı  tarixdən  günümüzədək,  Türkcənin 

mükəmməl bir etimoloji sözlüyünün hələ də yazılmamış olması, 

yazılan sözlüklərin isə ideal bir etimolojik sözlüyün meyarlarına 

uymaması olduqca üzücü bir hadisədir. Prof. G. Doerfer’ə görə, 

belə  bir  etimolojik  sözlüyün  hazırlanması  ancaq  qalabalıq  bir 

araşdırmaçı  ekibi  tərəfindən  və  də  çox  uzun  bir  zaman  içində 

mümkün ola bilər. Bir tək âlimin belə bir şeyi yapması təqribən 

imkansızdır (G. Doerfer, 1984: 367).  




 

12 


Türkcənin  ilk  etimolojik  sözlüyü  1878’də  Macar  Tükoloqu 

Hermann  Vambery  tərəfindən  yazılmışdır.  Türk‐Tatar  Dillərinin 



Etimoloji  Sözlüyü  (A  török‐tatar  nyelvek  etymologiai  szótára:  NyK 

13:249‐483)’nün  yazıldığı  dönəmdə  Türkoloji  çox  gəlişməmişdi, 

elə  ki  hətta  əski  Türk  yazıtları  daha  tapılmamış,  Kaşqarlı 

Mahmud’un  Divani‐Luğat‐it  Türk  əsəri  də  ələ  keçməmişdi. 

Türkcənin  tarixî  gəlişimi  açısından  son  dərəcə  önəmli  olan 

Xələccə  və  Sarı  Uyğurca  kimi  Türk  ləhcələri  haqqında  çox  az 

bilgi  vardı.  Bugün  Vámbery’nin  sözlüyünün  artıq  tarixî  dəyəri 

vardır.  

Türk  ləhcələri  üzərinə  yazılmış  ikinci  sözlük  Bedros 

Keresteciyan’ın  Materiaux  pour  un  dictionnaire  etymologique  de  la 

langue  turque  adlı  əsəridir.  Bu  əsərdə  daha  çox  Türkcədəki 

yabançı kələmələr özəlliklə də Yunanca və Ermənicə ünsürlər ələ 

alınmış  və  bə’zi  Türkcə  kələmələrin  Yunanca  ya  da  Ermənicə 

kökənli olduğu isbatlanmağa çalışılmışdır (M. Ölmez, 1998: 176). 

Bu çalışma M. Fuat Köprülü’nün 1925’də Türkiyat Məcmuəsi’nin 

1‐ci cildində belə dəyərləndirilmişdir: 

 “...  Lâkin  nə  kadar  təəssüfə  şayandır  ki,  uzun  sənələr  sarf 

ettirən  bu  məsaî,  ilim  için  əhəmiyətsiz  nəticələr  vermiş,  usul 

dairəsində  yapılmayan  tətkikatın‐hatta  asırlarca  dəvam  etsə‐

ilmin tərakkisinə hizmət edəməyəcəğini bir dəfa daha meydana 

koymuştur.” (H. Eren, 1999: XI). 

Türk dilinin etimolojisi üzərinə indiyə qədər yazılmış olan ən 

önəmli  sözlüklərdən  biri,  Martti  Räsänen’in  Versuch  eines 

etymologischən  Wörterbuchs  der  Türksprachən  (Türk  Dillərinin 

Etimoloji  Sözlüyü  Üzərinə  Bir  Sınama)  adlı  çalışmasıdır.  Räsänen 

bu əsərində varsa hər kələmənin ən əski biçimi (əski Türkcə, orta 

Türkcə  vs.)  ya  da  günümüzdəki  biçimi  (Azərbəycan  Türkcəsi, 

Kumukca  vs.)  maddəbaşı  yapılmış,  kələmənin  yaşadığı  dillər, 

fərqli anlamları varsa bunlarla birlikdə tək‐tək göstərilmişdir (M. 

Ölmez, 1998: 177). Räsänen’in bu sözlüyü G. Doerfer tərəfindən 

də  dəyərləndirilmişdir.  G.  Doerfer,  sözlüyün  hazırlanmasına 

düzəltmələriylə  qatqıda  bulunduğuna  baxmayaraq,  ayrıca 

üzərində  durulmaya  dəyər  bə’zi  müşahidə  və  təkliflərlə  dolu 

dəyərləndirməsində  “Türkcənin  İdeal  Bir  Etimolojik  Sözlüyünün 



Necə  Olması  Gərəkdiyi  Haqqında  Düşüncələr”ini  də  açıqlamışdır. 

Doerfer, Türkcənin ideal bir etimolojik sözlüyünün yazılmasında 

gərəkən 

xususları 

açıqlarkən, 

Ana 


Türkcə 

şəklin 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə