Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə12/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

 
26 
-
 
Tez gəlin, bizi güdən yoxdur. 
Məhərrəm dik atıldı: 
-
 
Qağa ayağıma nə isə toxundu! 
Həcər ona ürək-dirək verdi: 
-
 
Qurbağadır qorxma! 
Alçaqdan  uçan  yarasalar  da  uşaqların  ürəyini  üzmüşdü.  Onların  əlacı  olsaydı 
kəndə tərəf qanad çalan gecə quşlarının birini belə salamat buraxmazdılar. 
Qarşıdakı çivirlikdən xorultu eşidildi. Uşaqlar yerə mıxlandılar. Həcər Nəbinin 
qolundan çəkdi: 
-
 
Bu nə ola? 
-
 
Porsuqdur  
Ata-anaları bu uşaqları belə görsəydilər, tanımazdılar. Paltarlarından su damırdı. 
Üz-gözləri  palçıq  içində  idi.  Həcərin  çəpiş  buynuzuna  bənzər  hörükləri  onu 
cırtdana  oxşadırdı.  Qız  uzun  tumanını  dəstələyib  balaca,  gümüş  kəmərinə 
keçirmişdi. Yaş paltar onu elə qucmuşdu ki, qanovuz koftasının üstündən baxanda 
bədəninin titrədiyi görünürdü. 
Nəbi  ilə  Məhərrəmin  əynində  ağdan  tuman  var  idi.  Onlar  köynəklərini  çıxarıb 
toqqalarına keçirmişdilər. 
Nəbi Həcərin əlindən yapışıb arxasınca dartırdı. 
-
 
Tez gəl! 
Gözəl  uşaqların  yerini  bu  axşam  da  iydənin  altında  salmışdı.  Onlara 
Koroğludan  danışmışdı.  Həcər  başı  söhbətə  qarışdığından  evlərinə  getməyi 
unutmuşdu. Nəbi isə anasının bu axşamkı danışığına qulaq asa bilməmişdi. 
Elə  bil  iydə  ona  əziz,  yaxın  bir  insan  idi,  yaralanmışdı,  yarasından  qan  sızırdı 
ağlayırdı. 
Ana “Koroğlunu” nun bir qolunu danışmış, uşaqları dilə tutmuşdu: 
-
 
Daha  bəsdirgecə  keçir,  dalını  sabah  axşam  danışaram.  Yatın.  Nəbi  bala  sən 
gərək bayaqdan yatmış olaydın. 
Anan ölsün, tezdən durmalısan. 
Xanalı  gəlib qızını  Gözəlin qucağında yatmış görmüşdü. 
-
 
Uşağın yuxusunu haram eləmə qoy bu gecə bizdə qalsın, tezdən göndərərəm 
gələr. 
Xanalı Gözəlin sözünü yerə salmadı. 
Gözəl  uşaqları  yatmış  bilib,  qonşuya  hana  toxumağa  getdi.  Ata  da  hələ 
biyardan qayıtmamışdı. Deyirdilər ki, afaq çəyirtkəsi gəlir... 
Uşaqların  hamısı  bir  yorğanın  altına  doluşmuşdu.  Onlar  gündüzdən 
sözləşmişdilər.  Fürsət idi evdə ata yox ana yox! 
Uşaqlar indi intiqam almağa gedirdilər. 
-
 
Deyirsən çardaqda heç kəs yoxdur? 
-
 
Çardağı təzəcə tikiblər! 
-
 
Bir az yavaş Həcər eşidərlər! 
-
 
Bıy, bıy!... balıqçılar bizə sarı gəlirlər! 
-
 
Yox, balıq tuturlar. 
Ay  seyrək  buludların  arasinda  diyirlənirdi.  Arabir  ulduz  axırdı.  Böcəklər  səs-
səsə vermişdi. Həkəri isə gecə nəğməsini oxuyurdu. 


 
27 
Uşaqlar bostana çatanda Nəbi geri çevrildi: 
-
 
Gəlin ayağımıza sarmaşıq dolayaq, yoxsa izimizi tanıyarlar. 
Uşaqlar razılaşdılar. 
Tağlar  bir-birinə  qarışmışdı.  Bostandan  çiçək  ətri  gəlirdi.  Tağların  arası 
yumruq boyda ala-bəzək qarpız və tüklü xıralarla dolu idi. Uşaqlar bostanın 
bu başından düşüb yola-yola o başından çıxdılar. Bitili salamat tağ qalmadı. 
Bu  vaxt  “Çənbər”  zəvzəyib  Kərbəlayı  Cəfəri  yuxusundan  vaxtsız 
qaldırmışdı. O, alt paltarında eşiyə çıxıb bostana tərəf baxırdı. Ürəyinə nə isə 
dammışdı...   Balıqçıların məşəli hələ də yanırdı: 
-
 
Lopanı bəri tut!.. 
-
 
Ədə şuvud getdi! 
-
 
Pah atonnan, bir erkəkcən əti vardı. 
Kərbəlayı  Cəfər  bir  az  toxtadı:  “Deyirəm  axı  bu  it  niyə  hürür. Axşamdan  bəri 
balıq  tutatutdur. Bu zalım uşaqları heç yorulmurlar. Bir belə də o yan-bu yana 
qaçmaq  olar?!  Durmağına  durmuşam,  çətin  ki  yatam  gedim  görüm  çardaq 
hazırdırmı? Ora gərək sabahdan bostançı göndərəm”. 
Nəbigil  həyətə  girəndə  iydənin  altında  heykələ  dönmüş  Gözəli  gördülər. 
Yazıq arvadın qorxudan çənəsi kilitlənmişdi. O, handan-hana nəfəs çəkə bildi: 
-
 
Ay allah... bəs siz yatmamışdınız?! Vallah daha məndə ürək qalmayıb. 
Uşaqlar  qaçıb  bir  yorğanın  altına  doldular.  Daha  haray  salmaq  lazım  deyildi. 
Gözəl qorxusundan uşaqların yanında uzanıb özünü yuxuluğa vurdu. Yorğanın 
altında üç balaca ürəyin döyüntüsü aydın eşidilirdi. Sanki bu ürəklər deyirdi: 
“Bax düşməndən elə intiqam alarlar!” 
Səhər  açılmamış  Kərbəlayı  Cəfərin  nəriltisi  Mollu  kəndini  başına  götürdü.  O, 
bir qom qarpız yemiş tağını aralıqla sürüyə-sürüyə aparırdı. 
-
 
Mən  düşməni  tanıyıram!  Bilirəm  mənə  sataşan  kim  olar!  Bax,  mənim 
bostanımı  bu  kökə  salanın  başına  ip  salıb  bu  tağ  kimi  sürüməsəm,  itin 
oğluyam!... 
Topalın  bağırtısını  yorğanın  altında  bir-birinə  sığınan  uşaqlar  daha  aydın 
eşidirdilər. Gözəl onlara dənə-dənə tapşırırdı: 
-
 
Bu sirr burda qalsın ha! Kərbəlayı Cəfər bilsə hamınızı öldürər. Eşidirsiniz 
nə deyir?! 
Gözəl qalxıb Həcərin üst-başını dəyişdirdi onun qolundan tutub onun qolundan 
tutub  evlərinə  apardı.    Geri  qayıdanda  gözlərinə  inanmadı.  Nəbi  bacısı 
Səkinənin qanovuz  koftasını  geyinmişdi. 
-
 
Ana, mən  getdim  dana-buzov bağa dolar. 
-
 
Oğlum  yuxusuzsan  çöldə  yatıb  eləmə. 
-
 
Yatmaram ana. 
Gözəl  dəlisov  oğlunu  arxasınca xeyli baxdı. 
Günəşin  yatağında  qara buludlar  qaynaşırdı... 
             
Qaynar  hava  adamın  gözləri  önündə  ləpələnirdi.  Mozalan  tutmuş  danalar 
quyruqlarını qaldırıb o tərəf-bu tərəfə qaçışırdı. 
 
Gözəl,  həyətə  çıxıb  qorxa-qorxa  suata  baxdı.  Oğlu  gözə  dəymədi.  “İndi 
Kərbalayi Cəfər yenə itin başını alacaq ağzına. Bu uşaq harda qaldı? Onsuzda o 


 
28 
şumur  bizdən şübhələnib...  Ora  bax,  dana-buzov dolur  bu  əzrayılın bostanına. 
Davaya düşməsək yaxşıdır... ” 
 
Gözəl qarışıq fikirlər içində suata  endi. 
 
Suatda heç kəs yox idi. Nəbi hər günorta dana-buzovu bura endirəndə Gözəl 
ona çörək gətirərdi. Ana-bala arxın qırağındakı çinarın kölgəsində oturub  birgə 
nahar  edərdi.  Dana-buzov  isə  çaylaqda  yatışıb  sərinlərdi.  Elə  ki,  gün  sındı, 
balaca naxırçı dana-buzovu kövşənliyə haylardı. Anası oğlundan ayrılanda onu 
xəbərdar edərdi: “Nəbi, başına dönüm, qurddan-quşdan muğayat ol ha, Yazıda 
ilan çoxdur. Yuxun gəlsə, barmağını dişlə, mahnı oxu”. 
 
Gözəl tumanının  ətəyini yığıb çəpərdən bostana adladı. Dana-buzovu qovub 
çıxartdı. Güc-bəla ilə çinarın kölgəsinə yığdı: “Mən başıma indi haranın daşını 
salım?  Eh,  ay  Alo,  sənə  nə  deyim,  bu  tifilin  nə  vaxtı  idi  onu  dana-buzova 
göndərdin?!” 
 
Ana  bilmirdi  nə  etsin:  oğlunu  axtarmağa  getsin,  yoxsa  suatda  dana-buzovu 
güdsün. Duruş gətirə bilmədi. “Yox, gedim görüm uşaq harda qaldı...” 
 
Yazı  düzü  təndir  kimi  alovlaırdı.  Gözə  dəyən  yox  idi.  Qovurğa  kimi 
qovrulan  yer  ərinin  köhnə  çarıqlarını  isladıb  geymiş  Gözəlin  ayaqlarını 
yandırırdı.  O,  qara  kəlağayısının  uclarını  gümüş  kəmərinə  sancıb,  uzun 
tumanının  ətəklərini  əlində  dəstələmişdi.  Qaratikan  kolları  arabır  onun 
ətəyinndən, koftasından, uzun hörüyündən yapışıb saxlayırdı. “Bunlar məndən 
nə istəyir?” Gözəl hirsindən çəkib paltarını cırır, cığırlara, düzlərə baxırdı. Yer 
elə bil nizələnmişdi. Hər addımbaşı  bir ilan yuvası: “Bu nədir?! Görəsən, Nəbi 
dana-buzovu bura gətirir?!” Ləpirlər Gözəli İlanlı dərəyə aparıb çıxartdı. Onun 
qorxunc səsi dərəyə yayıldı: 
-
 
Nəbi hey!.. Nəbi hey.. 
Ana    o  yan-bu  yana  baxa-baxa  ətrafı  dinşədi.  “Bu  uşaq  bəs  harda  ola?  Bəlkə 
Kərbəlayı Cəfər bilib ki, bostanını Nəbi yolub. Birdən uşağı...” 
 
 
Ananın gözləri dörd olmuşdu. Hündür qaratikan kolunun dibində qızıl rəngli 
bir suca quyruğu üstə dayanıb onu qaralamışdı... az qaldı Gözəlin ürəyi getsin. 
O, əlləri ilə üzünü qapadı. “Vay!...” Gözəl istədi qaçsın, ancaq fikrindən döndü: 
“Suca qırmızı rəngin aşiqidir. Qabağından qaçsam, məni qovub tutacaq...” 
 
Gözəl: 
-
 
Ay allahın heyvanı,- dedi,- mənim dərdim özümə bəsdir, çıx get! 
Ilan sanki dil bilirdi. Başını bir azda qaldırıb, haça dilini oynatdı, kolun dalına 
çəkildi. 
 
Ananın gözü ilanda qalmışdı. Gördü ki, həmin kolun dibində bir şey qızarır, 
irəli atılmaq istədi. Lakin bayaqkı ilan balaca naxırçanın boğazına dolanıb qızıl 
çomaq kimi havaya millənəndə dizləri tutuldu. Ilan ananın gözlərində necə bir 
yalvarış,  necə  bir  təlaş  gördüsə  Nəbinin  boynundan  açılıb  dərəyə  süründü. 
Gözəl,  oğlunun  üstünə  cumub  onu  bağrına  basdı.  Nəbi  səksəndi.  Onu  sanki 
qaynar qazandan təzəcə çıxarmışdılar: qan-tərə batmışdı. 
 
Ananın sevinci Yazıya sığmırdı. Uşaq ayıldı, gözlərini ovuşdurub qalxdı. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə