"Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə",
"Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət Ekoloji
ekspertizasının maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust
tarixli 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji
auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət ekoloji ekspertizasının
müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Təbiəti mühafizə ehtiyat fondu haqqında Əsasnaməni təsdiq etmək barəsində"
Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 25 iyul tarixli 313 nömrəli qərarı
qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 22 fevral 2001-ci il
№ 41
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında
ƏSASNAMƏ
1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında (bundan sonra - Fond)
Əsasnamə "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq hazırlanmışdır.
2. Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz
tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması, ekoloji cəhətdən səmərəli
yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə
olunması, təbiəti mühafizəsinin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin
etməkdən,
habelə
ətraf
mühitin
mühafizəsi
sahəsində
digər
tədbirlərin
maliyyələşdirilməsindən ibarətdir.
3. Fond aşağıdakıların hesabına formalaşır:
a) ətraf mühitin mühafizəsi haqqında
(balıqçılıq istisna olmaqla)
qanunvericiliyin
pozulmasına görə alınan cərimələrin;
[1]
b) təbiətdən istifadəyə görə ödəmələrin;
c) qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və
balıqçılıq alətlərinin, qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlərin;
[2]
ç) dövlət, qeyri-dövlət təşkilatlarından, fiziki və hüquqi şəxslər tərəfindən könüllü olaraq
ödənilən ianələrin;
d) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmaların.
4. Fondun vəsaiti Maliyyə Nazirliyinin Mərkəzi Nazirliyinin Mərkəzi Xəzinədarlığında
toplanır və fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Dövlət Ekologiya
və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və
xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsi tərəfindən istifadə olunur.
5. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi nəzarət edir.
6. Fondun vəsaiti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli
sektorunda ətraf mühitin mühafizəsi tədbirlərinə, təbii ehtiyatlardan səmərəli istifadə
edilməsi və onların bərpasına, təbiəti mühafizə obyektlərinin tikintisinə, əsaslı təmirinə,
istismarına, mühafizə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə, təbiəti mühafizə
sahəsinin sosial inkişafına, təbii obyekt və komplekslərin abadlaşdırılmasına, ətraf mühitin
mühafizəsi sahəsində proqramların, layihələrin, hüquqi və normativ sənədlərin
hazırlanmasına, konfrans və tədbirlərin keçirilməsinə, milli parkların, qoruqların,
yasaqlıqların və digər qorunan xüsusi ərazilərin, təbiət abidələrinin mühafizəsinə, nadir və
nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və bərpasına, dövlət
qoruqlarında biotexniki və digər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə, elmi-
tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, əhali arasında ekoloji
biliklərin və tərbiyənin təbliğinə, ətraf mühitin mühafizəsi sahəsində işləyən mütəxəssislərin
həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə
yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər
ləvazimatların alınmasına, eləcə də xarici ölkələrlə, elmi-texniki əməkdaşlıq, ətraf mühitin
dövlət monitorinqinin təşkili və keçirilməsinə sərf oluna bilər.
7. Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği fondun
vəsaitinin 5 faizindən çox olmamalıdır.
7-1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun
müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən
daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən
istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin
verilməsi üçün istifadə edilir.
[3]
8. Ümumdövlət və regional əhəmiyyətli ətraf mühitin mühafizəsi tədbirlərinin
keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə həyata keçirilir.
9. Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Dövlət Ekologiya
və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim
olunur.
10. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyi nəzarət edir.
11. İl ərzində istifadə olunmamış fond vəsaiti növbəti ilin hesabına keçirilir və fondda
saxlanılaraq ləğv edilməsinə yol verilmir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı
ilə
TƏSDİQ EDİLMİŞDİR