Əsrdə Azərbaycanın ictimai və dövlət qurluşu Azərbaycanın sosial-iqtisiadi həyatı



Yüklə 23,2 Kb.
tarix04.02.2018
ölçüsü23,2 Kb.
#24471

13 14 15 əsrdə Azərbaycanın ictimai və dövlət qurluşu

Azərbaycanın sosial-iqtisiadi həyatı. Monqol yürüşləri Azərbaycanın ictimai-siyasi və mədəni həyatına ağır zərbə vurdu. Monqolların keçdikləri ərazilərdə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin sahələri tapdalandı, xırmanlar yandırıldı. Muğanda çağırılmış qurultayda Cənubi Qafqaz ərazisi 110 monqol noyonu arasında bölündü. Düşmən əhalini qırdı, sağ qalanlar isə qula çevrilirdi. Sənətkarlar Qaraqoruma və digər yerlərə göndə- rilirdi. Cavan əsirlərdən ehtiyat hərbi hissələr təşkil olunur və ön cəbhəyə göndərilirdi. Bu, məhsuldar qüvvələrə zərbə vururdu. XIII əsrin ortalarında Hülakü dövlətinin yaradılması, mərkəzi hakimiyyətin qüvvətlənməsi təsərrüfatda müəyyən canlanmaya səbəb oldu. Hülakü və Abaqa xanın zamanında torpaq və vergi siyasəti müəyyənləşdi və mərkəzi idarə sistemi yarandı. 1254-cü ildə Azərbaycanda 10 yaşından 60 yaşınadək bütün kişi qismi siyahıya alındı. Elxanilərin iqtisadi siyasətinin əsasını yerli feodalları torpaq sahibliyindən məhrum etmək və bütün gəlirlərin mənimsənilməsi təşkil edirdi. İşğal olunmuş torpaqlar incu (hökmdar və xan nəslinə məxsus) və divan (dövlət) torpaqlarına çevrildi və köçmə feodalların ixtiyarına verildi. Yeni vergilər də (qopçur-otlaq vergisi-tədricən can vergisi, tamğa-sənətkar və tacirlərdən alınan vergi, kalan və s.) toplanırdı. Vergilərin toplanması icarəyə (müqatiəyə) verilirdi. İcarədarlar qanunsuzluqlara və sui-istifadəyə əl atırdılar. XIII əsrin son rübündə Elxanilər dövlətində iqtisadi və siyasi böhran baş verdi. Keyxatu xan pul islahatı keçirdi, ölkədə kağız pullar-çao tədavülə buraxıldı. Lakin bu, xəzinənin boşalmasının qarşısını ala bilmədi. Monqol yürüşləri şəhər həyatına da ziyan vurdu. Qazan xanın islahatları, xüsusilə vergi və ticarət sahəsindəki tədbirlər şəhər həyatında canlanmaya səbəb oldu. Lakin XIV əsrin 2-ci yarısında siyasi vəziyyət şəhər həyatını daha acınacaqlı hala gətirdi. Şəhər əhalisinin sosial tərkibində sənətkarlar və tacirlər üstünlük təşkil edirdi. 89 Toxuculuq, xalçaçılıq, metalişləmə, dulusçuluq, dəri istehsalı, ağac emalı, bədii sənətkarlıq növləri daha da inkişaf etmişdir. Şirvan ipəyi dünyada məşhurlaşmışdı. Beyləqan öz qənnadı məmulatı ilə, Kağızkonan şəhəri kağız istehsalı ilə tanınırdı. Metalişləmə sahə- sində soyuq silah istehsalına xüsusi diqqət yetirilirdi. Hülakü dövlətinin Asiya, Avropa və Afrikanın bir çox ölkələri ilə ikitərəfli intensiv ticarət əlaqələri var idi. Azərbaycan karvan yollarının kəsiş- diyi məkana çevrilmişdi. Azərbaycanın daxilindən keçən karvan yollarının uzunluğu təxminən 2000 km-dən artıq idi. Ticarət yolları üzərində karvansaralar tikildi, karvanların təhlükəsizliyi təmin edildi, karvansalar dəstələri yaradıldı. Bakı nefti, Şirvan ipəyi, Təbriz və Şirvan xalçaları, Şəmkirin yun parçaları, Şəkinin dəri məmulatı, Naxçıvanın duzu və s mallar xarici ölkə bazarlarında yüksək qiymətləndirilirdi. Zərbxanalarda tümən, qızıl və gümüş balış, dinar, danq, fils, dirhəm və s. pul vahidi tədavülə buraxılırdı. Qazan xanın islahatları. Hülakü dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün Qazan xan bir sıra islahatlar-torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi. Torpaq islahatının əsasını monqol qoşun hissələrində qulluq edənlərə torpaq sahələrinin verilməsi- iqta təşkil edir. İqta inci və divan torpaqları, həmçinin bayrat adlanan istifadəsiz torpaqlardan verilirdi. Torpaqla birlikdə suvarma şəbəkələri və s. iqta sahiblərinə verilir. Qazan xanın 1303-cü ildə verdiyi fərmanla kəndlilərin yerini dəyişməsi qadağan edilir (3, s. 68). İqta torpaqları satıla, bağışlana bilməz. İqta sahiblərinin ölümündən sonra onun hərbi işini davam etdirən şəxsə verilir. Qazan xan bayrat torpaqların becərilməsi üçün tədbirlər gördü: sahələr qeydə alındı, sahibkarlığı müəyyənləşdirildi, sahibsiz torpaqlar divanın sərəncamına verildi, becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı. Həmin torpaqlar yeni sahibkarlara paylandı, bunların hüquqları divan sənədləri ilə qanuniləşdirildi. Qazan xanın vergi islahatı vergilərin növləri, həcmi, toplama üsulu, vaxtı və s. kimi məsələlərdə dəqiq qayda-qanun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, vergi məbləği lövhə- 90 lərə həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Qeyri-qanuni vergilərin toplanması qadağan olundu. Vergi toplanması divana həvalə olundu. Məhkəmə sahəsində islahat keçirildi-qazı vəzifəsinə layiqli din xadimləri təyin olundu. 30 illik tarixi keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirmiş elan olundu. Qazi vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınması tətbiq olundu. Qazan xanın rabitə sahəsində tədbirləri vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Əsas yollarda hər 3 fərsəxdən (20 km.) bir rabitə dayanacaqları-yamlar yaradıldı. Yamlara əmirlər təyin olundu. Yollarda karvansaralar tikildi. Qazan xan ticarətin inkişafını təmin etmək üçün vahid pul sistemi yaratdı, çəki və ölçü vahidlərini sabitləşdirdi, ticarət yollarında və bazarlarda gömrük toplanması, karvanların, ticarət mərkəzlərinin qorunması üçün əsaslı tədbirlər gördü. Qazan xanın islahatları ilk vaxtlar təsirli nəticələr verdi, lakin XIV əsrin 30-cu illərində ölkənin iqtisadi vəziyyəti yenidən pisləşməyə başladı. Əbu Səidin dövründə mərkəzi hakimiyyətin zəifləməsi, Xorasanda, Gürcüstanda və başqa vilayətlərdə baş vermiş iğtişaşlar, Qzıl Ordu xanlarının Azərbaycana yürüşləri ölkənin təsərrüfatına, iqtisadiyyatına güclü zərbə vurdu. Çobani əmiri Əşrəfin zülm və çapqınlıqla topladığı vəsait və mal-dövlət 17 xəzinədə saxlanılırdı. Sonralar, Əşrəf Təbrizdən qaçmağa cəhd göstərərkən, onun əmlakını daşımaq üçün 10.000 dəvə və 4000 qatır lazım olmuşdur. Azərbaycan əhalisi Çobani feodallarının zülmündən təngə gəlib vətəni tərk edirdi. XIV əsrin 80-cı illərində ölkədə başlanan feodal çəkişmələri yenidən iqtisadi böhrana gətirib çıxardı. Toxtamış və Teymurun ara verməyən hücumları, daxili ara müharibələri şəhərlərin, kəndlərin dağılmasına, təsərrüfatın daha da geriləməsinə səbəb oldu. Maarif. Monqol-türk qəbilələrinin Azərbaycana gəlişi ölkədə elm və mədəniyyətin inkişafına təsir etdi. Təhsil sisteminin əsasını məktəb və mədrəsə təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verən elm ocağı idi. Əsas dərslər şəriət dərsləri, dini ehkamların təlimi, Quran oxunması idi. Yetim uşaqların təhsil alması üçün “Dar ülitam” (Yetimlər evi), “Beyt ül-təlim” (Təlim evi) adlanan məktəblər 91 fəaliyyət göstərirdi. Burada hər 10 uşağa bir tərbiyəçi-atabəy təhkim olunurdu. Təhsilin Məzhər formasında şagirdlər elmin müxtəlif sahələri ilə müstəqil məşğul olur, vaxtaşırı öz ustadının yanına gedib məsləhət alır və onun mühazirələrini dinləyirdilər. Mədrəsələr əsasən orta təhsil verirdi. Dini təlimlə yanaşı, dünyəvi elmlər, ictimai və texniki fənlər keçilirdi. Tədrislə 2 müdərris məşğul olurdu-biri şəriət dərslərini, digəri dünyəvi fənləri tədris edirdi. Mədrəsə xərcləri şəxsi hesabdan və ya vəqf əmlakının gəlirlərindən ödənilirdi. Təbrizdə xüsusi elm ocağı-ali mədrəsə Rəbi Rəşidi məhəlləsində yerləşir, Şərqdə ilk ali təhsil ocağı idi. Onun təsisçisi alim, həkim Fəzlüllah Rəşidəddin olmuşdur. Təbriz ali mədrəsə- sində 500-ə qədər alim dərs demiş, 7000 tələbə təhsil almışdır. Onlardan 6000 nəfəri başqa ölkələrdən və şəhərlərdən gəlmişlər. Müdavimlər təqaüd alır, yataqxana ilə təmin olunurdular. Ali mədrəsə müasir dövrün tanınmış universitetlərinin göstəriciləri səviyyə- sindədir. Bu faktlar hələ 700 il bundan əvvəl Təbrizdə Universitetin (Darülfünun) mövcud olduğunu bildirir. Rəbi Rəşidi məhəlləsində 60000 nüsxə kitaba malik kitabxana var idi. Şam-Qazanda fəaliyyət göstərən 2 kitabxana qiymətli kitablar xəzinəsi hesab olunurdu. 1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə tikilmiş rəsədxana, həmçinin, XIV əsrin əvvəllərində Şam-Qazanda (Təbriz) tikilmiş rəsədxana Şərqdə nücum elminin (astronomiya) mərkəzinə çevrildi. Marağa rəsədxanasında 100-dən artıq alim, 400 min əlyazmaya malik kitabxanası var idi. Marağa rəsədxanasının banisi Nəsrəddin Tusinin (1201-1274) təhsil aldığı Tus şəhərinin adı ilə Tusi ləqəbi qəbul etmiş, bir müddət Ələmut qalasında həbs də qalan Tusi Hülakü xanın əmri ilə azad edildi, əvvəl onun məsləhət- çisi, sonra isə Abaqa xanın vəziri oldu. Tibb sahəsində Fəzlullah Rəşiddədinin böyük rolu olmuşdur. Ölkədə əhalinin xəstəliklərdən mühafizə və müalicəsi məqsədi ilə xüsusi müəssisələr-dar üşşə- falar (şəfa evləri) fəaliyyət göstərirdilər. Təbrizin Rəbi Rəşidi məhəlləsində fəaliyyət göstərən şəfa evində Hindistan, Çin, Misir, Şam və s. vilayətlərdən gəlmiş 50 tanınmış həkim çalışırdı. Ölkədə darüxanalar (aptek) mövcud idi. Gəncəli Kirakos Qafqaz Albaniya- 92 sında XIII əsrdə baş vermiş hadisələri, albanların başına gələn müsibətləri qələmə almışdı. Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin, Azərbaycan alimi Əbdürrəşid Bakuvinin əsərləri meydana gəldi. Dilçilik sahəsində Azərbaycan alimləri Hinduşah Naxçıvani və oğlu Məhəmməd Naxçıvani daha çox tanındılar. Bu dövrdə ikidilli, üçdilli lüğətlər meydana gəldi. “Azərbaycan dili” ifadəsi işlənməyə başladı. Azərbaycanda fəlsəfə, hüquq və s. elmlər də inkişaf etdi. Azərbaycan mütəfəkkiri Mahmud Şəbustəri (1287-1320) ərəb və fars dillərinin kamil bilicisi, fəlsəfə, məntiq, etika, psixologiya, anatomiya, mineralogiya elmləri sahə- sində tanınmış şəxsiyyət idi. Azərbaycan dilində klassik poeziyanın ilk məlum nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr) “Pur Həsən” təxəllüsü ilə Azərbaycan və fars dillərində divanlar yaratdı. Nizami ədəbi mühitinə mənsub Əssar Təbrizi (1325-1390) dövrü- nün tanınmış şairi, alimi olmuşdu. XIV əsr ədəbiyyatında hürufilik xüsusi yer tuturdu. Hürufilik “hərf”sözündən olub, ərəb hərflərinin ilahiliyini, Allahın 2 təzahür yolundan birinin məhz səsdə, nitqdə, hərflərdə olduğunu bəyan edirdi. Hürufilərə görə Allah söz-kəlam şəklində görünür. Odur ki, ərəb əlifbasındakı 28 hərf müqəddəsdir, məhəbbət və gözəlliyin əsasını təşkil edir. Hürufiliyin əsasını Nəimi Fəzlullah (1340-1394) qoymuş, digər nümayəndəsi İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. İlk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazan müəllif hürufilərə qoşulduqdan sonra Nəiminin şərəfinə “Nəsimi” təxəllüsü qəbul etdi. XIII-XIV əsrlərdə Azərbaycanda memarlıq daha da inkişaf etdi. Təbriz memarlıq məktəbi Beyləqandan Həmədana, Qəzvindən Şərqi Anadoluya kimi olan böyük bir ərazidə şəhərsalma işinin geniş inkişaf etməsində mühüm rol oynadı. Monqolların 2-ci yürüşündən dağıdılan Gəncə 1239-cu ildən bərpa olunmağa başladı. XIII əsrin sonu-XIV əsrin əvvəllərində Sultaniyyə şəhəri tikildi. Qazan xan Xəzər dənizi yaxınlığında Mahmudabad şəhərini inşa etdirdi. Mərdəkandakı dairəvi qala və dördkünc qala, Nardaran və Ramana qalaları XIII-XIV əsrlərdə inşa olundu. XIII-XIV əsrlərdə Azərbaycanın müxtəlif yerlərində Şərq memarlığına məxsus kubşəkilli, səkkiz- 93 bucaqlı, qülləvari türbələr meydana gəldi. Naxçıvanın Cuğa kəndi yaxınlığında tikilmiş Gülüstan türbəsi Möminə xatın türbəsi üslubunda inşa olundu. 1305-1313-cü illərdə Sultaniyyədə Şərq türbələrinin qiymətli incilərindən sayılan Olcaytu Xudabəndə türbəsi, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, Qarabağlar kəndində memarlıq kompleksindəki türbə (Baştağ) özünəməxsus yer tuturdu. Qoşaminarəni birləşdirən Baştağ XIV əsrin əvvəllərində Hülakü xanın arvadı Qutuy xatının şərəfinə inşa olunmuşdu. Azərbaycan xalçaçılıq sənətində öz dəsti-xətti ilə seçilən Təbriz, Qarabağ, Quba-Şirvan və Gəncə-Qazax xalçaçılıq məktəbləri orta əsrlərdə dünyəvi sənət inciləri yaratdı. Azərbaycanda dulus- çuluq, misgərlik, ipəkçilik, toxuculuq və s. sənət növləri inkişaf etdi. Təbriz ustalarından Yusif ibn Əhmədin 1319-cu ildə hazırladığı və indi Londonda Viktoriya və Albert muzeyində saxlanılan bədii kasa və usta Əbdüləziz ibn Şərafəddinin 1399-cu ildə düzəltdiyi tiyan nadir sənət nümunələri idi. Ağırlığı 2 ton, diametri 2,5 m. olan tiyan hazırda Sankt-Peterburqun Ermitaj Muzeyindədir. Tiyan Teymurun sifarişi ilə Təbrizdə hazılanmışdır. Təbriz kitab sənəti miniatür boyakarlığın qüdrətli mərkəzinə çevrilmişdi. Azərbaycanda xəttatlıq da inkişaf etmişdi. Bu dövrün görkəmli musiqi- şünasları Səfiəddin Urməvi və Əbrülqadir Marağai olmuşdur.
Yüklə 23,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə